Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-1958/2023 04.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X2 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçı nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi” barədə iddia ərizəsinə dair mülki işə Bakı şəhərində 04 oktyabr 2023-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «uşağın atanın himayəsinə verilməsi tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il tarixdə anadan olmuş İddiaçı Nazim oğlunun onun himayəsinə verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, 06 iyul 2012-ci il təvəllüdlü X1 və 30 yanvar 2014-cü il tarixdə anadan olmuş İddiaçı Nazim oğlunun anasının himayəsində qalması qət edilmişdir. Lakin cavabdeh ilə qarşılıqlı razılığa gələrək, İddiaçı Nazim oğlunun iddiaçı ilə birlikdə yaşamasına və onun himayəsinə verilməsinə qərar vermişdirlər. Hazırda uşaq faktiki olaraq iddiaçı ilə birlikdə yaşayır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nın 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməlidir. İş materiallarında olan Səbail rayon Məhkəməsinin 13 mart 2023-cü il tarixli, 2(009)- 429/2023 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 04 iyun 2011-ci il tarixli nikah pozulmuş və 06 iyul 2012-ci il təvəllüdlü X1 və 30 yanvar 2014-cü il tarixdə anadan olmuş İddiaçı Nazim oğlunun anasının himayəsində qalması qət edilmişdir. Məhkəmə hazırlıq iclasında cavabdeh ərizə təqdim edərək iddia tələbini qəbul edərək, təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 63.1-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Azərbaycan Respublikası MPM-nin 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə tərəflərin izahatını dinləyib belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş 30 yanvar 2014-cü il tarixdə anadan olmuş İddiaçı Nazim oğlunun atası İddiaçı himayəsində saxlanılması uşağın mənafeləri baxımından daha məqsədəuyğun olardı. Belə ki, məhkəmə qeyd edir ki, tərəflər arasında bu barədə hazırda razılaşma mövcuddur. Cavabdeh uşağın artıq bir müddətdir iddiaçı ilə birlikdə yaşadığını etiraf edir və eyni zamanda hazırki iddia tələbinin təmin edilərək, 30 yanvar 2014-cü il tarixdə anadan olmuş İddiaçı Nazim oğlunun atasının yanında saxlanılmasına etiraz etmir. Azərbaycan Respublikası MPM-nın 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. 30 yanvar 2014-cü il tarixdə anadan olmuş İddiaçı Nazim oğlu Cavabdeh alınaraq İddiaçı himayəsinə verilsin. 100 manat mediasiya xərcinin və dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-1958/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-1958/2023
04.10.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver