Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-145/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Seyidli İlkin Ramin oğlunun katibliyi ilə, İddiaçı X1 Cavabdeh qarşı "maddi və mənəvi ziyan" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh oğluna qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 15.418,44 manat məbləğində təmir xərci, 2.912 manat əldən çıxmış fayda, keçirilmiş ekspertizanın xərci olan 400 manat, vəkillə aralarında olan müqavilənin xərci 1000 manat olmaqla, cəmi 19.730,44 manat maddi ziyan, 30.269,56 manat mənəvi ziyana görə, ümumilikdə 50.000 manat və ödənilmiş 250 manat dövlət rüsumunun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə xx.xx.2022-ci il tarixdə “fərdi ev tikintisi və təmiri haqqında” №-019 saylı müqavilə imzalayaraq, ünvan 1ində 0,04 torpaq sahəsində, ümumi sahəsi 50 kv.m olan fərdi evin və müqaviləyə əlavə qeyd edilən daxili təmir işləri (təmirdə istifadə olunacağ materialların siyahısı), 1. Elektrika Türkiyə istehsalı kabellər, klipsal vklyuç, razetka; 2. Metak trubaları, Türkiyə istehsal radiatorlar və kombi; 3. Kafel metlax İran yada Rusiya 1 kv.m 15 manat; 4. Oboy Ukraina 1 rulonu 20 manat yada Fab boyaları; 5. Laminat Rusiya ya da Türkiyə istehsalı 1 kv.m 15 manat; 6. Qapılar Belorusiya istehsalı 1 əd. 250 manat; 7. Malyarka qiper məhsulları; 8. Alçipan gilan knauf, ümumilikdə 28.000 manata razılaşıb, hasarın çəkilməsi və həyət yanı sahədə ayrıca olaraq hesablanmışdır. Müqavilə üzrə cavabdeh müəssisə işə başladıqdan sonrakı 3 ay müddətinə üzərinə götürmüş olduğu öhdəliyini yerinə yetirərək mənzili ona təhvil verməli idi. İlkin olaraq tərtib edilmiş kassa mədaxil orderi vasitəsi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə 10.000 manat ödəniş edilmişdir. xx.xx.2022-ci il tarixdə ikinci olaraq tərtib edilmiş kassa mədaxil orderi vasitəsi ilə cavabdehə 10.000 manat ödəniş edilmişdir. Daha sonra, xx.xx.2022-ci il tarixdə 7.000 manat (həyət üçün), 3.000 manat (ev üçün) və sonuncu ödəniş xx.xx.2022-ci il tarixdə kassa mədaxil orderi vasitəsi ilə cavabdehə 5.000 manat ödəniş edilmişdir, ümumilikdə 35.000 manat ödəniş edilmişdir. Lakin müqavilədən 1 il keçməsinə baxmayaraq, ev hələ də hazır deyil, əksinə tam kefiyyətsiz materiallarla yarımçıq tikinti aparılmışdır və lahiyəyə heç də uyğun deyil. Həmin ev yaşamaq üçün yararsızdır və xəstə insan üçün çox təhlükəlidir. Belə ki, cavabdeh müəssisə müqavilə üzrə öhdəliyni yerinə yetirmədiyinə görə dəfələrlə müraciət etsə də, heç bir nəticə verməmiş, bu səbəbdən də, "xxxx" MMC-nə müraciət edərək, görülən işlərin həcminin müəyyən olunması üçün ekspertiza keçirilməsini tələb etdi. Keçirilmiş ekspertiza nəticəsində həmin mənzildə görülən işlərin dəyəri 16.506,06 manat evin təmir-tikinti xərcinə, 3.075,50 manat evin həyətyanı tikililərinə çəkilmiş xərci, bundan əlavə fərdi yaşayış evi üçün əldən çıxmış fayda illik yekun gəlir 2.912 manat təşkil edir. Hətta o dəfələrlə Quba rayonuna gedib evin tikintisinə və təmirinə baxmalı olmuşdur. Bundan əlavə işin aparılması üçün vəkillə müqavilə bağlamaq məcburiyyətində qalmışdır, bütün bunlar əlavə xərcdir. Həmçinin ona mənəvi ziyan da dəymişdir. İddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə ərizə ünvalayaraq işə onun iştirakı olmadan baxılmasını və iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh ilə X4 arasında bağlanmış 07 may 2022-ci il tarixli, 019 saylı Fərdi ev tikintisi və təmiri haqqında müqavilədən görünür ki, sifarişçi ona məxsus Quba rayonunda yerləşən torpaq sahəsində layihəyə uyğun təsdiq olunmuş ümumi sahəsi 50 kv.m. olan fərdi evin tikintisini icraçıya həvalə edir. Sifarişçi və icraçının razılaşmasına əsasən evin tikintisi 28000 manat təşkil edir. Hasarın çəkilməsi və həyətdə görüləcək işlərin smetası ayrıca razılaşdırılacaq. Sifarişçi ilə razılaşdırılmış vaxtda, tikintiyə başlanan tarixindən 3 ay sonra tam təhvil verəcək. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Əmirov Mehriban tərəfindən vəkil xərci olaraq 1000 manat ödəniş olmuşdur. İş materiallarında olan 29 sentyabr 2023-cü il tarixli "xxxx" MMC-nin kassa Mədaxil orderinin qəbzindən görünür ki, İddiaçı ünvan 1ində evin tikilməsi üçün 400,0 manat məbləğində pul ödəmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, satış təmsilçisi Cavabdeh müştəri İddiaçı tərəfindən 10000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, satış təmsilçisi Cavabdeh müştəri İddiaçı tərəfindən 10000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, Cavabdeh tikinti təmir üçün 5000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli kassa mədaxil orderindən görünür ki, satış təmsilçisi Cavabdeh müştəri İddiaçı tərəfindən 10000 manat məbləğində ödəniş edilmişdir. İş materiallarında olan "xxxx" MMC-nin ünvan 1i ünvanında yerləşən fərdi yaşayış evinin təmir-tikindi işlərinə çəkilmiş xərcin və həmin ərazidə eyni texniki göstəricilərə malik evlərin orta illik gəlirlilik dəyərinin müəyyən edilməsi haqqında 29 sentyabr 2023-cü il taritxli, AV 25-09/23 nömrəli Hesabatından görünür ki, ünvan 1i ünvanında fərdi yaşayış evinin təmir-tikinqti işlərinə çəkilmiş xərci aşağıdakı kimi müəyyən edilmişdir: 16 506,06 manat, fərdi yaşayış evinin həyətyanı tikililərə çəkilmiş xərc: 3 075,50 manat, fərdi yaşayış evindən əldən çıxmış fayda illik olaraq: 2912,0 manat təşkil edir. İş materiallarında olan məhkəmə-tikinti texniki ekspertizası üzrə AR ƏN Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/1-10/9550 nömrəli ekspert rəyindən görünür ki, ünvan 1ində iddiaçıya məxsus 0.04 ha torpaq sahəsində fərdi yaşayış evinin tikinti-təmir işlərinə, həyətyanı tikililərə və torpaq sahəsinin hasarlanmasına xərclənən vəsaitin bazar qiymətlərinə uyğun olaraq ümumi dəyərinin təqrbən 16100.0 manat məbləğində olduğu müəyyən olunur. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olundu ki, İddiaçı ilə Cavabdeh arasında xx.xx.2022-ci il tarixdə “Fərdi ev tikintisi və təmiri haqqında” №-019 saylı müqavilə imzalanmış, həmin müqavilə üzrə cavabdeh iddiaçıya məxsus ünvan 1ində 0,04 torpaq sahəsində, dəyəri 28000 manat olan ümumi sahəsi 50 kv.m olan fərdi yaşayış evinin tikintisi, həyətyanı tikililər və torpaq sahəsinin hasarlanması, görüləcək işlərin 3 ay müddətində təhvil verilməsi barədə rarışamışlar. İddiaçı tərəfindən cavabdehə 35000 manat ödəniş edilmişdir. Müqavilədən xeyli müddət keçməsinə baxmayaraq cavabdeh üzərinə götürdüyü öhdəliyi vaxtında yerinə yetirməmiş, əksinə layihəyə uyğun olmayan yarımçıq tikinti aparılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752.1-ci maddəsinə əsasən podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 755-ci maddəsinə əsasən podratçı işi şəxsən yerinə yetirməyə yalnız bunun müqavilədən, yaxud konkret hallardan və ya işin xarakterindən irəli gəldiyi hallarda borcludur. Mülki Məcəllənin 762.1-ci maddəsinə əsasən podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ekspertin rəyini nəzərə alaraq Cavabdeh tərəfindən borc öhdəlikləri vaxtında və lazımi qaydada icra edilmədiyi üçün iddiaçının ona qarşı maddi ziyan tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehdən mənəvi zərərin əvəzi olaraq 30269,56 manat tutulması hissəsində iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli qərarına əsasən zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s.hallarda özünü büruzə verə bilər. “İnsan Hüquqlarının və X5 haqqında” Konvensiyanın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Məhkəmə hesab edir ki, iddiaçı mənəvi zərərə görə cavabdehdən onun xeyrinə 30269,56 manat tutulması barədə tələb irəli sürsə də, bununla yanaşı, cavabdehin hərəkətləri ilə bağlı mənəvi sarsıntı və iztirablar keçirməsi ilə əlaqədar sübutları məhkəməyə təqdim etməmişdir, ona görə də, həmin hissədə iddia tələbi təmin edilməməlidir. Əldən çıxmış faydanın tutulması qaydası və şərtləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1, 21.2-ci maddələrinin qaydaları ilə tənzimlənir ki, həmin qaydalara əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Beləliklə, qanunun yuxarıda qeyd olunan normalarının mənasına görə əldən çıxmış fayda əsaslandırılmış sübutlarla təsdiq olunmalıdır. Bundan əlavə, əldən çıxmış faydanın ölçüsü, şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər nəzərə alınmaqla müəyyən olunmalıdır. Lakin iddiaçı 2.912 manat əldən çıxmış fayda ilə bağlı əsaslandırılmış sübutlarıı məhkəməyə təqdim etməmişdir. Ona görə də, həmin tələb hissəsində də iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 16000 (on altı min) manat maddi ziyan, 1000 (bir min) manat vəkil xərci, ödənilmiş 250 (iki yüz əlli) manat dövlət rüsumu tutularaq iddiaçı X3 ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat Cavabdeh tutularaq tutulub AR Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin aşağıdakı hesabına köçürülsün: X2, kod 210005, VÖEN:**********, Müxbir hesab:AZ41NABZ********************, SFİFT:BİK CTREAZ22, MEM, VÖEN:**********, Hesab: AZ34CTRE********************. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-145/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-145/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Podrat müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver