Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1881/2024 12.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, Ərizəçi İddiaçı, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil, Maraqlı şəxs Cavabdeh iştirakı ilə, Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/2-03895/2023 nömrəli barışıq sazişinin təsdiq edilməsi və dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizənin dəlilləri: onun tərəfindən Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatına müraciət edərək, Cavabdeh ilə aralarında yaranmış ailə mübahisəsi ilə bağlı mediasiya prosesinin keçirilməsi xahiş edilmişdir. Bundan sonra, xx.xx.2023-cü il tarixdə Bakı şəhəri 2 saylı Mediasiya Təşkilatının mediatoru X3 iştirakı ilə mediasiya sessiyasında hər iki mübahisə tərəfinin şəxsən iştirakı əsasında “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən MŞB/2-03895/2023 nömrəli Barışıq sazişi hazırlanmış və tərəflərin və mediatorun imzası ilə təsdiq edilmişdir. Barışıq sazişinin şərtlərinə görə birinci tərəf İddiaçı və ikinci tərəf Cavabdeh aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1. Tərəflər: İddiaçı və Cavabdeh “Səadət” sarayında (Bakı nikah evi) qeydə alınmış nikahın davam etdirilməsinə razı olmadılar. İddiaçı müvafiq məhkəməyə müraciət edəcəkdir. 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf Cavabdeh tərəfindən birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X11 xx.xx.2024-cü il tarixinə qədər hər ay 2500 (iki min beş yüz) manat, xx.xx.2024-cü il tarixindən etibarən isə hər ay 3500 (üç min beş yüz) manat aliment ödəyəcəkdir. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X15 ana – İddiaçı yanında qalacaqlar. 4. Tərəflər razılaşırlar ki, 2-ci tərəf – Cavabdeh tərəfindən birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2022-ci il təvəllüdlü X15 ilə heç bir məhdudiyyət olmadan görüşə bilər. 5. 2-ci tərəf – Cavabdeh şəxsi mülkiyyətində olan 10LD175 dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni İddiaçı verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf – İddiaçı cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür. Göründüyü kimi, qeyd olunan Barışıq sazişinə əsasən mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri müəyyən edilmişdir. Barışıq sazişində əsas şərtlərdən biri kimi tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022ci il təvəllüdlü X1 görə Cavabdeh xx.xx.2024-cü il tarixinə kimi hər ay 2500 (iki min beş yüz) manat, xx.xx.2024-cü il tarixindən etibarən hər ay 3500 (üç min beş yüz) manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür. Barışıq sazişinin 4-cü bəndində onun imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıdığı, sazişdə Tərəflər arasında ayrı müddət müəyyən olunmayıbsa imzalandığı gündən 10 (on) təqvim günü müddətində könüllü şəkildə icra olunmalı olduğu göstərilmişdir. Barışıq sazişinin bağlanmasından sonra Cavabdeh alimentin ödənişinə başlamış, lakin 1-2 dəfə natamam (cüzi) ödəniş etdikdən sonra o, alimentin ödənilməsini tamamilə dayandırmış, alimentin könüllü ödənilməsi ilə bağlı etdiyi xəbərdarlıqlara baxmayaraq, Cavabdeh Sazişin şərtlərini könüllü şəkildə icra etməkdən imtina etmişdir. Bundan əlavə, məhkəmənin Elektron Sistemindən əldə edilmiş məlumata əsasən Cavabdeh "xxxx" QSC-də təyyarəçi vəzifəsində işləyərək aylıq əmək haqqısı 9695 (doqquz min altı yüz doxsan beş) manat təşkil edir. Lakin, buna baxmayaraq, Cavabdeh valideyn kimi öz vəzifələrinin icrasından qəsdən boyun qaçırması səbəbindən azyaşlı övladlarının maddi baxımdan saxlanılması ilə bağlı onun maddi baxımdan ciddi problemləri yaranmışdır. Bundan əlavə, Barışıq sazişinin 5-ci bəndinə əsasən 2-ci tərəf – Cavabdeh şəxsi mülkiyyətində olan 10LD175 Dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni İddiaçı verməyi öz öhdəsinə götürsə də sözügedən avtomobil Cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə notarial qaydada bağlanmış alqı-satqı müqaviləsi ilə özgəninkiləşdirilsə də, indiyə kimi həmin avtomobilin bazar dəyərinin 50% (əlli faiz) hissəsi Cavabdeh tərəfindən ona ödənilməmişdir. Həmçinin, ona məxsus cehiz və şəxsi əşyalar Cavabdeh məxsus evdə olduğundan həmin əşyaların götürülməsi üçün ona şərait yaradılmamışdır. Qeyd olunanlara əsasən, o, barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məlumat üçün bildirir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-606/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən onun iddia tələbi təmin edilmiş, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən qeydə alınmış 30 may 2019-cu il tarixli, 377 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikahın pozulması və xx.xx.2020-ci il təvəllüdlü X5 və xx.xx.2022-ci il təvəllüdlü X8 anaları - İddiaçı yanında qalmalarının müəyyən edilməsi qət edilmişdir. Hal-hazırda sözügedən məhkəmə qətnaməsi qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Ərizəçi İddiaçı Cavabdeh maraqlı şəxs qismində cəlb etdiyi “barışıq sazişin təsdiqi” tələbinə dair ərizənin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, onunla maraqlı şəxs arasında xx.xx.2023-cü il tarixdə bağlanmış MŞB/2-03895/2023 nömrəli barışıq sazişinin 2, 5 və 6cı bəndlərinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxsin etirazı: 1. iddiaçı barışıq sazişinin təsdiq edilməsinə dair ərizəsində həqiqətə uyğun olmayan məlumatı göstərmişdir. Belə ki, ərizədə sazişə istinadən qeyd olunur ki, guya sazişin 2-ci bəndində alimentin miqdarının “hər ay” ödənilməsinə dair razılıq əldə edilmişdir. Bildirir ki, bu həqiqətə uyğun deyil. Belə ki, barışıq sazişinin şərtlərinin sadalandığı hissəsinin 2-ci bəndində iki uşağın saxlanması üçün xx.xx.2024 il tarixinədək ümumi 2500 manatın, xx.xx.2024-cü il tarixindən etibarən isə 3500 manatın ödənilməsi nəzərdə tutulmuşdur. Göründüyü kimi, sazişdə olan məbləğlərin “hər ay” deyil, “ümumi” formada ödənilməsi nəzərdə tutulmuşdur. Hesab edir ki, ərizədə məhkəməyə həqiqətə uyğun olmayan sözlərin və onun tərəfindən könüllü olaraq üzərinə götürdüyü öhdəliklərin yalan formada təqdim edilməsi məhkəməni aldatmaq məqsədi daşıyır. Sazişə görə onun tərəfindən ödənilməli olduğu məbləğlər illik məbləğlərdir və ümumidə il ərzində 6000 manat təşkil edir. 2. Nəzərə alınmalıdır ki, iddiaçı “barışıq sazişinin təsdiq edilməsi” tələbi ilə artıq bir dəfə məhkəməyə müraciət etmişdir. Belə ki, Səbail Rayon Məhkəməsinin 2(009)-566/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə “barışıq sazişi qanunda göstərilən tələblərə zidd tərtib olunmuşdur” əsası ilə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsindən imtina edilmişdir. Tərəfindən apellyasiya şikayəti verilmişdir və onun apelllyasiya şikayəti təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2765/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Səbail Rayon Məhkəməsinin 2(009)-566/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş və yeni qətnamə qəbul olunmuşdur. Həmin qətnamənin qəbul olunmasının əsasları qətnamənin 23 və 24 bəndlərində göstərilmişdir. Orada qeyd olunur ki, barışıq sazişinin şərtinə əsasən Cavabdeh öhdəliyi xx.xx.2024-cü il tarixədək 2500 AZN-in ödənilməsidir. Lakin, hazırkı halda ərizəçi barışıq sazişinin icrası üçün müəyyən edilmiş son tarix xx.xx.2024-cü il olmamış barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə müraciət etmişdir. Bununla Apellyasiya Məhkəməsi tərəfindən xx.xx.2024 il tarixinədək ödənilməli olduğu 2500 manatın hər ay deyil, 6 ay müddətində edilməsini tədiq etmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2765/2024 saylı xx.xx.2024-cü il tarixli qətnaməsi qanuni qüvvəsini almışdır. 3. Nəzərə alınmalıdır ki, üzərinə götürdüyü öhdəliyi o, bu günə tam icra etmişdir. Belə ki, xx.xx.2024-cü il tarixə ödəməli olduğu məbləğ tərəfindən tam ödənilmişdir. Qeyd etməyi lazım bilir ki, iddiaçının ilkin iddiasında sazişdə qeyd olunan məbləğlərin “hər ay” ödənilmədiyinə dair heç bir söz deyilmir. Həmin ərizədə aliment ödənişlərin dayandırılması bildirilir və hər hansı digər tələb irəli sürülmür. Bununla yanaşı onun tərəfindən aparılan ödənişləri o, heç bir etiraz bildirmədən qəbul etmişdir və alimentin miqdarı ilə bağlı heç bir tələb irəli sürməmişdir. Bütün bunlar sübut edir ki, iddiaçı ilkin olaraq barışıq sazişində göstərilən məbləğlərin ödənilməsini aylıq deyil, illik ödəniş kimi qəbul edirdi, lakin sonradan naməlum səbəbdən ona qarşı əsassız olaraq tələblərinin həcmini artırmışdır.
4. Nəzərə alınmalıdır ki, tərəfindən illik ödənilməli olan məbləğ 6000 manat təşkil edir. Bununla aylıq iki uşaq üçün ödəniş 500 təşkil edir. Beləliklə də 2024-cü il üçün yaşayış minimumu haqqında Qanunda uşaqlar üçün müəyyən edilmiş 235 manatdan artıq ödəniş etdiyi müəyyən edilir. Yuxarıda göstərilənləri nəzərə alaraq ərizənin təsdiq edilməsindən imtina edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin 2, 5 və 6-cı bəndlərinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdilər. Məhkəmə iclasında iştirak edən maraqlı şəxs Cavabdeh etirazın məzmununa uyğun izahat verərək mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin tam olaraq təsdiq edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, ərizəni və barışıq sazişini nəzərdən keçirib hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişindən görünür ki, tərəflər: İddiaçı (bundan sonra birinci tərəf) və Cavabdeh (bundan sonra ikinci tərəf) aşağıda göstərilən şərtlər əsasında razılaşdılar: 1. tərəflər: İddiaçı və Qurbanov X2 (Bakı Nikah Evi) qeydə alınmış nikahın davam etdirilməsinə razı olmadılar. İddiaçı müvafiq məhkəməyə müraciət edəcəkdir. 2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf Cavabdeh tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir. 3. Tərəflər razılaşırlar ki, tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 ana İddiaçı yanında qalacaqdır. 4. Tərəflər razılaşırlar ki, 2-ci tərəf Cavabdeh tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X12 ilə heç bir məhdudiyyət olmadan görüşə bilər. 5. 2-ci tərəf Cavabdeh şəxsi mülkiyyətində olan 10LD175 dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni İddiaçı verməyi öz öhdəsinə götürür. 6. 1-ci tərəf İddiaçı cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür. - Baş Dövlət Yol Polisi İdarəsinin 17 may 2024-cü il tarixli, 2-75539/2024 saylı məktubundan görünür ki, DİN Baş Dövlət Yol Polisi İdarəsi Qeydiyyat-imtahan İdarəsinin komputer uçot bazasının məlumatlarına əsasən Cavabdeh adına xx.xx.2022-ci il tarixdə “Toyota Avalon” markalı **-LD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi qeydiyyata alınmış, xx.xx.2024-cü il tarixdə alqı-satqı müqaviləsi əsasında onun adından qeydiyyatdan çıxarılaraq özgəninkiləşdirilmişdir. - Bakı Apellyasiya Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2(103)-2765/2024 saylı qətnaməsindən görünür ki, maraqlı şəxs Cavabdeh apelyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-566/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ləğv edilmiş, ərizəçi İddiaçı maraqlı şəxs Cavabdeh qarşı mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişin təsdiq edilməsi barədə ərizə təmin edilməmişdir. Qətnamədə göstərilmişdir ki, tərəflər arasında imzalanmış barışıq sazişinin şərtinə əsasən tərəflər Cavabdeh tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min büş yüz manat) aliment ödəməli olması barədə razılığa gəlmişlər. Göründüyü kimi, barışıq sazişinin şərtinə əsasən Cavabdeh öhdəliyini xx.xx.2024-cü il tarixədək 2500 AZN-nin ödənilməsidir. Lakin hazırkı halda ərizəçi barışıq sazişinin icrası üçün müəyyən edilmiş son tarix - xx.xx.2024-cü il olmamış barışıq sazişinin təsdiqi ilə bağlı məhkəməyə müraciət etmişdir. Hazırkı işin hallarından görünür ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin icrası üçün tərəflərin razılaşdırdıqları tarix hələ sona çatmamışdır, yəni müəyyən edilmiş icra vaxtı hələ bitməmişdir. İş materiallarından müəyyən olunur ki, maraqlı şəxs tərəfindən müəyyən ödənişlər edilmişdir. Barışıq sazişinə əsasən Cavabdeh xx.xx.2024-cü il tarixədək ödəmək imkanı vardır. - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 20 iyun 2024-cü il tarixli, 2(009)-606/2024 saylı qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Səadət Sarayı (Bakı Nikah evi) tərəfindən qeydə alınmış 30 may 2019-cu il tarixli, 377 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş, xx.xx.2020-ci il təvəllüdlü X6 və xx.xx.2022-ci il təvəllüdlü X8 anaları - İddiaçı yanında qalmaları müəyyən edilmişdir. Əsaslandırıcı hissə:
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. - 355-23.1-ci maddəsində qeyd edilmişdir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. - 355-24-cü maddəsində qeyd edilmişdir ki, mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. - 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. - 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Müəyyən edilmişdir ki, tərəflər İddiaçı (Birinci tərəf) və Cavabdeh (İkinci tərəf) arasında xx.xx.2023-cü il tarixdə yuxarıda göstərilən şərtlərlə barışıq sazişi bağlanmış və imzalanmışdır. Həmçinin müəyyən edilmişdir ki, Cavabdeh sazişin şərtlərinə əsasən üzərinə götürdüyü öhdəlikləri müvafiq bəndlərə aid hissədə könüllü icra etmir. Belə olan halda sazişin birinci tərəfi haqlı olaraq barışıq sazişinin icra edilməyən hissəsinin təsdiq edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişdir və saziş üçüncü şəxslərin hüquqlarına toxunmur. Hazırda sazişin təsdiq edilməməsi üçün hər hansı bir hal müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, tərəflər arasında xx.xx.2023-cü il tarixdə bağlanmış barışıq sazişinin 2, 5 və 6-cı bəndlərinin məcburi icrası üçün təsdiq olunmalıdır. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsində müəyyən edilmişdir ki, Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 355-23-355-26-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizə təmin edilsin. İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli Barışıq sazişinin aşağıdakı şərtləri məcburi icrası üçün təsdiq edilsin:
2. Tərəflər razılaşırlar ki, 2-ci tərəf - Cavabdeh tərəflərin birgə nikahından dünyaya gəlmiş yetkinlik yaşına çatmayan xx.xx.2020-ci il təvəllüdlü X9 və xx.xx.2022-ci il təvəllüdlü X10 xx.xx.2024-cü il tarixinə qədər ümumi 2500 AZN (iki min beş yüz manat), xx.xx.2024-cü il tarixindən etibarən 3500 AZN (üç min beş yüz manat) aliment ödəyəcəkdir.
5. 2-ci tərəf - Cavabdeh şəxsi mülkiyyətində olan 10LD175 dövlət nömrə nişanlı Toyota Avalon markalı avtomobilin satıldıqdan sonra əldə edilən pulun 50%-ni İddiaçı verməyi öz öhdəsinə götürür.
6. 1-ci tərəf - İddiaçı cehiz və şəxsi əşyalarını bir il müddətində götürməyi öz öhdəsinə götürür. Ərizəçi İddiaçı tərəfindən ümumilikdə ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. Qətnamə aliment tutulması ilə bağlı hissədə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəna Qafarova