Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1504/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, Cavabdeh, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2, İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “alimentin tutulma qaydasının dəyişdirilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə birgə nikahdan dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X2 üçün xx.xx.2023-cü il tarixli Barışıq sazişi ilə müəyyən olunmuş alimentin tutulma qaydası dəyişdirilərək aylıq qazancının 1/3 (üçdə bir) hissəsinə yönəldilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: onunla cavabdeh arasında xx.xx.2023-cü il tarixində Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X6 və hər iki mübahisə tərəfinin şəxsən iştirakı ilə mediasiya sessiyasında “Mediasiya haqqında” qanunun 33-cü maddəsinə əsasən MŞB/2- 03895/2023 nömrəli Barışıq sazişi hazırlanmış, tərəflərin və mediatorun imzası ilə təstiq edilmişdir. Barışıq sazişinin ikinci bəndinə əsasən tərəflər razılaşırlar ki, 2-ci tərəf İddiaçı tərəfindən birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X11 və xx.xx.2022-ci il təvəllüdlü X15 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 (iki min beş yüz) manat, xx.xx.2024-cü il tarixindən etibarən isə 3500 (üç min beş yüz) manat aliment ödəyəcəkdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1881/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən MŞB/2-03895/2023 nömrəli Barışıq sazişişinin müvafiq bəndi məcburi icrası üçün təsdiq edilmişdir. Bakı şəhəri Səbail rayon İcra şöbəsinin icra məmuru qətnaməyə izah verilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, icra sənədində qeyd edilən 3500 manat alimentin hər ay ehtiva edibetməməsi ilə bağlı qərara izah verilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 1881/2024 saylı, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən 2.Tərəflər razılaşırlar ki, 2ci tərəf - İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. Sözügedən icra sənədində xx.xx.2024cü il tarixindən etibarən 3500 manat aliment ödəniləcəyi qeyd edilsə də, bu ödənişin hər ayödənilməsi qeyd edilməmiş, bununla əlaqədar icra sənədinin icra olunmasında çətinlik yaranmışdır. Məhkəmə 8(009)-251/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə müəyyən olunur ki, 3500 manat məbləğində alimentin hər ay ödəniləcəyi ehtiva olunur. Həmin qərardaddan narazı qalaraq, apellyasiya şikayəti vermişdir. Belə ki, barışıq sazişi tərəflər arasında könüllü bağlanan azad iradə ifadəsidir, lakin məhkəmə qərardad qəbul edərkən barışıq sazişinin şərtlərini özü müəyyən etmişdir. Barışıq müqaviləsində pulun hər ay ödənilməsi qaydası göstərilməmişdir. Məhkəmə onun yerinə, iradə ifadəsinə zidd, müqaviləyə faktiki olaraq şərt əlavə etmişdir. Sazişə görə onun tərəfindən ödənilməli olduğu məbləğlər illik məbləğlərdir və ümumi də il ərzində 6000 manat təşkil edir. Bununla aylıq iki uşaq üçün ödəniş 500 manat təşkil edir. Apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəməyə təqdim etdiyi aylıq və illik qazancı barədə məlumatdan da görünür ki, onun aylıq və illik qazancından olan məcburi tutmalar aliment ödənişi, yəni sazişdə göstərilən aylıq 3500 AZN aliment ödənişi ilə toplanıldıqda onun qazancının yarıdan çoxunu aşır. Belə ki, AR Milli Aviadaşıyıcısı "xxxx" QSC xx.xx.2025-ci il №160 saylı arayışından da görsənir ki, aylıq əmək haqqım 9000-10500 manat təşkil edir. Həmin məbləğdən 25% gəlir vergisi, 3% sosial müdafiə fondu, 0.5% işsizlik fondu, 2% icbari tibbi sığorta və paşa sığorta kimi məcburi tutulmalar yer alır. O, real olaraq 4000-4500 AZN civarında maaş alır və 3500 AZN aliment ödədiyi təqdirdə, ona cəmi ***-**** AZN qalır. Bu məbləğ isə onun şəxsi, yaşayış ehtiyaclarını və digər zəruri xərclərini qarşılamaq üçün qeyri-real və ədalətsizdir. Hazırki aliment məbləği onun maliyyə imkanlarından artıqdır və gəliriylə uzlaşmır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iddianı müdafiə edərək bildirdi ki, iddiaçının rəsmi maaşı 980 manatdır, qalan məbləğ onun həyata keçirdiyi uçuşlarla əlaqədar əlavə olaraq ödənilir. İddiaçı barışıq sazişini bağlayanda alimentlə bağlı bənddə aylıq 500 manat aliment ödəniləcəyini nəzərində tutmuşdu. İddiaçı hüquqşünassız mediasiyada iştirak etmiş, bəndi tam anlamamışdır. İddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddianı qəbul etməyərək bildirdi ki, Paşa Life-a iddiaçının ödənişi könüllüdür, bir müddət sonra həmin ödənilmiş məbləi ona qaytarılacaq. İddiaçının kifayət qədər imkanı var, valideynlərinin adına maşın və əmlak alır. Bundan başqa, cavabdeh MAA-da müəlimə işləyir, əmək haqqının məbləği aşağıdır. O, VÖEN əsasında da fəaliyyət göstərir, lakin gəliri stabil deyil, bir ay 200 manat, növbəti ay 2000 manat ola bilər olsun. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirdi ki, iddiaçının mediasiyada barışıq sazişi bağlandığı vaxtdan sonra maddi vəziyyəti dəyişilməyib. Tərəflər arasında bağlanmış barışıq sazişi qüvvədədir. İddiaçı alimenti ödəməkdən yayınmaq məqsədi ilə hazırki iddianı irəli sürüb. İddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər: X7 (bundan sonra birinci tərəf) və İddiaçı (bundan sonra ikinci tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1. tərəflər: X7 və Qurbanov X5 (Bakı Nikah Evi) qeydə alınmış nikahın davam etdirilməsinə razı olmadılar. X7 müvafiq məhkəməyə müraciət edəcəkdir. 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X16 ana X3 yanında qalacaqdır. 4. Tərəflər razılaşırlar ki, 2-ci tərəf İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X16 ilə heç bir məhdudiyyət olmadan görüşə bilər. 5. 2-ci tərəf İddiaçı şəxsi mülkiyyətində olan 10LD175 dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni X4 verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf X7 cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 12 sentyabr 2024-cü il tarixli, 2(009)- 81/2024 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilmiş, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilmişdir: 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf - İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. 5. 2-ci tərəf - İddiaçı şəxsi mülkiyyətində olan 10LD175 dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni X4 verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf - X7 cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17 dekabr 2024-cü il tarixli, 8(009)- 251/2024 saylı qərardadından görünür ki, ərizə təmin edilmiş, izah edilmişdir ki, icra sənədində qeyd edilən 3500 (üç min beş yüz) manat alimentin tutulması hər ayı ehtiva edir. Bakı Apellyasiya Məhkəməsinin 18 mart 2025-ci il tarixli, 8(103)-48/2025 saylı qərardadından görünür ki, borclu İddiaçı şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(009)-251/2024 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Aviaşirkəti Uçuşların İstehsalı İdarəsi Uçuş xidmətinin Airbus-319/320 HG-nin ikinci pilotu vəzifəsində işləyir və onun 2024/2025-ci illər üçün on iki ay ərzində hesablanmış əmək haqqı 129 704,19 manat (yüz iyirmi doqquz min yeddi yüz dörd manat 19 qəpik) təşkil edir. Əsaslandırıcı hissə: Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ilə Cavabdeh birgə nikahdan olan övladları 09 iyun 2020-ci il təvəllüdlü X13 və 09 mart 2022-ci il təvəllüdlü X16 cavabdehin (anasının) himayəsindədir. X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər razılaşırlar ki, 2-ci tərəf İddiaçı tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X14 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X13 və xx.xx.2022-ci il təvəllüdlü X16 ana X3 yanında qalacaqdır. Həmin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilmiş və daha sonra məhkəmə qərardadı ilə alimentin hər ay 3500 manat olmaqla ödənilməli olması kimi izah verilmişdir. Hazırda iddiaçı əmək haqqının stabil olmamasına və ay ərzində başqa xərclərinin də olmasına istinad edərək alimentin tutulması qaydasının dəyişdirilməsini və onun gəirlərinin 1/3 hissəsində tutulmasını xahiş edir. Məhkəmə qeyd edir ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən, isə valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: -56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. -75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. -75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. -76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay 1 uşağa görə-qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə-qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; 3 və daha çox uşağa görə-qazancın (başqa gəlirlərin) yarısı miqdarda aliment tutulur. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (76.2) -112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası MPM-nin 233.4-cü maddəsinə əsasən cavabdehdən vaxtaşırı ödəmələrin alınmasını qət edən qətnamə qanuni qüvvəyə mindikdən sonra, ödəmələrin miqdarını müəyyənləşdirən və ya onların davam etməsinə təsir edən hallar dəyişərsə, hər bir tərəf yeni iddia vermək yolu ilə ödəmələrin miqdarını və müddətlərini dəyişdirməyi tələb etməyə haqlıdır. Məhkəmə, alimentin miqdarını müəyyən edərkən uşağın əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanmasının əsas meyar olması ilə yanaşı, yalnız bir tərəfin deyil, hər iki tərəfin də ailə və maddi vəziyyətinin öyrənilməli olmasını nəzərə alır. Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşaqların mənafeyini və yaşını, alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşaqların maddi vəziyyətinə təsirini, onların əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasının zəruriliyini, eyni zamanda hər iki tərəfin maddi vəziyyətini nəzərə alaraq hesab edir ki, tərəflərin uşaqları 09 iyun 2020-ci il təvəllüdlü X8 və 09 mart 2022-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin tutulması uşaqların mənafeyi baxımından məqsədəuyğundur. Belə ki, iddiaçının təqdim etdiyi "xxxx" QSC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, İddiaçı "xxxx" Qapalı Səhmdar Cəmiyyəti Sərnişin Aviaşirkəti Uçuşların İstehsalı İdarəsi Uçuş xidmətinin Airbus-319/320 HG-nin ikinci pilotu vəzifəsində işləyir və onun 2024/2025-ci illər üçün on iki ay ərzində hesablanmış əmək haqqı aylar üzrə stabil olmamışdır. Məhkəmə, barışıq sazişində nəzərdə tutulmuş 3500 manat aliment məbləğini və arayışda göstərilən iddiaçının aylıq qazancın məbləğini, eləcə də uşaqların yaşını və onlarla bağlı çəkilə biləcək xərclərin (təlim, geyim, yemək-içmək, gəzmək və s.) məbləğini və iddiaçının öz xərclərini, cavabdehin də həm müəllimə işləməsini, həm də (aylıq qazancı stabil olmasa da) müəyyən sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla özünün deməsinə görə bəzi aylarda qazancının 2000 manat ola bilməsini nəzərə alaraq, iddianın təmin edilməsini və yetkinlik yaşına çatanadək hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında alimentin cavabdehdən tutulmasını mümkün hesab edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023cü il tarixli Barışıq sazişi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilməli, 09 iyun 2020-ci il təvəllüdlü X8 və 09 mart 2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) Cavabdeh ödənilməlidir. Nəticə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X7 ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişi ilə müəyyən edilmiş alimentin tutulma qaydası dəyişdirilsin. 09 iyun 2020-ci il təvəllüdlü X8 və 09 mart 2022-ci il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün İddiaçı hər ay qazancının (başqa gəlirlərin) 1/3 hissəsi miqdarında aliment bu qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq (uşaqlar yetkinlik yaşına çatanadək) Cavabdeh ödənilsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-1504/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1504/2025
08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver