Məhkəmə qərarları › İş №e-2(009)-1480/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1480/2025

17.07.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1480/2025 17.07.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində nikaha daxil olmuşlar. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1568 nömrə ilə qeyd aparılmışdır. Birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra cavabdehlə bir müddət normal ailə münasibətlərində olsalar da, sonradan bu münasibətlər pozulmuş, cavabdehlə faktiki olaraq ayrı yaşayırlar. Cavabdeh ailəsinə qarşı biganə və məsuliyyətsiz yanaşmışdır. Hazırda nikahları formal xarakter daşıyır və bərpası qeyri-mümkündür. Nikahlarına xitam verilərkən birgə nikahdan olan uşağın valideynlərindən hansının yanında qalması müəyyən olunmalıdır. Bildirmək istəyir ki, birgə nikahdan doğulmuş övladları hazırda onun yanındadır. Övladlarının hazırkı reallıqla yanaşılsa anasının yanında qalması məqsədəmüvafiqdir. Çünki uşaqların hər azamn daha çox analarına ehtiyacı var. Ona görə də birgə nikahdan doğulmuş övladları anasının yanında qalmalıdır. Uşaq anasının yanında qaldığı təqdirdə cavabdeh uşağın saxlanılması üçün qanunla müəyyıən edilmiş qaydada aliment ödəməlidir. Ona görə də hesab edir ki, aliment sabit pul məbləğində (492 manat) tutulmalıdır. Hazırkı iddia tələbindən biri də onun cavabdeh birgə nikah dövründə əldə edilmiş əmlakın bölgüsü ilə bağlıdır. Belə ki, Cavabdeh ilə birgə nikah dövründə Bakı şəhəri Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi, ev 3, mənzil 8 və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 26, mənzil 9 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, giriş 138, M4,m1) yerləşən mənzillər əldə edilmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsində akt qeydləri kitabında 1568 nömrə ilə qeydə alınmış nikahların pozulması, birgə nikahdan doğulmuş övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 onun yanında qalması, Cavabdeh övladları xx.xx.2014-cü il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün ərizənin verildiyi tarixdən hesablanaraq 492 manat alimentin tutulması, birgə nikah dövründə əldə etdikləri əmlakın, yəni Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi, ev 3, mənzil 8 və Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 26, mənzil 9 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, giriş 138, M4,m1) yerləşən mənzillərin aralarında bölünməsi və həmin fərdi yaşayış evlərinin ½ hissə payının onun, qalan ½ hissədə payının Cavabdeh müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi qaldırılan iddianın uşaqların ananın yanında qalması, alimentin tutulması, əmlakla bağlı hissələrinə dair tərəflər arasında bağlanılmış barışıq sazişini məhkəməyə təqdim edərək, onun təsdiq edilməsini və işin icraatına müvafiq hissəsində xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini nikahın pozulması hissəsində tam müdafiə edərək onun təmin edilməsini, eyni zamanda məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilərək işin icraatına uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini nikahın pozulması hissəsində qəbul edərək nikahın pozulmasına razı olduğunu nəzərə alaraq iddianı həmin hissədə təmin edilməsini, eyni zamanda məhkəməyə təqdim edilmiş barışıq sazişinin təsdiq edilərək işin icraatına uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi nikahın pozulması hissəsində təmin edilməli və tərəflər arasında bağlanılmış nikah pozulmalıdır. Bakı şəhər Səbail rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdeh qarşı uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində mülki iş üzrə tərəflərin məhkəməyə təqdim etdikləri barışıq sazişi təsdiq edilərək işin icraatına həmin hissələrdə xitam verilmişdir. İş üzrə Bakı şəhəri Xətai rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli nikah haqqında şəhadətnaməsinə əsasən Cavabdeh ilə X1 arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və bu barədə akt qeydləri kitabında 1568 №-li akt qeydi icra edilmişdir. Nikahdan sonra ərə Əliyev, arvada Əliyeva soyadı verilmişdir. İş üzrə Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli, MŞB/16/2026-00676 saylı arayışın surətindən görünür ki, İddiaçı “nikahın pozulması, uşaqların anada qalması və aliment” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 12.30-13.00-da keçirilməsi nəzərdə tutulan mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçı cavabdehlə ailə münasibətlərinin pozulmasını və ailənin bərpasının qeyri-mümkün olmasını əsas tutaraq nikahın pozulması ilə bağlı tələb irəli sürmüşdür. Məhkəmə iclasında cavabdeh boşanmağa razı olduğunu bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ər-arvadın birgə yaşamasının və ailənin saxlanılmasının qeyri mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan ümumi uşaqları olan ər-arvadın nikahın pozulmasına qarşılıqlı razılığı olduqda nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü Əliyeva Nazlı adlı uşaqları var. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında olan münasibətlər kəsilmiş, tərəflər ailənin saxlanılmasını qeyri-mümkün hesab edir və nikahın pozulması ilə əlaqədar qarşılıqlı razılıqları var. Məhkəmə tərəflərin nikahın pozulmasına qarşılıqlı razılığını nəzərə alaraq hesab edir ki, onlar arasında bağlanmış nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 234 360-cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə İddiaçı arasında Bakı şəhəri Xətai rayon qeydiyyat şöbəsi tərəfindən qeydə alınmış 29 sentyabr 2012-ci il tarixli, 1568 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev Azərbaycan Respublikası Adından QƏRARDAD Bakı şəhəri Səbail rayon Məhkəməsi Bakı şəhəri İş № 2(009)-1480/2025 17 iyul 2025-ci il tarixdə Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişinə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında tərəflər yazılı barışıq sazişini məhkəməyə təqdim etməklə, onun təsdiq edilməsini və işin icraatına uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində xitam verilməsini xahiş etmişlər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi ilə bağlı barışıq sazişi bağlamışlar. Barışıq sazişini məhkəməyə təqdim edir və məhkəmədən barışıq sazişin təsdiq edib işin müvafiq hissəsində icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh göstərmişdir ki, onunla cavabdeh arasında barışıq sazişi bağlanılmışdır. Barışıq sazişini məhkəməyə təqdim edilmişdir və məhkəmədən həmin barışıq sazişin təsdiq edilməsini və işin icraatına uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində xitam verilməsini xahiş etmişdir. Tərəflər arasında yazılı formada tərtib edilmiş və məhkəməyə təqdim olunmuş 18 iyun 2025-ci il tarixli barışıq sazişinə əsasən: 1.Nikahın pozulması tələbinə dair: 1.1.Tərəflər xx.xx.2012-ci il tarixdə Bakı şəhər Xətai rayon Qeydiyyat Şöbəsində bağlanmış akt qeydləri kitabında 1568 nömrə ilə qeyd edilmiş nikahın pozulmasına öz razılıqlarını bildirir (tərəflər bu sazişlə məhkəmədən nikahın pozulmasına dair ayrıca Qətnamə çıxarılmasını xahiş edir). 2.Uşağın kimin yanında qalmasına dair: 2.1.1.Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılır. 3.Aliment tələbinə dair: 3.1. Tərəflər razılaşırlar ki, iddianın verildiyi gündən hesablanmaqla Cavabdeh aylıq əmək haqqısının 1/3 hissəsində aliment ödəyir. Qeyd edilən 1/3 aliment həcmi birgə nikahdan doğulmuş xx.xx.2014-cü təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 məktəbdənkənar məşğələləri (əgər belə bir hal olarsa (idman, rəqs, musiqi və s.kimi xərclər)) üçün kifayət etmədiyi təqdirdə ödənişin geridə qalan hissəsi cavabdeh tərəfindən qarşılanacaq. Bundan əlavə olaraq uşaqlar hazırda özəl məktəbdə oxuduqlarından təhsil haqları cavabdeh tərəfindən ödənilir. Övladlar ana tərəfindən istənilən özəl məktəbə qoyula bilər (və yaxud məktəb dəyişdirilə bilər). Bu halda özəl məktəbin təhsil haqqı ödənişinin 8000 manatı cavabdeh tərəfindən, qalan hissəsi isə (8000 manatdan artıq hissəsi) iddiaçı tərəfindən qarşılanacaq. 4.Əmlak məsələlərinə dair: 4.1.Tərəflər hazırkı sazişlə razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş 4 otaqlı mənzil (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 26, mənzil 9 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi giriş 138, M4, m1)) Cavabdeh mülkiyyətində saxlanılır. Həmin əmlakın tam olaraq mülkiyyət hüququ Cavabdeh qalır. Tərəflər razılaşır ki, cavabdehin mülkiyyətində olan 4 otaqlı mənzildə iddiaçının istifadə hüququ var və orada İddiaçı ilə övladları yaşayacaq. Birgə nikah dövründə əldə olunmuş 2 otaqlı mənzildə (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi, ev 3, mənzil 8) İddiaçı mülkiyyət hüququ tanınır və mülkiyyət hüququ tam olaraq onda qalır. Məhkəmə qərardadı çıxdıqdan 1 ay sonra Cavabdeh həmin əmlakı (10 gün ərzində) iddiaçının mülkiyyətinə keçirdir. İddiaçının adında olan 2 otaqlı mənzildə isə Cavabdeh istifadə hüququ mövcuddur və həmin mənzildə cavabdeh yaşayacaq. 4.2.Tərəflər həmçinin razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş “Toyota Fortuner” markalı, 10MA511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində qalır və İddiaçı bu qərara etiraz etmir. Məhkəmə iş materiallarını araşdırıb hesab edir ki, tərəflərin təqdim etdikləri barışıq sazişi təsdiq edilməli və işin icraatına qismən - tərəflərin uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində xitam verilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 adlı uşaqları var. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2015-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsində yerləşən 3 saylı evin ümumi sahəsi 54,70 kv.m. olan 8 saylı mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2020-ci il tarixli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsində yerləşən 26 saylı evin ümumi sahəsi 136,50 kv.m. olan 9 saylı mənzili (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, giriş 138, M4,m1) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəllənin 881.1-ci maddəsinə əsasən barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Azərbaycan Respublikası MPM-nin 52.4-cü maddəsinə əsasən məhkəmə prosesin istənilən mərhələsində tərəflərə mübahisənin hüquqi həlli ilə bağlı məlumat və barışıq sazişi, yaxud mübahisənin mediasiya vasitəsilə həlli üçün təkliflər verməyə haqlıdır. Həmin Məcəllənin 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini, cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Tərəflərin məhkəmə tərəfindən təsdiq edilən barışıq sazişinin şərtləri qərardadda göstərilməlidir. Qeyd edilən Məcəllənin 261.0.5-ci maddəsinə əsasən tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən qəbul olunmuşsa iş üzrə icraata hakim tərəfindən xitam verilir. Göstərilən Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Beləliklə iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, tərəflərin bağladıqları və təqdim etdikləri barışıq sazişi qanuna zidd olmadığından və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmadığından məhkəmə tərəfindən qəbul edilməklə təsdiq edilməli və mülki işin icraatına qismən, yəni tərəflərin uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində xitam verilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 261, 263-264-cü maddələrini rəhbər tutub məhkəmə… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı nikahın pozulması, uşaqların ananın yanında saxlanılması, alimentin tutulması və birgə nikah dövründə əldə olunmuş əmlakın bölünməsi barədə mülki iş üzrə tərəflərin təqdim etdikləri barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin və mülki işin icraatına qismən tərəflərin uşaqların ananın yanında qalması, alimentin tutulması, birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi hissələrində xitam verilsin: 2.Uşağın kimin yanında qalmasına dair: 2.1.1.Tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X5 anası İddiaçı yanında saxlanılır. 3.Aliment tələbinə dair: 3.1. Tərəflər razılaşırlar ki, iddianın verildiyi gündən hesablanmaqla Cavabdeh aylıq əmək haqqısının 1/3 hissəsində aliment ödəyir. Qeyd edilən 1/3 aliment həcmi birgə nikahdan doğulmuş xx.xx.2014-cü təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəllüdlü X3 məktəbdənkənar məşğələləri (əgər belə bir hal olarsa (idman, rəqs, musiqi və s.kimi xərclər)) üçün kifayət etmədiyi təqdirdə ödənişin geridə qalan hissəsi cavabdeh tərəfindən qarşılanacaq. Bundan əlavə olaraq uşaqlar hazırda özəl məktəbdə oxuduqlarından təhsil haqları cavabdeh tərəfindən ödənilir. Övladlar ana tərəfindən istənilən özəl məktəbə qoyula bilər (və yaxud məktəb dəyişdirilə bilər). Bu halda özəl məktəbin təhsil haqqı ödənişinin 8000 manatı cavabdeh tərəfindən, qalan hissəsi isə (8000 manatdan artıq hissəsi) iddiaçı tərəfindən qarşılanacaq. 4.Əmlak məsələlərinə dair: 4.1.Tərəflər hazırkı sazişlə razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş 4 otaqlı mənzil (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 26, mənzil 9 (Yeni qaydalarla: Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi giriş 138, M4, m1)) Cavabdeh mülkiyyətində saxlanılır. Həmin əmlakın tam olaraq mülkiyyət hüququ Cavabdeh qalır. Tərəflər razılaşır ki, cavabdehin mülkiyyətində olan 4 otaqlı mənzildə iddiaçının istifadə hüququ var və orada İddiaçı ilə övladları yaşayacaq. Birgə nikah dövründə əldə olunmuş 2 otaqlı mənzildə (Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, Gənclər küçəsi, ev 3, mənzil 8) İddiaçı mülkiyyət hüququ tanınır və mülkiyyət hüququ tam olaraq onda qalır. Məhkəmə qərardadı çıxdıqdan 1 ay sonra Cavabdeh həmin əmlakı (10 gün ərzində) iddiaçının mülkiyyətinə keçirdir. İddiaçının adında olan 2 otaqlı mənzildə isə Cavabdeh istifadə hüququ mövcuddur və həmin mənzildə cavabdeh yaşayacaq. 4.2.Tərəflər həmçinin razılaşırlar ki, birgə nikah dövründə əldə edilmiş “Toyota Fortuner” markalı, 10MA511 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Cavabdeh mülkiyyətində qalır və İddiaçı bu qərara etiraz etmir. Qərardaddan 10 gün müddətində Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar