Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-175/2022 21.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Babalı oğlunun iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinnət və cehiz əşyalarının qaytarılması” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, gəlinlik dəsti brilliant kolye, sep, bilərzik, üzük, sırğa dəst, 1 ədəd qızıl komplekt üzük sırğa, 1 ədəd toxuma sep qızıl, 1 ədəd nişan üzüyü brilliant, 1 ədəd türk qızıl sep, 5 ədəd qızıl üzük, mirvari boyunbağı, mirvari bilərzik, 4 ədəd gümüş klon, gümüş saat, 3 ədəd gümüş sep, 2 ədəd gümüş bilərzik, 9 ədəd gümüş üzük, 5 ədəd gümüş sırğa, 6 ədəd gümüş klon, 4 ədəd gümüş sırğa, həmçinin yataq dəsti (şfoner, yataq, 2 ədəd tumba, termo), qonaq otağı dəsti (termo, 6 nəfərlik stol-stul, künclük divan, jurnal masası), 1 ədəd karniz, pərdə 3 ədəd, 3 ədəd yataq üstü, 3 ədəd ədyal, 1 ədəd soyuducu (Arçelik markalı), 1 ədəd tozsoran (GEPARS markalı), 1 ədəd tozsoran (SAMSUNG markalı), 1 ədəd ətçəkən maşın (EVROLUX markalı), 1 ədəd blender (GEPAR markalı), Türkiyə istehsalı qazan dəsti, qazan dəsti, şirəçəkən mətbəx kombaynı, 1 ədəd mikser, mətbəx sobası, kofe üyüdən aparat, əriştə aparatı, ütü (TEFAL markalı), 1 ədəd ütü stolu, 2 ədəd çilçıraq, qabqaşıq dəsti, iddiaçıya aid geyimlər, kosmetika, 2 ədəd fen, 1 ədəd Türkiyə istehsalı böyük ölçülü xalça, 1 ədəd İran istehsalı orta ölçülü xalça, 4 ədəd yastıq, 1 ədəd divan-kreslo örtüyü, 1 ədəd taxt döşəyi, 1 ədəd yorğan, yataq örtükləri, yataq dəsti, dəsmallar, 1 ədəd güldan, 1 ədəd Versace yemək dəsti, 12 ədəd bakal, 6 ədəd armudu stəkan, 6 ədəd böyük fincan, 1 ədəd meyvə qabının və 100 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı izahat verərək bildirmişdir ki, o cavabdehlə 2016-cı ildə ailə həyatı qurmuş, nikahdan övladları olmamışdır. Az müddət öncə isə nikahları pozulmuşdur. Nişan, xına və toy mərasimləri zamanı ona hədiyyə şəklində qızıl-zinət əşyaları gətirilmiş, həmin əşyalar istifadə olunmuş və bu həmin zaman çəkilən video və foto görüntülərdə də öz əksini tapmışdır. O cehiz əşyalarını Səbail rayonunda yerləşən 59A nömrəli evə aparmış və toydan sonra da orada bir müddət yaşamışlar. Sonradan Abşeron rayonunda ev tikdirərək cehizlərini ora aparmışdır. Cavabdeh onu döyüb təhqir etdikdən sonra, Saray qəsəbəsindəki evi tərk edərək, valideynlərinin yanına getmişdir. Bundan sonra onun bütün qızıl-zinət, şəxsi istifadəsində olan əmlakı və cehiz əşyaları orada qalmışdır. Ona məxsus olan qızıl-zinət əşyaları toydan sonra ondan alınaraq lombarda qoyulmuşdur. Yoldaşı onu hepatitə yoluxduğu üçün tərk etmişdir. Bu səbəbdən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil izahat verərək bildirmişdir ki, iddiaçıya nişan, xına və toy mərasimləri zamanı nə verilibsə hədiyyə kimi qəbul edilir. Əgər həmin əşyalar kiməsə verilibsə onun dəyəri verilməlidir. Hədiyyə olunan qızıl-zinət əşyaları onun mülkiyyəti sayılır. Əgər könüllü imtina etməyibsə geri qaytarılmalıdır. Cavabdehin Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə Babalı oğlu izahat verərək iddia tələbini qismən qəbul etdiyini bildirmişdir. İddia ərizəsində göstərilən brilliyant gəlinlik dəsti qonşunun olub, bir ədəd komplekt üzük-sırğanın, brilliyant nişan üzüyünün, 2 ədəd qızıl üzüyün, mirvari boyunbağının, mirvari bilərziyin, gümüş əşyaların, mebellər, cehiz əşyaları var və əşyalarının götürülməsinə etiraz etmirlər. 1 ədəd toxuma boyunbağı, 1 ədəd türk qızılı boyunbağının isə olduğunu qəbul etmir. Məhkəmə iclasında şahid X2 izahat verərək bildirmişdir ki, iddiaçı və cavabdeh ilə qonşu olaraq yaxşı münasibətləri olmuşdur. İddiaçının qaynı və yoldaşı evdə olduğu üçün evlərinə gedib gəlməmişdir. O isə qızı ilə tək yaşadığı üçün onun evinə gəlib getmişdir. O Aynurun xətrini istəmiş, gözəl münasibətləri olmuş, hazırda da elədir. Elman onun (İradənin) xalası nəvəsinə evə divar kağızı yapışdırmağa kömək edirdi. Elman bu zaman nişanlı idi. Elman müxtəlif zamanlarda ondan borc alır, sonra isə geri qaytarırdı. Evdə işləyən zaman nişanlısına qızıl ala bilmədiyini bildirmişdir. O öz qızıllarını göstərərək zərgərə hazırlatdığını və daha ucuz başa gəldiyini bildirərək ona da etməyi tövsiyyə etmişdir. Sonradan o Elmana istəyərsə dəsti toyda yoldaşına taxmaq üçün verə biləcəyini bildirmişdir. Toydan sonra isə qızıl dəst ona geri qaytarılmalı idi. Belə də olmuş, onun qızıl dəsti toyda Aynura taxılmışdır. Toydan 1 həftə sonra Aynur həmin qızıl dəstini küçədə ona geri qaytarmışdır. O isə həmin dəsti öz gəlininə hədiyyə etmiş, gəlini isə Türkiyədə yaşadığı üçün hazırda dəst ondadır və özü istifadə edir. Lakin həmin qızıl-zinət əşyaların ona aid olduğunu Elmanın Aynura əvvəlcədən deyib demədiyini dəqiq bilmir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, tərəfləri, onların vəkillərini dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin İş№e-2(009)-174/2022 saylı, 03.02.2022-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında 05 avqust 2016-cı il tarixdə bağlanmış nikaha xitam verilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər-birinin əmlakıdır).Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hər-birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər 05.08.2016-cı ildə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, tərəflər arasında ailə münasibətləri pozulduğundan aralarında bağlanmış nikah ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, iddiaçı ona məxsus olan qızılzinət və cehiz əşyalarının naturada cavabdehdən alınaraq ona verilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, mübahisəli qızıl-zinət əşyalar ilə bağlı məhkəmə iclasında şahid dindirilmiş. Məhkəmə qeyd edir ki, şahid ifadəsi sübut növlərindən biri olmaqla digər sübutlarla müqayisəli şəkildə tədqiq edilməlidir. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsin əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Qeyd edilən Məcəllənin 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 87.2-ci maddəsinə əsasən məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Məhkəmə qeyd edir ki, işin hərtərəfli tədqiqi dedikdə, baxılan iş üzrə mövcud olan bütün məsələlərin, onlar daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərin hər birinin həm xeyrinə, həm də mənafeyinin ziddinə olan halların müəyyən edilməsi ilə araşdırılması başa düşülməlidir. Mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən və mübahisənin mahiyyətinə aid olan bütün materialların və faktların tədqiqi ilə təmin olunur. İşin obyekti və qanuni həlli üçün əhəmiyyət kəsb edən digər halların araşdırılması da əhatə olunmalıdır. Qeyd edilən Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə üçün) öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 100-cu maddəsinə əsasən məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə Məhkəmə iclasında iddiaçının tələbi - mübahisəli qızıl-zinət əşyalarının mövcudluğu, həmin əmlakların cavabdehdə olması halları öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd edir ki, hazırki mübahisə üzrə qızıl-zinət əşyalarının mövcud olması və cavabdehdə olmasının sübut etmə yükü iddiaçının üzərinə düşür və bu halı sübut etmək onun vəzifəsidir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən mübahisəli qızıl-zinət əşyalarının mövcud olması və yaxud cavabdehdə olması müəyyən edilmədiyindən və bununla bağlı iddiaçı tərəfindən hər hansı mötəbər sübutlar məhkəməyə təqdim olunmadığından, eyni zamanda gəlinlik dəsti brilliant kolye, sep, bilərzik, üzük, sırğa dəstin ona məxsus olması şahid ifadəsi ilə də öz təsdiqini tapmadığından, irəli sürülmüş iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub olan əmlaka öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfındən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi öz əmlakını özgənin qanunsuz istifadəsindən geri tələb edə bilər. Həmin Məcəllənin 225.2-ci maddəsinə əsasən nikaha girənədək ər-arvaddan hərbirinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun mülkiyyətindədir. Həmin Məcəllənin 666.1-ci maddəsinə əsasən bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Həmin Məcəllənin 666.2-ci maddəsinə əsasən bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəzifəsindən azad edilməsi ola bilər. Həmin Məcəllənin 668.1.3-cü maddəsinə əsasən daşınar əşyaların bağışlanması zamanı hədiyyə verən əşyanı hədiyyə alana verdikdə, bağışlama etibarlıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək ər-arvada məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında digər əvəssiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər-birinin əmlakıdır). Həmin Məcəllənin 34.2-ci maddəsinə əsasən zinət əşyaları istisna olunmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də ər-ərvaddan kimin istifadəsində olubsa, ona məxsusdur. Məhkəmə iddia tələbinin “gəlinlik dəsti brilliant kolye, sep, bilərzik, üzük, sırğa dəst, 1 ədəd toxuma qızıl sep, 1 ədəd türk qızıl sep, 3 ədəd qızıl üzük zinət əşyaları”nın cavabdehdən alınıb iddiaçıya qaytarılması hissəsini əsaslı hesab etmir. Belə ki, məhkəmədə şahid X1 ifadəsinə istinadən qeyd edib ki, iddiaçı həmin əşyaların həqiqətən cavabdehdə olmasını, həmin əmlakların cavabdehlə ayrıldıqları zaman cavabdehdə olmasını məhkəmədə sübut edə bilməmiş, bununla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmişdir. Çünki şahid X3 izahatında bildirmişdir ki, qeyd edilən qızıllardan “gəlinlik dəsti brilliant kolye, sep, bilərzik, üzük, sırğa dəst” onundur, toydan sonra isə ona geri qaytarmışlar. Digər zinət əşyalarının cavabdehdə olmasını iddiaçı sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 77.1 maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2 maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutlar qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır və işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu halda, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Buna görə də məhkəmə hesab edir ki, İddiaçı “gəlinlik dəsti, brilliyant kolye, sep, bilərzik, üzük, sırğa dəst, 1 ədəd toxuma sep qızıl, 1 ədəd türk qızıl sep, 3 ədəd qızıl üzük zinət əşyaları”nın cavabdehdən alınması hissəsində iddiası təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 222.1-ci maddəsinə əsasən isə məhkəmə əmlakı natura şəklində alınmasını qət etdikdə onun adını, alınmalı əmlak qətnamə icra olunan vaxt mövcud olmasa, cavabdehdən alınmalı əmlakın dəyərini, habelə alınmalı əmlakın yerləşdiyi yeri və ya əmlaka görə iddiaçıya verilməsi qət olunmuş məbləğin cavabdehin bankdakı hansı hesabından silinməli olmasını qətnamənin nəticə hissəsində göstərir. Qaytarılması qət edilən əşyaların dəyəri ilə bağlı məhkəmə qeyd edir ki, cavabdeh həmin əşyaların hal-hazırda cavabdehdə olduğunu etiraf etdiyindən həmin əşyaların dəyəri məhkəmə tərəfindən müəyyən edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 119.1 maddəsinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Buna görə məhkəmə hesab edir ki, iddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun 80 manatı cavabdehə aid edilməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 300, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 1 ədəd qızıl komplekt üzük sırğa, 1 ədəd nişan üzüyü brilliant, 2 ədəd qızıl üzük, 1 ədəd mirvari boyunbağı, 1 ədəd mirvari bilərzik, 1 ədəd gümüş saat, 3 ədəd gümüş boyunbağı, 2 ədəd gümüş bilərzik, 9 ədəd gümüş üzük, 5 ədəd gümüş sırğa, 6 ədəd gümüş klon, həmçinin 1 yataq dəsti (şfoner, yataq, 2 ədəd tumba, termo), 1 qonaq otağı dəsti (termo, 6 nəfərlik stol-stul, künclük divan, jurnal masası), 1 ədəd karniz, pərdə 3 ədəd, 3 ədəd yataq üstü, 3 ədəd ədyal, 1 ədəd soyuducu (Arçelik markalı), 1 ədəd tozsoran (GEPARS markalı), 1 ədəd tozsoran (SAMSUNG markalı), 1 ədəd ətçəkən maşın (EVROLUX markalı), 1 ədəd blender (GEPAR markalı), Türkiyə istehsalı qazan dəsti, 1 ədəd qazan dəsti, 1 ədəd şirəçəkən mətbəx kombaynı, 1 ədəd mikser, 1 ədəd mətbəx sobası, 1 ədəd qqəhvə üyüdən aparat, 1 ədəd əriştə aparatı, 1 ədəd ütü (TEFAL markalı), 1 ədəd ütü stolu, 2 ədəd çilçıraq, 1 ədəd boşqab dəsti, 1 ədəd qaşıq dəsti, 2 ədəd fen, 1 ədəd Türkiyə istehsalı böyük ölçülü xalça, 1 ədəd İran istehsalı orta ölçülü xalça, 4 ədəd yastıq, 1 ədəd divan-kreslo örtüyü, 1 ədəd taxt döşəyi, 1 ədəd yorğan, 1 ədəd yataq örtüyü, 1 ədəd yataq dəsti, dəsmal, 1 ədəd güldan, 1 ədəd Versace yemək dəsti, 12 ədəd bakal, 6 ədəd armudu stəkan, 6 ədəd böyük fincan, 1 ədəd meyvə qabı alınaraq İddiaçı geri qaytarılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 80 manatı cavabdehdən tutularaq iddiaçıya ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi (AZ-1003, Bakı şəhəri, M.Useynov küçəsi 5) vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-175/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-175/2022
21.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver