Məhkəmə qərarları › İş №e-2(009)-19/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-19/2023

07.06.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-19/2023 07.06.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı5 nümayəndəsi-vəkili və iddiaçıların vəkili Nümayəndə və cavabdehin nümayəndəsi-vəkili Vəkil iştirakları ilə, iddiaçılar X2 və qeyrilərinin - Cavabdeh Şirkətinə qarşı «əməyin ödənilməsi» tələbinə dair mülki işə 07 iyun 2023-cü il tarixdə, Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçılar X2, İddiaçı21, İddiaçı9, İddiaçı13, İddiaçı2, İddiaçı12, İddiaçı20, İddiaçı15, İddiaçı17, İddiaçı16, İddiaçı11, İddiaçı4, İddiaçı18, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı22, İddiaçı19, İddiaçı10, İddiaçı8 Nobıl oğlu, X4 və İddiaçı3 Cavabdeh Şirkətinə qarşı «əməyin ödənilməsi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən X2, İddiaçı21, İddiaçı3, İddiaçı17, İddiaçı16, İddiaçı5, İddiaçı12, İddiaçı13, İddiaçı2, İddiaçı19, İddiaçı10, İddiaçı11, İddiaçı7, İddiaçı21, X4, İddiaçı15, İddiaçı8 Nobıl oğlu və İddiaçı6 xeyrinə ayrı-ayrılıqda gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 18,660 manat məbləğində pulun tutulması, İddiaçı9, İddiaçı20, İddiaçı4, İddiaçı22, İddiaçı18 xeyrinə ayrıayrılıqda gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 17,640 manat məbləğində pulun tutulması, ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edildikdən sonra ertəsi gün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% məbləğində kompensasiyanın cavabdehdən iddiaçıların xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçılar əmək müqaviləsi əsasında Cavabdeh ŞİRKƏTİndə çalışırlar. Əmək müqavilələrinə əsasən iddiaçıların iş rejimləri növbəlik ilə müəyyən olunub. Şirkətin fəaliyyətinin xüsusiyyəti nəzərə alınaraq, iddiaçılar bayram günlərində, istirahət günlərində və AR Əmək Məcəlləsinə əsasən digər qeyri-iş günlərində və gecə saatlarında da işə cəlb olunmuşlar. Həmçinin Covid-19 xəstəliyi ilə əlaqədar olaraq, iş sahəsinə cəlb edilməmişdən əvvəl adları yuxarıda qeyd edilmiş iddiaçılar Şirkətin göstərişi ilə Bakı şəhərində yerləşən Hotel “Fairmont Baku”, “X10 Boulevard” və “X11 Baku” otellərində karantin tədbirləri çərçivəsində təcrid olunmuşlar. Bildirmək istəyirlər ki, işçilər ilə işəgötürənin əmək münasibətlərini tənzimləyən əmək məcəlləsində yuxarıda qeyd olunan hallar imperativ normalar ilə təsbit olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. ƏM-in 90-cı maddəsinə əsasən istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. ƏM-in 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. ƏM-in 100-cü maddasinə əsasən hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. ƏM-in 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. ƏM-in 164-cü maddasinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; - aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. işçilər ilə bağlanılan müqavilələrdə əmək haqqı bölməsində əmək haqqı göstərilən hissəsində işəgötürən mötərəzədə “bu əmək haqqıya işçiyə gecə saatları üçün əlavə haqq da daxil edilmişi” qeydi yazılıb. Halbuki, Məcəllənin 43-cü maddəsinin ə) bəndinə əsasən əmək haqqı v onaedilən əlavələr aydın şəkildə göstərilməlidir. İddiaçılar tərəfindən xx.xx.2021-ci il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Baş idarəsinə müraciət olunmuşdur. Müraciətə əsasən yuxarıda adı çəkilən qurum tərəfindən "xxxx" Şirkəti inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati məsuliyyətə cəlb edilmənin səbəbi işçilərə qanunvericiliyə zidd olaraq əmək haqqlarının hesablanmaması olmuşdur (iddia ərizəsinə əlavə edilir). Lakin, bütün bunlara baxmayaraq Şirkət bu günə qədər iddiaçıların ödənişlərini icra etməməkdiədir. Məlumat üçün qeyd edirlər ki, 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 7-i bayramqabağı, 1-i səsvermə qabağı iş günü, 1 ümumxalq hüzn günü), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üstüstə düşən 1 Ümumxalq hüzn günü vardır. 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan, 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır. 2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq hüzn günü vardır. 2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5-i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır. Cavabdeh tərəfindən daxil olmuş etirazda qeyd edilmişdir ki, iddia tələbi belə əsaslandırılmışdır ki, əmək müqavilələrinə əsasən iddiaçıların iş rejimləri növbəlik ilə müəyyən olunub. Şirkətin fəaliyyətinin xüsusiyyəti nəzərə alınaraq, iddiaçılar bayram günlərində, istirahət günlərində və AR Əmək Məcəlləsinə əsasən digər qeyri-iş günlərində və gecə saatlarında da işə cəlb olunmuşlar. Həmçinin Covid-19 xəstəliyi ilə əlaqədar olaraq, iş sahəsinə cəlb edilməmişdən əvvəl adları yuxarıda qeyd edilmiş iddiaçılar Şirkətin göstərişi ilə Bakı şəhərində yerləşən Hotel “Fairmont Baku”, “X10 Boulevard” və “X11 Baku” otellərində karantin tədbirləri çərçivəsində təcrid olunmuşlar. İşçilər ilə işəgötürənin əmək münasibətlərini tənzimləyən əmək məcəlləsində yuxarıda qeyd olunan hallar imperativ normalar ilə təsbit olunmuşdur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin (bundan sonra-ƏM) 89-cu maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. Gündəlik normal iş vaxtına uyğun olan həftəlik normal iş vaxtının müddəti 40 saatdan artıq müəyyən edilə bilməz. ƏMin 90-cı maddəsinə əsasən istehsalın, işin, xidmətin və əmək şəraitinin xarakterindən asılı olaraq işəgötürən və ya müvafiq icra hakimiyyəti orqanı həftəlik tam iş vaxtının müddəti çərçivəsində altıgünlük iş həftəsi müəyyən edə bilər. Altıgünlük iş həftəsində həftəlik norma 40 saat olduqda gündəlik iş vaxtının müddəti 7 saatdan, həftəlik norma 36 saat olduqda gündəlik iş vaxtının müddəti 6 saatdan və həftəlik norma 24 saat olduqda gündəlik iş vaxtının müddəti 4 saatdan çox ola bilməz. ƏMin 99-cu maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. ƏM-in 100-cü maddəsinə əsasən hər bir işçi dalbadal gələn iki iş günü ərzində dörd saatdan, əmək şəraiti ağır və zərərli olan iş yerlərində isə iki saatdan çox iş vaxtından artıq işlərə cəlb edilə bilməz. ƏMin 102-ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. ƏMin 164-cü maddəsinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə əməkhaqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində gündəlik tarif maaşının iki mislindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində ikiqat işəmuzd qiymətlərindən aşağı olmamaqla; - aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla. ƏM-in 165-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: - əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; - əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. Əmək müqaviləsində, kollektiv müqavilədə iş vaxtından artıq vaxt ərzində görülən işə görə işçilərə daha yüksək məbləğdə əlavə haqqın ödənilməsi nəzərdə tutula bilər. İş vaxtından artıq işlərin əlavə istirahət günü ilə əvəz edilməsinə yol verilmir. ƏM-in 166-cı maddəsinə əsasən gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş həddən aşağı olmamaqla işəgötürən tərəfindən yüksək məbləğdə ödənilir. Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə AR Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən Gecə vaxtı yerinə yetirilən işin hər saatına görə işçiyə onun saatlıq tarif (vəzifə) maaşının 20 faizi, çoxnövbəli iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilsin. Qeyd etmək istərdik ki, işçilər ilə bağlanılan müqavilələrdə əmək haqqı bölməsində əmək haqqı göstərilən hissəsində işəgötürən mötərəzədə “bu əmək haqqıya işçiyə gecə saatları üçün əlavə haqq da daxil edilmişi” qeydi yazılıb. Halbuki, Məcəllənin 43-cü maddəsinin ə) bəndinə əsasən əmək haqqı və ona edilən əlavələr aydın şəkildə göstərilməlidir. Həmçinin, Şirkət AR Nazirlər Kabinetinin də qaydasına zidd olaraq, iş rejiminin axşam növbəsində işin hər saatına görə işçinin saatlıq tarif (vəzifə) maaşının 20 faizi, gecə növbəsində isə 40 faizi həddində əlavə haqq müəyyən edilməsi yerinə 20% əlavə tətbiq etmişdir. Qeyd etmək istərdik ki, iddiaçılar tərəfindən xx.xx.2021-ci il tarixində AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X6 Xidməti Baş idarəsinə müraciət olunmuşdur. Müraciətə əsasən yuxarıda adı çəkilən qurum tərəfindən "xxxx" Şirkəti inzibati məsuliyyətə cəlb edilmişdir. İnzibati məsuliyyətə cəlb edilmənin səbəbi işçilərə qanunvericiliyə zidd olaraq əmək haqqlarının hesablanmaması olmuşdur. Lakin, bütün bunlara baxmayaraq Şirkət bu günə qədər iddiaçıların ödənişlərini icra etmir. Məcəllənin 102- ci maddəsinə əsasən işəgötürən, faktiki olaraq hər bir işçinin iş vaxtının və iş vaxtından artıq işlənmiş saatlarının dəqiq, dürüst uçotunu aparmağa borcludur. Bundan əlavə olaraq, Park İnn otelinə də müvafiq xx.xx.2021-ci il tarixində sorğu göndərilmişdir və sorğu bu günə qədər cavablandırılmamışdır. 2018-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 7-i bayramqabağı, 1-i səsvermə qabağı iş günü, 1 ümumxalq hüzn günü), iş günü hesab edilməyən 108 istirahət günü (onlardan 3-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 17 bayram (2-i istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır. 2019-cu ildə beşgünlük iş həftəsində 242 iş günü (onlardan, 9-u bayramqabağı, 1-i səsvermə qabağı iş günü), iş günü hesab edilməyən 103 istirahət günü (onlardan, 4-ü iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 18 bayram (4-ü istirahət günləri ilə üst-üstə düşən), 1 səsvermə günü və istirahət günü ilə üst-üstə düşən 1 Ümumxalq hüzn günü vardır. 2020-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 6-sı bayramqabağı iş günüdür), iş günü hesab edilməyən 112 istirahət günü (onlardan, 6-sı iş günü hesab edilməyən bayram günləri, 1-i səsvermə günü ilə üst-üstə düşən və 2 günü ötən ilin istirahət günü ilə yeri dəyişdirilən), iş günü hesab edilməyən 18 bayram (6-sı istirahət günləri ilə üstüstə düşən), 1 səsvermə günü və 1 Ümumxalq hüzn günü vardır. 2021-ci ildə beşgünlük iş həftəsində 241 iş günü (onlardan, 8-i bayramqabağı və Ümumxalq hüzn günü qabağı iş günləridir), iş günü hesab edilməyən 109 istirahət günü (onlardan, 5- i iş günü hesab edilməyən bayram günləri ilə üst-üstə düşən), iş günü hesab edilməyən 19 bayram (5-i istirahət günləri ilə üst-üstə düşən) və 1 Ümumxalq hüzn günü vardır. İddiaçıların digər bir tələbi isə Covid-19 xəstəliyi ilə əlaqədar olaraq, iş sahəsinə cəlb edilməmişdən əvvəl adları yuxarıda qeyd edilmiş iddiaçıların Şirkətin göstərişi ilə Bakı şəhərində yerləşən Hotel “Fairmont Baku”, “X10 Boulevard” və “X11 Baku” hotellərində karantin tədbirləri çərçivəsində təcrid olunması və buna görə onlara müəyyən məbləğin ödənilməsidir. İlk öndə onu qeyd edirlər ki, iddiaçılar Covid-19 xəstəliyi ilə əlaqədar olaraq, iş sahəsinə cəlb edilməmişdən əvvəl “şirkətin” göstərişi ilə hotellərə yerləşdirilmələri ilə bağlı hər-hansı bir sübut təqdim etməmişdir. Burada əsas məqam şirkətin göstərişinin olub-olmaması və göstərişin nədə ifadə edilməsidir. Çünki, qeyd olunan otellərdə iddiaçıların “qalmasına” görə təmsil etdiyi şirkət tərəfindən hər-hansı bir göstəriş və hər-hansı bir ödəniş edilməmişdir. İddiaçıların əmək funksiyasını yerinə yetirdikləri əraziyə faktiki nəzarət tərəflərindən həyata keçirilməmişdir. Ona görə də hesab edirlər ki, ümumiyyətlə bu hissədə iddiaya cavab verməli şəxs onlar deyillər. Eyni zamanda bu hissədə də iddia öz təsdiqini tapmır. Bundan əlavə hesab etsək ki, iddiaçılar “şirkətin göstərişi” ilə otellərə yerləşdirilmişdir. Onlar qeyd olunan bütün aylar üzrə əmək müqaviləsində qeyd olunan əmək haqqını almışdır. Onlar özləri bildirdikləri qədəri ilə oteldə qaldıqları müddətdə hər-hansı bir əmək funksiyasını icra etməmişdir. Yəni, onların hər-hansı işə cəlb olunmasından söhbət getmir. Əgər əmək funksiyasını icrası yoxdursa, hansı əmək haqqının ödənişindən söhbət gedə bilər?! Məhkəmə iclasında iştirak etmiş İddiaçı5 nümayəndəsi-vəkili və iddiaçıların vəkili iddia tələblərini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili iddia tələblərini qəbul etməyərək, etiraz ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçılar məhkəməyə hazırki tələblə iddia müddətini ötürməklə müraciət etmişdirlər. Bu səbəbdən iddia müddəti tətbiq edilməklə iddianın təmin olunmamasını xahiş etmişdir. X6 Xidmətinin cavabdeh barəsində inzibati tənbeh vermək barədə qərarına gəldikdə isə, Xidmət o qərarı Şirkətdə işçilərə ödəmələrin uçot hesablamlarının düzgün qaydada aparılmadığı səbəbindən qəbul etmişdir. Yəni ki, həmin qərar işçilərə ödənilməmiş haqların mövcudluğuna görə deyil, ödəmələr barədə olan uçot məlumatların düzgün qaydada təşkil edilmədiyi səbəbindən tərtib edilmişdir. İddiaçılar işə cəlb olunmazdan öncə pandemiya ilə əlaqədar bir neçə gün mehmanxanalarda saxlanılırdılar. Həmin proses isə cavabdeh tərəfindən deyil, “BP” şirkəti tərəfindən həyata keçirilirdi. Belə ki, işçilərin mehmanxanalarda saxlanılması və bununla əlaqədar ödənişlərin verilməsi “BP” şirkətinin səlahiyyətləri çərçivəsində idi. Cavabdeh şirkət bu barədə heç bir işə cəlb edilməmiş və işçilərin mehmanxanalarda yerləşdirilməsi ilə bağlı işlərin təşkilində iştirak etməmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, mülki işin materiallarını və iddia ərizəsinin dəlillərini araşdıraraq hesab edir ki, iddia tələbləri təmin edilməməlidir. İş materiallarında olan: İddiaçı2 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı2 Cavabdeh Şirkətində sürücü/operator vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,440 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. İddiaçı3 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı3 Cavabdeh Şirkətində sürücü/operator vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,440 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı5 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı5 Cavabdeh Şirkətində baş yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,499 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1,438 manat əmək haqqı hesablanır. İddiaçı4 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı4 Cavabdeh Şirkətində baş yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,499 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1437,32 manat əmək haqqı hesablanır. İddiaçı6 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı6 Cavabdeh Şirkətində yanğın təhlükəsizliyi müfəttişi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,350 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 30 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı7 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı7 Cavabdeh Şirkətində yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,440 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı10 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı10 Cavabdeh Şirkətində yanğın təhlükəsizliyi müfəttişi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,350 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı1 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı1 Cavabdeh Şirkətində baş sürücü/operator vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,499 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1437,32 manat əmək haqqı hesablanır. İddiaçı13 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 13 sentyabr 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı13 Cavabdeh Şirkətində yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,440 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. Əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı12 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı12 Cavabdeh Şirkətində D briqadasının məsul şəxsi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,547 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1483,55 manat əmək haqqı hesablanır. İddiaçı11 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı11 Cavabdeh Şirkətində B briqadasının məsul şəxsi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,547 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1483,55 manat əmək haqqı hesablanır. İddiaçı19 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı19 Cavabdeh Şirkətində qaz aşkarlayıcı cihaz üzrə texnik vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,350 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı18 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı18 Cavabdeh Şirkətində yanğın təhlükəsizliyi təlimləri üzrə məsul şəxs vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,392 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1424,02 manat əmək haqqı hesablanır. İddiaçı15 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı15 Cavabdeh Şirkətində baş yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,499 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1437,32 manat əmək haqqı hesablanır. X2 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X2 Cavabdeh Şirkətində yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,440 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı9 Xacımurad oğlu ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı9 Xacımurad oğlu Cavabdeh Şirkətində yanğın təhlükəsizliyi müfəttişi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,350 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı8 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı8 Cavabdeh Şirkətində yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,440 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı20 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı20 Cavabdeh Şirkətində yanğın təhlükəsizliyi müfəttişi vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,392 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı21 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı21 Cavabdeh Şirkətində baş sürücü/operator vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,499 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1437,32 manat əmək haqqı hesablanır. İddiaçı17 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı17 Cavabdeh Şirkətində D briqadasının növbə komandiri vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,617 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1549,85 manat əmək haqqı hesablanır. X3 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, X3 Cavabdeh Şirkətində yanğınsöndürən vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,440 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1381,05 manat əmək haqqı hesablanır. İddiaçı22 ilə Cavabdeh Şirkəti arasında bağlanmış 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinin surətindən görünür ki, İddiaçı22 Cavabdeh Şirkətində yanğın təhlükəsizliyi təlimləri üzrə məsul şəxs vəzifəsinə qəbul edilmişdir. Müqavilənin 7.3.1-ci bəndinə əsasən işçinin aylıq əmək haqqısı 1,392 manat təşkil edir. Müqavilənin 7.2.1-ci bəndinə əsasən işçinin əmək məzuniyyətinin müddəti 21 təqvim günüdür. 01 fevral 2018-ci il tarixli əmək müqaviləsinə 01 iyul 2019-cu il tarixli əlavə razılaşmanın 1.1-ci bəndinə əsasən işçiyə hər ay 1424,02 manat əmək haqqı hesablanır. Belə ki, tərəflərin izahatları və iş materiallarında olan sübutlardan müəyyən olunur ki, iddiaçılar əmək müqaviləsi əsasında cavabdeh şirkətdə müxtəlif vəzifələrdə çalışmışdırlar. İddiaçıların mübahisələndirdiyi hallar isə gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə onlara ödənilməli olan, lakin ödənilməmiş haqlar ilə bağlıdır. AR Əmək Məcəlləsinin: 7-ci maddəsinin 2-ci bəndinin tələblərinə görə əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır. 54.1-ci maddəsinə əsasən işəgötürən əmək funksiyasının bu Məcəllə ilə müəyyən edilmiş iş vaxtı müddətindən artıq olmayan iş vaxtında yerinə yetirilməsini təmin etməlidir. 89.2-ci maddəsinə əsasən gündəlik normal iş vaxtının müddəti səkkiz saatdan artıq ola bilməz. 99.1-ci maddəsinə əsasən iş vaxtından artıq iş — işəgötürənin əmri (sərəncamı, qərarı) və işçinin razılığı ilə əmək funksiyasını müəyyən olunmuş iş günü vaxtından artıq müddət ərzində yerinə yetirməsi sayılır. 165.1-ci maddəsinə əsasən işçilərə iş vaxtından artıq vaxt ərzində görülən işin hər saatı üçün əmək haqqı aşağıdakı kimi ödənilir: əməyin vaxtamuzd ödənilmə sistemində saatlıq tarif (vəzifə) maaşının ikiqat məbləğindən aşağı olmamaqla; əməyin işəmuzd ödənilmə sistemində işəmuzd əmək haqqı tam ödənilməklə müvafiq dərəcəli (ixtisaslı) vaxtamuzd işçinin saatlıq tarif (vəzifə) maaşından aşağı olmamaqla əlavə haqq məbləğində. 154-cü maddəsinin 1-ci bəndinə görə əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfındən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, lıabelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. 195-ci maddəsinin «d» bəndinə görə işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfındən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işəgötürən əmək münasibətləri prosesində işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. 196-cı maddəsinin 1-ci bəndində isə təsbit olunmuşdur ki, bu Məcəllənin 195-ci maddəsində göstərilmiş hallar işçi tərəfındən aşkar edilərək müəyyən olunduqda, habelə müvafıq səlahiyyətli vəzifəli şəxsin (orqanın) - müəssisənin maliyyə-təsərrüfat fəaliyyətini yoxlayan təftişçinin, auditorun, habelə auditor təşkilatının, müvafıq icra hakimiyyəti orqanının və onların vəzifəli şəxslərinin qərarı, rəyi, arayışı, habelə məhkəmənin hökmü (qətnaməsi, qərarı) ilə müəyyən olunduqda, işçiyə dəyən maddi ziyan ödənilir. Məhkəmə cavabdeh tərəfindən iddiaçılara gecə saatları, iş normasından artıq cəlb edilən işlərə, habelə karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə onlara ödənilməli olan, lakin ödənilməmiş haqların müəyyən olunması üçün iş üzrə məhkəmə-mühasibatşünaslıq ekspertizası təyin etmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin 08 may 2023-cü il tarixli 9/6843 nömrəli rəyində qeyd edilmişdir ki, xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə iş materiallarında olan Cavabdeh Şirkətinin əmək haqqı hesablanması cədvəllərindəki hesablanmış maaş və gecə vaxtı işlərinə cəlb edilməyə görə əlavələrdən tutulmalardan sonra ödənilməli olan məbləğlərin iddiaçıların həmin dövrlər üzrə əmək haqqı bank hesablarından çıxarışlardakı mədaxil məbləğlərinə uyğunluğu müəyyən edilmişdir. Məhkəmə göstərilənləri nəzərə alaraq belə nəticəyə gəlir ki, iddiaçıların iddia ərizəsində göstərdiyi və cavabdehin iddiaçılara ödəməli olduğu ödəmələrin cavabdeh tərəfindən iddiaçılara ödənilmədiyini və cavabdehin iddiaçılara həmin ödənişlərlə bağlı borclu olduğunu təsdiq edə biləcək mötəbər sübut iş materiallarında öz əksini tapmadığından və bu hal əlavə olaraq ekspert rəyi ilə də öz təsdiqini tapmadığından iddia tələbi əsassız sayılmalı və təmin edilməməlidir. Məhkəmə eyni zamanda iddia tələbinin “karantin tədbirləri çərçivəsində cəmiyyətdən təcrid olunma günlərinə görə 17,640 manat məbləğində pulun tutulması, ödənişin gecikdirilməsinə görə ödəniş vaxtı təyin edildikdən sonra ertəsi gün hər gecikdirilmiş gün üçün ümumi məbləğin 1% məbləğində kompensasiyanın cavabdehdən iddiaçıların xeyrinə tutulması” hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə də əsassızdır. Belə ki, iddiaçıların pandemiya karantini səbəbindən məhz cavabdeh şirkət tərəfindən işə cəlb edilməzdən öncə mehmanxanalarda saxlanılmaqla təcrid olunduqlarını təsdiq edə biləcək sübutu iddiaçılar məhkəməyə təqdim edə bilməmişdir. Bu səbəbdən iddiaçıların tələbi bu hissədə sübut edilməmiş hesab edilməli və əsassız sayılmalıdır. Bununla yanaşı məhkəmə eyni zamanda hesab edir ki, iddia müddətinin tətbiq edilməsinə dair cavabdeh Şirkətin dəlilləri də qismən əsaslıdır. Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsinə görə pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 3-cü hissəsində isə göstərilmişdir ki, hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafıq əmrin (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfındən müvafıq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Belə ki, iddia ərizəsindən görünür ki, iddiaçılar 2018, 2019, 2020 və 2021-ci illərə görə hesablanmış və ödənilməyən məbləğləri tələb edirlər. Belə ki, həmin maddənin tələblərinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 375.2-ci maddəsində isə təsbit olunmuşdur ki, məhkəmə tərəfındən iddia müddəti yalnız mübahisə tərəfınin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfınin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Məhkəmə iclası zamanı cavabdeh tərəfındən iddia müddətinin tətbiqi barədə ərizənin verildiyini və Mülki Məcəllənin 382-ci maddəsində göstərilən əsasların, yəni iddia müddətinin bərpası əsaslarının müəyyən edilmədiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia müddəti tətbiq edilməklə iddiaçıların 2018-ci və 2019-cu illər üzrə əməyin ödənilməsi tələblərinə münasibətdə iddia tələbi ilə məhkəməyə həm də iddia müddətinin ötürülməsi səbəbi ilə müraciət edildiyindən tələb həmin hissədə əsassız sayılmalıdır. Belə ki, işdən də göründüyü kimi iddiaçılar 2018-ci və 2019-cu illər ərzində onlara ödənilməmiş hesab etdikləri məbləğlərin ödənilməsi ilə bağlı məhkəməyə 2021-ci ildə qanunla nəzərdə tutulmuş 1 illik iddia müddətini ötürməklə müraciət etmişdirlər. Qeyd olunanlarla yanaşı məhkəmə eyni zamanda hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində məhkəmə xərclərinin bölüşdürülməsi də əks olunmalı olduğundan, bu məsələ də öz həllini tapmalıdır. Mülki Prosessual Məcəllənin 115.0 və 115.0.1-ci maddələrinə görə ekspertlərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənləri nəzərə alıb, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilmədiyi halda, ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 manat vəsait iddiaçılara aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddiaçılar X2, İddiaçı21, İddiaçı9, İddiaçı13, İddiaçı2, İddiaçı12, İddiaçı20, İddiaçı15, İddiaçı17, İddiaçı16, İddiaçı11, İddiaçı4, İddiaçı18, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı22, İddiaçı19, İddiaçı10, İddiaçı8 Nobıl oğlu, X4 və İddiaçı3 Cavabdeh Şirkətinə «əməyin ödənilməsi» tələbinə dair iddiası təmin edilməsin. Ekspertiza tədqiqatının dəyərini təşkil edən 350 manat pul vəsaiti iddiaçılardan müştərək qaydada tutulub dövlət büdcəsinə (hesab: VÖEN ********** X1, Kod:210005, VÖEN: ********** müxbir hesab AZ41NABZ******************** S.W.İ.F.T. Bik CTREAZ22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar