Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1896/2024 25.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi İddiaçının nümayəndəsi və vəkili R.İ.Hacılının Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə İddiaçı Cavabdeh qarşı qeyri-yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair mülki iş üzrə AR MPM-nin 53-cü maddəsinə uyğun iddiaçı tərəfindən verilmiş ərizənin icraata qəbulunun mümkünlüyü məsələsinə və verilmiş ilkin iddia tələbinə dair mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 129-cu məhəllə ev 3-də yerləşən 343.20 kv.m qeyri-yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı həmçinin AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlə onun mülkiyyətində olan Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, məhəllə 504, ev 2 A, mənzil 19 yaşayış sahəsinin qiymətləndirilərək öz payının dəyərinin cavabdehdən kompensasiya şəklində alınması, ödəmədiyi təqdirdə əmlakın açıq hərrac vasitəsilə satılaraq mülkiyyətçilər arasında paylarına mütənasib bölüşdürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X1 izahatında göstərmişdir ki, ilkin qeyri-yaşayış sahəsinin naturada bölgüsü barədə tələb irəli sürülsə də, ona məlum olmuşdur ki, artıq həmin tələbə dair iddia məhkəməyə əvvəl verilmişdir və məhkəmə icraatındadır. Ona görə də yeni tələblə AR MPM-nin 53-cü maddəsinə uyğun məhkəməyə ərizə vermişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Nümayəndə izahatında göstərmişdir ki, ilkin verilən iddiaya dair etiraz yazmış, analoji iddia məhkəmənin hakimi Rəna Qafarovanın icraatındadır və həmin iş üzrə ekspertiza təyin edilmişdir. Yeni verilən iddiada isə ilkin iddiaya münasibətdə əsas və predmet fərqlidir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi haqqında verilən ərizə geri qaytarılmalı və ilkin verilən iddia ərizəsi baxılmamış saxlanılmalıdır. AR MPM-nin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə ilk növbədə qeyd edir ki, qanunvericiliyin göstərilən norması iddiaçıya iddianın əsasını və ya predmetini dəyişmək üçün işə məhkəmədə baxılması zamanı ona imkan verir, lakin həmin normaya uyğun ərizə ya iddianın əsasının, ya da onun predmetinin dəyişilməsi ilə bağlı olmalıdır. Məhkəmə qeyd edir ki, iddianın əsası iddiaçının cavabdehə qarşı öz tələbini əsaslandırmaq üçün irəli sürdüyü hallar, yəni tərəflər arasındakı maddi-hüquqi münasibətlərin yaranması, dəyişməsi və ya xitamının bağlı olduğu hüquqi faktlar təşkil edir. İddianın predmeti isə cavabdehə qarşı irəli sürülən tələbdir (müdafiə etdiyi hüquq və mənafedir). Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçı tərəfindən AR MPM-nin 53-cü maddəsinə uyğun iddia tələbinin dəqiqləşdirilməsi haqqında verilən ərizədə iddianın həm əsası, həm predmeti dəyişdiyindən, yəni verilən iddia yeni bir iddia olduğundan onun icraata qəbulundan imtina edilməli və geri qaytarılmadır. Məhkəmə qaldırılan ilkin iddia ilə bağlı isə aşağıdakıları qeyd edir. İş materiallarına əlavə edilmiş sənədlərdən belə məlum olur ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 129-cu məhəllə ev 3-də yerləşən 343.20 kv.m qeyri-yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə 2024-cü ilin may ayında müraciət etmiş və Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1103/2024 saylı qərardadı ilə (hakim R.Qafarova) iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilərək icraata qəbul edilmişdir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1103/2024 saylı qərardadı ilə icraata qəbul olunmuş mülki iş üzrə məhkəmə tikinti-texniki və məhkəməəmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. AR MPM-nin 259.0.4-cü maddəsinə əsasən eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla mübahisə üzrə iş həmin və ya digər məhkəmənin icraatında varsa məhkəmə ərizəni baxılmamış saxlayır. Beləliklə məhkəmə hesab edir ki, analoji iddia ərizəsi Səbail rayon Məhkəməsinin hakimi R.Qafarovanın icraatında olduğundan iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Göstərilənlərə əsasən və AR MPM-nin 259.0.4, 263-264-cü maddələrini rəhbər tutaraq, məhkəmə… QƏRARA ALDİ: İddiaçı tərəfindən AR MPM-nin 53-cü maddəsinə uyğun olaraq Bakı şəhəri, Səbail rayonu, Mətbuat prospekti, məhəllə 504, ev 2 A, mənzil 19 yaşayış sahəsinin qiymətləndirilərək öz payının dəyərinin cavabdehdən kompensasiya şəklində alınması, ödəmədiyi təqdirdə əmlakın açıq hərrac vasitəsilə satılaraq mülkiyyətçilər arasında paylarına mütənasib bölüşdürülməsi barədə verilən ərizəsinin icraata qəbulundan imtina edilsin və ərizə geri qaytarılsın. İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Səbail rayonu, Ə.Cavad küçəsi, 129-cu məhəllə ev 3-də yerləşən 343.20 kv.m qeyri-yaşayış sahəsinin naturada bölünməsi tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-1896/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1896/2024
25.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver