Məhkəmə qərarları › İş №e-2(009)-1860/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(009)-1860/2024

22.08.2024 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(009)-1860/2024 22.08.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızı, Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X3 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun ünvan 2 ünvanında hüquqi qeydiyyatda olan Borclu Birgə Azərbaycan–İngiltərə MMCyə qarşı 38.605 manat məbləğində pulun və 100 manat dövlət rüsumunun əvəzinin borcludan tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu Birgə Azərbaycan–İngiltərə MMC ilə kreditor «AAA» Vəkil Bürosu arasında xx.xx.2023-cü il tarixdə bağlanmış X1 dair müqaviləyə əsasən vəkil sifarişçinin tapşırığına əsasən hüquqi yardım göstərməyi, sifarişçi isə hüquqi yardıma görə razılaşdırılmış məbləğdə və qaydada haqq ödəməyi öhdəsinə götürmüşdür. Sözügedən Müqavilənin: 2.1-ci bəndinə əsasən, müqavilənin 1.2-ci bəndində nəzərdə tutulan abonent X1 görə Sifarişçi hər növbəti ayın 5-dək 2.500 (iki min beş yüz) ABŞ dolları, ödəniş günü Mərkəzi Bankın məzənnəsi üstəgəl 2% olmaqla manat ekvivalentində haqq ödəyir. 2.2-ci bəndinə əsasən, əlavə olaraq yazılı surətdə razılaşdırılmış ayrı-ayrı məsələlər və hallar üzrə X1 görə haqqın məbləği və ödəniş qaydası bu Müqaviləyə Əlavələrlə müəyyən olunur. Tərəflər arasında bağlanmış 26 mart 2024-cü il tarixli, 004 saylı Əlavənin: 1-ci bəndinə əsasən, Sifarişçi Borclu Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə qarşı inzibati aktın və hərəkətlərin qanunsuz hesab edilməsi tələbi ilə bağlı hüquqi yardım göstərilməsi ilə əlaqədar ilkin olaraq 2020 (iki min iyirmi) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. Tərəflər arasında bağlanmış 26 mart 2024-cü il tarixli, 05 saylı Əlavənin: 1-ci bəndinə əsasən, Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Sifarişçi Borclu icra orqanının rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılması tələbinə dair iş üzrə hüquqi yardım göstərilməsi ilə bağlı hər iş saatına görə 200 (iki yüz) manat haqq ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2024-cü il tarixli hesab fakturaların surətindən görünür ki, 05 yanvar 2023-cü il tarixli müqavilə, həmin müqaviləyə 04 və 05 saylı Əlavələr üzrə hüquqi yardım üçün müvafiq olaraq 13,005 manat, 17,200 manat və 8400 manat olmaqla, ümumilikdə 38.605 manat məbləğində ödəniş nəzərdə tutulur. Borclu Birgə Azərbaycan–İngiltərə MMC tərəfindən «AAA» Vəkil Bürosuna ünvanlanmış 11 iyul 2024-cü il tarixli məktubda qeyd edilir ki, istinad olunan razılaşmalar üzrə 01 iyul 2024-cü il tarixə 38,605 manat borcun mövcud olması MMC tərəfindən qəbul olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2, 390.1 və 390.5-ci maddələrinin və “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin İİİ hissəsinin Azərbaycan Respublikası Konstitusiyasının 61-ci maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 16.1 və 560.2-ci maddələri ilə əlaqəli şəkildə şərh edilməsinə dair 18 dekabr 2023-cü il tarixli Qərarında göstərilmişdir ki, vəkil tərəfindən X1 dair müqavilə ilə bağlı münasibətlər Mülki Məcəllə ilə ayrıca müqavilə növü kimi tənzimlənməsə də, bu növ müqavilələr tapşırıq müqaviləsi kimi müraciət edənin tapşırığı əsasında hüquqi yardım göstərən şəxs tərəfindən müəyyən işlərin icrasını, xidmətlərin göstərilməsini nəzərdə tutur və tapşırığın xarakterinə görə bir çox hallarda konkret nəticə əldə olunmasına təminat verilmir (məsələn, iddianın və ya şikayətin təmin edilməsi). Qeyd edilməlidir ki, hüquqi yardım xidməti yalnız məhkəmə icraatlarında iştirakla bağlı olmadığından, belə xidmət göstərən şəxslərin fəaliyyəti heç də həmişə müraciət edənin hüquqlarının və mənafelərinin müdafiəsi və ya təmsil edilməsindən ibarət olmamaqla, bəzi hallarda ərizələrin, şikayətlərin layihələrinin, məhkəməyə müraciət etmək üçün lazım olan sənədlər paketinin, hüquqi xarakterli digər sənədlərin hazırlanaraq təqdim edilməsi kimi maddi nəticələri özündə ehtiva edən işlərin icrası ilə məhdudlaşa bilər. Hüquqi yardımla bağlı müqavilələr üzrə göstərilən xidmətə görə haqqın məbləği və ödənilməsi şərtləri ilə əlaqədar, ilk növbədə, qeyd edilməlidir ki, Mülki Məcəllənin mülki dövriyyənin azadlığının təmin edilməsi məqsədinə xidmət edən prinsiplərindən olan müqavilə azadlığı prinsipi Məcəllənin 6-cı maddəsində öz əksini tapmaqla, mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan, öz mülahizə və istəklərinə görə, mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Eləcə də Mülki Məcəllənin müqavilə azadlığı adlanan 390-cı maddəsi ilə fiziki və hüquqi şəxslərə azad surətdə müqavilələr bağlamaq və bu müqavilələrin məzmununu müəyyənləşdirmək təminatı verilir. Müqavilə azadlığının məzmununu formalaşdıran elementlər sırasına seçdiyi kontragentlə müqavilə bağlamaq (və ya bağlamamaq), onun növü və formasını, habelə bağlanan müqavilənin şərtlərini, o cümlədən müvafiq qiymətləri müəyyən etmək azadlığını aid etmək olar (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 460.1-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” 2015-ci il 14 iyul tarixli Qərarı).” Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: -275.1-ci maddəsinə əsasən müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə baxılmasının bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydasına yol verilir. -276.1 və 276.2.2-ci maddələrinə əsasən, kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, həmçinin tələb sadə yazılı formada bağlanmış əqdə (lisenziyalaşdırılan telekommunikasiya xidmətlərinin göstərilməsi ilə bağlı müqavilələr, kredit təşkilatları ilə bağlanmış kredit müqavilələri və məişətdə istehlak edilmiş təbii qaz, su, elektrik və ya istilik enerjisinin haqqının ödənilməsi barədə tələblər istisna olmaqla) əsaslanırsa məhkəmə əmri verilə bilər. -280-ci maddəsinə əsasən məhkəmə əmri, irəli sürülmüş tələb məhkəməyə daxil olan gündən 3 gün ərzində, məhkəmə baxışı keçirilmədən və izahatları dinlənilmək üçün tərəflər çağırılmadan çıxarılır. -282-ci maddəsinə əsasən borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. -284.1. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. -284.2. Əgər müəyyən edilmiş müddətdə məhkəməyə borclunun etirazı daxil olmazsa, hakim kreditora dərhal məhkəmənin möhürü ilə təsdiq edilmiş icrası məcburi olan məhkəmə əmrinin surətini verir. Məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və əlavə edilən sənədlərdən görünür ki, borclu müqavilənin şərtlərini pozaraq ödəniş planı üzrə yuxarıda göstərilən borcun ödənilməsini təmin etməmiş və bununla da üzərinə düşən öhdəliyi yerinə yetirməmişdir. Odur ki, kreditor borcludan 38.605 manat məbləğində ödənişin ödənilməsini tələb etməkdə haqlıdır. Bundan başqa, ərizədən və əlavə olunan sənədlərlə «AAA» Vəkil Bürosunun tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, kreditorun məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, ƏMR ETDİM: ünvan 2 ünvanında hüquqi qeydiyyatda olan Borclu Birgə Azərbaycan–İngiltərə MMC-dən Bakı şəhəri, Səbail rayonu, Nizami küçəsi, X3 90 A ünvanında yerləşən kreditor «AAA» Vəkil Bürosunun xeyrinə 38.605 (otuz səkkiz min altı yüz beş) manat məbləğində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi kimi 100 (bir yüz) manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 (on) gün ərzində verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar