Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-18/2022 29.03.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı – cavabdeh "xxxx" MMC-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi üçüncü şəxs kimi cəlb edilən) qarşı «dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X6 – Cavabdeh1 MMC-yə qarşı «cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan ünvan 6 evin 62 saylı mənzilinə su sızması nəticəsində vurulmuş (mənzilə dəymiş 19720 manat, kosmetik təmir işlərinə xərclənmiş 1600 manat, avadanlıqlara dəymiş 1270 manat) ümumilikdə 22590 manat məbləğində maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin Cavabdeh1 MMC-dən tutularaq ona ödənilməsi, cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, mansard mərtəbəsinin tikintisinin tam dayandırılması və binanın əvvəlki vəziyyətə gətirilərək binadakı mənzil mülkiyyətçilərinin ümumi istifadəsinə verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 6 evin 62 saylı mənzili Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 10.07.2015-ci il tarixdə verilmiş, RX seriyalı ******* nömrəli çıxarışa əsasən onun xüsusi mülkiyyətindədir. Həmin mənzildə o, oğlunun ailəsi ilə (nəvələri ilə) birlikdə yaşayır. Bakı şəhərinin abadlaşdırılması layihəsi çərçivəsində qeyd edilən ünvanda - ünvan 2tüyü Cavabdeh1 MMC tərəfindən təmir olunmaq adı ilə sökülmüş, dam hissəsində şəhərsalma və tikinti qanunvericiliyinə uyğun olmayan, bir sıra normaların pozulması ilə həyata keçirilən qanunsuz mansard mərtəbəsi inşa edilmişdir. Mansard inşa edilənə qədər bir müddət binanın dam örtüyü açıq vəziyyətdə qalmış, sonrakı daha uzun bir müddət isə tikinti zamanı yol verilmiş qüsurların aradan qaldırılmasına sərf edilmişdir. Dam konstruksiyasındakı mövcud qüsurlarla bağlı o, hələ 2015-ci ildə həmin binanın Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin balansında olmasını nəzərə alaraq Dövlət Neft Şirkətinə müraciət etmişdir. Onun müraciətinə verilmiş 21 aprel 2015-ci il tarixli cavab məktubunda qeyd olunan iradlar barədə həmin ünvanda təmir-yenidənqurma işlərinin icraçısı olan podrat təşkilatın məlumatlandırıldığı və araşdırılaraq baxılması barədə tapşırıqlar verildiyi bildirilmişdir. Qeyd olunan ərizənin icrası ilə əlaqədar bir müddət sonra Cavabdeh1 MMC-nin işçiləri yaşadığı mənzilə gələrək problemlərin qısa müddət ərzində həll ediləcəyinə söz vermişlər. Sonradan onların yalandan boş-boş gəlib getməklə zaman ötürdüklərini gördüklərindən cavabdeh müəssisənin direktoru Rafiq Həbibova müraciət edərək qəbuluna getməyə cəhd etmiş, lakin onu qəbula buraxmamışlar. Bundan sonra Cavabdeh1 MMC-nin hüquqşunası Mehman Zeynalova müraciət etmiş, lakin yenə də müraciətlərinin heç bir real faydası olmamış, müraciəti nə doğru dürüst araşdırılmamış, nə də ona cavab verilməmişdir. Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsində yerləşən 35 saylı binanın damında Cavabdeh1 MMC tərəfindən qanunsuz mansard mərtəbəsinin tikilməsi ilə əlaqədar işlərin qüsurlu görülməsi nəticəsində keyfiyyətli materiallarla yeni təmir edilmiş mənzili dəfələrlə subasmaya məruz qalmış və nəticədə yararsız hala düşmüşdür. Belə ki, 19.10.2018-ci il tarixdə dam örtüyündəki çatışmazlıqlar səbəbindən yağan yağış zamanı mənzili bərbad hala düşmüşdür. Suların axması nəticəsində otaqlardan birinin tavanı (binanın tavanı “dranka” adlanan konstruksiya ilə inşa olunub) mənzildə aparılmış təmir zamanı quraşdırılmış alçıpanla birlikdə tamamilə qopub düşmüşdür. Bu barədə 149 saylı MKİS tərəfindən müvafiq akt tərtib edilmişdir. Bundan başqa, mənzilin elektrik sistemi sıradan çıxmış, mənzildəki əşyalara da ziyan dəymişdir. İstifadə etdiyi 1 ədəd stola 700 manat məbləğində ciddi ziyan dəymiş, mənzildə quraşdırılmış 250 və 320 manat, ümumilikdə 570 manat dəyərində 2 ədəd çilçıraq (fotoları əlavə edilir) isə qısaqapanma nəticəsində yararsız vəziyyətə düşmüşdür. Hadisədən sonra mənzildə yaşamaq mümkün olmadığından oğlu ailəsi ilə birlikdə kirayədə yaşamaq məcburiyyətində qalmışdır. O, isə orada yaşamanın qismən mümkün olması üçün əlavə 1600 manat xərc çəkməklə yataq otağı və mətbəxi kosmetik təmir etdirdikdən, elektrik sistemində müvəqqəti bərpa işləri həyata keçirdikdən sonra hazırkı vaxtadək orada yaşamağa davam edir. Lakin cavabdehin məsələyə son dərəcə etinasızlığı və qusurları vaxtında aradan qaldırmaması nəticəsində 09.08.2019-cu il tarixdə yağan leysan yağışları binanın dam örtüyünün hələ də qüsurlu olması ilə əlaqədar təkrar mənzilə axmış, yenidən mənzilinin onsuz da pis olan vəziyyətinin daha da korlanmasına səbəb olmuşdur. Bu fakt da 10.08.2019-cu il tarixdə 149 saylı MKİS tərəfindən aktlaşdırılmışdır. Nəticədə, əvvəlki su basmanın fəsadlarını aradan qaldırmaq üçün apardığı kosmetik təmir işləri yenidən daha da korlanaraq mənzil bir az daha bərbad hala düşmüş, yenidən əlavə ziyana məruz qalmışdır. Bundan başqa, mansardın tikilməsi zamanı mühəndis-texniki tələblərə əməl edilmədiyindən vanna otağının və kombi sisteminin bacaları sıradan çıxmışdır. Ona görə də bu vəziyyət yanğın və insan sağlamlığının təhükəsizliyi baxımından həm vanna otağında, həm də ümumilikdə mənzildə qaz ilə işləyən istilik sistemlərinin işlədilməsini mümkünsüz etmişdir. Bu da ona həm birbaşa zərər vurmuş, həm də alternativ (elektrik enerjisi) istilik mənbələrindən istifadə etməyə məcbur olmaqla əlavə zərərə uğramağına səbəb olmuşdur. Mənzilə dəymiş maddi zərərin müəyyən edilməsi məqsədi ilə müstəqil ekspertiza şirkətinə müraciət edilmişdir. "xxxx" X1 və Ekspertiza Şirkəti MMC tərəfindən verilmiş mənzilinə dəymiş zərərin bazar dəyərinin müəyyən edilməsi üzrə ekspert rəyinə əsasən, maddi zərərin məbləği 19720 manat təşkil edir. İddiaçı X7 məhkəmə araşdırması dövründə vəfat etdiyindən Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-18/2022 nömrəli, 08.02.2022-ci il tarixli qərardadı ilə onun oğlu İddiaçı X4 hüquqi varisi kimi işə cəlb edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-18/2022 nömrəli, 08.02.2022-ci il tarixli qərardadı ilə İddiaçı – Cavabdeh1 MMC-yə (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi üçüncü şəxs kimi cəlb edilən) qarşı «cavabdehin qanunsuz hərəkətlərinin qarşısının alınması, dəymiş maddi və mənəvi zərərin əvəzinin ödənilməsi» tələbinə dair mülki iş üzrə Cavabdeh1 MMC əsl cavabdeh "xxxx" MMC ilə əvəz edilmişdir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Nümayəndə məhkəməyə iddia tələbinin dəyişdirilməsinə dair ərizə təqdim edərək İddiaçı mülkiyyətində olan ünvan 6 evin 62 saylı mənzilinə su sızması nəticəsində vurulmuş (mənzilə dəymiş 19720 manat, kosmetik təmir işlərinə xərclənmiş 1600 manat, avadanlıqlara dəymiş 1270 manat) 22590 manat məbləğində maddi zərərin, 50.000 manat məbləğində mənəvi zərərin və dövlət rüsumuna görə ödənilmiş 30 manat məbləğində vəsaitin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə iddia tələbini müdafiə edərək tələbin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək iş üzrə verilmiş ekspertiza rəyində dəymiş zərərin əvəzi olaraq müəyyən edilən məbləğin iddiaçı tərəfə ödənilməsinə və ya həmin məbləğ həcmində iddiaçının mənzilinin zərər görmüş hissələrinin cavabdehin hesabına təmir edilməsinə etiraz etmədiklərini bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş üçüncü şəxs Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPMin 185.5-ci maddəsinə əsasən mülki işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdehin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İşə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən RX seriyalı, ******* nömrəli Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 saylı evin 62 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 10.07.2015-ci il tarixdə X4 adına qeydiyyata alınmışdır. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi ilə Cavabdeh1 MMC arasında bağlanmış 04 sentyabr 2012-ci il tarixli, 588 nömrəli “Əsaslı təmir üzrə Podrat Müqaviləsi”ndən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 ünvanında yerləşən binanın fasadının və dam örtüyünün əsaslı təmiri müvafiq qaydada təhvil verir, sifarişçi isə müvafiq qaydada təhvil alır və Müqavilənin 2-ci maddəsində nəzərdə tutulan muzdu Podratçıya ödəyir. - Bakı şəhəri Səbail rayon 149 saylı MKİS-in mühəndisi R.Əzimov və sahə nəzarətçisi C.Cəfərov tərəfindən tərtib edilmiş 19.10.2018-ci il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 saylı binanın 62 saylı mənzilində yaşayan N.Bağırova və 61 saylı mənzilində yaşayan E.Talıbovanın müraciətləri əsasında mənzillərə baxış keçirilmiş, evin damı təmir edilərək mansard tipli düzəldilmiş, bu vaxt dam örtüyünə dəmir şiferlər vurulmuş və su yığan borular quraşdırılmışdır. Hal-hazırda dam örtüyündə yaranan çatışmamazlıqlar səbəbindən hər iki 61 və 62 saylı mənzillərə yağış yağan zaman su axır. Qeyd edilən su axmaları zamanı mənzil 62-nin bir otağının tavanının suvağı və onun üzərinə vurulmuş alçipan qopub tökülmüş, mənzil 61-də də eynilə su axıdılmasından tavanda su axma işləri müşahidə edilir. - Bakı şəhəri Səbail rayon 149 saylı MKİS-in mühəndisi R.Əzimov və sahə nəzarətçisi C.Cəfərov tərəfindən tərtib edilmiş 10.08.2019-cu il tarixli Aktdan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 saylı bina 3 mərtəbəlidir, 62 saylı mənzil 3-cü mərtəbədə yerləşir, dam mansard tipli düzəldilmiş, mansardın pəncərələri qoyulmamış, su yığan borular quraşdırılmışdır. 09.08.2019-cu il tarixdə yağan leysan yağış zamanı dam örtüyündə olan qüsurlar səbəbindən dama çoxlu su tökülmüş və həmin su mənzillərə axmışdır. Bu səbəbdən 62 saylı mənzilin şimal tərəfində yerləşən otağın tavanına vurulmuş alçipan islanmış, 6 kv.m qədəri tökülmüşdür. Döşəmədə qabarmalar müşahidə edilir, mənzildə nəmlik var. - Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Sosial İnkişaf İdarəsi tərəfindən Nüşabə Bağırovaya ünvanlanmış 21.04.2015-ci il tarixli məktubdan görünür ki, yaşadığı ünvan 4 ünvandakı yaşayış binasının dam örtüyündə aparılan əsaslı təmir yenidənqurma işlərinin yubadılmasından və bu səbəbdən yağan yağışlar nəticəsində mənzilinə ziyan dəyməsindən iradlarına baxılmış və müraciətində qeyd olunan iradlar barədə həmin ünvanda təmir-yenidənqurma işlərinin icraçısı olan podrat təşkilatı məlumatlandırılmış və araşdırılaraq baxılması barədə tapşırıqlar verilmişdir. - "xxxx" X2 Ekspertiza şirkəti MMC tərəfindən verilmiş “yaşayış evinə dəymiş zərərin qiymətləndirilməsinə” dair 06.03.2020-ci il tarixli ekspert rəyindən görünür ki, ünvan 5 ünvanındakı 62 saylı mənzilinə dəymiş zərər 19720 manat məbləğində müəyyən edilmişdir. - Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 14.02.2020-ci il tarixli məktubundan görünür ki, ünvan 6 ünvanda yerləşən bina Azərbaycan Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsi tərəfindən mövcud vəziyyətdə Bakı şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin balansına verilmiş, Departament və struktur təşkilatlarının sifarişi ilə qeyd edilən ünvanda hər hansı tikinti və ya təmir işləri aparılmamışdır, Araşdırma zamanı əldə edilən məlumata əsasən müəyyən edilmişdir ki, vaxtilə həmin binanın dam örtüyündə "xxxx" MMC tərəfindən tikinti işləri aparılmışdır. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Bakı şəhəri Səbail Rayon Məhkəməsinə ünvanlanmış 28.12.2020-ci il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28.12.2011-ci il tarixli, 435s nömrəli sərəncamına əsasən Dövlət Neft Şirkətinin Sosial İnkişaf İdarəsinin Mənzil Kommunal Xidmətlər Departamentinin balansında olan mənzil fondu, o cümlədən Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 35 ünvanında yerləşən yaşayış binası mövcud vəziyyətdə balansa qəbul edilmişdir. Müəyyən edilmişdir ki, 2012-2013-cü illərdə qeyd edilən binanın dam örtüyündə təmir-tikinti işlərinin icrası Dövlət Neft Şirkətinin Sosial İnkişaf idarəsinin sifarişi əsasında "xxxx" MMC tərəfindən həyata keçirilmişdir. Hazırda həmin ünvanda təmir işləri aparılmır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi idarəsi tərəfindən 17.07.2018-ci il tarixdə verilmiş ********** nömrəli çıxarışa əsasən (reyestr nömrəsi-**********18-05101- 083006) Bakı şəhəri, Səbail rayonu, Qurban Abbasov küçəsi, 35 ünvanında yerləşən yaşayış binasının mansard hissəsinin ümumi sahəsi 1619,2 kv.metr olan qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ ilə 215 saylı reyestr kitabının 20247 nömrəli vərəqində "xxxx" MMC-nin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. - X7 tərəfindən "xxxx" MMC-yə ünvanlanmış ərizədən görünür ki, Cavabdeh1 MMC tərəfindən onun xüsusi mülkiyyətində olan ünvan 5 ünvanındakı 62 saylı mənzilə vurulmuş zərərə görə 50.000 (əlli min manat) məbləğində kompensasiyanın ödənilməsini xahiş etmişdir. - Məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4215 saylı, 12.03.2021-ci il tarixli rəyin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Qurban Abbasov küçəsi, 35 saylı evin dam örtüyünün keyfiyyətsiz (qüsurlu) təmiri nəticəsində 62 saylı mənzilə suyun axıdıldığı müəyyən edilir. Qeyd olunur ki, mülki iş materialından 149 saylı MKİS-in işçiləri tərəfindən 10.08.2019-cu il tarixli Aktın məlumatlarına əsasən həqiqətən də binanın dam örtüyünün keyfiyyətsiz təmiri nəticəsində 62 saylı mənzilə su axıdıldığı və nəticədə mənzilin tikililərinə ziyan dəydiyi göstərilmişdir. ünvan 6 binada yerləşən 62 saylı mənzilə su axıdılması nəticəsində mənzilin qonaq və yataq otaqlarının divarları üzərinə vurulmuş divar kağızına, tavanına vurulmuş alçipan, boya qatı və döşəməyə vurulmuş parket materialına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 6031 (altı min otuz bir) manat müəyyən olunmuşdur. - Bakı şəhəri Səbail Rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş 16.05.2021-ci il tarixli AZ-İİ seriyalı, 159825 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 03.04.2021-ci il tarixdə ölmüşdür. - Azərbaycan Respublikası Əmlak Məsələləri Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilən elektron Çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 saylı evin 62 saylı mənzili xüsusi mülkiyyət hüququ üzrə 20.10.2021-ci il tarixdə İddiaçı adına qeydiyyata alınmışdır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin sorğusuna əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 Saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş 14.01.2022-ci il tarixli cavab məktubundan görünür ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 ünvanında yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMC-nin adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 ünvanında yerləşən binanın mansard mərtəbəsinin tikilməsi ilə əlaqədar işlərin aparılması zamanı müxtəlif vaxtlarda yağışlar yağmış və bunun nəticəsində iddiaçıya məxsus ünvan 6 evin 62 saylı mənzil yararsız hala düşmüşdür. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsində də, qeyd edilmiş evin dam örtüyünün keyfiyyətsiz (qüsurlu) təmiri nəticəsində İddiaçı mülkiyyətində olan və qeyd edilmiş ünvanda yerləşən 62 saylı mənzilə suyun axıdıldığı müəyyən edilmişdir. Bunun nəticəsində dəymiş ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir işlərinin bazar dəyəri 6031 (altı min otuz bir) manat məbləğində müəyyən olunmuşdur. Həmçinin müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 ünvanında (mansard mərtəbəsində yerləşən) yerləşən qeyri-yaşayış sahəsi "xxxx" MMCnin adına qeydiyyata alınmış və hazırda mülkiyyətindədir. Məhkəmə iddia tələbi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. (MM-nin 21.2ci maddəsi). Məhkəmə qeyd edir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrənin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, “hər bir hüquq pozuntusu sosial mənada ictimai münasibətlərə mənfi təsir göstərdiyindən zərər (ziyan) törədir. Bu baxımdan zərər sosial və hüquqi aspektlərə malikdir. Zərər yetirmə şəxsin və yaxud təşkilatın subyektiv hüququnu pozur. Bununla yanaşı mülki hüquqda zərər ona görə sosial məna kəsb edir ki, subyektiv hüququn pozulması müəyyən edilmiş və qanunla qorunan obyektiv hüquqların pozulması ilə müşayiət olunur. Zərər forma və məzmunundan asılı olaraq əmlak və qeyri-əmlak xarakterli olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur”. Mülki Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Həmin Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Məhkəmə iclasında araşdırılmış sübutlarla müəyyən edilmişdir ki, Bakı şəhəri, Səbail rayonu, X9 küçəsi, 35 ünvanında yerləşən qeyri-yaşayış (mansard mərtəbəsində yerləşən) sahəsinin dam örtüyünün keyfiyyətsiz (qüsurlu) təmiri nəticəsində yağan yağışlar zamanı həmin ünvanda yerləşən iddiaçıya məxsus (35 saylı evin) 62 saylı mənzilinə sua axıdılmaqla maddi ziyan vurulmuşdur. Qeyd edilən hal Bakı şəhəri Səbail rayon 149 saylı MKİS-in işçiləri tərəfindən 19.10.2018-ci il və 10.08.2019-cu il tarixlərdə tərtib olunmuş aktlarla, eləcə də ekspert rəyi ilə öz təsdiqini tapmışdır. Belə ki, mübahisənin mahiyyəti üzrə düzgün həll olunması məqsədilə iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının nəticəsi üzrə qəbul olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4215 saylı, 12.03.2021-ci il tarixli rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Qurban Abbasov küçəsi, 35 saylı evin dam örtüyünün keyfiyyətsiz (qüsurlu) təmiri nəticəsində 62 saylı mənzilə suyun axıdıldığı müəyyən edilir. Qeyd olunur ki, mülki iş materialından 149 saylı MKİS-in işçiləri tərəfindən 10.08.2019-cu il tarixli Aktın məlumatlarına əsasən həqiqətəndə binanın dam örtüyünün keyfiyyətsiz təmiri nəticəsində 62 saylı mənzilə su axıdıldığı və nəticədə mənzilin tikililərinə ziyan dəydiyi göstərilmişdir. ünvan 6 binada yerləşən 62 saylı mənzilə su axıdılması nəticəsində mənzilin qonaq və yataq otaqlarının divarları üzərinə vurulmuş divar kağızına, tavanına vurulmuş alçipan, boya qatı və döşəməyə vurulmuş parket materialına ziyanın dəydiyi və həmin ziyanın aradan qaldırılması üçün yerinə yetirilməli təmir-tikinti işlərinin bazar qiymətlərinə uyğun dəyəri təqribən 6031 (altı min otuz bir) manat müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, Azərbaycan Republikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Həmin Məcəllənin 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Məhkəmə qeyd edilən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4215 saylı, 12.03.2021-ci il tarixli rəyini mötəbər sübut növü kimi qəbul edir və onunla razılaşır. Belə ki, ekspert rəyi ilə razılaşmamaq üçün heç bir əsas yoxdur. Buna görə də məhkəmə işdə olan bütün məlumatlara məcmu halda hüquqi qiymət verərək Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4215 saylı, 12.03.2021-ci il tarixli rəyində qeyd edilmiş məlumatları mötəbər hesab edir. Məhkəmə hesab edir ki, iddiaçının ona vurulmuş maddi zərərlə bağlı irəli sürdüyü halların məhz cavabdehin təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində baş verdiyi qənaətinə gəlmək mümkündür və iddiaçının maddi ziyanın ödənilməsi tələbi üzrə irəli sürdüyü hallar müvafiq tələbin qanuni əsasının dispozitiv şərtləri ilə uzlaşmaqdadır. Məhkəmə iş materiallarını məcmu şəkildə tədqiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya məxsus ünvan 6 evin 62 saylı mənzilinə dəymiş ziyan cavabdehin mülkiyyətçisi olduğu qeyri yaşayış sahəsində aparılmış keyfiyyətsiz təmir işləri nəticəsində yağan yağışlar zamanı su axıdılmaqla əmələ gəlmiş və buna görə də vurulmuş zərərin əvəzi olaraq cavabdeh "xxxx" MMC-dən İddiaçı xeyrinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 10/4215 saylı, 12.03.2021-ci il tarixli rəyi ilə müəyyən edilmiş 6031 (altı min otuz bir) manat məbləğində pul vəsaiti tutulmalı, iddia tələbi maddi zərərin ödənilməsinə aid qalan hissədə sübuta yetirilmədiyindən təmin edilməməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. “İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə qeyd edir ki, Avropa Məhkəməsi mənəvi zərəri “nigarançılıq, ruhi sarsıntı və iztirab”, “həyəcan, acizlik və sarsıntı”, “məyusluq, ədalətsizlik hissi və uzunmüddətli qeyri-müəyyənlik” kimi səciyyələndirmişdir (Luluyev və digərləri Rusiyaya qarşı iş üzrə 2006-cı il 9 noyabr tarixli, Pelipenko Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli, Şiborş və Kuzmina Rusiyaya qarşı iş üzrə 2014-cü il 16 yanvar tarixli Qərarlar). Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, iddiaçı mənəvi zərərin əvəzi olaraq 50000 manat kompensasiya ödənilməsini tələb etsə də, ona dəymiş mənəvi zərərin nədə ifadə olunmasını göstərməmiş, hansı mənəvi sarsıntı və iztirablar keçirməsini təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də, məhkəmə hesab edir ki, iddia tələbi mənəvi ziyan hissəsində rədd edilməlidir. Məhkəmə bu qənaətə gələrkən həmçinin nəzərə alır ki, X6 tərəfindən məhkməyə təqdim olunmuş iddia ərizəsində qeyd edildiyi kimi onun oğlu, yəni hazırki İddiaçı ünvan 6 evin 62 saylı mənzildən köçərək kirayə yaşamış, o, özü həmin mənzildə yaşamağa davam etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Məhkəmə qeyd edir ki, Məhkəmə Ekspertiza Mərkəzinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, məhkəmə tikinti-texniki ekspertizası tədqiqatının dəyəri 100 (bir yüz) manatdır. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, cavabdeh "xxxx" MMC tərəfindən vurulmuş maddi zərərin əvəzi olaraq 6031 (altı min otuz bir) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutulub İddiaçı ödənilməli, ödənilmiş dövlət rüsumunun 15 (on beş) manat hissəsi iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi cavabdeh "xxxx" MMC-dən, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən vurulmuş maddi zərərin əvəzi olaraq 6031 (altı min otuz bir) manat pul vəsaiti və ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun 15 (on beş) manat hissəsi tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-tikinti texniki əmtəəşünaslıq ekspertizasının dəyəri olan 100 (bir yüz) manatın 50 (əlli) manat hissəsi cavabdeh "xxxx" MMC-dən, 50 (əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X3, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-18/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-18/2022
29.03.2022 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver