Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1531/2020 13.08.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Məmmədova Narqələm Bayram qızının katibliyi ilə İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili M.Vəkil2 iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi ilə X5 ilə Cavabdeh arasında 5 saylı Bakı “ASAN xidmət” mərkəzində 3301 nömrə ilə xx xxxx 2016-cı ildə qeydə alınmış nikah pozulmuş, birgə nikahdan xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 anaları - İddiaçı yanında saxlanılmaları, X1 və X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi qət edilmiş və qətnamə qanuni qüvvəyə minərək icraya yönəldilmişdir. Eyni zamanda iddiaçının işə mahiyyəti üzrə baxılıb həll edilənədək müvəqqəti alimentin tutulmasına dair ərizəsi məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(009)-2020 saylı qərardadı ilə təmin edilmişdir. Məhkəmə baxışı zamanı cavabdehin səlahiyyətli nümayəndəsi və vəkilinin verdiyi məlumata və təqdim etdiyi təsdiqedici sənədlərə əsasən Cavabdeh əmək müqavilələri üzrə rəsmi olaraq 3 yerdə işlədiyi, o cümlədən ailə şirkətlərində direktor vəzifəsində işlədiyi və ümumilikdə 2400 manat rəsmi əmək haqqı aldığı məlum olmuşdur. Cavabdeh tərəfindən müvəqqəti alimentin tutulmasına dair qərardad üzrə qərardadın icraya yönəldildiyi ilk 3 ay müddətində 2400 manatın 1/3 hissəsi olaraq 800 manat aliment ödənilsə də, sonrakı ay aliment ödənilməmiş, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnaməsi qəbul edildikdən sonra isə Cavabdeh tərəfindən 2 ay ərzində 300 manat ödənilmişdir. İddiaçı tərəfindən Səbail rayon İcra və Probasiya Şöbəsinə müraciət edildiyində məlum olmuşdur ki, məhkəmə qətnaməsi qəbul edildikdən sonra Cavabdeh tərəfindən rəsmi olaraq 1 iş yeri 500 manat əmək haqqı göstərilmiş və bu məbləğin 1/3 ödənilməyə başlanılmışdır. Məhkəmə qətnaməsi qəbul edilənədək doğma övladlarının saxlanması, təlim-tərbiyəsi üçün 800 manat aliment verməklə kifayətlənməyəcəyini, aliment məbləğindən dəfələrlə artıq məsrəfləri qarşılamaq imkanında olduğuna görə övladlarından heç nəyi əsirgəməcəyini İddiaçı şəxsən və bilavasitə, məhkəmədə isə vəkili və nümayəndəsi vasitəsi ilə bəyan etsə də, sözünün üstündə durmamış, qətnamə qəbul edildikdən sonra 800 manat məbləğində alimenti ödəməkdən yayınmaq məqsədilə rəsmi gəlirini azaltmağa yönəllən addımlar atmışdır. Halbuki, Cavabdeh “xxxxxx” MMC-nin, “xxxxxxxxxxxxxxxx” MMC-nin və “xxxxxxxxxxxx” MMC-nin təsisçisi və rəhbəridir, həmçinin “xxxxxxxxxxxx” MMC-nin və “xxxxxx Sənaye” MMC-nin təsisçisidir. Cavabdeh təsisçisi və rəhbəri olduğu həmin məhdud məsuliyyətli cəmiyyətlər halhazırda aktiv fəaliyyətdə olan və kifayət qədər gəliri biznesmen olmasına baxmayaraq, iki körpə övladını saxlamaqdan boyun qaçırmaq üçün əl atdığı və gələcəkdə də əl ata biləcəyi üsullara birdəfəlik son qoymaq, bu tipli məhkəmə mübahisələrinin yaranmasının qarşısını almaq üçün cavabdehin vergi orqanına bəyan etdiyi gəlirləri rəsmi sorğu ilə müəyyən edilməli və aliment sabit məbləğ olaraq təyin edilməlidir. Eyni zamanda biznes fəaliyyətində gəlirlərin qeyri-stabil və dəyişkən olduğu üçün aliment məbləğinin sabit məbləğ olaraq təyin edilməsi ailə qanunvericiliyinin tələbləri baxımından qanuni və əsaslı olmuş olar. Ailə qanunvericiliyinin tələbinə görə İddiaçı tərəflərin birgə nikahından xx.xx.2019-cu il tarixdə doğulmuş X2 üç yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək zəruri vəsaitə malik olan digər tərəfdən Cavabdeh aliment tələb edə bilər. Göstərilənləri nəzərə alaraq iddiaçı onunla İddiaçı ilə Cavabdeh birgə nikahından xx.xx.2017-ci il tarixdə doğulmuş X1 və xx.xx.2019-cu il tarixdə doğulmuş X2 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər uşağa 170 manat olmaqla, iki uşağa görə 340 manat sabit pul şəklində alimentin və hər uşağa görə 1000 manat olmaqla, iki uşağa görə cavabdehin qazancının (gəlirinin) bir hissəsi olmaqla, 2000 manat alimentin, cəmi hər ay 2340 manat alimentin, habelə xx.xx.2019-cu il tarixdə doğulmuş X2 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək hər ay 1000 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili həmçinin izahatında göstərmişdir ki, nikahın pozulmasına dair iddiaya məhkəmədə baxılarkən qarşı tərəf bildirmişdir ki, aliment simvolik müəyyən edilsin. Onsuz da uşaqlara kifayət qədər maddi köməklik göstəriləcəkdir. Qətnamə icraya yönələrkən isə məlum olmuşdur ki, cavabdeh icra qurumuna yalnız iki yerdə işləyib əmək haqqı alması barədə sənəd təqdim etmiş və həmin sənədlər əsasında uşaqlara 300 manat məbləğində aliment verilmişdir. Hansı ki, cavabdeh bir neçə şirkətin təsisçisi və sahibidir, rəsmi aylıq əmək haqqıdan əlavə gəlirləri də mövcuddur. Bu hal vergi orqanlarına edilmiş sorğuya gəlmiş cavabla da təsdiq olunur. Ona görə də onlar tutulacaq alimentin sabit pul məbləği şəklində müəyyən edilməsi barədə tələb irəli sürmüşlər. İddiaçı işləmişdir, lakin hazırda analıq məzuniyyətindədir və uşağa görə işləmir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, məhkəməyə təqdim edilmiş sənədlərlə müəyyən olunur ki, iddiaçının qeyd etdiyi şirkətlərin yalnız ikisi fəaliyyət göstərir, cavabdeh hər iki şirkətin direktoru vəzifəsini daşımaqla müntəzəm əmək haqıq alır. Həmin əmək haqqıya müvafiq hər ay 370 manat aliment ödənilir. Əmək haqqından əlavə gəlirlər müəyyən edilərsə, həmin gəlirlərin də 1/3 hissəsi aliment kimi iddiaçıya ödənilməlidir. Bu hal alimentin sabit pul məbləği şəklində tutulmasına səbəb ola bilməz. Digər tərəfdən iddiaçı “X6”ndə işləyir və 1400 manat əmək haqqı alır. Onun analıq məzuniyyətində olması barədə onda məlumat yoxdur. Eyni zamanda 3 yaşadək uşağa baxılmasına görə iddiaçıya o vaxt aliment verilməlidir ki, cavabdehin kifayət qədər buna maddi imkanı olsun. Lakin sənədlərlə belə bir hal müəyyən edilə bilməz. Cavabdehin nümayəndəsi həmçinin göstərmişdir ki, tərəflər arasında münasibətlər pozulduqdan sonra bu günədək iddiaçı cavabdehin uşaqları ilə görüşməsinə maneçilik törədir. Göstərilənləri nəzərə alaraq cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin təsdiq olunmuş kserosurətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2019-cu il təvəlüldlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 adlı uşaqları var. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinin kserosurətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2016-cı il tarixdə 5 saylı ASAN Xidmət Mərkəzinin Qeydiyyat Şöbəsində bağlanmış və 3301 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 anası İddiaçı yanında saxlanılması, Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi, Cavabdeh tutulmalı olan aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılması və tutmanın həmin vaxtdan hesablanması, ödənilmiş dövlət rüsumu olan 20 manat pulun Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh dövlət rüsumun əvəzi kimi 30 manat pul tutularaq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməsi qət edilmişdir. İş üzrə Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə və “xxxxxxxxxxxxxxxx” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh xx.xx.2019-cu il tarixdən müddətsiz əmək müqaviləsi ilə “xxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləyir, əmək haqqı 560 manat təşkil edir. İş üzrə Əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsi bildirişinə və “xxxxxx- Servis” MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışına əsasən Cavabdeh xx.xx.2016-cı il tarixdən müddətsiz əmək müqaviləsi ilə “xxxxxx-Servis” MMC-də direktor vəzifəsində işləyir, əmək haqqı 550 manat təşkil edir. İş üzrə “xxxxxx-Sənaye” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxxxx-Sənaye” MMC-nin təsisçisi Cavabdehdur, xx.xx.2013-xx.xx.2023cü il tarixədək fəaliyyəti dayandırılıb, MMC-nin 2013-cü il tarixdən bu günə qədər fəaliyyəti olmayıb. İş üzrə “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxxxxxxxxxx” MMC-nin 3 təsisçilərdən biri Cavabdehdur (33,33%), xx.xx.2014-cü il tarixdə fəaliyyəti 5 il müddətinə (xx.xx.2019-cu il tarixədək) dayandırılımışdır. 2019-cu il tarixdə yenidən fəaliyyəti 5 il müddətinə (xx.xx.2024-cü il tarixədək) dayandırılıb. İş üzrə “xxxxxxxxxxxx” MMC-nin xx.xx.2020-ci il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, “xxxxxxxxxxxx” MMC-nin 4 təsisçilərdən biri Cavabdehdur (25%), “xxxxxxxxxxxx” MMC qeydiyyata alındığı tarixdən bu günə qədər fəaliyyəti olmayıb. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, xx.xx.2006-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş bəyannamələrə əsasən Cavabdeh rəhbəri olduğu “xxxxxx- SERVİS” MMC-nin (VÖEN **********) dövriyyəsi 465545,02 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 162927,15 manat (o cümlədən sonuncu təqdim edilmiş 2020-ci ilin iyun ayının ƏDV bəyannaməsinə əsasən dövriyyə 2500 manat, ödənilmiş vergilər 700 manat), “xxxxxx-SƏNAYE” MMC-nin (VÖEN **********) dövriyyə 118278 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 5342,75 manat və xx.xx.2019-cu il tarixdən (VÖEN-in verilmə tarixi) xx.xx.2020-ci il tarixədək olan dövr ərzində təqdim edilmiş bəyannamələrə əsasən “xxxxxxxxxxxxxxxx” MMC-nin (VÖEN **********) dövriyyəsi 19330 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 1955 manat (o cümlədən sonuncu təqdim edilmiş mənfəət vergisi bəyannaməsinə əsasən dövriyyə 19330 manat, ödənilmiş vergilər 200 manat) təşkil etmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdehin birgə nikahdan xx.xx.2017ci il təvəllüdlü Akif və xx.xx.2019-cu il təvəllüdlü Emin adlı uşaqları var, tərəflər arasında olan nikah Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə pozulmuşdur və həmin qətnamə ilə cavabdehdən uşaqların saxlanılması üçün qazancının (başqa gəlirlərinin) 1/3 hissəsi miqdarında iddiaçının xeyrinə aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, cavabdeh müddətsiz əmək müqaviləsi ilə “xxxxxxxxxxxxxxxx” MMC-də direktor vəzifəsində işləməklə ayda 560 manat və “xxxxxx-Servis” MMC-də direktor vəzifəsində işləməklə ayda 550 manat əmək haqqı alır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, cavabdeh “xxxxxx-Sənaye” MMCnin, “xxxxxxxxxxxx” MMC-nin və “xxxxxxxxxxxx” MMC-nin təsisçisi olsa da, “xxxxxx-Sənaye” MMC-nin fəaliyyəti xx.xx.2023-cü il tarixədək, “xxxxxxxxxxxx” MMC-nin fəaliyyəti xx.xx.2024-cü il tarixədək dayandırılmış, “xxxxxxxxxxxx” MMC-ninisə qeydiyyata alındığı tarixdən hazıra qədər fəaliyyəti olmamışdır. Eyni zamanda “xxxxxx Servis” MMC-nin dövriyyəsi 465545,02 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 162927,15 manat, “xxxxxxxxxxxxxxxx” MMC-nin dövriyyəsi 19330 manat, dövlət büdcəsinə ödənilmiş vergilər 1955 manat təşkil etmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, cavabdeh üç yerdə işləyir və ümumilikdə 2400 manat əmək haqqı alır. Cavabdeh 3 ay müddətində 2400 manatın 1/3 hissəsi olaraq 800 manat aliment ödəsə də, son 2 ay ərzində 300 manat aliment ödəmişdir. Məhkəmə qətnaməsi icraya yönəldildikdən sonra cavabdeh tərəfindən 500 manat əmək haqqının alınması barədə icra şöbəsinə məlumat verilmiş və bu səbəbdən həmin məbləğin 1/3 hissəsi miqdarında alimentin tutulmağa başlanılmışdır. Göründüyü kimi məhkəmə qətnaməsi ilə uşaqlar üçün müəyyən olunan aliment miqdarı uşaqların saxlanılması və maddi tələbatlarının ödənilməsi üçün yetərli deyil, uşaqların ehtiyaclarını qarşılamır və bu səbəbdən iddiaçı məhkəmədən uşaqların saxlanılması üçün cavabdehdən hər uşaq üçün 170 manat sabit pul məbləği şəklində alimentin, hər uşaq üçün 1000 manat, cəmi 2000 manat olmaqla cavabdehin qazancının (gəlirinin) bir hissəsi alimentin və xx.xx.2019-cu il təvəllüdlü Emin adlı uşaq 3 yaşına çatanadək hər ay 1000 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. Məhkəmə ilk növbədə iddiaçının məhkəmə qətnaməsi ilə tutulan alimentin dəyişdirilərək sabit pul məbləği şəklində tutulması ilə bağlı tələbi üzrə qeyd edir ki, həmin tələb əsaslı hesab edilə bilməz və təmin edilməməlidir. AR Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə qeyd edir ki, iş üzrə təqdim edilmiş arayışlara əsasən cavabdeh 2 yerdə işləyib müntəzəm əmək haqqı alır və həmin məbləğ 1110 manat təşkil edir. İddiaçı iddia ərizəsində məhkəmə qətnaməsi ilə müəyyən olunan alimentin dəyişdirilərək ayda hər uşağa görə sabit pul məbləği şəklində 170 manat müəyyən edilməsini xahiş etmişdir. Göründüyü kimi cavabdehin rəsmi işlədiyi yerlərdən cəmi aldığı əmək haqqı məbləğinin 1/3 hissəsi(366 manat), iddiaçının hazırda iki uşağın saxlanılması üçün tələb etdiyi aliment məbləğindən (340 manat) daha çoxdur. Belə olan halda alimentin sabit pul məbləği şəklində müəyyən edilməsi uşağın mənafeyinə uyğun deyil. Digər tərəfdən qanunvericiliyin tələbinə əsasən sabit pul məbləği şəklində aliment tutulması o halda yol verilir ki, aliment ödəyənin qazancı qeyri-müntəzəm xarakter daşısın. Lakin göründüyü kimi cavabdeh iki yerdə işləyir və müntəzəm əmək haqqı alır. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi uşaqların saxlanılması üçün cavabdehdən hər ay sabit pul məbləği şəklində hər uşağa görə 170 manat məbləğində alimentin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh müntəzəm əmək haqqı alsa da, təsisçisi olduğu və rəhbərlik etdiyi şirkətlərin fəaliyyəti ilə bağlı kifayət qədər böyük məbləğdə dövriyyəsi mövcuddur və şirkətlər əldə etdikləri gəlirlərindən dövlət büdcəsinə kifayət qədər yüksək məbləğdə vergi ödəyirlər. Bu hal təsdiq edir ki, cavabdeh müntəzəm əmək haqqıdan əlavə şirkətlərin fəaliyyəti ilə bağlı müvafiq gəlirlər də əldə edir. Şirkətlərin gəlirləri müxtəlif dövrlərdə müxtəlif olduğundan cavabdehin əldə etdiyi gəlirlər də müntəzəm olmayacaq. AR Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Qanunvericiliyin yuxarıda göstərilən tələbləri baxımından məhkəmə qeyd edir ki, cavabdeh həm müntəzəm, həm də qeyri-müntəzəm qazanca malik olduğundan, ondan tutulacaq aliment miqdarı aylıq qazancının 1/3 hissəsindən əlavə sabit pul məbləği şəklində də müəyyən edilməlidir. Məhkəmə cavabdehin təsisçisi olduğu şirkətlərin dövriyyəsini nəzərə alaraq hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin həcmi artırılmaqla əlavə olaraq sabit pul məbləği şəklində cavabdehdən tutulacaq alimentin miqdarı iddia tələbində göstərilən həddə, yəni hər uşağa üçün 1000 manat həddində tutulmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh Emin və Akif adlı övladların yetkinlik yaşına çatanadək saxlanılmaları üçün müəyyən edilmiş alimentin miqdarı (aylıq qazancının 1/3 hissəsi) artırılmalı və cavabdehdən aylıq qazancının 1/3 hissəsindən əlavə hər uşağa görə 1000 manat sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə iddia tələbinin xx.xx.2019-cu il tarixdə doğulmuş X2 3 yaşına çatanadək, yəni xx.xx.2022-ci ilədək hər ay 1000 manat alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi hissəsi üzrə qeyd edir ki, həmin hissədə tələb qismən təmin edilməlidir. AR Ailə Məcəlləsinin 85.1-ci maddəsinə əsasən aşağıdakı şəxslər nikah pozulduqdan sonra məhkəmə qaydasında buna zəruri vəsaitə malik olan keçmiş ərdən (arvaddan) aliment ödəməyi tələb etmək hüququna malikdirlər: 85.1.1. hamiləlik dövründə və ümumi uşaqlarının doğulduğu gündən 3 il ərzində keçmiş arvad. Məhkəmə qeyd edir ki, arvadın ərindən uşaq 3 yaşına çatanadək aliment tələb etmək hüququnun yaranması üçün, cavabdehin belə vəsaitə malik olması tələb olunur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının hazırda işləmir və cavabdeh kifayət qədər vəsaitə malikdir. Belə olan halda məhkəmə hesab edir ki, həmin hissədə iddia qismən təmin edilməli və xx.xx.2019-cu il təvəllüdlü X2 3 yaşına çatanadək saxlanımlası üçün cavabdehdən iddiaçının xeyriən 300 manat sabit pul məbləği şəklində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, alimentin məbləğinin artırımlası ilə bağlı cavabdehdən tutulmalı olan ümumi aliment iddiaçının məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2016-cı il tarixli qararının 8- 2/2016 saylı qərarının 8.14-cü bəndinə əsasən məhkəmənin müəyyən etdiyi alimentin miqdarı dəyişdirilərkən (artırılarkən və ya azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin artırılması ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin artırılması ilə bağlı tələbə aid edilə bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-515/2020 saylı, xx xxx 2020-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı artırılsın. Cavabdeh xx.xx.2017-ci il təvəllüdlü X1 və xx.xx.2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatana kimi saxlanılmaları üçün hər ay Cavabdeh bütün növ qazancının 1/3 hissəsi və əlavə olaraq hər uşağa görə sabit pul məbləği şəklində 1000 (bir min) manat məbləğində (cəmi 2000 manat) aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh xx.xx.2019-cu il təvəllüdlü X3 3 yaşına çatana kimi hər ay sabit pul məbləğində 300 (üç yüz) manat məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh dövlət nəfinə dövlət rüsmunun əvəzi kimi 30 (otuz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1531/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1531/2020
13.08.2020 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver