Məhkəmə qərarları › İş №e-2(009)-1985/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-1985/2024

09.09.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-1985/2024 09.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarova, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 1 ədəd brilliant qaşlı qızıl sep (A 026722) – çəkisi 20.50 qram, əyar - 750, karat/sot 0,24; 1,52; 2.78; qiyməti 3480 AZN; 1 ədəd brilliant qaşlı qızıl üzük (nişan hədiyyəsi olan) (A 021186) – çəkisi 6.10 qram, əyar - 750, karat/sot 0,32; 0.71; 0.30; qiyməti 1735 AZN; 1 ədəd brilliant qaşlı (braslet) qolbağı (A 013042) – çəkisi 12.60 qram,əyar - 750, karat/sot 0,14; 1.29; qiyməti 1280 AZN; 1 ədəd 1 cüt qızıl sırğa (A 024395) – çəkisi 4.90 qram, əyar - 750, karat/sot 0,48; 0.15; 0.83; qiyməti 1540 AZN; 1 ədəd qızıl üzük (incə üzük) (A 007224) – çəkisi 3.70 qram, əyar - 750, karat/sot 0,41; qiyməti 745 AZN; 1 ədəd brilliant qaşlı qızıl üzük (A 014767) – çəkisi 7.90 qram, əyar - 750, karat/sot 0,38 - qiyməti 1380 AZN olan qızıl-zinət əşyalarının cavabdehdən alınaraq ona verilməsi, əgər qeyd olunan qızıl-zinət əşyaları cavabdeh tərəfindən iddiaçıya qaytarılmadıqda qızıl-zinət əşyalarının ümumi dəyəri olan 10160 manat pulun cavabdehdən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə aidiyyət qaydalarına uyğun olmayan formada verildiyi üçün geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Məhkəmə mübahisənin ərazi aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır. Ərazi aidiyyəti ilə bağlı məsələlərə məhkəmə tərəfindən onun öz təşəbbüsü və ya işdə iştirak edən şəxslərin əsaslandırılmış vəsatəti ilə baxılır. (MPM 45.1) İddia ərizəsində Cavabdeh ünvanı ünvan 1EMİS” Elektron Məhkəmə İnformasiya sistemində Cavabdeh qeydiyyatda olduğu ünvan ünvan 2lmaqla Xətai rayonunun inzibati ərazisinə aiddir. Belə olan halda, iddiaçı mövcud iddia tələbi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə deyil, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etməlidir. Azərbaycan Respublikası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. (MPM 152.4.) Beləliklə, İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər, həmçinin ödənilmiş dövlət rüsumu iddiaçıya geri qaytarılmalı və ona qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 266-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “qızıl-zinət” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Məhkəməyə müraciət etmək üçün İddiaçı tərəfindən ödənilmiş 60,60 (altmış manat altmış qəpik) manat məbləğində dövlət rüsumu (********** saylı qəbz) ona geri qaytarılsın. İddiaçıya izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun olaraq Bakı şəhəri Səbail Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar