Məhkəmə qərarları › İş №e-2(009)-2002/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2002/2024

28.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2002/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X10 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi Cavabdeh və cavabdehin nümayəndəsi-vəkili Vəkil2 iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment” barədə iddia ərizəsinə dair mülki işə Bakı şəhərində 28 dekabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh qarşı «uşağın atanın himayəsinə verilməsi və aliment tələbi» barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə (qüvvədən düşmüş hesab edilməsinə), cavabdehlə birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 cavabdehdən alınaraq yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün onun himayəsinə verilmələrinə, birgə nigahdan dünyaya gəlmiş övladları xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehdən onun xeyrimə, hər bir uşağa görə hər ay 235 manat olmaqla, ümumilikdə hər ay 705 manat məbləğində alimentin tutulmasına, vəkilin göstərdiyi yardıma görə ödənilmiş 320 manat məbləğinin, ödənilmiş dövlət rüsumunun əvəzində 100 manat məbləğinin cavabdehdən alınıb mənə verilməsibarədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdehlə xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladığımız Barışıq sazişinin 1.2-ci bəndi ilə birgə nigahdan dünyaya gəlmiş övladlarımız xx.xx.2018-ci il təvəllüdlü Bayramov RaulAzər oğlunun, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin himayəsinə verilməsi, 1.3-cü bəndi ilə mənim birgə nigahdan dünyaya gəlmiş övladlarımız xx.xx.2018-ci il təvəllüdlü Bayramov RaulAzər oğlunun, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün cavabdehə alimenti işlədiyim zaman ödəməyim razılaşdırılmışdır. Lakin Barışıq sazişinin imzalanmasından sonra cavabdehin ümumi övladlarımız Raula, Ruada və Suada qaşı aqressiv davranışları, onlara fiziki şiddət göstərməyi, birgə nigah dövründə qazanılmış əmlakları ələ keçirmək üçün onlardan bir sipər kimi istifadə etməyə çalışması və sair bu kimi hallar məndə azyaşlı uşaqlarımızın cavabdehin himayəsinə verilməsi ilə bağlı gəldiyimiz razılığın bir səhv olduğu qənaətini yaratmışdır. Odur ki, hesab edirəm Barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri ləğv edilməli, həmin bəndlərdə nəzərdə tutulan məsələlər qanunvericiliklə müəyyən edimiş qaydada müvafiq icra hakimiyyəti orqanın iştirakı ilə məhkəmə qaydasında həlledilməlidir. xx.xx.2024-cü il tarixdə cavabdehə yazılı təklif göndərərək xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasyia təşkilatında bağladığımız Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilib həmin bəndlərdə nəzərdə tutulan məsələlərin yenidən müzakirə edilməsini təklif etdim. Lakin cavabdeh təklifin göndərildiyiməktubu qəbuletməkdən imtina etdi. Xəzər rayon məhkəməsinin 2(003)-1434/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh ilə cavabdeh İddiaçı arasında Səadət sarayında (Bakı nigah evində) xx.xx.2014-cü il tarixdə nigahın bağlanması haqqında akt qeydləri kitabında 62 nömrə ilə qeydə alınmış nigahın pozulması qət edilmişdir. Xəzər rayon məhkəməsinin 2(003)- 1434/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəfimdən apellyasiya şikayəti verilmişdir. Xəzər rayon məhkəməsinin 2(003)-2066/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi ilə Cavabdeh ilə İddiaçı arasında mediasiya prosesi nəticəsində bağlanmış MŞB/9/2023-02001 saylı xx.xx.2023-cü il tarixli Barışıq sazişinin 1.2 və 1.3-cü bəndləri təsdiq edilmiş, xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4, xx.xx.2020ci il təvəllüdlü X5 yetkinlik yaşlarına çatanadək saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi, maraqlı şəxs İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X3, xx.xx.2020-ci il təvəllüdlü X4 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti işlədiyi zaman ödəməsi qət edilmişdir. Xəzər rayon məhkəməsinin 2(003)-2066/2004 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən tərəfimdən apellyasiya şikayəti verilmişdir. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdeh iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, o özü və uşaqları dəfələrlə iddiaçı tərəfindən şiddətə məruz qalmışdırlar. Sonuncu dəfə yay aylarında uşaqları iddiaçı ondan almış və qaytarmamışdır. Bundan sonra məhkəmə yolu ilə o, uşaqları geri ala bilmişdir. Həmin zaman ona məlum olmuşdur ki, iddiaçı uşaqlara fiziki və psixoloji şiddət göstərmişdir. Uşaqların üzərində bununla bağlı müxtəlif xəsarət izləri var idi. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi-vəkili məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. O, eyni zamanda bildirmişdir ki, iddiaçı ilə cavabdeh arasında məhkəmənin icraatında əmlak bölgüsü ilə müxtəlif işlər vardır. İddiaçının hazırki tələbi qaldırmaqda məqsədi həmin işlərlə bağlı cavabdehə təzyiq göstərməkdir. Məhkəmə cavabdeh tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia ərizəsi təmin edilməməlidir. İş materiallarında olan: Xəzər rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(003)-1434/2024 saylı qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 17 yanvar 2014-cü il tarixli nikah pozulmuşdur. Xəzər rayon Məhkəməsinin 15 aprel 2024-cü il tarixli, 2(003)-2066/2024 saylı qətnaməsinin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında bağlanmış xx.xx.2023-cü il tarixli barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin təsdiq edilməsi, xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh himayəsinə verilməsi, maraqlı şəxs İddiaçı xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X1 üçün Cavabdeh alimenti işlədiyi zaman ödənilməsi qət edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 73.1 və 73.2-ci maddələrinə əsasən, uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. 63.1-cü maddəsinə əsasən, valideynlər məhkəmənin qərarına və ya qanuna əsaslanmadan uşağı yanında saxlayan hər hansı şəxsdən onu geri qaytarmağı tələb edə bilərlər. Bu halda mübahisə yarandıqda valideynlər məhkəməyə müraciət etmək hüququna malikdirlər. 63.2-ci maddəsinə əsasən belə tələblərə baxdıqda məhkəmə uşağın valideynlərə verilməsinin uşağın marağına zidd olduğunu müəyyən edərsə, uşağın arzusuna əsasən valideynlərin iddiasını rədd edə bilər. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadına əsasən, uşağın valideynlərindən hansının yanında qalacağının müəyyən edilməsi məqsədilə mülki iş rəy verilməsi üçün Səbail rayon İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasına göndərilmişdir. Bakı şəhəri Səbail rayonu İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının rəyində, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası X2 yanında qalmasının məqsədəuyğun hesab etmişdir. Rəydə eyni zamanda qeyd edilmişdir ki, Cavabdeh övladlarının atalarının yanında olduqları zaman qarşılarında nalayiq hərəkətlərə yol verməklə uşaqların psixologiyasına mənfi təsir edildiyini, uşaqların dəfələrlə döyüldüyünü, onlara tibbi iynə sancıldığını, özünün barmaqlarının sındırıldığını bildirərək, İddiaçı AR Cinayət Məcəlləsinin 133-cü maddəsi ilə hüquq mühafizə orqanları tərəfindən istintaqa cəlb olunduğunu əlavə etmişdir. Məhkəmə müvafiq komissiya rəyini nəzərə alıb belə qənaətə gəlir ki, tərəflərin birgə nikahından anadan olmuş xx.xx.2018-ci il təvəllüdlü X6, xx.xx.2020-ci il təvəllüdlü X7 və xx.xx.2020-ci il təvəllüdlü X5 anası Cavabdeh himayəsində saxlanılması uşağın mənafeləri baxımından daha məqsədəuyğun olardı. Belə ki, məhkəmə qeyd edir ki, uşaqların yaşı hazırda onların ana qayğısına ən çox ehtiyacı olan dövrlərindəndir. Həmçinin cavabdehin uşağın tərbiyəsi ilə yaxından maraqlanmaması, habelə uşağın inkişafına və tərbiyəsinə mənfi təsir göstərməsi yaxud göstərə bilməsi ehtimalı məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Hazırki durumda uşaqların anadan alınıb atasına verilməsinə hər hansı əsaslar mövcud deyildir. Mülki Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Məhkəmə xüsusilə qeyd edir ki, mübahisəli müqavilənin etibarsız hesab edilməsi üçün mülki qanunvericilikdə hallar konkret olaraq müəyyən edilmişdir. Əqdin (müqavilənin) etibarsızlığı dedikdə Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanan və məzmununda nəzərdə tutulmuş mülki-hüquqi münasibətləri yaratmayan, yalnız özünün etibarsızlığı ilə bağlı nəticələrə səbəb ola bilən əqd anlaşır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və əhəmiyyətsiz əqdlər deyə iki qrupa bölünür. Aldatma dedikdə şəxsdən əsl həqiqəti gizlətməklə, onu hiyləgərcəsinə həqiqətdən uzaq müəyyən hərəkətə həvəsləndirərək təhrik etmək anlaşılır. Bu yolla maraqlı tərəf arzuladığı və öz iradəsinə müvafiq olan, lakin aldadılmış tərəfin mənafeyinə zidd olan bir əqdin bağlanmasına nail olur. Beləliklə, bağlanmış əqddə aldadılmış tərəfin həqiqi iradəsi təhrif edilmiş olur. Bu isə şəxsin iradə sərbəstliyinin və mülki qanunvericiliyin əsas prinsiplərindən birinin kobud surətdə pozulmasıdır. Qanunun tələbinə görə aldatma nəticəsində bağlanmış əqd onun aldatma olmadan bağlana bilməyəcəyi aşkar olduğu halda mübahisələndirilə bilər. Aldatma yolu ilə əqdin bağlanmasına nail olmuş şəxsin bunun nəticəsində fayda götürmək, yaxud digər tərəfə zərər vurmaq məqsədinin güddüyünün əhəmiyyəti yoxdur. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, tərəflərin xx.xx.2023-cü il tarixdə Bakı 9 saylı Mediasiya təşkilatında bağladığı Barışıq sazişinin 1.2 və 1.3-cü bəndlərinin ləğv edilməsinə və birgə nikahdan anadan olan uşaqların cavabdehdən alınıb iddiaçıya verilməsinə hazırda heç bir əsas yoxdur. Azərbaycan Respublikası MPM-nın 14.2-ci və 77.1-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarınm əsası kimi istinad etdiyi halları sübut etməlidir. AR MPM-nin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı - Cavabdeh qarşı “uşağın atanın himayəsinə verilməsi və aliment” barədə iddia tələbi təmin edilməsin. Ödənilən dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar