Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1444/2025 15.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı barışıq sazişinin qismən etibarsız hesab edilməsi və alimentin dəyişdirilməsi tələblərinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı barışıq sazişinin qismən etibarsız hesab edilməsi və alimentin dəyişdirilməsi tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1805/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında 20 sentyabr 2003-cü il tarixdə 1943 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmçinin, onlar arasında xx.xx.2024-cü il tarixdə MŞB/20/2024-00282 nömrəli Barışıq Sazişi bağlanmış, həmin sazişdə birgə nikahın pozulması, birgə nikahdan olan uşaqlar xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009cu il təvəllüdlü X3 Cavabdeh himayəsində qalması, uşaqlar 23 yaşına çatanadək İddiaçı tərəfindən aylıq gəlirlərinin 50% miqdarında uşaqlara aliment ödənilməsi barədə tərəflərin razılığa gəldikləri qeyd edilmişdir. Hazırda, onun ailə və maddi vəziyyəti dəyişmişdir. Belə ki, o, X2 ilə xx.xx.2025-ci ildə rəsmi nikah bağlayaraq yeni ailə həyatı qurmuşdur. Onun yeni ailə başçısı kimi təbii ki, xərcləri də artmış, o cümlədən, ailənin yaşadığı kirayə mənzil üçün icarə haqqı ödəməyə başlamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə MŞB/20/2024-00282 nömrəli Barışıq Sazişində isə uşaqlar 23 yaşına çatanadək onun tərəfindən aylıq gəlirlərinin 50% miqdarında onlara aliment ödənilməsi qeyd edilmişdir. Hesab edir ki, AR Ailə Məcəlləsinin 38.6., 40.6-cı maddələri analogiya üzrə tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə MŞB/20/2024-00282 nömrəli Barışıq Sazişinin uşaqlar 23 yaşına çatanadək onun tərəfindən aylıq gəlirlərinin 50% miqdarında onlara aliment ödənilməsi hissəsi əhəmiyyətsizdir. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00282 nömrəli Barışıq Sazişinin qismən, birgə nikahdan olan uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 23 yaşlarına çatanadək İddiaçı tərəfindən aylıq gəlirinin 50% miqdarında aliment ödənilməsi barədə hissəsi bağlandığı andan etibarsız hesab edilməsi, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X1 üçün o yetkinlik yaşına çatana qədər ondan aylıq gəlirinin dörddə bir hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı ailə həyatı qurmuş, kirayədə yaşayır, 1500 manat kirayə haqqı ödəyir, uşağın təhsili ilə bağlı əvvəl razılıq vermiş, lakin uşaq bir ildən sonra xarici öləkədə Universitetə daxil olmuş, lakin həmin Universitetin diplomun Azərbaycanda tanınması barədə məlumat yoxdur. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, barışıq sazişinin şərtinin etibarsızlığı ilə bağlı heç bir hüquqi əsas mövcud deyil. Sazişin ləğvi ilə bağlı tələb irəli sürülsə idi məntiqli olardı, onun da heç bir hüquqi əsası olmayacaqdır. Tərəf özü könüllü surətdə aliment ödənilməsi ilə bağlı razılığını barışıq sazişində ifadə etmişdir, Murad artıq Özbəkistanda 4300 ABŞ dolları təhsil haqqı olan Amerika Texnologiyaları Universitetinin tələbəsidir. Alimentin məbləğinin azaldılması barədə tələb də əsassızdır. Yeni ailə həyatı qursa da, iddiaçı və onun yeni həyat yoldaşı da işləyir, ona görə də həmin tələbi də əsassız hesab edir. Məhkəmədən iddianın rədd edilməsini hesab edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü X11 və xx.xx.2009-cu il təvəllüdlü X8 adlı uşaqları var. İş üzrə Bakı şəhəri Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 268 No ilə qeyd edilmişdir. İş üzrə “Birinci tərəf” qismində Cavabdeh ilə “İkinci tərəf” qismində İddiaçı arasında, Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə, bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin surətindən görünür ki, “1. Tərəf 1 (Cavabdeh) və Tərəf 2 (X10) aralarında bağlanmış nikahın pozulmasına qarşılıqlı razıdırlar. 2. X12 və X5 hər ay 23 yaşları tamam olanadək aylıq gəlirlərin 50% miqdarında aliment Tərəf 2 (İddiaçı) ödəməyi öz üzərinə götürür. 3. Tərəf 2 (İddiaçı) birgə nikahdan olan uşaqların X12 və X3 Tərəf 1 (Cavabdeh) himayəsində qalmasına etirazı yoxdur. 4. Tərəflərin bir-birlərinə qarşı heç bir əmlak və mülk tələbi olmayacaq”. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1865/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin surətindən görünür ki, Cavabdeh Zülfüqar qızı ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barış sazişinin aşağı şərtlərlə təsdiq edilməsi qət edilmişdir: “X12 və X5 hər ay 23 yaşları tamam olunadək aylıq gəlirlərin 50% miqdarında aliment İddiaçı ödəməyi öz üzərinə götürür. İddiaçı birgə nikahdan olan uşaqları X12 və X3 Cavabdeh himayəsində qalmasına etirazı yoxdur”. İş üzrə 7 saylı Bakı “ASAN xidmət” mərkəzinin qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli nikah haqqında şəhadətnaməsinin surətinə əsasən İddiaçı ilə X2 arasında xx.xx.2025-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 180 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Həsənov, arvada Həsənova soyadı verilmişdir. İş üzrə Bakı 20 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasından (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/20/2025-00331 saylı, xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, ailə mübahisəsindən irəli gələn aliment tələbinə dair mübahisəsi üzrə İddiaçı nümayəndəsi Nümayəndə və Cavabdeh xx.xx.2025-ci il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişdir. İş üzrə təhsil haqqında xx.xx.2025-ci il tarixli müqavilənin surətindən belə məlum olur ki, X16 Texnologiyaları Universitetinə qəbul olunmuşdur, təhsil haqqı 4300 ABŞ dolları təşkil edir. Məhkəmə ilk növbədə iddiaçının artıq məhkəmə qətnaməsi əsasında təsdiqlənmiş və mediasiya prosesində bağlanılmış barışıq sazişinin alimentin ödənilməsi barədə bəndinin etibarsızlığı ilə əlaqədar qaldırdığı tələbin məhkəmədə baxılma mümkünlüyü məsələsi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, həmin tələblə bağlı iddiaçının qanunla qorunan hüquq və mənafelərinin bərabər müdafiəsi məqsədilə ilk növbədə tərəflər arasındakı mübahisəli vəziyyətin nədən irəli gəldiyini, iddiaçının hazırkı iddia ilə əldə etmək istədiyi hüquqi nəticənin nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi mənafeyə uyğun düzgün hüquqi mexanizm seçib-seçmədiyini aydınlaşdırmalı, uyğunsuzluq halında qanunvericilikdə nəzərdə tutulmuş bütün hüquqi müdafiə vasitələrindən istifadənin mümkünlüyünü tərəflərlə müzakirə edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur. Barışıq sazişi eyni zamanda, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.7ci maddəsində və “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.2-ci maddəsində nəzərdə tutulmuşdur. Göründüyü kimi, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyaları “Məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsızlığı barədə iddianın mümkünlüyünə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə” Qərardadında qeyd edilmişdir ki, mülki qanunvericiliyin məqsədi mülki dövriyyə azadlığını təmin etmək, yəni subyektlərin öz şəxsi mənafelərini həyata keçirməyə hüquqi şəraiti yaratmaqdır (Mülki Məcəllə, maddə 1.1). İstər bu məqsəddən irəli gələn iradə sərbəstliyi (Mülki Məcəllə, maddə 6.1.2) və müqavilə azadlığı prinsipləri (Mülki Məcəllə, maddə 6.1.5 və 390), istərsə də Mülki Məcəllənin 12.2-ci maddəsinin “Mülki hüquq münasibətlərinin subyektləri həm qanunla birbaşa qadağan olunmamış hərəkətləri, həm də qanunda bilavasitə nəzərdə tutulmamış hərəkətləri icra edə bilərlər” müddəası onu deməyə əsas verir ki, barışıq razılaşması da mülki qanunvericilikdə nəzərdə tutulan müqavilələrdən biri olmaqla, tərəflər arasında öhdəlik hüquq münasibətləri yaradan əqd növüdür. Məhkəmə qeyd edir ki, hakimin barışıq sazişini təsdiqləmək üçün qanunda nəzərdə tutulmuş prosessual tələblərə riayət etmək vəzifəsi barışıq razılaşmasının etibarlı olub-olmamasına qiymət verilməsi hesab edilmir. Belə ki, MPM-in 52.5-ci maddəsinə görə, tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Eyni yanaşma “Mediasiya haqqında” Qanunun 34.5-ci və MPM-in 355-26.1-ci maddələrində əks olunmuşdur. Bu normalarda göstərilən qanunazidlik və ya başqa şəxslərin mənafeyi barışığın təsdiq olunmasının prosessual şərtlərini özündə ehtiva edir. Çünki əsas təyinatı tərəflərin və məhkəmənin prosessual hərəkətlərini tənzimləmək olan MPM-in həmin normalarının məqsədi təsdiqetmənin prosedurunu (üsulunu) müəyyən etməkdir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinə məhkəmənin məhz xüsusi icraatda və on gün müddətində baxması (MPM, fəsil 40-7) proseduru da onu göstərir ki, belə təsdiqləmə (yaxud imtina) prosessual mahiyyət daşımaqla, mübahisəli maddi hüquqi məsələlərin araşdırılmasını ehtiva etmir. Yuxarıda qeyd edilən Qərardadda göstərilmişdir ki, MPM-in 52.5-ci və 355-26.1-ci maddələrində göstərilən halların yoxlanılmasının maddi hüquqi nəticələr də əmələ gətirməsi barədə mövqe ilə razılaşdıqda məhkəmə barışıq sazişini təsdiqlədikdə razılaşmanın etibarlı olması faktını təsbit edir və əqdin etibarlılığına (o cümlədən tərəfin iradəsini zədələyən halların olmadığına) hüquqi qiymət verir. Bu hal bir daha onu təsdiqləyir ki, barışıq sazişinin qanuna zidd olması və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmasının araşdırılması maddi hüquqi əsaslar üzrə yoxlama olmayıb, təsdiqetmə üçün prosessual tələblərin yerinə yetirilməsidir. Məhkəmə eyni zamanda qeyd edir ki, barışıq sazişinin iradə zədələnməsi və digər səbəblərdən etibarsız olması ilə bağlı dəlillərin məhkəmə qərardadından verilən şikayət çərçivəsində araşdırılması da hüquqi baxımdan mümkün deyil. Çünki şikayət icraatı ancaq məhkəmə aktına qarşı istifadə oluna bilən prosessual yoldur. Beləliklə, məhkəmə göstərilən hüquqi mövqelərə əsasən bu nəticəyə gəlir ki, məhkəmənin barışığı təsdiq və ya bundan imtina etməsi, yaxud qərardaddan şikayət verilməsi tamamilə prosessual hərəkətlərdir. Bu səbəbdən məhkəmə aktından şikayət vermək imkanı barışıq sazişinin özünün etibarsızlığına dair maddi hüquqi əsaslarla iddia qaldırmaq hüququna təsir etmir. Məhkəmə qeyd edir ki, məhkəmə qərarı ilə təsdiq edilmiş barışıq sazişinin etibarsız sayılması barədə iddiaya əqdin etibarsızlığına dair qanunda nəzərdə tutulan ümumi əsaslarla baxıla bilər, bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının barışıq sazişinin bəndinin etibarsızlığı barədə tələblə məhkəməyə müraciəti qanuna zidd deyildir. Məhkəmə verilmiş iddia tələbinin barışıq sazişinin alimentin ödənilməsi hissəsinin etibarsız hesab edilməsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2003-cü ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2007-ci il təvəllüdlü Murad və xx.xx.2009-cu il təvəllüdlü Fatimə adlı uşaqları anadan olmuşdur. Tərəflər arasında olan nikah Yasamal rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, mediasiya prosesində imzalanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən tərəflər nikahın pozulması (bənd 1), İddiaçı X7 və X5 23 yaşları tamam olunadək hər ay aylıq gəlirlərin 50% miqdarında alimentin ödənilməsi (bənd 2), birgə nikahdan olan uşaqların ananın yanında saxlanılması (bənd 3), tərəflərin bir-birlərinə qarşı heç bir əmlak və mülk tələbinin olmaması (bənd 4) barədə razılığa gəlmişlər. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1865/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən Cavabdeh Zülfüqar qızı ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində xx.xx.2024-cü il tarixdə bağlanmış barışıq sazişinin X7 və X5 hər ay 23 yaşları tamam olunadək aylıq gəlirlərin 50% miqdarında alimentin İddiaçı ödəməyi öz üzərinə götürməsi, İddiaçı birgə nikahdan olan uşaqları X6 və X3 Cavabdeh himayəsində qalmasına etirazı olmaması şərtlərlə təsdiq edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-1805/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə onunla cavabdeh arasında Bakı şəhəri Səadət Sarayında 20 sentyabr 2003-cü il tarixdə 1943 nömrəli akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Həmçinin, onlar arasında xx.xx.2024-cü il tarixdə MŞB/20/2024-00282 nömrəli Barışıq Sazişi bağlanmış, həmin sazişdə birgə nikahın pozulması, birgə nikahdan olan uşaqlar xx.xx.2007-ci il təvəllüdlü X6 və xx.xx.2009-cu il təvəllüdlü X3 Cavabdeh himayəsində qalması, uşaqlar 23 yaşına çatanadək İddiaçı tərəfindən aylıq gəlirlərinin 50% miqdarında uşaqlara aliment ödənilməsi barədə tərəflərin razılığa gəldikləri qeyd edilmişdir. Hazırda, onun ailə və maddi vəziyyəti dəyişmişdir. Belə ki, o, X2 ilə xx.xx.2025-ci ildə rəsmi nikah bağlayaraq yeni ailə həyatı qurmuşdur. Onun yeni ailə başçısı kimi təbii ki, xərcləri də artmış, o cümlədən, ailənin yaşadığı kirayə mənzil üçün icarə haqqı ödəməyə başlamışdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixdə MŞB/20/2024-00282 nömrəli Barışıq Sazişində isə uşaqlar 23 yaşına çatanadək onun tərəfindən aylıq gəlirlərinin 50% miqdarında onlara aliment ödənilməsi qeyd edilmişdir. Bu səbəbdən iddiaçı onunla Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00282 nömrəli Barışıq Sazişinin qismən, birgə nikahdan olan xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 23 yaşlarına çatanadək İddiaçı tərəfindən aylıq gəlirinin 50% miqdarında aliment ödənilməsi barədə hissəsi bağlandığı andan etibarsız hesab edilməsini, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən xx.xx.2009-cu il təvəllüdlü X1 üçün o yetkinlik yaşına çatana qədər ondan aylıq gəlirinin dörddə bir hissəsi miqdarında tutularaq Cavabdeh ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinin İ hissəsinə əsasən insan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin sosial siyasətinin əsasını təşkil edir. Layiqli həyat səviyyəsi dedikdə, insanların yaşaması üçün zəruri olan maddi və mənəvi nemətlərlə onların təmin edilməsi və bu nemətlərə olan tələbatlarının ödənilməsi başa düşülür. Yəni dövlət öz vətəndaşlarının rifahının qayğısına qalır, cəmiyyətin daha az müdafiə olunan təbəqələrinə, müstəqil olaraq özünə layiqli həyat səviyyəsini təmin etmək iqtidarında olmayanlara – yetkinlik yaşına çatmamış uşaqlara, əlillərə, təqaüdçülərə və digər əmək qabiliyyəti olmayan şəxslərə xüsusi diqqət yetirir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlərə hörmət etmək, onların qayğısına qalmaq uşaqların borcudur. 18 yaşına çatmış əmək qabiliyyətli uşaqlar əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa borcludurlar (Konstitusiyanın 34-cü maddəsinin İV və V hissələri). “Uşaq hüquqları haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 3-cü maddəsinin 1-ci bəndinə əsasən uşaqlar barəsində bütün tədbirlərdə əsas diqqət uşaq mənafelərinin daha yaxşı təmin edilməsinə yönəldilir, istər bu tədbirlər sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr tərəfindən görülsün, istərsə də məhkəmələr, inzibati və ya qanunvericilik orqanları tərəfindən. Konvensiyanın 27-ci maddəsinin 2-ci bəndinə əsasən isə valideyn(lər) və ya uşağı tərbiyə edən digər şəxslər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə əsas məsuliyyəti daşıyırlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının 1998-ci il 19 may tarixli Qanununun 19-cu maddəsinə əsasən valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Alimentin tutulmasının əsas məqsədi, sağlam və etibarlı ailə münasibətlərini, vətəndaşların ümumbəşəri xüsusiyyətlərə malik keyfiyyətdə formalaşmasını təmin etmək və güclü vətəndaş cəmiyyəti quruculuğunu möhkəmləndirmək və inkişaf etdirməkdir. Ailə Məcəlləsinin 80-ci maddəsində əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladların aliment almaq hüququ nəzərdə tutulmuşdur. Həmin maddənin birinci hissəsinə müvafiq olaraq valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamağa borcludurlar. Uşaqların yetkinlik yaşına çatması ilə valideynlərin onlara münasibətdə aliment öhdəlikləri xitam olunur. Buna baxmayaraq, valideynlər əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlarını saxlamaq vəzifəsi daşıyırlar. Valideynin bu vəzifəsinin yaranması üçün aşağıdakı hallar olmalıdır: yetkinlik yaşına çatmış övladın əmək qabiliyyətinin olmaması və onun maddi yardıma ehtiyacının olması. Bu iki hal ayrı-ayrılıqda deyil, birlikdə götürüldükdə valideyn üçün vəzifə yaradır. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, Ailə Məcəlləsinin 58.5-ci maddəsində qeyd olunur ki, valideynlər uşaqların ümumi orta təhsil almasına qədər onların maraqlarını nəzərə almaqla təhsil müəssisəsini və təhsil formasını seçmək hüququna malikdirlər. Valideyn uşağının orta təhsilinə qədərki dövrdə onun təhsil müəssisəsini və təhsilinin formasını seçə bilər. Orta təhsil başa çatdıqdan sonra isə təhsil müəssisəsini və təhsilin formasını uşaqlar özləri seçirlər. Yəni orta təhsil bitdikdən sonra uşağın təhsil müəssisəsini və təhsilin formasını seçməsinə valideynin müdaxiləsi qanunla nəzərdə tutulmamışdır. Ümumi orta təhsildən fərqli olaraq əlavə və ya peşə təhsili, eləcə də ali təhsilin seçim xüsusiyyətinə malik olması, müsabiqə əsasında təşkil olunması və daha çox fərdin maddi vəziyyəti ilə bağlı olması baxımından, uşağın ümumi orta təhsili başa vurduqdan sonra əlavə və ya peşə təhsili, ali təhsil almasına, böyük xərc tələb edən müsabiqə və sair tədbirlərdə iştirakına görə valideynlərin əlavə xərclərdə iştirakı, onlardan bu məsələ ilə bağlı vəsait tələb olunması əsassızdır. X13 həmçinin qeyd edilmişdir ki, onu da xüsusilə qeyd etmək lazımdır ki, yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün alimentin ödənilməsi ilə bağlı məhkəmədə iddia qaldırmaq hüququ prosessual qanunvericiliyin tələbi baxımından yetkinlik yaşına çatmış övladın özü tərəfindən həyata keçirilməlidir. Çünki o, əmək qabiliyyəti olmayan şəxs olmasına baxmayaraq, tam fəaliyyət qabiliyyətlidir. Yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övlad ilə birlikdə yaşayan valideynlərdən birinin bu barədə tələb irəli sürməsi prosessual qanunvericiliyin tələblərinə uyğun deyil və o, əsl iddiaçı hesab edilə bilməz. Yuxarıda göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, valideynin uşaqları barəsində yetkinlik yaşına çatdıqdan sonra aliment öhdəliyi yalnız əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan uşaqları barəsində yarana bilər, bu halda aliment tutulması ilə bağlı yalnız 18 yaşına çatmış şəxs özü müraciət edə bilər, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladın təhsillə bağlı xərclərini qarşılamaq könüllü surətdə valideyn tərəfindən həyata keçirilə bilər, valideyndən 18 yaşından sonra təhsillə bağlı vəsait tələb olunması əsassızdır. Barışıq sazişindən göründüyü kimi ana uşaqları barəsində 18 yaşından sonra 23 yaşınadək olan dövr üçün alimentin tutulmasına dair sazişi imzalanmışdır. Faktiki olaraq ana yetkinlik yaşına çatdıqdan sonra uşaqların əvəzindən belə bir tələblə çıxış etmişdir. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən Plenum Qərarında da qeyd edildiyi kimi, yetkinlik yaşına çatdıqdan sonra alimentlə bağlı tələbi yalnız həmin şəxs irəli sürə bilər. Başqa sözlə məhkəmə hesab edir ki, həmin barışıq sazişi onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalanmışdır və bu səbəbdən barışıq sazişinin alimentin ödənilməsi barədə hissəsi bağlandığı vaxtdan etibarsız hesab edilməlidir. “S.Ələkbərovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 14 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ici il tarixli Qərarında qeyd edilmişdir ki, subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz (Konstitusiya Məhkəməsi Plenumunun M.Bağırovun şikayəti üzrə 30 iyun 2008-ci il tarixli və İ.Şabanovanın şikayəti üzrə 27 avqust 2012-ci il tarixli Qərarları). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Göstərilən Məcəllənin 337.3-ci madddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə əsasən etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Beləliklə məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddia tələbi Cavabdeh ilə İddiaçı arasında, Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin 2-ci bəndinin (“X12 və X5 hər ay 23 yaşları tamam olanadək aylıq gəlirlərin 50% miqdarında aliment Tərəf 2 (İddiaçı) ödəməyi öz üzərinə götürür”) etibarsız hesab edilməsi hissəsində əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə iddia tələbinin yetkinlik yaşına çatmamış Fatimə adlı uşağın saxlanılması üçün yetkinlik yaşına çatana qədər iddiaçıdan aylıq gəlirinin ¼ hissəsi miqdarında aliment tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə iddia tələbi təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə valideynlər uşağını saxlamağa borcludurlar. Həmin Məcəllənin 76.1.1-ci maddəsinə görə aliment ödənilməsi barədə razılıq olmadıqda 1 uşağa görə valideyndən məhkəmə tərəfindən hər ay qazancın və ya başqa gəlirlərin dörddə bir hissəsi miqdarında aliment tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. İş üzrə “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən İddiaçı Azərbaycan Respublikasının Prezidentinin Administrasiyasında “dövlət qulluqçusu-baş məsləhətçi” vəzifəsində işləyir, onun aylıq əmək haqqı 6561 manat təşkil edir. Məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşaqlardan biri - 10 aprel 2007-ci il təvəllüdlü X6 xx.xx.2025-cü il tarixdə 18 yaşı tamam olmuşdur. Ailə qanunvericiliyində isə yetkinlik yaşına çatmış uşaqların valideynindən aliment almaq hüququnun hüquqi əsasları nəzərdə tutulur. Eyni zamanda yuxarıda qeyd edildiyi kimi valideynlər arasında alimentlə bağlı mediasiya təşkilatında barışıq sazişi bağlanılsa da, alimentin ödənilməsi barədə barışıq sazişinin hissəsi etibarsız hesab edildiyindən, yetkinlik yaşına çatmayan övladı barəsində iddiaçı aliment öhdəliyi daşıdığından, eyni zamanda kifayət qədər böyük məbləğdə əmək haqqı aldığından, məhkəmə hesab edir ki, iddia tələbi həmin övladı barəsində qanunda nəzərdə tutulan həddə alimentin müəyyən edilməsi barədə hissədə də əsaslıdır. Bu səbəbdən məhkəmə hesab edir ki, qanunvericiliyin tələbləri baxımından müəyyən edilmiş alimentin qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi həddində dəyişdirilməsi ilə bağlı iddiaçının tələbi təmin edilməlidir. Məhkəmə iddia tələbinin alimentin tutulmasını ərizənin məhkəməyə təqdim edildiyi gündən tutulması hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb əsaslı hesab edilə bilməz. Məhkəmə hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən tutulmalı olan aliment iddia tələbində qeyd edildiyi kimi məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra tutulmaga başlamalı və həmin vaxtdan hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8-2/2016 saylı qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin dəyişdirilməsi ilə bağlı tələbə aid edilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında, Bakı 20 saylı Mediasiya Təşkilatının mediatoru X4 iştirakı ilə, mediasiya prosesində bağlanılmış xx.xx.2024-cü il tarixli, MŞB/20/2024-00282 nömrəli barışıq sazişinin 2-ci bəndi - birgə nikahdan olan uşaqları - xx.xx.2007-ci il təvəllüdlü X7 və xx.xx.2009-cu il təvəllüdlü X5 23 yaşlarına çatanadək İddiaçı tərəfindən aylıq gəlirinin 50% miqdarında alimentin ödənilməsi barədə hissəsi etibarsız hesab edilsin. xx.xx.2009-cu il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment tutularaq Cavabdeh ödənilsin. İddiaçı hər ay qazancının və başqa gəlirlərinin dörddə bir hissəsi miqdarında aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev