Məhkəmə qərarları › İş №e-2(009)-1891/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1891/2024

05.09.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1891/2024 05.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmli, iddiaçı "xxxx" ASC-nin - Cavabdeh qarşı «pul» tələbi barədə kiçik iddialara dair sadələşdirilmiş icraat üzrə mülki işə 05 sentyabr 2024-cü il tarixdə Bakı şəhərində Səbail rayon Məhkəməsinin binasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC - Cavabdeh qarşı «pul» tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən iddiaçının xeyrinə 153,86 manat məbləğində pulun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun və 0,40 manat xidmət haqqının tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsi üzrə tələb olunan məbləğin beş min manatdan az olduğu üçün hazırki mülki işə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin maddənin tələblərinə əsasən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflərin izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Məhkəmə tərəfindən qeyd olunan mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq Cavabdeh Azərpoçt vasitəsi ilə məktub göndərilmiş, lakin cavabdeh iddiaya qarşı etirazını məhkəməyə göndərməmişdir İddia tələbi belə əsaslandırılmışdır ki, İddiaçı "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış BPM**********56 saylı, xx.xx.2023-cü il tarixli Tam kart müqaviləsinə əsasən Bank tərəfindən müştəri üçün ikitərəfli ödəniş kartı buraxılmış, hesablaşmaların aparılması üçün bank hesabları açılmış, kredit limiti ayrılmışdır. Həmin müqavilə ilə tərəflərin hüquq və vəzifələri müəyyən edilmişdir. Həmin Müqavilənin 9.3-cü bəndinə əsasən müştəri bu Müqaviləni imzalamaqla ABB-nin rəsmi internet səhifəsində (https://abbbank.az/muqavile) yerləşdirilmiş xx.xx.2021-ci il tarixli Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərlə (bundan sonra - Standart Şərtlər) tanış olduğunu və onun müvafiq şərtlərini qəbul etdiyini, habelə ona məxsus məlumatların Standart Şərtlərdə əls olunmuş mənbələrdən əldə edilməsinə və ötürülməsinə razılıq verdiyini, o cümlədən, bu razılığın Standart Şərtlərdə əls olunmuş mətni, əldə olunan məlumatların dairəsi, istifadə məqsədi, müddəti və geri götürülmə şərtləri ilə tanış olduğunu təsdiq edir. Standart Şərtlər bu Müqavilənin ayrılmaz tərkib hissəsidir. X1 1.11-ci bəndinə əsasən müştəriyə Overdraftın təqdim edilməsi barədə Müştərinin müraciəti və Tərəflər arasında razılaşma olmadığı halda Ödəniş kartı/Əlavə kart vasitəsilə Kart hesabının qalığından artıq məbləğdə əməliyyatların, o cümlədən akseptsiz və ya təkrar silinmə, valyuta məzənnəsinin dəyişdirilməsi və ya digər texniki əməliyyatların aparılması və bunun nəticəsində hesabda yaranan mənfi qalıq, borc və digər öhdəliklər “Texniki overdraft” adlandırılmışdır. X1 18.5.20-ci bəndinə əsasən ABB, habelə digər şəxslər tərəfindən Hesaba/Kart hesabına səhv olaraq daxil edilmiş və ya silinmiş pul vəsaitini müvafiq araşdırma apararaq yanlış əməliyyatın nəticəsi olduğunu dəqiqləşdirdikdən sonra Müştəriyə xəbər vermədən akseptsiz qaydada silmək və ya bərpa etmək Bankın müştəri qarşısında hüquqlarından biridir. X1 18.9.15-ci bəndinə əsasəntexniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və həmin borcun qaytarılma tarixinədək illik 30%-dək faiz dərəcəsi ilə hesablanmış cərimə faizlərini 22 (iyirmi iki) iş günü ərzində ABB-ə ödəmək müştərinin Bank qarşısında vəzifələrindən biridir. Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aparmaqla (texniki overdraft), hesabında olmayan vəsaitdən istifadə etmiş və bununla da hüquqi əsası olmadan Bankın vəsaiti hesabına əsassız varlanmışdır. Cavabdehə əsassız varlanma nəticəsində əldə edilmiş vəsaitin qaytarılması haqqında tərəfimizdən xx.xx.2024-cü il tarixli bildiriş göndərilərək xəbərdarlıq edilsə də, vəsait Banka geri qaytarılmamışdır. Hazırda iddia ərizəsinə əlavə edilən maliyyə arayışından da göründüyü kimi, xx.xx.2023-cü il tarixə cavabdeh tərəfindən Banka 153.86 manat məbləğində vəsait qaytarılmalıdır. Beləliklə, əsassız varlanma nəticəsində əldə edilən vəsait cavabdeh tərəfindən könüllü qaytarılmadığından həmin vəsaitin məhkəmə qaydasında tələb edilməsi zərurəti yaranmışdır. Bundan başqa, hazırkı mübahisə üzrə iddia qiyməti 153.86 manat olduğundan, tərəfimizdən 30.00 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı ödənilmişdir. Məhkəmə ərizənin dəlillərini nəzərə alaraq iş üzrə təqdim olunmuş digər sübutları yoxlayıb hesab edir ki, iddia aşağıda göstərilənlərə əsasən təmin olunmalıdır. İş üzrə təqdim olunmuş sübutlar sırasına daxil olan tərəflər arasında bağlanmış xx.xx.2023-cü il tarixli tam kart müqaviləsinin, əsassız varlanmanı əks etdirən arayışın surətindən görünür ki, Cavabdeh müraciəti əsasında ikitərəfli (ön tərəfi debet kartı, arxa tərəfi kredit kartı olmaqla) plastik kart verilmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixdə ümumilikdə 144,01 manat kart hesabının qalığından artıq məbləğlərdə əməliyyatlar aaprmışdır. Hesablanmış faizlə birlikdə cəmi 155,92 manat borc yaranmış və cavabdeh həmin borcdan 2,06 manat ödəniş etmişdir. Hazırda cavabdehin 153,86 manat borcu yaranmışdır. Fiziki şəxslərə bank xidmətlərinin göstərilməsinə dair Standart Şərtlərin: 18.5.20-ci bəndinə əsasən ABB, habelə digər şəxslər tərəfindən Hesaba/Kart hesabına səhv olaraq daxil edilmiş və ya silinmiş pul vəsaitini müvafiq araşdırma apararaq yanlış əməliyyatın nəticəsi olduğunu dəqiqləşdirdikdən sonra Müştəriyə xəbər vermədən akseptsiz qaydada silmək və ya bərpa etmək Bankın müştəri qarşısında hüquqlarından biridir. 18.9.15-ci bəndinə əsasəntexniki overdraft baş verdiyi təqdirdə, yaranmış borcu və həmin borcun qaytarılma tarixinədək illik 30%-dək faiz dərəcəsi ilə hesablanmış cərimə faizlərini 22 (iyirmi iki) iş günü ərzində ABB-ə ödəmək müştərinin Bank qarşısında vəzifələrindən biridir. Beləliklə işdə olan sübutlarla müəyyən edilmişdir ki, cavabdeh plastik kart hesabından istifadə zamanı onun hesabına səhv köçürülmüş və ona aid olmayan iddiaçıya məxsus pul vəsaitini xərcləməklə heç bir qanuni əsas olmadan əsassız olaraq varlanmış və bunun nəticəsində banka ziyan vurmuşdur. Bu səbəbdən həmin məbləğ cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cavabdehin 155,92 manat pul vəsaitini istifadə etdikdən sonra həmin məbləğdən 2,06 manat geri ödəniş etməsi cavabdehin həmin pulun ona aid olmadığını bilərək xərclədiyini təsdiq edən amillərdən biridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 1091.1-ci maddəsinə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. 1092.1-ci maddəsinə əsasən varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. 1092.1.1-ci maddəsinə əsasən qaytarma vəzifəsi bu Məcəllənin 157.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, əldə edilənlərdən götürülən faydaya şamil edilir. Hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri AR Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli, yəni iddia tələbi təmin olduğu halda hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Mülki Prosessual Məcəlləsinin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 222.2, 284.5.3-cü və 238-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. 153,86 manat məbləğində pul vəsaiti, həmçinin məhkəməyə müraciət etmək üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu və 0,40 manat bank xidmət haqqının əvəzi Cavabdeh tutulub "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar