Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1669/2021 06.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı «nikahın pozulması» tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh X2 qarşı iddia ilə məhkəməyə müraciət edərək, cavabdehlə aralarında olan 22.11.2006-cı il tarixli nikahın pozulması, birgə nikah dövründə əldə etdikləri aşağıdakı əmlaklar: Bakı şəhəri, Yasamal rayonu, Tbilisi prospekti, 1054-cü məhəllə ünvanında yerləşən 4-cü blok, 12-ci mərtəbə, 147.5 kv.m. mənzil, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi və altında olan torpaq sahəsi, Abşeron rayonu, Pirşağı qəsəbəsində yerləşən 39 saylı bağ evi və altında olan 0,12 ha torpaq sahəsi və Toyota RAV 4 markalı, ** KV *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi üzrə payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-1669/2021 saylı, 03.09.2021-ci il tarixli qərardadı ilə nikahlarının pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqların cavabdehin yanında saxlanılması, alimentin ödənilməsi və birgə nikah dövründə əldə edilən əmlaklar barəsində tərflər arasında bağlanmış və notarial qaydada təsdiq olunmuş 01.07.2021-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi və həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. İddiaçı nikahın pozulması hissəsində iddia tələbini onunla əsaslandırmışdır ki, o, cavabdehlə 22 noyabr 2006-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 26.09.2007-ci il təvəllüdlü X6 və 23.09.2010-cu il təvəllüdlü X3 dünyaya gəlib. Uşaqlar yetkinlik yaşına çatmayıb və hal-hazırda anasının himayəsindədir. Evliliklərin ilk vaxtlarında mehriban yaşasalar da, bir müddət sonra artıq münasibətləri pozulmuş və faktiki olaraq, artıq uzun müddətdir ki, bir yerdə yaşamırlar. Nikahlarının pozulmasını tələb edir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İ 263320 nömrəli, 22.11.2006-cı il tarixli nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, İddiaçı ilə X4 arasında nikah 22 noyabr 2006-cı il tarixdə bağlanmış, 932 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. İddiaçıya «Əliyeva» soyadı verilmişdir. İş materiallaırnda olan AZ-İİ 500726 nömrəli, 11.10.2010-cu il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X1 23 sentyabr 2010-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. İş materiallaırnda olan AZ-İİ 001697 nömrəli, 09.10.2007-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X6 26 sentyabr 2007-ci il tarixdə Bakı şəhərində anadan olmuş, atası İddiaçı, anası Cavabdehdır. Məhkəmə iclasında müəyyən edildi ki, tərəflər arasında ailə münasibətləri pozulmuş, iddiaçı ilə cavabdehin birgə yaşaması və ailənin qorunub saxlanılması imkanları tükənmişdir. Ailənin bərpası qeyri-mümkündür və iddiaçı nikahın pozulmasında təkid edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci və 20.2-ci maddələrinə əsasən, ər-arvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Məhkəmə iddiaçının nikahın pozulmasında təkid etdiyini nəzərə alaraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında 22 noyabr 2006-cı il tarixdə Nizami rayon VVADQ şöbəsində bağlanmış və 932 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulmalıdır. Beləliklə yuxarıda sadalananlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227 və 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. İddiaçı ilə X5 arasında 22 noyabr 2006-cı il tarixdə Bakı şəhəri Nizami rayon VVADQ şöbəsində bağlanmış və 932 saylı akt qeydi ilə rəsmiləşdirimiş nikah pozulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri, Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1669/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1669/2021
06.09.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver