Məhkəmə qərarları › İş №e-2(009)-195/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-195/2024

29.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-195/2024 29.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Rüstəmova Çinarə Mübariz qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı cehiz əşyaların evdən çıxarılması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehə məxsus cehiz əşyalarının iddiaçının mənzilindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı və Cavabdeh xx.xx.2008-ci il tarixdə Səbail rayon Qeydiyyat Şöbəsində 257 №-li akt qeydi ilə rəsmi nikaha daxil olmuşlar. Tərəflərin birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X5 adlı övladları dünyaya gəlmişdir. Xasiyyətlərinin uyğun gəlməməsi ailənin faktiki olaraq dağılmasına səbəb olmuşdur. Tərəflər arasında münasibətlər pozulduğuna görə onların nikahları yalnız formal xarakter daşıdığından nikahın pozulmasına dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuşdur. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında Səbail rayon qeydiyyat şöbəsində xx.xx.2008-ci il tarixdə bağlanmış və 257 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulmuşdur. Qətnamə qanuni şüvvəyə minmişdir. Qeyd edir ki, Cavabdeh İddiaçı məxsus olan ünvan 1 ünvana gəlin köçərək öz cehiz əşyalarını həmin evə gətirmişdir. Artıq bir ildən çoxdur ki, Cavabdeh sözügedən ünvanı tərk etmiş, atasına məxsus olan ünvan 2anına köçmüş və hal-hazırda da orada yaşayır. Cavabdehin valideynləri ilə birlikdə yaşamasına baxmayaraq, cehiz əşyalarını ona məxsus evdən çıxartmamışdır. Həmin cehiz əşyaları aşağıdakılardır: 1. stəkan və nəlbəki dəsti - 6 ədəd; 2. Tünd göy nəlbəki - 15 ədəd; 3. Xrustal çay stəkanı - 9 ədəd; 4. Sadə su stəkanı (bakal) - 6 ədəd; 5. Yaşıl konfet qabı (bagema) - 3 ədəd; 6. Şirə qədəhi (bakal) - 4 ədəd; 7. Şirə qədəhi (bakal) - 6 ədəd; 8. Çəhrayı rəngli qədəh (bakal) - 4 ədəd; 9. Qırmızı rəngli şirə qədəhi (bakal) - 6 ədəd; 10. Balaca çərəz qabı - 6 ədəd; 11. 5 mərtəbəli çərəz qabı; 12. Xrustal konfet qabı - 5 ədəd; 13. Mürəbbə nəlbəkisi - 7 ədəd; 14. Tünd göy rəngli düzbucaq formalı tort boşqabı - 2 ədəd; 15. Keks qabı - 10 ədəd; 16. Səbət formalı meyvə boşqabı - 2 ədəd; 17. Tünd göy rəngli meyvə qabı - 1 ədəd; 18. Sadə güllü iri dərin boşqab - 43 ədəd; 19. Sadə iri dayaz boşqab - 36 ədəd; 20. Sadə kiçik dayaz boşqab - 20 ədəd; 21. Sadə kasa - 14 ədəd; 22. Duz qabı - 2 ədəd; 23. Sadə dovğa qaşığı - 2 ədəd; 24. Sadə yemək qaşığı - 52 ədəd; 25. Sadə çəngəl - 36 ədəd; 26. Sadə bıçaq - 6 ədəd; 27. Sadə sini (podnos) - 5 ədəd; 28. Kabab şişi - 12 ədəd; 29. Sadə şirəli qazan - 4 ədəd; 30. Aliminium aşsüzən - 3 ədəd; 31. Plastmas meyvə qabı - 3 ədəd; 32. Qırmızı rəngli kiçik termos - 1 ədəd; 33. Çilçıraq və işıqlandırma (naçnik) - 1 ədəd; 34. Pərdə və karnizlər - 3 ədəd; 35. LG markalı, 82 ekran Televizor - 1 ədəd; 36. Nord markalı Soyuducu - 1 ədəd; 37. Bej rəngli 1 ədəd iri və 2 ədəd kiçik xalça; 38. İşlənmiş yorğandöşək -15 ədəd; 39. Yastıq üzü -32 ədəd; 40. Tək nəfərlik buxov ədyal - 5 ədəd; 41. 2 nəfərlik buxov ədyal - 1 ədəd; 42. 2 nəfərlik yorğan-döşək - 1 ədəd; 43. Tək nəfərlik yorğan-döşək - 5 ədəd;

44. İri yastıq - 6 ədəd; 45. Kiçik yastıq - 16 ədəd; 46. Sarı və zoğalı rəngli atlas yataq örtüyü - 1 ədəd; 47. Atlas yastıq üzü - 7 ədəd; 48. Məhraba - 6 ədəd; 49. Süfrə - 8 ədəd; 50. Çay dəsmalı - 4 ədəd; 51. Qırmızı rəngli divan-kreslo örtüyü - 3 ədəd; 52. 2 nəfərlik çarpayı - 1 ədəd; 53. Tək nəfərlik çarpayı - 2 ədəd; 54. Tumba - 2 ədəd; 55. Güzgülü kamot - 1 ədəd; 56. Şkaf - 1 ədəd; 57. İri divan - 1 ədəd; 58. Kreslo - 2 ədəd; 59. Stol - 1 ədəd; 60. Stul - 6 ədəd; 61. Mətbəx mebeli - 1 ədəd. İddiaçı dəfələrlə cavabdehdən cehiz əşyalarının çıxarılmasını xahiş etmiş, cavabdeh isə həmin əşyaları götürməkdən imtina edir. Cavabdehə məxsus olan əşyaların iddiaçıya məxsus evdə yerləşməsinə görə sərbəst hərəkət etmək mümkün deyil və bu da idiaçının öz evindən istifadə etmək hüququnu məhdudlaşdırır. Məhkəmə iclasında iddiaçının vəkili və nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, onun təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin olunmamasını xahiş etmiş və bildirmişdir ki, o, cavabdehə məxsus mənzildən 1 il 8 aydır ki, gedərək, övladları ilə birlikdə atasına məxsus olan ünvan 2anda yaşayır. Cavabdehə məxsus mənzildən əmlaklarının çıxarılmasını istəmir, belə ki, mənzilə köçürülməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Ona görə də iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına olan AZ-İ 467888 nömrəli, xx.xx.2023-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı və Cavabdeh nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qətnaməsi ilə pozulmuşdur. Nikaha xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2023 ilin 10 ayının 03 günündə 243 № ilə qeyd edilmişdir. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1980-cı ildə doğulmuşdur. İş materiallarında olan AA******* xxxxxxx nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh xx.xx.1986-cı ildə doğulmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-235/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında Səbail rayon qeydiyyat şöbəsində 15 avqust 2008-ci il tarixdə bağlanmış və 257 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X2 (anaları) Cavabdeh yanında saxlanılması, xx.xx.2023-cü il tarixdən başlayaraq, xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2015-ci il təvəllüdlü X2 yetkinlik yaşlarına çatana qədər saxlanılmaları üçün hər ay hər uşaq üçün 140 manat olmaqla, cəmi 280 manat sabit pul məbləğində alimentin İddiaçı oğlundan tutularaq Cavabdeh ödənilməsi qət edilmişdir. Məhkəmə hazırkı iddia tələbinin hüquqi əsaslarını nəzərdən keçirərək hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən iddiaçı cavabdehə qarşı hazırkı tələbini irəli sürməkdə haqlıdır. Məhkəmə nəzərə alır ki, hazırda tərəflər arasında müqavilə münasibətləri, yaxud müqavilə öhdəliyinin icra edilməməsi halı yoxdur. İddiaçının tam əşya hüququ olan mülkiyyət hüququ pozulduğundan tələbin həllinə bu prizmadan yanaşılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülki Məcəllənin 157.4-ci maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işdə qeyd olunan şərtlər mövcuddur. Belə ki, ünvan 3 ünvan iddiaçının istifadəsindədir. Hazırda həmin evdə cavabdehə məxsus əşyalar qaldığından iddiaçı istifadəsində olan mənzildən istifadə edə bilmir. İşin mübahisəsiz hallarından məlumdur ki, cavabdeh hal-hazırda mübahisəli mənzildə yaşamır, mənzildə cavabdehə məxsus əşyalar qalmışdır. Cavabdeh mənzili faktiki olaraq öz təsir dairəsində saxlamaqla iddiaçının ona məxsus mənzilindən istifadəyə maneçilik törədir. Məhkəmə hesab edir ki, cavabdehin mənzilə sahiblik hüququ yoxdur, ona görə ki, cavabdehin mənzilə əşya hüququndan doğan heç bir haqqı qalmadığından onun mənzili öz təsir dairəsində saxlayıb orada əşyaların olması hüququn tanınan sahiblik haqqı deyil, hüquqla qorunmayan faktiki vəziyyətdir. Eyni zamanda hazırkı işdə cavabdehin mübahisəli mənzilə nə kirayə, nə əvəzsiz istifadə, nə də, sair müqavilələrdən irəli gələn sahiblik hüququ təsbit edilməmişdir. İş üzrə müəyyən olunmuş hallara qiymət verərək, məhkəmə hesab edir ki, Cavabdeh məxsus əşyalar iddiaçı X1 istifadəsində olan Bakı şəhəri, Səbail rayonu, Buxta küçəsi, dalan 3, ev 17M saylı evdən çıxarılmalı, iddia tələbi təmin olunmalıdır. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

ünvan 4 ünvanında yerləşən və Cavabdeh məxsus aşağıdakı əmlaklar: 1. stəkan və nəlbəki dəsti - 6 ədəd; 2. Tünd göy nəlbəki - 15 ədəd; 3. Xrustal çay stəkanı - 9 ədəd; 4. Sadə su stəkanı (bakal) - 6 ədəd; 5. Yaşıl konfet qabı (bagema) - 3 ədəd; 6. Şirə qədəhi (bakal) - 4 ədəd; 7. Şirə qədəhi (bakal) - 6 ədəd; 8. Çəhrayı rəngli qədəh (bakal) - 4 ədəd; 9. Qırmızı rəngli şirə qədəhi (bakal) - 6 ədəd; 10. Balaca çərəz qabı - 6 ədəd; 11. 5 mərtəbəli çərəz qabı; 12. Xrustal konfet qabı - 5 ədəd; 13. Mürəbbə nəlbəkisi - 7 ədəd; 14. Tünd göy rəngli düzbucaq formalı tort boşqabı - 2 ədəd; 15. Keks qabı - 10 ədəd; 16. Səbət formalı meyvə boşqabı - 2 ədəd; 17. Tünd göy rəngli meyvə qabı - 1 ədəd; 18. Sadə güllü iri dərin boşqab - 43 ədəd; 19. Sadə iri dayaz boşqab - 36 ədəd; 20. Sadə kiçik dayaz boşqab - 20 ədəd; 21. Sadə kasa - 14 ədəd; 22. Duz qabı - 2 ədəd; 23. Sadə dovğa qaşığı - 2 ədəd; 24. Sadə yemək qaşığı - 52 ədəd; 25. Sadə çəngəl - 36 ədəd; 26. Sadə bıçaq - 6 ədəd; 27. Sadə sini (podnos) - 5 ədəd; 28. Kabab şişi - 12 ədəd; 29. Sadə şirəli qazan - 4 ədəd; 30. Aliminium aşsüzən - 3 ədəd; 31. Plastmas meyvə qabı - 3 ədəd; 32. Qırmızı rəngli kiçik termos - 1 ədəd; 33. Çilçıraq və işıqlandırma (naçnik) - 1 ədəd; 34. Pərdə və karnizlər - 3 ədəd; 35. LG markalı, 82 ekran Televizor - 1 ədəd; 36. Nord markalı Soyuducu - 1 ədəd; 37. Bej rəngli 1 ədəd iri və 2 ədəd kiçik xalça; 38. İşlənmiş yorğan-döşək -15 ədəd; 39. Yastıq üzü -32 ədəd; 40. Tək nəfərlik buxov ədyal - 5 ədəd; 41. 2 nəfərlik buxov ədyal - 1 ədəd; 42. 2 nəfərlik yorğan-döşək - 1 ədəd; 43. Tək nəfərlik yorğan-döşək - 5 ədəd; 44. İri yastıq - 6 ədəd; 45. Kiçik yastıq - 16 ədəd; 46. Sarı və zoğalı rəngli atlas yataq örtüyü - 1 ədəd; 47. Atlas yastıq üzü - 7 ədəd;

48. Məhraba - 6 ədəd; 49. Süfrə - 8 ədəd; 50. Çay dəsmalı - 4 ədəd; 51. Qırmızı rəngli divan-kreslo örtüyü - 3 ədəd; 52. 2 nəfərlik çarpayı - 1 ədəd; 53. Tək nəfərlik çarpayı - 2 ədəd; 54. Tumba - 2 ədəd; 55. Güzgülü kamot - 1 ədəd; 56. Şkaf - 1 ədəd; 57. İri divan - 1 ədəd; 58. Kreslo - 2 ədəd;

59. Stol - 1 ədəd; 60. Stul - 6 ədəd; 61. Mətbəx mebeli - 1 ədəd cavabdehin hesabına evdən çıxarılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar