Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1543/2025 24.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh (Əliyevanın), onun nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızına qarşı fərdi yaşayış evinin tikinti və təmirinə çəkilmiş xərclərin bölünməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızına qarşı fərdi yaşayış evinin tikinti və təmirinə çəkilmiş xərclərin bölünməsi dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi 1998-ci ildən X4 mülkiyyətində olmuşdur. Atası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra vərəsəlik qaydasında fərdi yaşayış evinə vərəsəlik hüququ əsasında şəhadətnamə alaraq adına çıxarış verilmişdir. Cavabdehlə nikah birgə dövründə, yəni xx.xx.2017-ci il tarixli çıxarışla 19,8 kv.m 1 otaq kimi çıxarışla göstərilən fərdi yaşayış evi faktiki olaraq 149,80 kv.m. sahədən ibarət olmuşdur. X4 adına Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2010-cu il tarixli “ölçülərin dəqiqləşdirilməsi” haqqında Sərancamı ilə də öz təsdiqini tapır ki, bağışlama müqavilə bağlandığı vaxtadək evin faktiki sahəsi 149,80 kv.m təşkil etmişdir. Hal-hazırda bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi və mülkiyyət hüququnun bərpa edilməsi ilə bağlı iddia tələbi məhkəmə tərəfindən araşdırılır.Yəni fərdi yaşayış evinin yuxarıda qeyd edilən hissəsi ilə bağlı formal uydurma əqd nəticəsində əmlak cavabdehin adına sənədləşdirilmişdir. Lakin hazırki iddia tələbinin maddi hüquqi əsası və mahiyyəti ondan ibarətdir ki, cavabdehlə nikahda olduqları dövrdə ünvan 2 ünvanında yerləşən yaşayış evini bir hissəsini, yəni yuxarı mərtəbəsini öz vəsaitləri hesabına inşa etdirmişlər və fərdi yaşayış evi faktiki olaraq hazırda 430 kvadrat metr sahədən ibarətdir. Həmin evin 207.1 kv.m sahəsi qanunsuz tikilidir. Bu hal Bakı İnzibati Məhkəməsində araşdırılmalar zamanı istər hazırki cavabdeh, istər isə məhkəmə sorğusu zamanı da daxil olmuş sənədlərlə də müəyyən edilərək təsdiq edilmişdir ki, cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 430 kv.m sahədən ibarət olan evin sənədləşdirilməsini tələb etmişdir. Buna baxmayaraq sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən qonşuların razılıq ərizələri əsasında evin 222.9 kv. m. sahəsinə çıxarış almışdır. İddia ərizəsinə əlavə edilən "xxxx" MMC-ti tərəfindən tərtib edilmiş eskiz layihəyədə evin 430 kv.m sahədən ibarət olması təsdiq edilsə də, cavabdeh Bakı Səbail rayon İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma ərizəsi ilə inşa etdikləri özbaşına tikilini öz mülkiyyətinə aldırmağa çalışsa da bu mümkün olmamışdır. Bağışlanma müqaviləsinin əhatə etdiyi evin sahəsi 149,80 kv.m təşkil etmişdir. Sonradan isə Daşınmaz Əmlakın Reyestr Xidmətindən öz adına 222.9 kv.m sahəyə çıxarış almışdır.Cavabdehlə birgə nikahda olduqları vaxt mübahisəli evin dəyərini xeyli artıran vəsait qoymuşlar (əsaslı təmir, yenidən quraşdırma, artırmalar və s.i) nəticədə də evin dəyərini xeyli artıran vəsait xərcləməklə mənzilin artiq bir hissəsi özbaşına tikilidir. Məlum cinayət hadisəsinə görə o, hazırda həbsdədir. Həbsə alındığı müddətə (günədək) cavabdehlə həmin evdə yaşamışlar. Həbsə alındığı gündən də özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum edilmişdir. Ona görə də mübahisəli evin bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşən 149,80 kv.m. çıxılmaqla evin 281 kv.m sahəsinə inşa etdikləri özbaşına tikiliyə çəkilən təmir və tikinti xərclərinin bölünməsini məhkəmədən xahiş edir. Nümayəndəsiin müraciəti əsasında "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin 281.kv.m. sahəsinə çəkilən təmir və tikinti xərcləri bazar dəyərinə uyğun olaraq 307393,15 manata qiymətləndirilmişdir. Həmin vəsaitin 1/2 hissəsini cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-230/2022 xx.xx.2022-ci il tarixli hökmü və həmin məhkəmə iclaslarında ifadələrində göstərmişdir ki, 2019-cu ildə zərərçəkən İlahə Əliyeva ilə rəsmi boşansalar da hadisə olan günə qədər bir evdə yaşamışlar. Döymə hadisəsi mübahisələri ev üstündə olmuşdur. Belə ki, sözü gedən ev atasından ona miras olaraq keçmişdir. Birgə nikah dövründə olduqları müddətdə evi keçmiş arvadı zərərçəkmiş İlahə Əliyevanın adına keçirmidir. xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsə evi satıb pulunu bölmələrini dedikdə o, qışqırmağa başlamış, axşam tərəfi evlərində səs küyü qonşular eşitməsin deyə İlahənin boğazından tutub itələmişdir. Göstərilənləri nəzərə alaraq iddiaçı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırki 85 ünvanında yerləşən fərdi yaşayış evinin 281 kv.metr sahəsinin tikinti və təmirinə çəkilmiş 307.393,15 xərclərin ½ hissəsi olaraq 153.696 manat pul vəsaitinin cavabdeh Əliyeva (Qarayeva) İlahə Əli qızından alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddianı tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, iddiaçı ilə cavabdehin nikahları 2019-cu ildə pozulub, lakin nikah pozulsa da onlar birgə yaşayıblar. Birgə təsərrufat aparıblar. 2020-ci ilə qədər İddiaçı özü polis orqanlarında kapitan olub. Mənzildə artırmalar var, 2010-cu ildə İddiaçı şəxsən özü bu evin tikilməsində iştirak edib. Hazırda tikilidən məhrum olub, lakin çəkilən xərci tələb edir. İddiaçı həbsdədir. Yeni tikili 2018-ci ildə aparılıb. Tikintiyə çəkilən xərc Bəhruz tərəfindən və birgə təsərrüfat aparılan dövrdə ödənilib. Bəhruz polis olub, münasibətləri yaxşı olub, ailədə birgə yaşayıblar. Bəhruzun tikiliyə vəsait qoymasına dair şahidləri və bu barədə rəy var. Məhkəmə iclasında izahatı alınmış cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızı iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, evi 2017-ci ildə Bəhruz ona hədiyyə etmişdir. Həmin vaxtlar münasibət normal deyildi. O, 2018-ci ildə sərəncam almışdır. 2-ci mərtəbənin tikintisi aparılmış, faktiki sahə 134 kv. metrdir. 2018-ci ildə mövcüd halda 222 kv. metr oldu. 1-ci mərtəbənin üstünü 2018-ci ildə tikmişlər, lakin həmin tikilidə təmir işləri həyata keçirilməmiş, tam təmir sonra edilmiş, 2024-cü ildə o, özü təmirə başlamışdır. İlkin tikintiyə təxminən 105.000 manat xərci çıxmışdır. Bunun qeydiyyatını aparmışdır, bunu təsdiq edən kitabçanı məhkəməyə təqdim etmişdir. Həm tikintiyə, həm də sonra təmirə xərci özü çəkmişdir. Onun atası imkanlı adam olmuş, ondan ona vərəsə kimi pay qalmışdı, 2024-cü ildə isə 2018-ci ildə tikilmiş tikintini o, sıfırdan təmir etmişdir. O, 2019-cu ildə nikah rəsmi qaydada pozulmuş, lakin munasibətləri 2017-ci ildən pis idi, birgə təsərrüfat aparmırdılar. Təmiri isə 2024-cü ildə etmişdir və 100 min manatdan çox xərc çəkmişdir. Tikinti işləri 2018-ci ildə başlasa da və həmin vaxt nikahda olsalar da birgə yaşamamışlar. Məhkəmədən iddianın rədd edilməsini xahiş edir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək izahatında göstərmişdir ki, İddiaçı cavabdeh Əliyeva (Qarayeva) İlahə Əli qızı ilə xx.xx.2019-ci il tarixinə qədər rəsmi nikah münasibətlərində olmuş, nikah dövründə iddiaçı mübahisəli evi xx.xx.2017-ci il tarixində bağışlama müqaviləsi ilə öz həyat yoldaşı - Cavabdeh adına keçirmişdir. İddiaçı cavabdeh tərəfindən evin əsaslı təmirinə çəkilmiş xərclərin bölünməsi tələbini irəli sürərkən yalnız tərəflərin birgə nikah dövründə və nikahın pozulmasından sonra eyni ünvanda yaşamaları faktına istinad edir. Məsələ burasındadır ki, ər-arvadın əmlakının qanuni rejimini müəyyən edən qanunvericilik normaları və məhkəmə təcrübəsi əmlakın və ya əmlak üzərində aparılmış yaxşılaşdırmanın məhz ər-arvadın birgə əmlakı hesab olunması üçün təkcə şəxslərin birgə nikahda olması və ya eyni ünvanda yaşaması faktı ilə kifayətlənməyərək birgə mülkiyyətin formalaşması üçün faktiki birgə təsərrüfatın aparılması və əldə olunan gəlirlərin birgə istifadəsi faktını şərləndirir. İddiaçı cavabdehə xəsarət yetirdiyi üçün həbs edilmişdir. 2019-cu ildə tərəflər arasındakı nikah məhkəmə qaydasında pozulmuşdur. Sonrakı dövrdə isə iddiaçının qalacaq başqa yeri olmadığından həmin evdə iki yad insan kimi yaşamış, lakin tərəflər arasında hər hansı ailə-nikah, ər-arvad, hətta normal insani ünsiyyət münasibətləri də mövcud olmamış, nəticədə həmin münasibətlər də təqsirləndirilən şəxs - zərərçəkmiş şəxs münasibətləri həddinədək gərginləşmişdir. Bu baxımdan tərəflərin birgə əməyinin və ya birgə təsərrüfatının məhsulu olan hər tikinti-təmir və ya yaxşılaşdırma tədbirlərindən söhbət gedə bilməzdi. İlkin mərhələdə tikinti işləri aparılmış və bu işlər üçün cavabdeh tərəfindən 100.000 manat vəsait xərclənmiş, ikinci mərhələdə isə, 2024-cü ildə isə cavabdehin şəxsi vəsaiti hesabına 150.000 manat pul xərclənərək xarici və daxili təmir işləri aparılmışdır. Tikintinin ilkin mərhələsində isə iddiaçı ümumiyyətlə tikintiyə şəxsi vəsaiti hesabina heç bir iş görməyib və ya ustalara xidmət haqqı odəməyib. İddiaçı həmçinin məhkəməyə müraciət etmək üçün iddiaçı müddəti də ötürmüşdür. Tərəflər arasında nikahın 2019cu il tarixində pozulduğunu nəzərə alaraq müddətin axımı həmin vaxtdan başlamalı idi. Hazırki müddətdə bu iddianın qaldırılması isə ona dəlalət edir ki, cavabdeh müxtəlif iddialar verməklə heç bir nəticə əldə edə bilməməsi səbəbindən son ümid yeri olaraq bu iddianı qaldırmışdır. Beləliklə, iddia tələbi həm mahiyyəti üzrə həm də iddia müddətinin tətbiqi etibarılə rədd edilməlidir. Tərəflər arasında ailə münasibətləri 2019-cu ildən bitdiyindən və cinayət hadisəsi səviyyəsində münaqişə həddinə çataraq kəskinləşdiyindən tərəflərin nəinki birgə təsərrüfatından, ümumiyyətlə hər hansı ünsiyyətindən söhbət gedə bilməzdi. Belə olan halda cavabdehin sözügedən evdə apardığı əsaslı təmir tikinti işlərində iddiaçının hər hansı bir formada iştirakı mümkün deyildi. Qeyd olunanlara əsasən cavabdehin nümayəndəsi iddia tələbinin həm əsassız olması, həm də iddia müddəti tətbiq edilməklə rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını və şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X19 öz ifadəsində göstərmişdir ki, o, tərəflərlə üzbə-üz qonşudur, onları tanıyır. Onlar mehriban ailə olublar. Mübahisəli ev Kamilin olub. Bəhruz və bacısı orda yaşayıb. Sonra Bəhruz evlənib orada yaşayıblar. 2018-ci ildə evin üstünü də tikdilər. 2-ci mərtəbə 2018-ci ildə tikildi. Bəhruzun anasını 50 ildir tanıyıram. Bəhruz və İlahə 2 oglu ilə orada yaşayıblar. Bəhruzun atası və anası da orada qalıb. Həmin vaxt Bəhruz Lənkəranda işləyirdi gəlib gedirdi.2-ci mərtəbəni də Bəhruz tikdirdi. 2018-ci ildə onlar birgə qalırdılar.Tikiliyə təxminən nə qədər xərc çəkilib bilmir. O, qonşudur, pulla maraqlanmadı. Bəhruz öz evində qalırdı, o, qonşudur. 2018-ci ildə 2-ci mərtəbə tikilib və xərci də Bəhruz çəkib. Onun evindən onların evi görünür. İndi mənzildə İlahə iki oglu ilə qalır.Göyçək ilə İlahənin evinin ara məsafəsi yaxındır, arada başqa mənzil yoxdur. Bəhruz 4 ildir həbsdədir. Həbsə qədər Bəhruz öz evində bir otaqda qalırdı. Bəhruz öz evində İlahənin yaşadıgı evdə qalırdı. Bəhruz Lənkəranda işləyirdi, gəlib-gedirdi, salamlaşırdılar. Onun yanında ustaya pul verilməyib. Evi kişi təmir edər, Bəhruz təmir edib. Hamı deyir Bəhruz evi tikdi getdi türməyə. Bəhruz iki oğlu ilə bir otaqda olurdu. Onlar bir yerdə qalırdılar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X24 öz ifadəsində göstərmişdir ki, o, Bəhruzun anasıdır. Mübahisəli ev yoldaşından qalan mülkdür. Bəhruz 17-18 yaşda olarkən ailə qurmuşdur. Orqanda işləyirdi. Sonradan evi gəlinə bağışlamış, ev gəlinin adına keçmişdir. Evin bir hissəsini Bəhruz dostuna bağışlamış, onlar qonşu qalırlar. 2018-ci ildə evin 2-ci mərtəbəsi tikildi. Gəlin heç vaxt işləməyib, tikilini oğlu tikib. Lənkəranda işləyirdi, ustaya 1000, 2000 manat pul göndərirdi, o, da verirdi. Oğlu Lənkəranda işləyirdi, ona pul göndərirdi, o, da pulu proraba verirdi.2-ci mərtəbəyə çəkilən xərc təxminən 60-70 min olardı. Sonuncu 2000 manatı elektrik mallarına verib. 2019-cu ildə boşandılar sənəd üstündə, amma faktiki birgə yaşayırdılar. 2022-ci ildə gəlin ailə qurub getdi. Bəhruz evi 2018-ci ildə Lənkəranda işləyəndə tikib. Oğlu Lənkəran işləyəndə onlar faktiki bir yerdə yaşayırdılar. İlahə bıçaqlana qədər birgə idilər, gedib ailə qurdu deyə ayrıldılar. Döyulmə hadisəsinə qədər birgə idilər. Oğlu Lənkəranda işləyəndə 1000 manat maaş alırdı. İlahə 2024-cü ildə evin içini təmir edib, divar kağızı vurub. Bəhruz qapını bağlayıb həyətdən qapı açmışdır, qapını davadalaşdan sonra açmış, tutulmazdan 5-6 ay əvvəl. Ev tikilmişdi təmir oldu, pataloku vardı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X25 öz ifadəsində göstərmişdir ki, o, cavabdehi də, Bəhruzu da tanıyır. Əmisi oğlu Bəhruzu tanıyırdı, işi də o danışmışdı ona. O, mühəndisdir, gedib işə baxmış, təxminən 2018-ci ilin mart ayından sonralar idi. 2-ci mərtəbənin tikilməsi ilə bağlı ustanı o, gətirmişdir. Xərci əvvəl Bəhruz verirdi ona. İlkin smetanı tutmuş Bəhruza demişdir, işə başlamışdır. Sonra İlahəni tanımışdır, o, orada təxminən 30-40 min manatlıq iş görmüşdür. O, orada konstruksiya işi görmüşdür. Divarı hörmüşdür. 30-40 minə qədər pulu əvvəl Bəhruz vermişdir,sonra İlahə pul verirdi o, materialı alırdı. Onlardan sonra üstü bağlanmalı idi. Ondan sonra qapı-pəncərə və damı bağlamaq qalmışdır. 1-2 dəfə Bəhruzun anası pul verib ona. Materialın pulu qalırdı,İlahəyə zəng edir, o verirdi. Bəhruzla İlahənin münasibətləri təzə-təzə çox yaxşı idi. Birgə idilər. İlahə ona demişdir “mənə şirniyyat bişirmək üçün kuxna düzəlt”, arxada otaq var idi. Arada işə fasilə vermişdir, 2018-ci ildə gəlib görmüşdür ki, həmin otaqda çarpayı var, zarafatla demişdir ki, “Bəhruzu ayırmısan”. İlahə ona pul verib, amma bilmir nə qədər verib. Bəhruz usta İxtiyarı çağırıb iş gördürüb, lakin pulunu verməyib, o, zəng etmiş İlahə pulu vermişdir. Əvvəl Bəhruz Bakıda idi,sonra Lənkərana getmişdir işləməyə. Bəhruz nə qədər pul verib bilmir. Bəhruz da elə orada olurdu, görülən işlərlə maraqlanırdı. O, da hər ikisinə də məlumat verirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 öz ifadəsində göstərmişdir ki, o, evin təmirində 2024-cü ilin aprel ayının 26-da işləmişdir. Evin 2-ci mərtəbəsinin divarı hörülmüşdü. Evin sahəsi 130 kv.metr, mətbəxin sahəsi 27 kv.metr idi. Cəmi 134 kv. metr idi. Divar, dam örtüyü, yerdə dikt var idi, pilləkan beton idi, onlar onu daşdan yığmışlar. Evi tam işləmişlər, mətbəx qalmışdı,onu da bu yaxınlarda işləmişlər. Onlara qədər çəkilən xərc konstruksiya ilə yığılmışdı. Deyə bilmir nə qədərdir. Onunla qardaşı işləyib orada. Evin bir pəncərəsi var idi, qalan işləri onlar görmüşlər, qapı yox idi. Bütün işi o, görmüşdür. O, Namiqi orada görmüşdür. Onu İlahə çağırıb, pulu da o verib ona. O, suvaq işi etmişdir. Divara ağ çəkilmişdi. Sement yox idi. Onun smetası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 öz ifadəsində göstərmişdir ki, o, tərəflərin oğludur. 24 yaşı var. 2018-ci ildə mübahisəli evin 2-ci mərtəbəsi tikilib.1-ci mərtəbədə o, anası, qardaşı və atası qalırdılar. 2-ci mərtəbə onların gələcəkləri üçün tikilmişdi. 2-ci mərtəbə tikilməyə başlayanda artıq atasına anasının münasibəti pozulmuşdu. Onlar 2019-cu ildə ayrılmışlar. O, 2019- 2021-ci illərdə əsgər olmuşdur. Mərtəbənin tikilmə təklifini anası vermişdir. Usta Namiq əmi idi, anası çağırmışdır. O, birinci mərtəbədə olurdu, atası onda Bakıda idi. Atası Lənkərana nə vaxt gedib bilmir. Ustaya pulu anası verirdi. Anası qızıllarını satmışdı, həm də babasından mülk qalmışdı, anasına da pay düşmüşdür. Atası tikiliyə pul verməyib. Proraba pulu anası verirdi. Atası ilə anası 2019-cu ildə boşanmışlar, boşanmaya qədər artıq münasibətləri pis idi. 2-ci mərtəbə tikilib qurturanda atasına bir otaq ayrılmışdı. Onun paltarını da anası alırdı. O, xidmətə getməmişdən 2 il əvvəl valideynlərin münasibəti pis idi. Birgə qalırdılar, amma münasibət pis idi. Atasının evə pul xərclədiyin görməmişdir. Bıçaqlanana qədər atası həmin evdə qalırdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 öz ifadəsində göstərmişdir ki, o, saç ustasıdır. 2008-2009-cu ildən Bəhruzu tanıyır və onun saçını qırxır. Eyni zamanda Bəhruzla çox yaxın münasibəti olmuşdur. 4-5 dəfə saçını qırxmaq üçün Bəhruzun evinə getmiş, həbs edilməmişdən 10 gün qabaq oğlunun ad günündə iştirak etmişdir. Cavabdeh şəxsən qulluq edən görməsə də, Bəhruz demişdir ki, stolun üzərindəkini yoldaşı hazırlamış və stola Bəhruz gətirmişdir. Hətta onlar maykada olarkən Bəhruz demişdir ki, İlahə gəlir, onlar bunu nəzərə almışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş X21 öz ifadəsində göstərmişdir ki, o, Bəhruzun qohumudur. 2018-ci ildə bəhruz ondan evin təmiri üçün elektrik avadanlıqları almışdır. Nağd şəkilində buna görə 5.560 manat pul vermişdir. Bir dəfə Bəhruzgilin evndə olmuş, orada elektrik xətlərinin çəkilməsi ilə bağlı məsləhət də vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 öz ifadəsində göstərmişdir ki,o, tərəflərin qonşuluğunda yaşayır. 25-30 ildir İlahəni və Bəhruzun anası Göyçəyi də tanıyır. Bəhruz əvvəl işləyirdi, ailə münasibətləri yaxşı idi, sonra Bəhruz işdən çıxdı, içkiyə qurşandı, mübahisələr yarandı. O, İlahəgilin evinə gedib-gəlirdi. Bəhruz tutulandan sonra bütün xərcləri İlahə edib. Tutulmamışdan əvvəl isə təmirə çəkilən xərclərlə bağlı məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X8 öz ifadəsində göstərmişdir ki, o, 10 ildir ki, İlahəgildə təmizlik işlərini görür. Bəhruzun evin bir otağında qalmasını görmüşdür, evdə ustalar işləmişdir, Bəhruzun ustalara pul verməsini görməmişdir, ustalara pulu İlahə vermiş, hətta bir neçə dəfə ustaya verilən pulu İlahə ona vermiş və o, ustaya çatdırmışdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyətinin Başçısının xx.xx.2010-cu il tarixli 138 saylı sərəncamının surətindən görünür ki, Əlibəyov qardaşları küçəsi, 49 saylı fərdi yaşayış evinin pay mülkiyyətçisi (Daşınmaz Əmoakın Dövlət Reyestri Xidməti Hüquqların X16 Daşınmaz Əmlakın dövlət Reyestrindən seriya MH ******* No-li Çıxarışı) vətəndaş X6 rayon İcra Hakimiyyətinə müraciət edərək aparılan təmir və yenidənqurma işlərindən sonra göstərilən yaşayış sahəsində ölçülərin dəqiqləşdirilməsini xahiş etmişdir. Aparılmış əsaslı təmir və yenidənqurma işlərindən sonra qeyd olunan yaşayış sahəsinin üç otaqlı, yaşayış sahəsinin 79,0 kv.m., köməkçi sahəsinin 25,8 kv.m., ümumi sahəsinin 104,8 kv.m. olduğu müəyyən edilmişdir. Vətəndaş K.İddiaçı müraciətini və təqdim edilmiş sənədləri nəzərə alaraq Əlibəyov qardaşları küçəsi, 49 saylı fərdi yaşayış evində K.İddiaçı mülkiyyətindəki payın üç otaqlı, yaşayış sahəsinin 79,0 kv.m., köməkçi sahəsinin 25,80 kv.m., ümumi sahəsinin 104,8 kv.m. olduğu təsdiq edilmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 156,7 kv.m. olan 49 saylı evi paylı mülkiyyət hüququ üzrə X3 (1 otaq - 19,8 kv.m., xx.xx.2006-cı ildən), X2 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.) – xx.xx.2010-cu il tarixdən), İddiaçı (1 otaq – 19,8 kv.m., xx.xx.2016-cı il tarixli) adlarına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 156,7 kv.m. olan 49 saylı evi paylı mülkiyyət hüququ üzrə X3 (1 otaq- 19,8 kv.m., xx.xx.2006-cı ildən), X13 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.) – xx.xx.2017-ci il tarixdən), X22 (1 otaq – 19,8 kv.m., xx.xx.2018-ci il tarixli) adlarına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş texniki pasportun surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən 49 saylı fərdi yaşayış evi (Hüquqi subyekti X30 və başqaları) 2 mərtəbədən, 4 yaşayış otağından, ümumi sahəsi 156,7 kv.m., yaşayış sahəsi 75,6 kv.m., köməkçi sahəsi 81,1 kv.m.-dən ibarətdir. İş üzrə X30 tərəfindən Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli ərizənin surətindən görünür ki, mülkiyyətində (istifadəsində) olan ünvan 5 ünvanında yerləşən sahəsi 430 kv.m., hündürlüyü 8.800 m, 3 mərtəbəli olan fərdi yaşayış evini inşa etmişdir. Nəzərə almasını xahiş etmişdir. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 156,7 kv.m. olan 49 saylı evi paylı mülkiyyət hüququ üzrə X3 (1 otaq- 19,8 kv.m., xx.xx.2006-cı ildən), X13 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.) – xx.xx.2017-ci il tarixdən), X22 (1 otaq – 19,8 kv.m., xx.xx.2018-ci il tarixli) adlarına qeydiyyata alınmışdır. İş üzrə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların X16 daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsində yerləşən, ümumi sahəsi 222,9 kv.m. olan 49 saylı evi paylı mülkiyyət hüququ üzrə X3 (1 otaq- 19,8 kv.m., xx.xx.2006-cı ildən), X13 (1-ci mərtəbədə 2 otaq (36,0 kv.m.), ön giriş (7,8 kv.m.), anbar (7,8 kv.m.) – xx.xx.2017-ci il tarixdən), X22 (qalan hissə - xx.xx.2021-ci il tarixli) adlarına qeydiyyata alınmışdır. İş üzrə X30 tərəfindən Səbail rayon İcra Hakimiyyəti Başçısının səlahiyyətlərini icra edən Abit Əliyevə ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizənin surətindən görünür ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli seriya RX ******* saylı çıxarışa əsasən mülkiyyətində olan ünvan 5 ünvanda təqdim etdiyi eskiz layihəsinə uyğun yenidənqurma işlərinin aparılmasına icazə verilməsini xahiş etmişdir. İş üzrə Səbail rayon İcra Hakimiyyəti başçısının müavini Abit Əliyev tərəfindən X27, surəti Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X9 Agentliyinə ünvanlanmış xx.xx.2018-ci il tarixli məktubun surətindən görünür ki, Hüquqların X16 Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli, RX ******* saylı çıxarışına əsasən ünvan 7 ünvanda yerləşən fərdi yaşayış evində yenidənqurma işlərinin aparılmasına dair məlumatlandırma icraatı qaydasında təqdim etdiyi memarlıq-planlaşdırma həlli layihəsinə ("xxxx" MMC, İN/L- 267/2017) baxıb onu razılaşdırırlar. Yenidənqurma işləri apararkən yanğın təhlükəsizliyi, sanitargigiyena, ekoloji və qanunvericilikdə nəzərdə tutulmuş digər tələblərə riayət olunması tapşırılır. İş üzrə Səbail RİH-nin Təsərrüfat şöbəsinin müdiri Vəkil1 tərəfindən İlahə Əliyeva, məlumat üçün Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə ünvanlanmış xx.xx.2019-cu il tarixli məktubun surətindən görünür ki, ünvan 8 ünvanında fərdi yaşayış evinin inşasının başa çatması ilə əlaqədar Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış xx.xx.2019-cu il tarixli müraciətinə baxılmışdır. Ərizəsi ilə əlaqədar bildirirlər ki, aidiyyəti məsələyə baxılması üçün tikinti obyektlərinin mövcud layihəsinin memarlıq planlaşdırma və tikinti ərazisinin baş plan bölmələrini, habelə torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin surəti Rayon İcra Hakimiyyətinə təqdim edildikdən sonra aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət olunacaqdır. İş üzrə Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti Başçısının birinci müavini tərəfindən Bakı şəhəri 5 saylı Vəkil Bürosunun vəkili Vəkil1 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, Səbail rayon İcra Hakimiyyəti başçısının 138 saylı, xx.xx.2010-cu il tarixli və 2017-2019-cu illərdə X22 adına verilmiş mənzilin ölçülərində dəyişiklik edilməsi ilə bağlı müvafiq sərəncamların surətlərinin təqdim olunması barədə Səbail rayon İcra Hakimiyyətinə ünvanlanmış 392 saylı, xx.xx.2023-cü il tarixli müraciətinə baxılmışdır. Qaldırılan məsələnin araşdırılması məqsədilə aidiyyəti üzrə tapşırıqlar verilmişdir. Sözügedən sərəncamlar və onların tərkib hissələri olan digər sənədlər Rayon İcra Hakimiyyətinin arxivində aşkar edilməmişdir. İş üzrə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı ünvan 10 ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubun surətindən görünür ki, X22 adına sözügedən ünvana dair xx.xx.2021-ci il tarixdə çıxarış X5 və X14 “sözügedən evdə yeni tikilinin İ.Ə.Əliyevaya məxsus çıxarışa əlavə olunmamasına etiraz etməməsi” barədə razılıq ərizələr, Səbail RİH-nə ünvanlanmış məlumatlandırma ərizəsi və "xxxx" MMC tərəfindən tərtib edilmiş eskiz layihə əsasında verilmişdir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-230/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmün surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş və ona 09 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, İddiaçı üzərinə Bakı şəhəri, Sumqayıt şəhəri və Abşeron rayonunun ərazi hüdudlarını tərk etməmək, hər gün axşam saat 00.00-dan səhər saat 06.00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmuş, cəzaçəkmənin müddətinin əvvəli İddiaçı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmış, cəzanın icrası Bakı şəhə Probasiya İdarəsinə həvalə edilmiş, İddiaçı barəsində Abşeron rayon Məhkəməsinin 4(012)- 656/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbiri seçilməsi nəzərə alınmış və o, məhkəmə iclas zalından həbsdən azad edilməmişdir. İş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-2189/2024 saylı, xx.xx.2024-cü il tarixli qərardadın surətindən görünür ki, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (üçüncü şəxslər X30, X7 və X28) qarşı “çıxarışın ləğv edilməsi” tələbinə dair iddiası iddiaçının fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinə münasibətdə mülkiyyət hüquqlarının reallaşdırılması ilə bağlı tələb irəli sürmək üçün subyektiv hüququ olmadığından mümkün sayılmamışdır İş üzrə Bakı 16 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli, MŞB/16/2024-01279 aylı arayışın surətindən görünür ki, İddiaçı (etibarnamə üzrə nümayəndə Vəkil1 iştirak etmişdir) “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında verilmiş çıxarışın ləğv edilməsi, birgə nikah dövründə əldə edilmiş əmlakın qiymətləndlirilməklə dəyərinin ½ hissəsinin ödənilməsi, evin tikintisinə və təmirinə çəkilmiş xərcin (vəsaitin) bölünməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 15.00-15.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Qarayeva (Əliyeva) İlahə Əli qızı iştirak etməmişdir. İş materiallarında əlavə edilmiş sənədlərdən görünür ki, X1 əsasən "xxxx" MMC tərəfindən Bakı şəhəri, Səbail rayonu, Əlibəyov qardaşları, 49 ünvanında yerləşən fərdi yaşayış evində mövcud tikilinin eskiz layihəsi tərtib edilmişdir, ev 2 mərtəbədən ibarətdir. İş üzrə Vəkil1 sifarişinə əsasən "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli yaşayış evinin təmirinə və tikintisinə çəkilmiş xərcin dəyərinin müəyyən edilməsi barədə hesabatdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları küçəsi, 49 saylı evin 281 kv.m. olan fərdi yaşayış evinin təmirinə və tikintisinə çəkilmiş xərcin dəyəri 307.393,15 manat təşkil edir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə ilk növbədə cavabdehin nümayəndəsinin hazırkı münasibətə iddia müddətinin tətbiq edərək rədd edilməsi barədə dəlillərinə qiymət verərək aşağıdakıları qeyd edir. Mülki işin müəyyən edilmiş hallarından görünür ki,tərəflər arasında nikah rəsmi qaydada 2019cu ildə pozulsa da, iddiaçı həm həmin tarixədək, həm də cinayət hadisəsi törədib cəmiyyətdən təcrid olunduğu tarixədək mübahisəli evdə yaşamışdır. Qeyd edilməlidir ki, ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələblərə dair iddia müddəti Ailə Məcəlləsinin 36.9-cu maddəsi ilə müəyyən edilmişdir. Həmin maddəyə əsasən, nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Konstitusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 36.9-cu maddəsinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 377.1-ci maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 2019-cu il 29 iyul tarixli Qərarında göstərmişdir ki, Ailə Məcəlləsinin 36.9-cu maddəsi ər-arvadın ümumi əmlakının bölünməsi haqqında tələbə dair 3 illik iddia müddətini nəzərdə tutsa da, bu müddətin axımının başlanğıcını müəyyən etməmişdir. Lakin Ailə Məcəlləsinin ümumi hissəsinə ailə münasibətlərinə iddia müddətinin tətbiqini müəyyən edən 8-ci maddənin daxil edilməsi ilə iddia müddətinə dair bütün məsələlərin vahid mənbədən tənzim edilməsinə, yəni ictimai münasibətlərin tənzimlənməsinin sabitliyinə nail olunmuşdur. Belə ki, Ailə Məcəlləsinin 8-ci maddəsinə əsasən, pozulmuş hüquqların müdafiəsi üçün bu Məcəllədə müəyyən olunmuş müddətlər istisna olmaqla, ailə münasibətlərindən irəli gələn tələblərə iddia müddəti şamil olunmur. İddia müddətini müəyyən edən normaların tətbiqi zamanı məhkəmə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaları rəhbər tutur. Yəni qanunverici Ailə Məcəlləsinin 36.9-cu maddəsində nəzərdə tutulan ümumi əmlakın bölünməsi haqqında tələblərə 3 illik iddia müddətini tətbiq edərkən, bu müddətin tətbiqi ilə bağlı məsələlərdə Mülki Məcəllənin qaydalarının rəhbər tutulmalı olduğunu müəyyən etmişdir. Mülki Məcəllənin 367.1-ci maddəsinə görə, müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən, hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Mülki Məcəllənin 377.1-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlayır. Göründüyü kimi, qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair tələblərə tətbiq edilən iddia müddətinin axımının başlanmasını subyektiv hüququn pozulması ilə əlaqələndirmişdir. Bu səbəbdən də iddia müddətinin axımının başlanması şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirilmişdir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu Ailə Məcəlləsinin 8.2-ci maddəsinə əsasən iddia müddətini müəyyən edən normaların tətbiqi zamanı Mülki Məcəllədə nəzərdə tutulmuş qaydaların rəhbər tutulduğunu nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, ər-arvadın nikah dövründə əldə etdikləri ümumi əmlakdakı paylarının bölünməsi tələbinə dair iddia müddətinin axımı nikah pozulduğu andan deyil, tərəfin həmin əmlakla bağlı hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu gündən hesablanmalıdır. Məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün qanunda nəzərdə tutulmuş 3 illik iddia müddəti ötürülməmişdir. Bu səbəbdən məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi barədə dəlillərini əsaslı hesab etmir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında rəsmi nikah 2019-cu il tarixdə pozulsa da, tərəflər arasında ailə münasibətləri 2017-ci ildən pozulmuş, 2018-ci ildə mövcud birmərtəbəli tikilinin 2-ci mərtəbəsinin inşasına başlanılmışdır. Məhkəmə iclasında həmçinin şahid ifadələri ilə də müəyyən edilmişdir ki, 2018-ci ildə inşası başlanan tikili tam təmir olunmamış və yaşayış üçün yararlı olmayan səviyyədə 2024-cü il tarixədək olmuş, 2024-cü il tarixdə cavabdeh tərəfindən tam təmir olunmuş vəziyyətə gətirilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, mübahisəli ünvanda yerləşən evin 1-ci mərtəbəsi mülkiyyət hüququ üzrə iddiaçının adına qeydiyyatdan keçmiş, 2017-ci ildə həmin əmlak cavabdehə bağışlanılmış, 2018-ci ildə 1-ci mərtəbənin üst hissəsində tikinti işləri həyata keçirildikdən sonra mübahisəli evin ümumi sahəsinin 222,9 kv.m. olmasına dair daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılmışdır. Yəni cavabdehin mülkiyyətində olan evin ümumi sahəsinin 222,9 kv.m. olmasına dair daşınmaz əmlakın dövlət reyestrində qeyd mövcuddur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi 1998-ci ildən X4 mülkiyyətində olmuşdur. Atası xx.xx.2012-ci il tarixdə vəfat etmişdir. Atası vəfat etdikdən sonra vərəsəlik qaydasında fərdi yaşayış evinə vərəsəlik hüququ əsasında şəhadətnamə alaraq adına çıxarış verilmişdir. Cavabdehlə nikah birgə dövründə, yəni xx.xx.2017-ci il tarixli çıxarışla 19,8 kv.m 1 otaq kimi çıxarışla göstərilən fərdi yaşayış evi faktiki olaraq 149,80 kv.m. sahədən ibarət olmuşdur. X4 adına Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2010-cu il tarixli “ölçülərin dəqiqləşdirilməsi” haqqında Sərancamı ilə də öz təsdiqini tapır ki, bağışlama müqavilə bağlandığı vaxtadək evin faktiki sahəsi 149,80 kv.m təşkil etmişdir. Yəni fərdi yaşayış evinin yuxarıda qeyd edilən hissəsi ilə bağlı formal uydurma əqd nəticəsində əmlak cavabdehin adına sənədləşdirilmişdir. Lakin hazırki iddia tələbinin maddi hüquqi əsası və mahiyyəti ondan ibarətdir ki, cavabdehlə nikahda olduqları dövrdə ünvan 2 ünvanında yerləşən yaşayış evini bir hissəsini, yəni yuxarı mərtəbəsini öz vəsaitləri hesabına inşa etdirmişlər və fərdi yaşayış evi faktiki olaraq hazırda 430 kvadrat metr sahədən ibarətdir. Həmin evin 207.1 kv.m sahəsi qanunsuz tikilidir. Bu hal Bakı İnzibati Məhkəməsində araşdırılmalar zamanı istər hazırki cavabdeh, istər isə məhkəmə sorğusu zamanı da daxil olmuş sənədlərlə də müəyyən edilərək təsdiq edilmişdir ki, cavabdeh Bakı şəhəri Səbail rayon Məhkəməsinə ərizə ilə müraciət edərək 430 kv.m sahədən ibarət olan evin sənədləşdirilməsini tələb etmişdir. Buna baxmayaraq sonradan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən qonşuların razılıq ərizələri əsasında evin 222.9 kv. m. sahəsinə çıxarış almışdır. İddia ərizəsinə əlavə edilən "xxxx" MMC-ti tərəfindən tərtib edilmiş eskiz layihəyədə evin 430 kv.m sahədən ibarət olması təsdiq edilsə də, cavabdeh Bakı Səbail rayon İcra Hakimiyyətinə ünvanlamış məlumatlandırma ərizəsi ilə inşa etdikləri özbaşına tikilini öz mülkiyyətinə aldırmağa çalışsa da bu mümkün olmamışdır. Bağışlama müqaviləsinin əhatə etdiyi evin sahəsi 149,80 kv.m təşkil etmişdir. Sonradan isə Daşınmaz Əmlakın Reyestr Xidmətindən öz adına 222.9 kv.m sahəyə çıxarış almışdır. Cavabdehlə birgə nikahda olduqları vaxt mübahisəli evin dəyərini xeyli artıran vəsait qoymuşlar (əsaslı təmir, yenidən quraşdırma, artırmalar və s.i) nəticədə də evin dəyərini xeyli artıran vəsait xərcləməklə mənzilin artiq bir hissəsi özbaşına tikilidir. Məlum cinayət hadisəsinə görə o, hazırda həbsdədir. Həbsə alındığı müddətə (günədək) cavabdehlə həmin evdə yaşamışlar. Həbsə alındığı gündən də özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum edilmişdir. Ona görə də mübahisəli evin bağışlama müqaviləsi əsasında cavabdehin adına rəsmiləşən 149,80 kv.m. çıxılmaqla evin 281 kv.m sahəsinə inşa etdikləri özbaşına tikiliyə çəkilən təmir və tikinti xərclərinin bölünməsini məhkəmədən xahiş edir. Nümayəndəsiin müraciəti əsasında "xxxx" MMC tərəfindən fərdi yaşayış evinin 281.kv.m. sahəsinə çəkilən təmir və tikinti xərcləri bazar dəyərinə uyğun olaraq 307393,15 manata qiymətləndirilmişdir. Həmin vəsaitin 1/2 hissəsini cavabdehdən alınaraq ona ödənilməsini tələb edir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 1(009)-230/2022 xx.xx.2022-ci il tarixli hökmü və həmin məhkəmə iclaslarında ifadələrində göstərmişdir ki, 2019-cu ildə zərərçəkən İlahə Əliyeva ilə rəsmi boşansalar da hadisə olan günə qədər bir evdə yaşamışlar. Döymə hadisəsi mübahisələri ev üstündə olmuşdur. Belə ki, sözü gedən ev atasından ona miras olaraq keçmişdir. Birgə nikah dövründə olduqları müddətdə evi keçmiş arvadı zərərçəkmiş İlahə Əliyevanın adına keçirmidir. xx.xx.2022-ci il tarixdə zərərçəkmiş şəxsə evi satıb pulunu bölmələrini dedikdə o, qışqırmağa başlamış, axşam tərəfi evlərində səs küyü qonşular eşitməsin deyə İlahənin boğazından tutub itələmişdir. Bu səbəbdən iddiaçı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırki 85 ünvanında yerləşən fərdi yaşayış evinin 281 kv.metr sahəsinin tikinti və təmirinə çəkilmiş 307.393,15 xərclərin ½ hissəsi olaraq 153.696 manat pul vəsaitinin cavabdehdən alınaraq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, hüquqi dövlət və demokratik cəmiyyətdə mülkiyyət hüququ toxunulmazdır və onun subyekti qismində bir və ya bir neçə şəxs çıxış edə bilər. Yəni əmlak eyni vaxtda bir neçə şəxsə məxsus ola bilər və mülki qanunvericilikdə bu münasibətlər ümumi mülkiyyətə dair normalarla tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Ümumi mülkiyyət hüququnun yaranması əsaslarından biri də nikahdır. Ər-arvadın ümumi mülkiyyətində olan əmlakın hüquqi rejimi Mülki Məcəllənin 225-ci və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31-37-ci maddələri ilə müəyyən edilir. Mülki Məcəllənin 225.1-ci maddəsinə görə, ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Ailə Məcəlləsinin 32.1-ci maddəsinə müvafiq olaraq, nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ərarvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir (Ailə Məcəlləsinin 36.1 və 36.3-cü maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Qanunun göstərilən tələblərindən göründüyü kimi daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalı və yalnız qeydiyyata alınmış mülkiyyət hüquqların müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. «Ər-arvadın ümumi əmlakının bölünməsi ilə bağlı mübahisələrdə qanunvericiliyin tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1/2024 saylı, xx.xx.2024-cü il tarixli Qərarının 4.11-ci bəndindən görünür ki, Mülki Məcəllənin 180.2-ci maddəsinə müvafiq olaraq, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmədiyi üçün həmin tikili müstəqil daşınmaz əşya kimi ər-arvad arasında bölgünün predmeti ola bilməz. Bununla yanaşı, ərarvadın ümumi əmlakının bölünməsi barədə mübahisə həll edilənə qədər özbaşına tikinti sökülməyibsə, o, fiziki obyekt olaraq özündə ər-arvadın əməyinin və xərclərinin nəticəsini ifadə edən maddi dəyərdir. Odur ki, mübahisə olduğu halda, məhkəmə obyektiv səbəblərdən özbaşına tikintinin faydalı xassələrindən istifadə etmək imkanlarından məhrum olan ərin (arvadın) iddiası əsasında onların ümumi əmlakı hesabına inşa edilməsinə və ya faktiki əldə olunmasına sərf olunmuş ümumi vəsaitin əmlakdakı payına mütənasib olan hissəsini arvaddan (ərdən) tutmaqda haqlıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, Ali Məhkəmənin Plenumunun yuxarıda qeyd edilən Qərarınında izah olunmuşdur ki: 3.8. Bununla belə, qeyd edildiyi kimi, prezumpsiya əksi sübut edilə bilən bir ehtimaldır. Həmin ehtimalın əksini iddia edən şəxs müvafiq sübutlar təqdim etməklə prezumpsiyanı aradan qaldıra bilər. 5.13. Qanunvericilik həmçinin rəsmi nikahda olsalar da, onların birgə təsərrüfat aparmadığı dövrdə hər birinin qazandığı əmlakı ümumi əmlaka aid etmir. Belə ki, Ailə Məcəlləsinin 36.5-ci maddəsinə müvafiq olaraq məhkəmə ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyyəti hesab edə bilər. Bu baxımdan birgə nikah dövründə əldə olunmuş əmlakın bölgüsü zamanı faktiki nikah münasibətlərinə xitam verildiyi və birgə təsərrüfatın başa çatdığı tarixin müəyyən olunması işin düzgün həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Tərəflərin izahatları əsasında həmin anı mübahisəsiz qaydada müəyyən etmək mümkün deyildirsə mülki işin məhkəmə baxışına hazırlanması mərhələsində məhkəmə Mülki Prosessual Məcəllənin 14.1 və 167.1-ci maddələrinə əsasən bu məsələni tərəflərlə müzakirə etməli, 77.3-cü maddəsinə əsasən sübutetmə yükünə uyğun olaraq tərəflərə müvafiq sübutları təqdim etməyi təklif etməlidir. İddiaçı iddia tələbini əsaslandırmaq üçün Ali Məhkəmənin Plenumunun yuxarıdakı Qərarının 4.4-cü bəndinə istinad edərək göstərir ki, qanunverici ər-arvadın hər birinin əmlakının onların ümumi mülkiyyəti hesab edilməsi ilə bağlı xüsusi qayda da müəyyən etmişdir. Belə ki, Ailə Məcəlləsinin 35-ci maddəsinə əsasən ərə (arvada) ayrıca məxsus olan əmlaka nikahda olduqları dövrdə onların ümumi əmlakı və ya hər birinin əmlakı, yaxud da ər-arvadın hansınınsa əməyi hesabına onun dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məhkəmə qeyd edir ki, bu məsələni tənzimləyən analoji norma Mülki Məcəllənin 225.4-cü maddəsidir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, evin mübahisəli 2-ci mərtəbəsinin tikintisi və evdə müvafiq təmir işlərinin aparıldığı dövrdə tərəflər arasındakı münasibətlərin xarakteri heç də Ailə Məcəlləsinin 35-ci maddəsinin dispozisiya şərtləri ilə uzlaşmır, həmçinin şahid ifadələri ilə də təsdiq olunmuşdur ki, həmin işlərin görülməsi zamanı tərəfər arasında ailə münasibətləri mövcud olmamış, onlar birgə təsərrüfat aparmamış və tikinti və təmir işləri cavabdehin vəsaiti hesabına həyata keçirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, qaldırılan iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən Məcəllənin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi təmin olunmadığından, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızına qarşı Bakı şəhəri, Səbail rayonu, Əlibəyov Qardaşları 49 hazırki 85 ünvanında yerləşən fərdi yaşayış evinin 281 kv.metr sahəsinin tikinti və təmirinə çəkilmiş 307.393,15 xərclərin ½ hissəsi olaraq 153.696 manat pul vəsaitinin cavabdeh Qarayeva (Əliyeva) İlahə Əli qızından alınaraq ona ödənilməsi barədə iddia tələbi əsassız olduğu üçün təmin edilməsin. Məhkəmə xərcləri iddiaçıya aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1543/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1543/2025
24.09.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver