Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1484/2023 06.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdeh, onun nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə və istifadə hüququnun tanınması tələbinə dair iddiası, Cavabdeh İddiaçı qarşı əmlakların çıxarılması tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 1 ünvanına köçürülməsi və istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia iddia tələbini belə əsaslandırmışdır ki, o, Cavabdeh ilə 07 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuş və ünvan 2 ünvana gəlin köçmüş və həmin müddətdən qeyd olunan mənzildə yaşamaq və istifadə hüququ yaranmışdır. xx.xx.2015-ci il tarixdə cavabdehlə aralarında olan nikah pozulmuşdur. O, cavabdehlə rəsmi boşansa belə, onun mülkiyyətində olan ünvan 3 ünvanında yaşamağa davam etmişdir. Lakin bir müddətdir ki, cavabdeh onun həmin mənzildən istifadə hüququna maneələr törədir. 21 iyul 2023-cü il tarixdə Cavabdeh İddiaçı Seyəddin qızına qarşı əmlakların çıxarılması barədə qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək, İddiaçı məxsus 2 (iki) ədəd kreslio 1 (bir) ədəd çarpayı, 1(bir) ədə stol, 6 (altı) ədəd stul, 6 (altı) ədəd şkaf, 2(iki) ədəd divan, 1(bir) jurnal üçün istifadə edilən masanın ünvan 2 ünvandan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə aralarında olan xx.xx.2006-cı il tarixli nikah xx.xx.2015-ci il tarixdə rəsmi pozulmuşdur. Nikah pozulandan sonra iddiaçıya məxsus əşyalar onun mülkiyyətində olan mənzildə qalmışdır. Nikah pozulandan sonra iddiaçıya əşyalarını çıxarılması ilə bağlı müraciət edilməsinə baxmayaraq, əşyalar hazırkı günə kimi onun mənzilindədir. Bundan başqa, iddia ərizəsində göstərildiyi kimi iddiaçı onun mənzilində daimi yaşamamışdır. Əşyaları olduğu səbəbindən mənzilə gəlib getmiş, lakin daimi əsasda həmin mənzildə yaşamamışdır. İddiaçı davamlı olaraq başqa ünvanda yaşayır. Bu səbəbdən də həmin iddia ərizəsi əsassızdır. Məhkəmənin nəzərinə çatdırır ki, xx.xx.2016-cı il tarixdə iddiaçının ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evində olan payı Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 186306 manat dəyərində alınmışdır. Bundan başqa, məhkəmənin nəzərinə çatdırır ki, iddiaçının Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları, 34 evin 6 saylı mənzilində yaşaması üçün istifadə hüququnun tanınması və köçürülməsinə zərurət yoxdur. Belə ki, iddiaçı faktiki olaraq göstərilən müqavilə əsasında özünə məxsus payın əldə edilməsindən pul vəsaiti alması nəticəsində yaşayış yerinə olan ehtiyacını tam təmin edə bilərdi. Yuxarıda göstərilənlərə əsasən İddiaçı məxsus 2 (iki) ədəd kreslo, 1 (bir) ədəd çarpayı, 1(bir) ədə stol, 6 (altı) ədəd stul, 6 (altı) ədəd şkaf, 2(iki) ədəd divan, 1(bir) jurnal üçün istifadə edilən masanın ünvan 2 ünvandan çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil qarşılıqlı iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsində göstərilən xüsusuatları təsdiq edən eyni məzmunlu izahat verdi. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək onun təmin edilmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və bildirmişdir ki, mübahisəli mənzil onun atasına məxsus olmuş və atası tərəfindən 2005ci ildə 2-ci mərtəbədə 2 otaq ona və 1-ci mərtəbədə 2 otaq qardaşına bağışlanmaqla onların paylı mülkiyyətinə verilmişdir. İddiaçı ilə 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş və ona məxsus mənzildə yaşamışlar. 2015-ci ildə iddiaçı ilə aralarındakı nikah pozulduqdan sonra iddiaçı özünə məxsus geyim şeylərini götürüb mənzildən çıxıb getmiş və başqa ünvanda yaşamışdır. İddiaçının mebelləri mənzildə qaldığı üçün arada mənzilə gəlib qalırdı. İddiaçı mebellərini də aparacağını deyirdi, lakin aparmırdı. İddiaçı 4-5 il olar ki, tamamilə gedib. İddiaçı atasının evində qeydiyyatdadır. Hal-hazırda iddiaçı bacısıgildə yaşayır, onun bacısının evi atasının evinin qonşuluğundadır. İddiaçının atasının gözü görmədiyi üçün qızı ilə yaşayır. İddiaçının mənzilə ehtiyacı yoxdur, belə ki, iddiaçı 2016-cı ildə paylı mülkiyyətində olan evin söküntüsündən 186306 manat kompensasiya almışdır və həmin vəsaitlə yaşayış yerinə olan ehtiyacını tam təmin edə bilərdi. O, iddiaçıya yeni ailə qurmaq istədiyini və ona mənzili boşaltmasını dediyi üçün iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini qəbul etməyərək onun təmin edildmədən saxlanılmasını, qarşılıqlı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir Məhkəmə işə baxıb, tərəflərin izahatlarını dinləyib, təqdim olunmuş sübutları tədqiq edib, irəli sürülən iddia və qarşılıqlı iddia tələblərinin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıda göstərilənlərə görə iddia təmin edilməməli, qarşılıqlı iddia təmin edilməlidir. İş materiallarında olan AZ-İ 435772 nömrəli, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı arasında nikah xx.xx.2015-ci il tarixdə pozulmuşdur. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2016 ilin 01 ayının 06 günündə 01 № ilə qeyd edilmişdir. İş materiallarında olan AZE 0******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1976-cı ildə doğulmuşdur. İş materiallarında olan AZE ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, ünvan 6 ünvanında qeydiyyatdadır. İş materiallarında olan AN-İ ******* nömrəli, 06 iyun 2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 7 ünvanında yerləşən fərdi yaşayış evinin paylı mülkiyyət üzrə ona məxsus hissəsini Bakı şəhəri Yasamal rayonu İcra Hakimyyətinə 186306 manata satmışdır. İş materiallarında olan 31 avqust 2005-ci il tarixli bağışlama müqaviləsindən görünür ki, Bakı şəhəri, Əlibəyov Qardaşları küçəsi, ev 34, mənzil 5-də yaşayan X3 xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Əlibəyov Qardaşları küçəsi, ev 34, mənzil 5-də 1-ci mərtəbədə yerləşən yaşayış sahəsi 39,4 kv.m.olan iki otağını X1 və 2-ci mərtəbədə yerləşən yaşayış sahəsi 43,7 kv m.olan iki otağını isə oğlu Cavabdeh bağışlamışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarışdan görünür ki, Baki şəhəri, ünvan 8 ünvanı paylı mülkiyyət hüququ ilə 2-ci mərtəbə, 2 otaq (y/s 43,7 kv.m.) Cavabdeh, 1-ci mərtəbə 2 otaq (y/s 39,4 kv.m.) X1 məxsusdur. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” 27 iyul 2001-ci il tarixli qərarında göstərmişdir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” 08 oktyabr 2013-cü il tarixli qərarında izah etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009-cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranmış münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüquqlarına xitam verilməsinə dair” 29 mart 2016-cı il tarixli qərarında izah etmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür. Belə mübahisələrə baxılarkən məhkəmələr tərəfindən işin faktiki halları, o cümlədən istifadə hüququnun həyata keçirilməməsinin səbəbləri dəqiq və hərtərəfli araşdırılmalı və məhkəmə aktında əsaslandırılmalıdır. Məhkəmə iclasında sübutların tədqiqi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Əlibəyov Qardaşları, 34 saylı evin 5 saylı mənzili cavabdehin atası X2 məxsus olmuş və X3 xx.xx.2005-ci il tarixdə notarial qaydada təsdiq edilmiş bağışlama müqaviləsi əsasında xüsusi mülkiyyət hüququ üzrə ona məxsus olan Bakı şəhəri, Əlibəyov Qardaşları küçəsi, ev 34, mənzil 5-də 1-ci mərtəbədə yerləşən yaşayış sahəsi 39,4 kv.m.olan iki otağını X1 və 2-ci mərtəbədə yerləşən yaşayış sahəsi 43,7 kv m.olan iki otağını isə oğlu Cavabdeh bağışlamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli, ********** saylı çıxarışla Baki şəhəri, ünvan 8 ünvanı paylı mülkiyyət hüququ ilə 2-ci mərtəbə, 2 otaq (y/s 43,7 kv.m.) Cavabdeh, 1-ci mərtəbə 2 otaq (y/s 39,4 kv.m.) X1 məxsusdur. İddiaçı 07 noyabr 2006-cı il tarixdə rəsmi nikaha daxil olaraq, ünvan 9 ünvanda cavabdehə məxsus mənzilə gəlin köçmüş və orada yaşamışdır. xx.xx.2015-ci il tarixdə tərəflər arasında olan nikah pozulmuş, bundan sonra iddiaçı mübahisəli mənzildən özünə məxsus geyim əşyalarını götürərək mənzildən getmiş, lakin mebeli həmin mənzildə qaldığı üçün mənzilə gəlib getmişdir. Lakin 4-5 il olar ki, iddiaçı mənzilə getmir və orada yaşamır. Məhkəmə iclasında sübutların tədqiqi ilə həmçinin müəyyən olunmuşdur ki, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli çıxarışa əsasən Bakı şəhəri, Yasamal rayonu, Ç.Mustafayev küçəsi, dalan 11, 3 ünvanda yerləşən fərdi yaşayış evində paylı mülkiyyət hüququ üzrə ona məxsus 1/12 hissəni Bakı şəhəri 53 saylı notariat kontorunda təsdiq edilmiş xx.xx.2016-cı il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən 186306 manat müqabilində Bakı şəhəri Yasamal rayon İcra Hakimiyətinə satmışdır. Beləliklə məhkəmə hesab edir ki, məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla İddiaçı öz yaşayış sahəsinə olan ehtiyacını cavabdehə məxsus mənzildən istifadə etməklə qarşılamaq məcburiyyətində qalması halları tədqiq olunmuş sübutlarla müəyyən olunmadı. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və ona görə də, təmin edilməməlidir. Qarşılıqlı iddia tələbinin dəlillərini məhkəmə əsaslı hesab edir və ona görə də, hesab edir ki, qarşılıqlı iddia tələbi təmin edilməli, İddiaçı məxsus əmlaklar mübahisəli mənzildən çıxarılmalıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qarşılıqlı iddia təmin edilsin. Qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı məxsus 2 (iki) ədəd kresli, 1 (bir) ədəd çarpayı, 1(bir) ədə stol, 6 (altı) ədəd stul, 6 (altı) ədəd şkaf, 2(iki) ədəd divan, 1(bir) jurnal üçün masa ünvan 10 ünvandan çıxarılsınlar. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1484/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1484/2023
06.11.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver