Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1746/2022 14.09.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi, iddiaçının nümayəndə və vəkili Vəkil, Cavabdeh iştirakı ilə İddiaçın Cavabdeh qarşı “alimentin təyin edilməsi və əlavə xərcin tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment və uşaqlar üç yaşına çatanadək 200 manat məbləğində aliment və 425.25 manat əlavə xərcin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, o, Cavabdeh ilə 14 avqust 2019-cu il tarixində nikaha daxil olaraq ailə qurmuşdur. Nikahları 14 avqust 2019-cu il tarixində 3 saylı «ASAN xidmət» mərkəzində 2803 nömrə ilə qeydiyyata alınmışdır. Birgə nikahdan iki övladları-xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Cavabdeh ata olaraq heç bir maddi köməklik göstərmir. Uşaqların təlim-tərbiyəsi, təhsili, sağlamlığı, fiziki və mənəvi inkişafı ilə özü məşğul olur, yemək, paltar və yol xərclərini özü çgkir. Uşaqları saxlamaq onun üçün maddi cəhətdən çox çətindir. Cavabdehin harada işləməsi və nə qədər əmək haqqı alması barədə məlumatı yoxdur. 11 avqust 2022-ci il tarixdə iddiaçıi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ünvanlayaraq, Cavabdeh xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü qızının yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər uşaq üçün 200 manat, cəmi 400 manat sabit pul məbləğində aliment və uşaqlar üç yaşına çatanadək 200 manat məbləğində aliment və 425.25 manat əlavə xərcin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinə əlavə barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçının nümayəndə və vəkili Vəkil iddia tələbinin müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qismən qəbul edərək bildirmişdir ki, o, iddiaçı ilə xx.xx.2019-cu ildə rəsmi nikah bağlamaqla ailə qurmuş və həmin nikahdan iki uşaqları doğulmuşdur: xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5. İddiaçı ilə ailə münasibətləri pozulduğu üçün 2022-ci ilin yanvar ayından ayrı yaşayırlar. İddiaçı uşaqlarını ona göstərmir. O, uşaqlarına maddi köməklik göstərməkdən imtina etmir. Lakin iddia tələbində göstərilən alimenti ödəmək onun üçün çətindir. Belə ki, o, Azərsu ASC-də nasos qurğuların maşinisti vəzifəsində işləyir və əmək haqqı 496,08 manat təşkil edir. İddiaçının tələb etdiyi miqdarda alimenti həmin maaşla ödəmək mümkün deyil. Məhkəmə işə baxıb, tərəflərin izahatını dinləyib, təqdim olunmuş sübutları tədqiq edərək, hesab edir ki, iddia tələbi əsaslıdır və aşağıdakılara görə qismən təmin olunmalıdır. Belə ki, mülki iş materiallarında olan AZ-İİ 355254 nömrəli, 14 avqust 2019-cu il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 14 avqust 2019-cu il tarixdə nikahlarını bağlamışlar. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx xxxx 1990-cı ildə doğulmuşdur. İş materiallarında olan AA2627508 8UTEK5L nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X4 xx.xx.2020-ci ildə doğulmuşdur. İş materiallarında olan AA******* 58A2GZ0 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1994-cü ildə doğulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, TQS № 103 saylı doğum haqqında tibbi şəhadətnamənin surətindən görünür ki, xx.xx.2022-ci il tarixdə İddiaçı qız uşağı dünyaya gəlmişdir. İş materiallarında olan Elektron məhkəmə sistemindən çıxarışdan görünür ki, Cavabdeh "xxxx" ASC-də nasos qurğuların maşinisti vəzifəsində işləyir və əmək haqqı 496,08 manat təşkil edir. Beləliklə, məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X5 adlı uşaqları doğulmuşdur və uşaqlar İddiaçı himayəsində olmaqla onunla birlikdə yaşayırlar. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. Məhkəmə iddiaçının cavabdehdən hər ay, hər bir uşaq üçün 200 manat sabit pul məbləğində alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, xx.xx.2020ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X6 xeyrinə hər ay, hər uşaq üçün 200 manat sabit pul məbləğində aliment tutulması məqsədə uyğun deyil. Belə ki, təqdim olunmuş arayışdan görünür ki, Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətində nasos qurğularının maşinisti işləyir və onun əmək haqqı 496,08 manat təşkil edir. Ona görə də, məhkəmə hesab edir ki, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün Cavabdeh iddiaçı X6 xeyrinə hər ay, hər uşaq üçün 130 manat sabit pul məbləğində aliment tutulması məqsədə uyğundur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 84.1-ci maddəsinə əsasən ər və arvad bir-birinə maddi cəhətdən kömək etməlidirlər. Həmin Məcəllənin 84.2.2-ci maddəsinə əsasən bu köməyin göstərilməsindən imtina edildikdə və ər-arvad arasında aliment ödənilməsi barədə saziş olmadıqda arvad zəruri vəsaitə malik olan ərdən hamiləliyi dövründə və ümumi uşaqlarının doğulduğu gündən üç il ərzində aliment ödənilməsini məhkəmə qaydasında tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçı himayəsində azyaşlı uşaqlarının olması ilə bağlı işləmək imkanına malik olmadığından, xx.xx.2020-ci il təvəllüdlü X1 və xx.xx.2022-ci il təvəllüdlü X2 üç yaşına çatanadək cavabdeh iddiaçıya aliment ödəməlidir ki, həmin alimentin məbləğini məhkəmə 50 manat müəyyən edir. Məhkəmə iddia tələbinin cavabdehdən iddiaçının xeyrinə əlavə xərclərə görə 425,25 manat tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 81.1-ci maddəsinə əsasən alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Məhkəmə hesab edir ki, qanunun qeyd olunan tələblərinə uyğun olaraq iddiaçı tərəfindən əlavə xərclərlə bağlı məhkəməyə hər hansı sübut təqdim edilmədiyindən, iddia tələbi əlavə xərclərin tutulması hissəsində əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 234.2, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh, 25 iyul 2022-ci il tarixdən başlayaraq, 30 may 2020-ci il təvəllüdlü X1 və 12 iyul 2022-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 (yüz otuz) manat sabit pul məbləğində aliment və 30 may 2020-ci il təvəllüdlü X1 və 12 iyul 2022-ci il təvəllüdlü X2 3 yaşına çatanadək hər ay 50 (əlli) manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilsin. Qalan hissədə iddia təmin edilməsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-1746/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1746/2022
14.09.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver