Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-166/2023 01.11.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçılar İddiaçı15 Əsəd oğlunun, İddiaçı7, İddiaçı10, İddiaçı13, onların və digər iddiaçıların nümayəndəsi və vəkili X2, cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndə və vəkili Nümayəndə2 iştirakları ilə açıq məhkəmə iclasında İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Əsəd oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinə qarşı "boşdayanma vaxtı üçün əmək haqqının və işdən çıxma müavinətinin ödənilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Əsəd oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 cavabdehlər "xxxx" ASC-yə və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçılar İddiaçı10 İzətulla oğluna boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı14 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı6 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı20 boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinəti isə 440 manat, cəmi 1759,98 manat, İddiaçı3 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı5 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı16 boşdayanma vaxtı üçün 1424,97 manat, işdənçıxarma müavinəti isə 950 manat, cəmi 2374,97 manat, İddiaçı17 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı12 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı9 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı7 işdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı4 boşdayanma vaxtı üçün 1290 manat, işdənçıxarma müavinəti isə 430 manat, cəmi 1720 manat, İddiaçı11 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinatı isə 1100 manat, cəmi 2500 manat, İddiaçı19 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı1 boşdayanma vaxtı üçün 1440 manat, işdənçıxarma müavinəti isə 960 manat, cəmi 2400 manat, X1 boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinatı isə 1040 manat, cəmi 2600 manat, İddiaçı8 Adna oğluna boşdayanma vaxtı üçün 750 manat, idənçıxarma müavinəti isə 500 manat, cəmi 1250 manat, İddiaçı15 boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 930 manat, cəmi 2325 manat, İddiaçı13 boşdayanma vaxtı üçün 1500 manat işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat və İddiaçı18 boşdayanma vaxtı üçün 1410 manat işdənçıxarma müavinəti isə 470 manat, cəmi 1880 manat pulun cavabdehlərdən alınıb verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar tələblərini onunla əsaslandırmışlar ki, iddiaçıların işlədiyi X6 Təmir Zavodu maliyyə təsərrüfat fəaliyyətində yaranmış problemlərlə əlaqədar 01 avqust 2021-ci il tarixdə fəaliyyətini müvəqqəti dayandırmış və həmin tarixdə işçilər kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilmiş, zavodun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar da işçilər işdən azad edilmişlər, iddiaçılar işdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandıqları əmək haqqından deyil, hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi də gecikdirilmişdir. Həmçinin işçilər xx.xx.2021ci il tarixdən xx.xx.2021-ci il tarixədək kollektiv səkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və həmin müddətdə də işçilərə bosdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı da ödənilməmişdir. İddiaçılar hüquqlarının müdafiəsi ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etmişlər və Xidmətin Abşeron-Xızı regional şöbəsində araşdırma aparılaraq müəyyən edilmişdir ki, "xxxx" ASC-nin sədrinin əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinə xitam verilmiş və onun hüquqi varisi qismində Sumqayıt Meloservis idarəsi elan edilmişdir. Fəaliyyətlərinə xitam verilmiş Meliorasiya-mexaniki təmir zavodunun işçilərinin əmək müqavilələrinə xitam verilməsi və müvafiq ödəmələrin həyata keçirilməsi Sumqayıt Meloservis idarəsinin rəhbərinə tapşırılmışdır. Sumqayıt Meloservis idarəsinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubla təqdim etdiyi təsdiqləyici sənədlərə əsasən də məlum olmuşdur ki, işçilər xx.xx.2016-cı il tarixdən yeni yaradılmış Meliorasiya-mexaniki təmir zavoduna işə qəbul olunmuş, xx.xx.2021-ci il tarixdən kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilmiş və xitam verilməsi ilə əlaqədar işçilər hamısı işdən azad olunmuşlar. İşdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində qazandığıqları əmək haqqından deyil, hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi gecikdirilmişdir. Bununla da, qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq müəssisənin rəhbəri X12 barədə inzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq MN ******* nömrəli protokol tərtib edilmiş və yol verilmiş qanun pozuntularının qısa zamanda aradan qaldırılaraq, nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müəsissə tərəfindən iddiaçıların işdənçıxma müavinatları düzgün hesablanıb tam verilməmişdir. İşçilər işdən azad olunanda onların hər birinə minimum əmək haqqından hesablanmış 420 manat məbləğində işdənçıxma müavinəti verilmişdir. Halbuki müəssisə bağlandıqda işçi işdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişindən əvvəlki iki təqvim ayı ərzində qazandıqları əmək haqqından hesablanıb verilməlidir. İddiaçıların Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinə etdikləri müraciətə baxılmış və cavab olaraq bildirilmişdir ki, Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli, 094ü nömrəli əmri ilə Şirvan şəhərində yerləşən Meliorasiya-Mexaniki təmir zavodu ləğv edilərək, Sumqayıt Melioservis İdarəsinə birləşdirilmişdir. Ləğv edilmiş Meliorasiya-Mexaniki Təmir Zavodunun sabiq əməkdaşlarına ödəniləcək son haqq-hesabın ayrı-ayrılıqda hesablanması, yekun məbləğin qanunamüvafiq qaydada müəyyənləşdirilməsi istiqamətində Sumqayıt Melioservis idarəsi tərəfindən zəruri sənədlər toplanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq qaydada son haqq-hesablarının ödənilməsi təmin olunacaqdır. Lakin bu vaxtacan son haqq-hesabın ödənilməsi təmin olunmamışdır. Belə ki, iddiaçılar İddiaçı10 İzətulla oğlu baş texnik işləmiş və 30 il iş stajı var, aylıq əmək haqqısı 550 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat pul verilməlidir. X8 baş energetik işləmiş və 20 il iş stajı var, aylıq əmək haqqısı 550 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat pul verilməlidir. İddiaçı6 şöbə rəisi işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 550 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat pul verilməlidir. X10 iqtisadçı işləmiş və 6 il iş stajı var, aylıq əmək haqqısı 440 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinəti isə 440 manat, cəmi 1759,98 manat pul verilməlidir. İddiaçı3 təhcizatçı işləmiş və 18 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı5 mühafizə rəisi işləmiş və 16 il iş stajı var, aylıq əmək haqqısı 400 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat pul verilməlidir. İddiaçı16 çilingər işləmiş və 12 il iş stajı var, aylıq əmək haqqısı 475 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı12 metal tökən işləmiş və 18 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı9 usta işləmiş və 12 il iş stajı var, aylıq əmək haqqısı 400 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat pul verilməlidir, İddiaçı7 çilingər işləmiş və 20 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat pul verilməlidir. İddiaçı4 sürücü işləmiş və 6 il iş stajı var, aylıq əmək haqqısı 430 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1290 manat, işdənçıxarma müavinəti isə 430 manat, cəmi 1720 manat pul verilməlidir. İddiaçı11 elektrik qaynaqçı işləmiş və 26 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı19 çilingər işləmiş və 14 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat pul verilməlidir. İddiaçı1 elektrik qaynaqçı işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 480 manat olmuşdur. İddiaçı19 çilingər işləmiş və 14 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat pul verilməlidir. İddiaçı1 elektrik qaynaqçı işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 480 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1440 manat, işdənçıxarma müavinəti isə 960 manat, cəmi 2400 manat pul verilməlidir. İddiaçı2 tornaçı işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 520 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinəti isə 1040 manat, cəmi 2600 manat pul verilməlidir. İddiaçı8 bağban işləmiş və 28 il iş stajı var, aylıq əmək haqqısı 250 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 750 manat, işdənçıxarma müavinəti isə 500 manat, cəmi 1250 manat pul verilməlidir. İddiaçı15 metal tökən işləmiş və 16 il iş stajı var, aylıq əmək haqqısı 465 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 930 manat, cəmi 2325 manat pul verilməlidir. İddiaçı13 çilingər işləmiş və 20 il iş stajı var, aylıq əmək haqqısı 500 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat pul verilməlidir. İddiaçı18 tornaçı işləmiş və 8 il iş stajı var, aylıq əmək haqqısı 470 manat olmuşdur. Müəssisə tərəfindən ona 4 ay 15 gün boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 470 manat, cəmi 1880 manat pul verilməlidir. Yuxarıda göstərilənlərə əsasən iddiaçılar İddiaçı10 İzətulla oğluna boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749.97 manat, İddiaçı14 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749.97 manat, İddiaçı6 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2749,97 manat, İddiaçı20 boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinatı isə 440 manat, cəmi 1759,98 manat, İddiaçı3 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı5 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı16 boşdayanma vaxtı üçün 1424,97 manat, işdənçıxarma müavinəti isə 950 manat, cəmi 2374,97 manat, İddiaçı17 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı12 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat, İddiaçı9 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 800 manat, cəmi 2000 manat, İddiaçı7 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı4 boşdayanma vaxtı üçün 1290 manat, işdənçıxarma müavinəti isə 430 manat, cəmi 1720 manat, İddiaçı11 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1100 manat, cəmi 2500 manat, İddiaçı19 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 940 manat, cəmi 2350 manat, İddiaçı1 boşdayanma vaxtı üçün 1440 manat, işdənçıxarma müavinəti isə 960 manat, cəmi 2400 manat, X1 boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinatı isə 1040 manat, cəmi 2600 manat, İddiaçı8 boşdayanma vaxtı üçün 750 manat, işdənçıxarma müavinəti isə 500 manat, cəmi 1250 manat, İddiaçı15 boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 930 manat, cəmi 2325 manat, İddiaçı13 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1000 manat, cəmi 2500 manat və İddiaçı18 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 470 manat, cəmi 1880 manat pulun cavabdehdən alınıb verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişlər. xx.xx.2023-cü il tarixdə iddiaçıların nümayəndəsi və vəkili məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək bildirmişdir ki, iddiaçılara cavabdeh tərəfindən ümumilikdə 8275 manat işdən çıxarma müavinəti ödənilmişdir. Lakin müavinətinlərin hesablanmasında səhvə yol verilərək qanunvericiliyin tələbinə uyğun hesablanmamışdır. Məhkəmə mübahisəsi zamanı cavabdeh iddiaçılara ödənilməli olan müavinətlə bağlı yenidən hesablama aparmış və müəyyən etmişdir ki, iddiaçılara əlavə olaraq ümumilikdə 8679 manat müavinət ödənilməlidir. İddiaçılar da yenidən aparılmış hesablama ilə razılaşaraq hesablanıb veriləcək işdənçıxma müavinəti ilə razılaşmışlar. Ona görə də, iddia tələbinin həmin hissədə azaldılması zərurəti yaranmışdır. Həmçinin işçilərə xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və həmin müddətdə də işçilərə boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı da ödənilməmişdir. İddiaçılar hüquqlarının müdafiəsi ilə əlaqədar Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında X11 Xidmətinə müraciət etmişlər və Xidmətin Abşeron-Xızı regional şöbəsində araşdırma aparılaraq müəyyən edilmişdir ki, "xxxx" ASC-nin sədrinin əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinə xitam verilmiş və onun hüquqi varisi qismində Sumqayıt Melioservis idarəsi elan edilmişdir. Fəaliyyətlərinə xitam verilmiş Meliorasiya-mexaniki təmir zavodunun işçilərinin əmək müqavilələrinə xitam verilməsi və müvafiq ödəmələrin həyata keçirilməsi Sumqayıt Melioservis idarəsinin rəhbərinə tapşırılmışdır. Sumqayıt Melioservis idarəsinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubla təqdim etdiyi təsdiqləyici sənədlərə əsasən də məlum olmuşdur ki, işçilər xx.xx.2016-cı il tarixdən yeni yaradılmış Meliorasiya-mexaniki təmir zavoduna işə qəbul olmuş, xx.xx.2021-ci il tarixdən kollektiv şəkildə əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilmiş və xitam verilməsi ilə əlaqədar işçilər hamısı işdən azad olunmuşlar. İşdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində onların qazandıqları əmək haqqından deyil, onların hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi gecikdirilmişdir. Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq müəssisənin rəhbəri X12 barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq MN ******* nömrəli protokol tərtib edilmiş və yol verilmiş qanun pozuntularının qısa zamanda aradan qaldırılaraq, nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. Lakin həmin vaxtdan uzun müddət keçməsinə baxmayaraq, cavabdeh müəssisə tərəfindən iddiaçıların işdənçıxma müavinətləri düzgün hesablanıb tam verilməmişdir. Həmçinin iddiaçılar əsassız olaraq öz hesablarına məzuniyyətə buraxılmış və onların razılıq ərizələri də alınmamış, həmkarlar ittifaqı təşkilatının ümumi yığıncağının keçirilməsi barədə tərtib olunmuş xx.xx.2021-ci il tarixli protokolda da iddiaçıların fikri öyrənilməmiş və onlar tərəfindən protokol imza edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən iddiaçılar X3 boşdayanma vaxtı üçün 1649,97 manat işdənçıxarma müavinəti isə 560.68 manat, İddiaçı14 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 537.21 manat, İddiaçı6 boşdayanma vaxtı üçün 1649,97 manat, işdənçıxarma müavinəti isə 537.21 manat, İddiaçı20 boşdayanma vaxtı üçün 1319,98 manat, işdənçıxarma müavinəti isə 264.45 manat, İddiaçı3 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 279.06 manat, İddiaçı5 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 276.54 manat, İddiaçı16 boşdayanma vaxtı üçün 1424,97 manat, işdənçıxarma müavinəti isə 395.73 manat İddiaçı17, oğluna boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 438.93 manat, İddiaçı12 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 1363.30 manat, İddiaçı9 boşdayanma vaxtı üçün 1200 manat, işdənçıxarma müavinəti isə 78 85 manat, İddiaçı7 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 399 28 manat, İddiaçı4 boşdayanma vaxtı üçün 1290 manat işdənçıxarma müavinəti isə 402.10 manat, İddiaçı11 boşdayanma vaxtı üçün 1500 manat, işdənçıxarma müavinəti isə 438.93 manat, İddiaçı19 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 448 28 manat, İddiaçı1 boşdayanma vaxtı üçün 1440 manat işdənçıxarma müavinəti isə 438.93 manat, X1 boşdayanma vaxtı üçün 1560 manat, işdənçıxarma müavinəti isə 473.49 manat, İddiaçı8 boşdayanma vaxtı üçün 750 manat, işdənçıxarma müavinatı isə 12.37 manat, İddiaçı15 boşdayanma vaxtı üçün 1395 manat, işdənçıxarma müavinəti isə 368.66 manat, İddiaçı13 boşdayanma vaxtı üçün 1500 manat işdənçıxarma müavinəti isə 543.17 manat və İddiaçı18 boşdayanma vaxtı üçün 1410 manat, işdənçıxarma müavinəti isə 421.65 manat pulun cavabdehlərdən alınıb verilməsi barədə qənamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia tələbinin azaldılması barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili X9 iddia tələbini müdafiə etmiş və iddia tələbinin məzmununa uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı15 Əsəd oğlu, İddiaçı7, İddiaçı10 və İddiaçı13 iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, onların və digər iddiaçıların nümayəndəsi və vəkili X2 izahatında göstərilənlərlə razı olduqlarını bildirmişlər. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini qismən, yəni işdənçıxarma müavinətinin ödənilməsi hissəsində qəbul edərək, boşdayanma vaxtı üçün əmək haqqı tələbi hissəsində isə əsassız olduğu üçün təmin edilməməsini xahiş etmiş və izahatında bildirmişdir ki, X6 Təmir Zavodu Azərbaycan Meliorasiya və X18 Səhmdar Cəmiyyəti sədrinin xx.xx.2021-ci il tarixli 056ü saylı əmri ilə xx.xx.2021-ci il tarixində fəaliyyətini dayandırmış və Cəmiyyətin sədrinin xx.xx.2021-ci il tarixli 094ü saylı əmri ilə xx.xx.2021-ci il tarixində Zavodun hüquqi şəxs qismində fəaliyyətinə xitam verilmişdir. Həmin əmrlə Zavodun hüquqi varisi Sumqayıt Melioservis İdarəsi müəyyən edilmişdir. Ləğv edilmiş X6 Təmir Zavodunun işçiləri olmuş iddiaçılara cavabdeh varisi Sumqayıt Melioservis İdarəsi tərəfindən ümumilikdə 8275 manat işdən çıxarma müavinəti ödənilmişdir. Lakin müavinətlərin hesablanmasında səhvə yol verildiyindən müavinətlər qanunvericiliyin tələbinə uyğun hesablanmamışdır. Hazırda iddiaçılara ödənilməli olan müavinətlə bağlı əmək qanunvericiliyinə uyğun, onların əmək haqları və iş stajları nəzərə alınmaqla yenidən hesablama aparılmış və müəyyən edilmişdir ki, iddiaçılara əlavə olaraq ümumilikdə 8679 manat müavinət ödənilməlidir. Belə ki, onlara əmək haqları və iş stajları nəzərə alınmaqla ümumilikdə 16954 manat müavinət ödənilməli idi. Qeyd edilməlidir ki, X6 Təmir Zavodu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin 07 oktyabr 2016-cı il tarixli, 061ü nömrəli əmrilə yaradılmış və xx.xx.2021-ci il tarixli 094ü saylı əmri ilə xx.xx.2021-ci il tarixində Zavodun hüquqi şəxs qismində fəaliyyətinə xitam verilmişdir. Göstərilənlərə əsasən bildirir ki, hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi tərəfindən iddiaçılara ümumilikdə 8679 manat müavinətin ödənilməsi üçün müvafiq tədbirlər görülür. Boşdayanma vaxına görə əmək haqqı tələbinə gəldikdə isə iddiaçılar əsassız olaraq öz hesablarına məzuniyyətə göndərildiklərini və AR Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə istinad etməklə bu halın boşdayanma hesab edildiyini bildirirlər. Hesab edir ki, iddiaçıların bu tələbi əsassızdır. Belə ki, hazırki işdə istehsalın, axın xəttinin və işin işəgötürənin, yəni Zavodun təqsiri üzündən dayanması halı mövcud deyildir. X6 Təmir Zavodu öz Nizamnaməsinə əsasən təsərrüfathesablı özünümaliyyələşdirmə prinsipi ilə fəaliyyət göstərmiş, digər təşkilatların sifarişləri əsasında onlarla birbaşa müqavilə bağlamaqla müxtəlif texniki avadanlıqların təmiri və ehtiyyat hissələrinin hazırlanması, quraşdırılması kimi işləri həyata keçirmişdir. Lakin sonradan 2021-ci il ərzində “Dövlət satınalmaları haqqında” Qanunun tələblərinə uyğun olaraq Zavod qarşılıqlı müqavilə əsasında deyil, müsabiqə və tenderlərdə iştirak etməklə fəaliyyətini davam etdirməyə çalışmışdır. Həmin müsabiqə və tenderlərdə heç bir halda qalib gələ bilməyən Zavod təbii olaraq iş götürə, gəlir əldə edə bilməmişdir. Zaman keçdikcə isə həm işçilərin əmək haqqılarının, həm kommunal xərclərin ödənilməsində, Zavodun saxlanılmasında çətinlik meydana gəlmişdir. Bu səbəbdən xx.xx.2021-ci il tarixində Zavodun Həmkarlar təşkilatının sədrinin rəhbərliyi ilə iclas keçirilmiş və Zavodun fəaliyyətinin dayandırılması, işçilərin ödənişsiz məzuniyyətə göndərilməsi ilə bağlı məsələlər müzakirə edilmiş və iclasda ortaq qərar alınmışdır. Göründüyü kimi, Zavodun fəaliyyəti onun təqsiri üzündən deyil, məcburi digər səbəblərdən dayandırılmışdır. Bu halda işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına qanunvericiliklə mane olan hal yoxdur və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsi burada tətbiq oluna bilməz. Qeyd olunmalıdır ki, ödənişsiz məzuniyyət Əmək Məcəlləsinin 112-ci maddəsində məzuniyyət növlərindən biri kimi qeyd olunmuşdur. Məcəllənin 129-cu maddəsində ödənişsiz məzuniyyətin işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilə bildiyi qeyd olunmuşdur. Qarşılıqlı razılıqlı halında ödənişsiz məzuniyyətin müddəti 6 aydan çox olmayan müddətə müəyyən edilə bilər. AR Əmək Məcəlləsinin 129-cu maddəsinin 1-ci hissəsinə əsasən ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir. Həmin maddənin 2-ci hissəsində qeyd olunur ki, işəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. Eyni zamanda Məcəllənin 146-cı maddəsinin 1-ci hissəsinin məzmunundan aydın olur ki, operativ surətdə qarşısı alınmayan hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu zaman ödənişsiz məzuniyyətin müddəti əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər — təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Göründüyü kimi qanunvericilik maddənin məzmununda göstərilən şərtlər daxilində işin dayandırılması halında işəgötürənə işçiləri qrup halında ödənişsiz məzuniyyətə göndərmə hüququnu vermişdir. Ödənişsiz məzuniyyətə göndərilmə halı ilə bağlı yuxarıda qeyd olunan qanunvericilik müddəalarına ümumi nəzər saldıqda görünür ki, ödənişsiz məzuniyyətə göndərilməyə yalnız işəgötürənin təqsiri ucbatında işin dayandırılması halında yol verilmir və bu zaman ödənişsiz məzuniyyətə göndərilmə boşdayanma halı kimi qiymətləndirilir. Bu da Əmək Məcəlləsinin 146.2-ci maddəsində öz əksini tapır. Faktiki vəziyyətdə isə Zavodun fəaliyyətinin dayanması zavodun təqsiri üzündən baş verməmiş və işçilər qarşılıqlı razılıq əsasında ödənişsiz məzuniyyətə göndərilmişlər. Odur ki, burada boşdayanma halından söhbət gedə bilməz. Bir anlıq Zavodun öz təqsiri üzündən fəaliyyətinin dayanmasını və işçilərin onların razılığı olmadan ödənişsiz məzuniyyətə göndərilməsini, yəni iddiaçıların tələbini əsaslı hesab etsələr belə, Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə uyğun olaraq iddiaçılar tərəfindən boşdayanma halı ilə bağlı işəgötürənə xəbərdarlıq edilməli idi. Lakin onlar tərəfindən belə bir xəbərdarlıq da edilməmişdir. Bu da özlüyündə yuxarıda qeyd edilən hissədə iddia tələblərinin əsassız olduğunu göstərir. Cavabdeh Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-yə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Odur ki, məhkəmə, MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işə baxb, tərəflərin izahatlarını dinləyib, təqdim edilmiş sübutları tədqiq edib, irəli sürülən tələbin dəlillərini müzakirə edərək hesab edir ki, aşağıdakılara görə iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti Sumqayıt regional ərazi şöbəsinin X5 ünvanladığı xx.xx.2022-ci il tarixli, 221301/9070 saylı məktubdan görünür ki, “Azmelsutəsərrüfat'’ ASC-nin sədrinin əmrinə əsasən xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinə xitam verilmiş və onun hüquqi varisi qismində Sumqayıt Meloservis idarəsi elan edilmişdir. Fəaliyyətlərinə xitam verilmiş Meliorəsiya-mexanikı təmir zavodunun işçilərinin əmək müqavilələrinə xitam verilməsi və müvafiq ödəmələrin həyata keçirilməsi Sumqayıt Meloservis idarəsinin rəhbərliyinə tapşırılmışdır. Sumqayıt Meloservis idarəsinin xx.xx.2022-ci il tarixli 15 nömrəli məktubla təqdim etdiyi təsdiqləyici sənədlərə əsasən məlum oldu ki, ərizəçi və digər 25 nəfər 07 10.2016-cı il tarixdən yeni yaradılmış Meliorasiya mexaniki təmir zavoduna işə qəbul olumuş, xx.xx.2021-ci il tarixdən kollektiv şəkildə əsassız olaraq oz hesablarına məzuniyyətə buraxılmış və xx.xx.2021-ci il tarixdən həmin zavodun fəaliyyətinə xitam verilməsi ilə əlaqədar hamısı işdən azad olunmuşdur. İşdən azad olunarkən işdənçıxarma müavinəti hesablanan orta əmək haqqı ödənişdən əvvəlki iki təqvim ayı ərzində onların qazandığı əmək haqqından deyil, onların hamısına minimum əmək haqqından hesablanmış, həmçinin son haqq-hesabın ödənilməsi gecikdirilmişdir Bununla da qanunvericiliyin tələbləri pozulmuşdur. Bununla əlaqədar olaraq müəssisənin rəhbəri X12 barədə İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə uyğun olaraq MN ******* nömrəli protokol tərtib edilmiş və yol verilmiş, qanun pozuntularının qısa zamanda aradan qaldırılaraq, nəticəsi barədə məlumat verilməsi tapşırılmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Meliorasiya Mexaniki Təmir X4 Komitəsinin xx.xx.2021-ci il tarixli iclas protokolundan görünür ki, iclasda Meliorasiya Mexaniki Təmir Zavodunun fəaliyyətinin xx.xx.2021-ci ildən istehsal sifarişlərinin olmadığı səbəbindən məcburi olaraq dayandırılması, fəaliyyətin dayandırılması ilə bağlı işçilərin məlumatlandırılması; bununla əlaqədar olaraq zavodun rəhbərliyinin müvafiq əmr verməsi; işçilərə ödəniləcək müavinətlərin və digər borcların hesablanmasının təmin esilməsi, Zavodun fəaliyyətinin dayandırılması ilə əlaqədar aidiyyalı təşkilatların (DSMF, vergi orqanları və s.) məlumatlandırılması qərara alınmışdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 056ü saylı, xx.xx.2021-ci il tarixli əmrinin surətindən görünür ki, 1. Meliorasiya mexaniki təmir zavodunun maliyyə-təsərrüfat fəaliyyətində yaranmış problemləri nəzərə alaraq, 01 avqust 2021-ci il tarixdən müəssisənin fəaliyyətinin müvəqqəti olaraq dayandırılması və inventarizasiyanın aparılması, aktiv və passivinin müəyyənləşdirilməsinin təmin edilməsi məqsədilə Səhmdar Cəmiyyətin, Meliorasiya MTZ-nin və Şirvan şəhərində yerləşən Baş Şirvan Kollektorlarının istismarı idarəsinin əməkdaşlarından ibarət səlahiyyətli komissiyanın yaradılması; 2.Komissiyaya - Meliorasiya MTZ-nin balansında olan əsas vəsaitlərin, avadanlıqların, nəqliyyat vasitələri və digər akvitlərin inventarizasiyasının aparılmasının, debitor və kreditor borclarının siyahısının dəqiqləşdirilməsinin; dəqiqləşdirilmiş debitor borclarının alınmasını təmin etməklə, ilk növbədə işçilərin əmək haqlarının və digər kreditor borclarının ödənilməsinin həyata keçirilməsinin; -aparılmış inventarizasiyanın nəticələri barədə Səhmdar Cəmiyyətin Sədrinə məlumat və təkliflərin verilməsinin; -Əmək Məcəlləsinin 129-cu maddəsinə uyğun olaraq işçilərin ödənişsiz məzuniyyətə buräxılmasının; -fəaliyyəti müvəqqəti dayandırılmış Meliorasiya MTZ-nin işçiləri barədə qanunvericiliyin tələbİərinə uyğun olaraq tədbirlər görüİməsinin; -zavodun fəaliyyətinin müvəqqəti dayandırılması ilə əlaqədar aidiyyəti orqanlara məlumat verilməsinin; -əmrin icrası ilə bağlı digər məsələlərin həllinin təmin edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin İddiaçı10 ünvanladığı 09/3-455 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2021-ci il tarixli, 094ü nömrəli əmri ilə Şirvan şəhərində yerləşən Meliorasiya-Mexaniki təmir zavodu ləğv edilərək Sumqayıt Melioservis İdarəsinə birləşdirilmişdir. Ləğv edilmiş Meliorasiya- Mexaniki Təmir Zavodunun sabiq əməkdaşlarına ödəniləcək son haqq-hesabın ayrıayrılıqda hesablanması, yekun məbləğin qanunamüvafiq qaydada müəyyənləşdirilməsi istiqamətində Sumqayıt Melioservis İdarəsi tərəfindən zəruri sənədlər toplanılır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin tələblərinə müvafiq qaydada son haqq-hesablarının ödənilməsi təmin olunacaqdır. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin Şirvan Regional Vəkil Bürosuna ünvanladığı 192 saylı, xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, Sumqayıt Melioservis İdarəsi Meliorasiya-Mexaniki Təmir Zavodunun ləğvi iləəlaqədar Əmək Məcəlləsinin 77-ci maddəsinin 3-cü bəndinə əsasən işdən azad olmuş 77 nəfər əmək kollektivinə müvafiq olaraq 17030,45 manat son haqq-hesab, 28445,00 manat işdən çıxma müavinəti hesablamış və ödəmişdir. Bu hesablamalar İdarənin təhvil götürdüyü Meliorasiya-Mexaniki Təmir Zavodunun mühasibat və kadr sənədlərinə əsasən (müəyyən hissəsi təqdim olunmuş əmək haqqı cədvəlləri, kadr əmrləri, əmək müqavilələri və s.) hesablanmışdır. Ləğv prosesində olan Meliorasiya-mexaniki təmir zavodunda hal-hazırda səyyar vergi yoxlaması keçirilir. Sumqayıt Melioservis İdarəsi hüquqi varis kimi öhdəsinə düşən qanuni öhdəlikləri ödəməyə hazırdır və hal hazırda bu istiqamətdə işlər davam etdirilir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2018-ci il tarixli, 059ü nömrəli əmrdən görünür ki, Cəmiyyətin struktur vahidlərindən olan Sumqayıt sənaye kombinatının adı ilə təsərrüfat fəaliyyəti arasında uyğunsuzluq olduğu nəzərə alınaraq, adının dəyişdirilərək Sumqayıt melioservis idarəsi adlandırılması əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin 094ü nömrəli xx.xx.2021-ci il tarixli əmrdən görünür ki, Cəmiyyətin struktur vahidlərindən olan Meliorasiya-mexaniki təmir zavodunun fəaliyyətinin müvəqqəti dayandırılması barədə "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli, 066ü nömrəli əmrinin qüvvədən düşmüş hesab edilməsi, xx.xx.2021-ci il tarixdən Meliorasiya-mexaniki təmir zavodunun hüquqi şəxs qismində fəaliyyətinə xitam verilməsi, onun aktiv və passivinin varisinin Sumqayıt Melioservis İdarəsinin elan edilməsi, Sumqayıt Melioservis İdarəsinin rəhbərinə fəaliyyətinə xitam verilmiş Meliorasiya-mexaniki təmir zavodunun işçilərinin idarədə işlə təmin olunmasının, işlə təmin olunması mümkün olmayan işçilərlə bağlanmış Əmək müqavilələrinə AR Əmək Məəcəlləsinin 70-ci maddəsinin “a” bəndinə uyğun olaraq xitam verilməsi və ƏM-nin 77-ci maddəsinə nəzərdə tutulmuş tədbirlərin görülməsinin tapşırılması əmr edilmişdir. Təqdim edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin xx.xx.2021ci il tarixli əmrlərindən görünür ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, İddiaçı14, İddiaçı15 Əsəd oğlu, İddiaçı16, İddiaçı17, İddiaçı18, İddiaçı19 və İddiaçı20 ilə bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası ƏM-nin 70-ci maddəsinin “a” bəndinə əsasən (müəssisə ləğv edildikdə) xx.xx.2021-ci il tarixdən xitam verilmişdir. Təqdim edilmiş Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsinin məhkəməyə ünvanladığı 80 saylı, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, ləğv edilmiş X6 Təmir Zavodunun işçiləri olmuş iddiaçılara cavabdeh varisi Sumqayıt Melioservis İdarəsi tərəfindən ümumilikdə 8275 manat işdən çıxarma müavinəti ödənilmişdir. Lakin müavinətlərin hesablanmasında səhvə yol verildiyindən müavinətlər qanunvericiliyin tələbinə uyğun hesablanmamışdır. Qeyd edir ki, hazırda iddiaçılara ödənilməli olan müavinətlə bağlı əmək qanunvericiliyinə uyğun, onların əmək haqları və iş stajları nəzərə alınmaqla yenidən hesablama aparılmış və müəyyən edilmişdir ki, iddiaçılara əlavə olaraq ümumilikdə 8679 manat müavinət ödənilməlidir. Belə ki, onlara əmək haqları və iş stajları nəzərə alınmaqla ümumilikdə 16954 manat müavinət ödənilməli idi. Qeyd edilməlidir ki, X6 Təmir Zavodu Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC sədrinin 07 oktyabr 2016-cı il tarixli, 061ü nömrəli əmrilə yaradılmış və xx.xx.2021-ci il tarixli 094ü saylı əmri ilə xx.xx.2021ci il tarixində Zavodun hüquqi şəxs qismində fəaliyyətinə xitam verilmişdir. Göstərilənlərə əsasən bildirilir ki, hazırda Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Sumqayıt Melioservis İdarəsi tərəfindən iddiaçılara ümumilikdə 8679 manat müavinətin ödənilməsi üçün müvafiq tədbirlər görülür. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin birinci hissəsinə əsasən əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 70-ci maddəsinin «a» bəndinə əsasən müəssisə ləğv edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Əmək Məcəlləsinin 77-ci maddəsinin üçüncü hissəsinə əsasən müəssisə ləğv olunduqda bu Məcəllənin 70-ci maddəsinin «a» bəndinə müvafiq olaraq işçilərə orta əmək haqqından az olmamaqla işdənçıxarma müavinəti və işdən çıxarıldığı gündən yeni işə düzələn günədək ikinci və üçüncü aylar üçün orta əmək haqqı ödənilir. Məhkəmə qeyd edir ki, işçi əmək hüquq münasibətlərində işəgötürənə nisbətən iqtisadi cəhətdən daha zəif tərəfdir. İşçinin əmək haqqı bir qayda olaraq onun və ailə üzvlərinin yaşaması üçün əsas gəlir mənbəyidir. İşəgötürən isə işçidən fərqli olaraq iqtisadi baxımdan daha güclü tərəf olmaqla, təşkilati-sərəncamverici səlahiyyətlərə malik olur. Məhz bu baxımdan qanunvericilikdə işəgötürən tərəfindən əmək müqaviləsinə xitam verərkən işçilərin təminatı kimi işdənçıxarma müavinətinin verilməsi müəyyən edilmişdir. Bu hal həmçinin dövlətin vətəndaşların sosial müdafiəsi və layiqli həyat səviyyəsinin qayğısına qalmaq sahəsində sosial siyasətinin əsas istiqamətlərindən irəli gəlir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, əmək qanunvericiliyində əmək müqaviləsinə xitam verilərkən işçilər üçün nəzərdə tutulmuş təminatlar minumum xarakter daşıyır və ayrı-ayrı aktlarda işin xarakteri, əmək şəraiti və s. hallar nəzərə alınmaqla işçilərin vəziyyətini yaxşılaşdıran daha əlverişli təminatlar nəzərdə tutula bilər. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC Sumqayıt Melioservis İdarəsinin nümayəndə və vəkili Nümayəndə2 iddia tələbini qismən işdənçıxarma müavinatının ödənilməsi hissəsində qəbul edərək, bildirmişdir ki, müavinətlərin hesablanmasında səhvə yol verildiyindən, müavinətlər qanunvericiliyin tələblərinə uyğun hesablanmış və müəyyən edilmişdir ki, iddiaçılara əlavə olaraq ümumilikdə 8679 manat müavinət ödənilməlidir. Belə ki, onlara əmək haqları və iş stajları nəzərə alınmaqla ümumilikdə 16954 manat müavinət ödənilməli idi lakin ümumilikdə 8275 manat işdən çıxarma müavinəti ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarını əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Belə olduğu təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi işdənçıxarma müavinatının ödənilməsi hissəsində təmin edilməlidir. Məhkəmə iddia tələbinin boşdayanma vaxtı üçün əmək haqqının ödənilməsi hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. İddiaçılar zavodun fəaliyyətinin dayandırıldığı xx.xx.2021-ci il tarixdən əsassız olaraq öz hesablarına məzuniyyətə göndərildiklərini və xx.xx.2021-ci il tarixdən isə zavodun fəaliyyətinə xitam verildiyi üçün AR Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə istinad edərək bu halın boşdayanma hesab edildiyini bildirərək, həmin müddət üçün əmək haqqının ödənilməsi barədə tələb irəli sürmüşlər. Cavabdehin nümayəndəsi irəli sürülən tələbə etiraz edərək, bildirmişdir ki, hazırki halda işdə istehsalın, axın xəttinin və işin işəgötürənnin, yəni zavodun təqsiri üzündən dayanması halı mövcud deyildir. Zavodun fəaliyyəti onun təqsiri üzündən deyil, məcburi digər səbəblərdən dayandırılmışdır. Bu halda işçilərin ödənişsiz məzuniyyətə buraxılmasına qanunvericiliklə mane olan hal yoxdur və Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsi burada tətbiq oluna bilməz. Beləliklə, məhkəmə iclasında müəyyən olundu ki, tərəflər arasında müəssisədə işin dayandırılması ilə əlaqədar işçilərin məzuniyyətə göndərilməsi ilə bağlı hüquq münasibətləri yaranmışdır. Müvafiq olaraq, göstərilən hüquq münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin qaydaları üzrə tənzimlənməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 1-ci hissəsinə əsasən kollektiv müqavilələrdə, belə müqavilələr bağlanmadığı hallarda əmək müqavilələrində nəzərdə tutulan şərtlərlə və qaydalarda, işin normal ahəngini pozan amillər - təbii fəlakət, istehsalat qəzaları və operativ surətdə qarşısı alınmayan digər hallar mövcud olduqda, işəgötürənin təqsiri olmadan istehsalın, axın xəttinin və işin dayandırılması ilə əlaqədar olaraq işçilər qrup halında ödənişli, yaxud ödənişsiz məzuniyyətə buraxıla bilərlər. Bu halda ödənişsiz məzuniyyətin müddəti, işçinin bu Məcəllədə nəzərdə tutulmuş qaydada müəyyən edilmiş əsas məzuniyyətinin iki illik müddətinin cəmindən çox olmamalıdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 146-cı maddəsinin 2-ci hissəsinə əsasən işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı hallarda işçilərin qrup halında ödənişsiz məzuniyyətə buraxılması yolverilməzdir. Bu hal işəgötürənin təqsiri üzündən boşdayanma hesab edilir və işçilərə bu Məcəllənin 169-cu maddəsində nəzərdə tutulmuş məbləğdə əmək haqqı ödənilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, iddiaçıların işlədiyi zavodun fəaliyyətinin dayandırılması üçün qanunvericilikdə nəzərdə tutulan qarşısı alınmayan hallar mövcud olmamış, işəgötürənin təqsiri üzündən istehsalın, axın xəttinin və işin dayandırıldığı halları mövcud olmuş və iddiaçılar əassız olaraq ödənişsiz məzuniyyətə buraxılmışlar. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən işçinin təqsiri olmadan boşdayanma vaxtı işçi üçün müəyyən edilmiş dərəcənin tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək məhkəmə hesab edir ki, iddia tələbi boşdayanma vaxtı üçün əmək haqqının ödənilməsi hissəsində əsaslıdır və qismən təmin edilməlidir. Məhkəmə hesab edir ki, iddiaçılara boşdayanma vaxtı üçün əmək haqqı aşağıdakı məbləğdə ödənilməlidir. İddiaçı1 orta aylıq əmək haqqı 480 manat, 4 ay 2 gün üçün (480x4:3x2+50,62) müvafiq olaraq 1330,62 manat təşkil edir. İddiaçı2 orta aylıq əmək haqqı 520 manat, 4 ay 2 gün üçün (520x4:3x2+52,64) müvafiq olaraq 1439,30 manat təşkil edir. İddiaçı3 orta aylıq əmək haqqı 500 manat, 4 ay 2 gün üçün (500x4:3x2+41,26) müvafiq olaraq 1374,58 manat təşkil edir. İddiaçı4 orta aylıq əmək haqqı 430 manat, 4 ay 2 gün üçün (430x4:3x2+44,06) müvafiq olaraq 1190,72 manat təşkil edir. İddiaçı5 orta aylıq əmək haqqı 400 manat, 4 ay 2 gün üçün (400x4:3x2+41,10) müvafiq olaraq 1107,76 manat təşkil edir. İddiaçı6 orta aylıq əmək haqqı 550 manat, 4 ay 2 gün üçün (550x4:3x2+56,38) müvafiq olaraq 1523,04 manat təşkil edir. İddiaçı7 orta aylıq əmək haqqı 470 manat, 4 ay 2 gün üçün (470x4:3x2+48,30) müvafiq olaraq 1301,62 manat təşkil edir. İddiaçı8 orta aylıq əmək haqqı 250 manat, 4 ay 2 gün üçün (250x4:3x2+25,62) müvafiq olaraq 692,28 manat təşkil edir. İddiaçı9 orta aylıq əmək haqqı 400 manat, 4 ay 2 gün üçün (400x4:3x2+29,52) müvafiq olaraq 1096,18 manat təşkil edir. İddiaçı10 orta aylıq əmək haqqı 550 manat, 4 ay 2 gün üçün (550x4:3x2+57,76) müvafiq olaraq 1524,42 manat təşkil edir. İddiaçı11 orta aylıq əmək haqqı 500 manat, 4 ay 2 gün üçün (500x4:3x2+50,62) müvafiq olaraq 1383,94 manat təşkil edir. İddiaçı12 orta aylıq əmək haqqı 500 manat, 4 ay 2 gün üçün (500x4:3x2+104,78) müvafiq olaraq 1438,1 manat təşkil edir. İddiaçı13 orta aylıq əmək haqqı 500 manat, 4 ay 2 gün üçün (500x4:3x2+52,34) müvafiq olaraq 1385,66 manat təşkil edir. İddiaçı14 orta aylıq əmək haqqı 550 manat, 4 ay 2 gün üçün (550x4:3x2+56,38) müvafiq olaraq 1523,04 manat təşkil edir. İddiaçı15 Əsəd oğlunun orta aylıq əmək haqqı 465 manat, 4 ay 2 gün üçün (465x4:3x2+46,50) müvafiq olaraq 1286,50 manat təşkil edir. İddiaçı16 orta aylıq əmək haqqı 475 manat, 4 ay 2 gün üçün (475x4:3x2+48,08) müvafiq olaraq 1362,82 manat təşkil edir. İddiaçı17 orta aylıq əmək haqqı 500 manat, 4 ay 2 gün üçün (500x4:3x2+50,62) müvafiq olaraq 1383,94 manat təşkil edir. İddiaçı18 orta aylıq əmək haqqı 470 manat, 4 ay 2 gün üçün (470x4:3x2+49,60) müvafiq olaraq 1302,92 manat təşkil edir. İddiaçı19 orta aylıq əmək haqqı 470 manat, 4 ay 2 gün üçün (470x4:3x2+51,16) müvafiq olaraq 1304,48 manat təşkil edir. İddiaçı20 orta aylıq əmək haqqı 440 manat, 4 ay 2 gün üçün (440x4:3x2+36,0) müvafiq olaraq 1209,32 manat təşkil edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər "xxxx" ASC və "xxxx" ASC Sumqayıt Melioservis İdarəsindən iddiaçılar İddiaçı1 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1330,62 (bir min üç yüz otuz manat altmış iki qəpik) manat, İddiaçı2 xeyrinə işdən çıxma müavinəti 473,49 (dörd yüz yetmiş üç manat qırx doqquz qəpik) manat və boşdayanma vaxtı üçün 1439,30 (bir min dörd yüz otuz doqquz manat otuz qəpik) manat, İddiaçı3 xeyrinə işdən çıxma müavinəti 279,06 (iki yüz yetmiş doqquz manat altı qəpik) manat və boşdayanma vaxtı üçün 1374,58 (bir min üç yüz yetmiş dörd manat əlli səkkiz qəpik) manat, İddiaçı4 xeyrinə işdən çıxma müavinəti 402,10 (dörd yüz iki manat on qəpik) manat və boşdayanma vaxtı üçün 1190,72 (bir min yüz doxsan manat yetmiş iki qəpik) manat, İddiaçı5 xeyrinə işdən çıxma müavinəti 276,54 (iki yüz yetmiş altı manat əlli dörd qəpik) manat və boşdayanma vaxtı üçün 1107,76 (bir min yüz yeddi manat yetmiş altı qəpik) manat, İddiaçı6 xeyrinə işdən çıxma müavinəti 537,21 (beş yüz otuz yeddi manat iyirmi bir qəoik) manat və boşdayanma vaxtı üçün 1523,04 (bir min beş yüz iyirmi üç manat dörd qəpik) manat, İddiaçı7 xeyrinə işdən çıxma müavinəti 399,28 (üç yüz doxsan doqquz manat iyirmi səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1301,62 (bir min üçyüz bir manat altmış iki qəpik) manat, İddiaçı8 xeyrinə işdən çıxma müavinəti 12,37 (on iki manat otuz yeddi qəpik) manat və boşdayanma vaxtı üçün 692,28 (altı yüz doxsan iki manat iyirmi səkkiz qəpik) manat, İddiaçı9 xeyrinə işdən çıxma müavinəti 78,85 (yetmiş səkkiz manat səksən beş qəpik) manat və boşdayanma vaxtı üçün 1096,18 (bir min doxsan altı manat on səkkiz qəpik) manat, İddiaçı10 xeyrinə işdən çıxma müavinəti 560,68 (beş yüz altmış manat altmış səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1524,42 (bir min beş yüz iyirmi dörd manat qırx iki qəpik) manat, İddiaçı11 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1383,94 (bir min üç yüz səksən üç manat doxsan dörd qəpik) manat, İddiaçı12 xeyrinə işdən çıxma müavinəti 1363,30 (bir min üç yüz altmış üç manat otuz qəpik) manat və boşdayanma vaxtı üçün 1438,1 (bir min dörd yüz otuz səkkiz manat on qəpik) manat, İddiaçı13 xeyrinə işdən çıxma müavinəti 543,17 (beş yüz qırx üç manat onyeddi qəpik) manat və boşdayanma vaxtı üçün 1385,66 (bir min üç yüz səksən beş manat altmış altı qəpik) manat, İddiaçı14 xeyrinə işdən çıxma müavinəti 537,21 (beş yüz otuz yeddi manat iyirmi bir qəpik) manat və boşdayanma vaxtı üçün 1523,04 (bir min beş yüz iyirmi üç manat dörd qəpik) manat, İddiaçı15 Əsəd oğlunun xeyrinə işdən çıxma müavinəti 368,66 (üç yüz altmış səkkiz manat altmış altı qəpik) manat və boşdayanma vaxtı üçün 1286,50 (bir min iki yüz səksən altı manat əlli qəpik) manat, İddiaçı16 xeyrinə işdən çıxma müavinəti 395,73 (üç yüz doxsan beş manat yetmiş üç qəpik) manat və boşdayanma vaxtı üçün 1362,82 (bir min üç yüz altmış iki manat səksən iki qəpik) manat, İddiaçı17 xeyrinə işdən çıxma müavinəti 438,93 (dörd yüz otuz səkkiz manat doxsan üç qəpik) manat və boşdayanma vaxtı üçün 1383,94 (bir min üç yüz səksən üç manat doxsan dörd qəpik) manat, İddiaçı18 xeyrinə işdən çıxma müavinəti 421,65 (dörd yüz iyirmi bir manat altmış beş qəpik) manat və boşdayanma vaxtı üçün 1302,92 (bir min üç yüz iki manat doxsan iki qəpik) manat, İddiaçı19 xeyrinə işdən çıxma müavinəti 448,28 (dörd yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat və boşdayanma vaxtı üçün 1304,48 (bir min üç yüz dörd manat qırx səkkiz qəpik) manat, İddiaçı20 xeyrinə işdən çıxma müavinəti 264,45 (iki yüz altmış dörd manat qırx beş qəpik) manat və boşdayanma vaxtı üçün 1209,32 (bir min iki yüz doqquz manat otuz iki qəpik) manat tutulsun. Qalan hissədə iddia təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-166/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-166/2023
01.11.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver