Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1802/2025 08.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin hər birindən onun xeyrinə hər ay 230 manat sabit pul məbləğində alimentin tutulmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlər onun oğlu və qızıdır. İddiaçı hazırda 80 yaşındadır və xəstədir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddiasını müdafiə etmiş və iddia tələbinin təmin olunması haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPMnin 185.5-ci maddəsinə əsasən cavabdehlərin iştirakı olmadan işə baxılması mümkün saymışdır. Məhkəmədə iddiaçını dinləyərək və iş materiallarını nəzərə alaraq hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə qismən təmin edilməlidir. Şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, İddiaçı xx xxxx 1946-cı il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh2 xx xxxxxxx 1980-ci il tarixdə anadan olmuşdur. Şəxsiyyət vəsiqəsi məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh1 xx xxxxxx 1987-ci il tarixdə anadan olmuşdur. Elektron baza məlumatlarından çıxarışdan görünür ki, Cavabdeh1 ″THE CHOYXONA SEA BREEZE″ MƏHDUD MƏSULİYYƏTLİ CƏMİYYƏTİndə xəzinədar vəzifəsində çalşır və aylıq əmək haqqısı 441,14 manat təşkil edir. Cavabdeh2 isə "xxxx" MMC-də direktor vəzifəsində çalışır və aylıq əmək haqqısı 150 manat təşkil edir. Məhkəmə hazırlıq iclasında iştirak etmiş Cavabdeh1 bildirmişdir ki, iddia tələbini özünə münasibətdə qəbul edir. AR Ailə Məcəlləsinin: 82.1-ci maddəsinə əsasən, əmək qabiliyyəti olan yetkinlik yaşına çatmış övladlar maddi yardıma ehtiyacı olan əmək qabiliyyəti olmayan valideynlərini saxlamağa və onlara qayğı göstərməyə borcludurlar. 82.2-ci maddəsinə əsasən, Aliment ödənilməsi barədə saziş olmadıqda əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan valideynlər üçün aliment əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlardan məhkəmə qaydasında tutulur. 82.3-cü maddəsinə əsasən, övladların hər birindən tutulan alimentin həcmi məhkəmə tərəfindən valideynlərin və övladların maddi vəziyyəti, ailə vəziyyəti və tərəflərindən diqqətəlayiq digər maraqları nəzərə alınmaqla hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilir. 82.4-cü maddəsinə əsasən, alimentin miqdarı müəyyən olunarkən məhkəmə, tələbin valideynlərin əmək qabiliyyəti olan və yetkinlik yaşına çatmış övladlarından hamısına, birinə və ya bir neçəsinə verildiyindən asılı olmayaraq, onların hamısını nəzərə almağa haqlıdır. 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. «Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında» Qanuna əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə pensiyaçılar üçün 232 manat məbləğində müəyyən edilmişdir. Əhalinin sosial rifahının yaxılaşdırılması sahəsində tədbirlərin davam etdirilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən minimum aylıq əmək haqqının məbləği 2025-ci il yanvarın 1-dən 400 manat müəyyən edilmişdir Beləliklə, məhkəmə iclasında müəyyən olunur ki, İddiaçı əmək qabiliyyətsizdir və hazırda maddi yardıma ehtiyacı var. Məhkəmə cavabdehlərin müntəzəm aylıq gəlirinin olmasını, onların atasının saxlanılmasında lazım olan maddi dəstəyi vermək iqtidarında olduğunu və eyni zamanda cavabdehlərin gəlirinin miqdarını nəzərə alaraq hesab edir ki, iddia tələbi qismən əsaslı olduğundan qismən təmin olunmalı və iddiaçının təminat səviyyəsini mümkün qədər tənzimləmək məqsədilə cavabdeh (oğlu) Cavabdeh2 hər ay 50 manat, cavabdeh (qızı) Cavabdeh1 hər ay 230 manat sabit pul məbləğində aliment tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin: 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan çox olduqda 30 + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 14, 100, 112, 216-220 və 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 16 iyul 2025-ci il tarixdən başlayaraq Cavabdeh2 hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,13 misli həddində sabit pul məbləğində, Cavabdeh1 hər ay sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,58 misli həddində sabit pul məbləğində aliment İddiaçı xeyrinə tutulsun. Cavabdeh2 və Cavabdeh1 20 manat dövlət rüsumu müştərək qaydada tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-1802/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1802/2025
08.08.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver