Məhkəmə qərarları › İş №e-2(009)-202/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-202/2025

21.02.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-202/2025 21.02.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim: Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi ilə İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1, İlkin iddia üzrə cavabdehin (qarşılıqlı iddia üzrə iddiaçının) nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı gəlirin bölünməsi və dəymiş zərərin ödənilməsi, paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması tələbinə dair ilkin iddia ərizəsi üzrə, həmçinin iddiaçı Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması tələbinə dair qarşılıqlı iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı gəlirin bölünməsi və dəymiş zərərin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.1995-ci il tarixdə nikaha daxil olmuşdur. xx.xx.2018-ci il tarixdə Bakı şəhəri Səbail rayon Məhkəməsinin qətnaməsi ilə nikahları pozulmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-33/2022 saylı qətnaməsi ilə ünvan 4, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə onun və Cavabdeh hər birinin ½ hissədə paylar və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylar müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-962/2023 saylı qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Onun əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir ki, həmin əmlaklar birgə nikah dövründə alınıb və onlardan istifadə etmək hər birinin hüququdur. Buna baxmayaraq cavabdeh 2018-ci ildən bu günədək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə iddiaçıya ayrılmış hissənin ona təhvil verilməsinə maneələr yaradır. Ondan əlavə olaraq cavabdeh 343,20 kv.m.sahəni bütövlükdə icarəyə verərək oradan gəlir əldə edir. Cavabdeh qeyri-yaşayış obyektinin bir hissəsini “Oliva” gözəllik salonuna, bir hissəsini də “Mediplanet” klinikasına icarəyə verib. Qeyri-yaşayış sahəsi şəhərin mərkəzində yerləşir və cavabdeh hər obyekt üçün aylıq 10000 manat kimi icarə haqqı alır. O, icarədarlara və Dövlət Vergi Xidmətinə pretenziya ilə müraciət edərək, icarə müqavilələrinin surətlərinin ona verilməsini xahiş etmişdir. Lakin aydın məsələdir icarədarlar cavabdehin tapşırığı ilə həmin icarə müqavilələrinin ona təqdim etməyiblər. Bəlkə də cavabdehlə əlbir olaraq icarə haqqını danacaqlar. Hesab edir ki, cavabdeh qərəzli mövqe sərgiləməklə qəsdən olaraq 6 ildir ki, onun həmin obyektə sahib çıxmasına maneələr yaradır və belə olan halda onun əldən çıxan faydanı və gəlirin 50% ona ödəməlidir. Bununla bağlı o, 9 saylı Mediasiya təşkilatına müraciət etmişdir. Qarşı tərəfin vəkil gəlməsinə baxmayaraq məsələ ilə əlaqədar razılaşma əldə olunmamış və ona X2 (İMS) sonra prosesin davam etdirə bilməməsi barədə arayış təqdim edilmişdir. 5 ildir ki, 2019-2024-cü il dövrü üçün cavabdeh həmin obyekti icarəyə verməklə orta hesabla illik 120.000 manat gəlir əldə edir. 5 ildə həmin məbləğ 600.000 manat edir. Hesab edir ki, cavabdeh əldə etdiyi gəliri aralarında bölüşdürməlidir. Eyni zamanda həmin məbləğ vaxtında ona verilsəydi, o, onu daha da səmələri istifadə edərək gəlirini artıra bilərdi. Hesab edir ki, ona çatacaq gəlirindən əlavə olaraq o, əldən çıxan faydanı da tələb etməkdə haqlıdır. Ondan əlavə olaraq Səbail rayon Məhkəməsinin 2(009)- 2722/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında bəzi əşyalar bölüşdürülmüşdür.Həmin əşyaların arasında qiyməti 80.000 ABŞ dolları olan “Candella” lazer aparatı da mövcuddur. Cavabdeh həmin aparatı ayrıca icarəyə verərək ordan da gəlir əldə edir, həmin aparatın aylıq icarə haqqı 2000 manat civarındadır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh Nazir oğlundan paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i 300.000 manat, “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat, 30.000 manat əldən çıxan faydanın, cəmi 360.000 manat məbləğin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh İddiaçı qarşı paylı mülkiyyətdə olan əmlakın istifadəsində maneələrin aradan qaldırılması tələbi barədə qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onlar xx.xx.1995-ci il tarixdə rəsmi nikah daxil olmuşlar, Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanılmış nikaha xitam verilmişdir. Onların paylı mülkiyyətində olan təkcə ünvan 3 ünvanında yerləşən 343,20 kv.m. olan qeyri-yaşayış sahəsi deyil, həmçinin ünvan 4 ünvanında yerləşən 103 saylı mənzil və həmin mənzilə uyğun "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisində 61 No-li dayanacaq yeri də (qaraj) onların paylı mülkiyyətindədir. Bakı şəhəri Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-33/2022 saylı qətnaməsi ilə ilkin iddia üzrə iddiaçı Cavabdeh İddiaçı qarşı əmlakın bölünməsinə dair iddia tələbi təmin edilmiş, ünvan 4, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilməsi, qarşılıqlı iddia üzrə İddiaçı Cavabdeh qarşı əmlakın bölünməsinə dair iddia tələbi təmin edilmiş, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilməsi qət edilmişdir. Həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli, 2(103)- 6700/2022 saylı qətnaməsi ilə dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli, 2(102)-962/2023 saylı qərarı ilə qeyd olunan Bakı Apellyasiya Məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İlkin iddia üzrə İddiaçı iddia ərizəsində göstərmişdir ki, Cavabdeh paylı mülkiyyətdə olan ünvan 3 ünvanında yerləşən 343,20 kv.m. olan qeyri-yaşayış sahəsini icarəyə verərək gəlir əldə etmiş və həmin gəlirin 50%-ni cavabdehdən tələb edir. Qeyd edir ki, ilkin iddia üzrə olan tələblər tam əsassızdır və həqiqətə uyğun deyil. İddiaçı onların paylı mülkiyyətində olan ünvan 4, 103 saylı mənzili vaxtaşırı icarəyə verir, mənzilin qıfılını dəyişmiş, ona məxsus olan bütün əşyalarını həmin mənzildən çıxartmış, taksi sürücüsünün vasitəsi ilə onun əşyalarını onun atasının evinə göndərmiş, mülkiyyətçi olan Cavabdeh ümumiyyətlə həmin mənzilə buraxmamış, eyniliklə mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerini də vaxtaşırı icarəyə vermiş, onu paylı mülkiyyətdə olan mənzilin və dayanacağın istifadəsindən maneələr törədərək məhrum etmiş, bununla da onun mülkiyyət hüququnu pozmuşdur. Göstərilənləri nəzərə alaraq iddiaçı ilkin iddia ərizəsinin təmin edilməməsi, qarşılıqlı iddia ərizəsinin təmin edilməsi və paylı mülkiyyətdə olan ünvan 4, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin onun tərəfindən istifadəsi üçün maneələrin aradan qaldırılmasının cavabdeh İddiaçı üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına görə cavabdeh İddiaçı qadağa edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İlkin iddia üzrə İddiaçı AR MPM-nin 53-cü maddəsinə əsasən ilkin iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, qarşılıqlı iddia üzrə iddiaçı onlara eyni məzmunlu pretenziya ilə müraciət etmişdir. Pretenziyaya cavab olaraq ilkin iddia üzrə cavabdeh qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh bildirilmişdir ki, ünvan 4, 103 saylı mənzildə İddiaçı birgə nikahdan olan 3 övladı ilə yaşayır, eyni zamanda 2018-ci il tarixdən o, həmin ünvanda yerləşən mənzilə və qaraja görə hər ay 500 manat üzvlük haqqı ödəyir. Həmin məbləğ 42.000 manat pul edir. Həmin məbləğin 50% Cavabdeh aid olsa da, Cavabdeh bu günədək heç bir vəsait ödəməmişdir. Qarajla bağlı bildirmək istəyir ki, Cavabdeh həmin obyektdən istifadəsini heç kim məhdudlaşdırmayıb, ancaq Cavabdeh yenə də heç bir üzvlük haqqını ödəməmişdir. Ona məxsus əmlakları isə icarəyə verərək oradan gəlir əldə etmişdir. Beləliklə Cavabdeh ona faktiki olaraq 21.000 manat vəsait ödəməlidir. Ondan əlavə olaraq Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küç.3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə ona ayrılmış hissəni qanunsuz olaraq icarəyə verərək onun ondan istifadəsinə maneələr yaradır. 2022-ci ilin fevral ayından hesablasalar 34 ay MTK-nın saxlama xərci 500 manatdan 17000 manat təşkil edir. Belə olan halda Cavabdeh ona 8.500 manat ödəniş etməlidir. Göstərilənləri nəzərə alaraq ilkin iddia üzrə iddiaçı qarşılıqlı iddianın rədd edilməsi, Cavabdeh paylı mülkiyyət olan ünvan 6 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i 300.000 manat, “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat, 30.000 manat əldən çıxan faydanın, cəmi 360.000 manat məbləğin alınaraq ona ödənilməsi, ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin ilkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən istifadəsi üçün maneələrin qaldırılmasının ilkin iddia üzrə Cavabdeh üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına görə ilkin iddia üzrə Cavabdeh qadağa edilməsi, ünvan 4, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin 34 ay üzrə ilkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən ödədiyi 17000 manat MTK-nın saxlanma xərcinin 50% 8500 manat məbləğini İddiaçı ödənilməsi öhdəliyinin ilkin iddia üzrə Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı dəqiqləşdirilmiş ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçı həmçinin izahatında göstərmişdir ki, "xxxx" MTK-nın binasının zirzəmisində yerləşən qaraj boşdur, istifadə olunmur, həmin yerdən istifadə ilə əlaqədar cavabdehə heç bir maneçilik törədilə bilməz. Evdə isə uşaqları ilə birlikdə 7 ildir ki, o, yaşayır. Əgər cavabdeh istəyirsə, gəlib yaşaya bilər. Bu günədək kommunal xidmətlər onun tərəfindən ödənilmişdir. Cavabdeh yeni ailə qurub, həmin ailədən uşağı da var. Cavabdehin istifadəsində olan paylı mülkiyyət hüququ üzrə ona da məxsus olan Ə.Cavad küçəsində yerləşən qeyri-yaşayış sahəsindən onun istifadəsinə maneçilik törədilir. Belə ki, qətnamə qanuni qüvvəsini aldıqdan sonra o, gözəllik salonunu icarəyə götürən qadına bildirmişdir ki, artıq əmlakın paylı mülkiyyətçisidir, icarə haqqının yarı hissəsi ona verilməlidir. Həmin xanım 1 ayın icarə haqqının yarısı kimi 3000 manatı ona vermiş, lakin sonra cavabdehin atası Nadir Qəhrəmanovun həmin xanıma narazılıq bildirdiyi üçün 3000 manat pulu konfet korobkası ilə birlikdə qaytarmışdır. Həmin qeyri-yaşayış sahəsindən onun istifadəsinə maneçilik törədilmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 dəqiqləşdirilmiş ilkin iddianı tam müdafiə edərək onun təmin edilməsini, qarşılıqlı iddianı qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə iddiaçının nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, "xxxx" MMMC tərəfindən verilmiş arayışda tərəflərə paylı hüququ üzrə məxsus olan ünvan 4, 103 saylı mənzili üzrə ümumi istifadə sahələsinin saxlanılmasına görə İddiaçı tərəfindən 34 ay müddətinə 412,55 manat, cəmi 14.026 manat ödəniş edilmişdir ki, onun yarı hissəsi 7.013 manat təşkil edir. Bunu təsdiq edən arayış və ərizə məhkəməyə təqdim edilmişdir. Hesab edir ki, cavabdehin nümayəndəsi ilkin iddianın rədd edilməsi barədə məhkəmədə qeyd etdiyi dəlilləri təsdiq edən sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə onlar tərəfindən iddianın əsaslığı ilə bağlı məhkəməyə sübutlar təqdim olunmuşdur. Göstərilənləri nəzərə alaraq ilkin iddiaçının nümayəndəsi ilkin iddia tələbinin tam həcmdə təmin edilməsini, qarşılıqlı iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 qarşılıqlı iddianı tam müdafiə edərək onun təmin edilməsini, dəqiqləşdirilmiş ilkin iddianı isə qəbul etməyərək onun rədd edilməsini xahiş etmişdir. İlkin iddia üzrə cavabdehin nümayəndəsi həmçinin izahatında göstərmişdir ki, tərəflər arasında nikah 2018-ci ildə pozulmuşdur, Cavabdeh həmin vaxtdan sonra evdə yaşamır, ona görə də ev üzrə edilmiş ödənişlərin yarı hissəsi ondan tələb edilməsi əsassızdır. Həmin evdən Emilin istifadə etməsinə imkan yaradılmır. İddiaçı icarəyə verilmiş qeyri-yaşayış sahələrinin icarə haqqının yarısını tələb edir. Halbuki hazırda həmin qeyri-yaşayış sahələri təmənnasız olaraq icarəyə verilmişdir. Belə ki, Emilin atası ilə haqqı ödənilməklə icarə müqaviləsi bağlanılmış, tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüququ tanındıqdan sonra isə Emilin atası icarədarlarla belə razılığa gəlinmişdir ki, həmin sahələr üzrə icarə haqqı alınmayacaq, icarədarlar qeyri-yaşayış sahəsindən əvəzsiz istifadə edirlər, Cavabdeh bununla əlaqədar hər hansı icarə haqqı almır. Göstərilənləri nəzərə alaraq ilkin iddia üzrə cavabdehin nümayəndəsi ilkin iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə tam təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia qismən təmin edilməli, qarşılıqlı iddia təmin edilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsinin (hakim R.Qafarova) surətindən görünür ki, ilkin iddianın təmin edilməsi, ünvan 4, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payların müəyyən edilməsi, qarşılıqlı iddianın təmin edilməsi, ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payların müəyyən edilməsi qət edilmişdir. İş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-962/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki,Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh və işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qətnamə onun hüquq və vəzifələrinə toxunan Qəhrəmanov Nadir Fərrux oğlu apellyasiya şikayəti vermişlər. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər Vahid Sadıqov (sədrlik edən və məruzəçi), Emil Mehdiyev və Xəyal Sarıyev) 2(103)- 6700/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayətləri təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6700/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən Cavabdeh və 3-cü şəxs Qəhrəmanov Nadir Fərrux oğlu kassasiya şikayətləri vermişlər. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2023-cü il tarixli qərarı ilə iddiaçı Cavabdeh və 3-cü şəxs Qəhrəmanov Nadir Fərrux oğlu tərəfindən verilmiş kassasiya şikayətləri təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən ünvan 7 ünvanında yerləşən ümumi sahəsi 343,20 kv.m. olan qeyriyaşayış sahəsi paylı mülkiyyət hüququ üzrə Cavabdeh (1/2 hissə), İddiaçı (1/2 hissə, xx.xx.2023-cü il tarixdən) adlarına qeydiyyata alınmışdır. İş üzrə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətinə əsasən Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin ümumi sahəsi 247,40 kv.m. olan 103 saylı mənzili paylı mülkiyyət hüququ üzrə İddiaçı (1/2 hissə), Cavabdeh (1/2 hissə, xx.xx.2023-cü il tarixdən) adlarına qeydiyyata alınmışdır. İş üzrə İddiaçı tərəfindən “Oliva” gözəllik salonunun rəhbərliyinə ünvanlanmış pretenziya məktubundan görünür ki, “Oliva” gözəllik salonu ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsində icarəyə götürən kimi fəaliyyət göstərir. Bildirmək istəyir ki, həmin qeyri-yaşayış sahəsi paylı mülkiyyət olmaqla ½ sahəsi Cavabdeh, ½ hissədə isə ona məxsusdur. Cavabdeh onun icazəsi olmadan həmin sahəni icarəyə verməklə oradan gəlir əldə edir. Halbuki həmin gəlirin 50% ona məxsus olmalıdr. Yuxarıda qeyd edilənləri nəzərə alaraq “Oliva” gözəllik salonu ilə bağlanmış icarə müqaviləsinin surətini ona təqdim edilməsini xahiş edir. Əks təqdirdə qeyri-yaşayış obyektinin boşaldılaraq ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq. Eyni zamanda həmin məsələ ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinə müraciət olunacaqdır. İş üzrə İddiaçı tərəfindən "xxxx" MMC-nin rəhbərliyinə ünvanlanmış pretenziya məktubundan görünür ki, "xxxx" MMC-yə məxsus “Mediplanet” Klinikası ünvan 7 ünvanda yerləşən qeyri-yaşayış sahəsində icarəyə götürən kimi fəaliyyət göstərir. Bildirmək istəyir ki, həmin qeyri-yaşayış sahəsi paylı mülkiyyət olmaqla ½ sahəsi Cavabdeh, ½ hissədə isə ona məxsusdur. Cavabdeh onun icazəsi olmadan həmin sahəni icarəyə verməklə oradan gəlir əldə edir. Halbuki həmin gəlirin 50% ona məxsus olmalıdr. Yuxarıda qeyd edilənləri nəzərə alaraq "xxxx" MMC ilə bağlanmış icarə müqaviləsinin surətini ona təqdim edilməsini xahiş edir. Əks təqdirdə qeyri-yaşayış obyektinin boşaldılaraq ona təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalacaq. Eyni zamanda həmin məsələ ilə əlaqədar olaraq Dövlət Vergi Xidmətinə müraciət olunacaqdır. İş üzrə İddiaçı tərəfindən Cavabdeh ünvanlanmış pretenziya məktubundan (maneələrin aradan qaldırılması pretenziyasına cavab olaraq) görünür ki, Cavabdeh ona göndərdiyi ünvan 4, 103 saylı mənzil və həmin mənzilə aid olan qarajın ½ paylarının istifadəsinə maneələrin aradan qaldırılması ilə əlaqədar müraciətinə cavab olaraq bildirmək istəyir ki, qeyd olunan mənzillə əlaqədar bildiyi kimi həmin ünvanda o, və birgə nikahdan olan 3 övladları yaşayır. Eyni zamanda birgə nikah dövründə əldə olunmuş əmlakların bir çoxu bölünməsinə baxmayaraq onun həmin əmlaklara istifadə hüququ Cavabdeh tərəfindən məhdudlaşmışdır. Bildirmək istəyir ki, 2018-ci il tarixdən o, həmin ünvanda yerləşən mənzillə və qaraja görə hər ay 500 manat üzvlük haqqı ödəyir. həmin məbləğ 42000 manat pul edir. Həmin məbləğin 50% Cavabdeh aid olsa da, Cavabdeh bu günədəe heç bir vəsait ödəməmişdir. Qarajla bağlı bildirmək istəyir ki, Cavabdeh həmin obyektdən istifadəsini heç bir məhdudlaşdırmayıb, ancaq Cavabdeh yenə də heç bir üzvlük haqqını ödəməmişdir. Ona məxsus əmlakları isə icarəyə verərək oradan gəlir əldə etmişdir. Beləliklə, Cavabdeh ona faktiki olaraq 21.000 manat vəsait ödəməlidir. Buna baxmayaraq hesab edir ki, həmin məsələnin daha detallı müzakirəsi üçün mediasiya qurumuna müraciət etməsi daha məqsədəuyğun olardı. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş X2 (İMS) sonra prosesin davam etdirə bilməməsi barədə MŞB/9/2024-01418 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, “Cavabdeh paylı mülkiyyətdə olan ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i 300.000 manat və s.” tələbinə dair mübahisəsi üzrə İddiaçı nümayəndəsi Vəkil1 və Cavabdeh nümayəndəsi Vəkil2 Qəzərfər qızı xx.xx.2024-cü il tarixdə saat 15.00-da keçirilən ilkin mediasiya sessiyasında iştirak etmişlər. Lakin hər iki tərəf mediasiya prosesini davam etdirməyə razılıq verməmişlər. İş üzrə Bakı 15 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə MŞB/MT015/2024-0389-02 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X3 “Paylı mülkiyyətdə olan Bakı şəhəri Nəsimi rayonu, Bakıxanov küçəsi, 26A, 103 saylı mənzilin və qarajın istifadəsində maneələrin aradan qaldırılması və eyni zamanda mənzilin və qarajın açarları təqdim edilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2024-cü il tarixdə, saat 11.00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında İddiaçı iştirak etməmişdir. İş üzrə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, uçot baza məlumatlarında "xxxx" MMC-nin (VÖEN: **********) adına qeydiyyatdan olan Bakı şəhəri, Səbail rayonu, Əhməd Cavad küçəsi, 129-cu məhəllədə yerləşən **********-17004 kodlu təsərrüfat subyektinin (obyektinin) icarə haqqı məbləği 1500 manat, X1 (VÖEN: **********) adına qeydiyyatda olan ünvan 9 ünvanda yerləşən **********-17001 kodlu təsərrüfat subyektinin (obyektinin) isə icarə haqqı məbləği 300 manat olmaqla Qəhrəmanov Nadir Fərrux oğlundan (Pin:0SQRRAE) icarəyə götürülməsi barədə məlumat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş ödəniş qəbzlərin surətlərindən görünür ki, İddiaçı tərəfindən ünvan 4 “Saatlı ev” yaşayış kompleksində yerləşən 103 saylı mənzilə dair aylıq kommunal ödənişlərinə görə 2020-ci ilin yanvar ayı üçün – 414 manat, 2020-ci ilin sentyabr ayın üçün – 476 manat, 2021-ci ilin fevral ayı üçün – 419,55 manat, 2022-ci ilin iyul ayı üçün - 943 manat (4.536,90 manat qalıq qalmış), 2023-cü ilin iyun ayı üçün – 443 manat (226,85 manat qalıq qalmış), 2024-cü ilin oktyabr ayın üçün – 698,75 manat, 2024-cü ilin noyabr, dekabr ayı üçün – 545,55 manat, 2025ci ilin yanvar ayı üçün – 484,55 manat ödəniş edilmişdir. İş üzrə "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanda yerləşən “Saatlı Ev” yaşayış kompleksi adlandırılmış "xxxx" MMMC-nin istifadəsində olan 103 saylı mənzilində 2017-ci il tarixdən etibarən yaşamağa başlamışdır. İddiaçı müntəzəm olaraq "xxxx" MMMC-yə kommunal ödənişləri həyata keçirmiş və 2024-cü il noyabr ayı da daxil olmaqla kommunal ödənişlərə dair heç bir borcu yoxdur. İş materiallarına əlavə edilmiş "xxxx" MMMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı ünvan 4 “Saatlı ev” yaşayış kompleksi adlandırılmış "xxxx" MMMCnin istifadəsində olan binanın 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanmasına görə xx.xx.2022-ci il tarixdən etibarən (34 ay) aylıq 412,55 manat dəyişilməz qiymətdən kommunal ödənişləri və sayğac göstəricilərinə əsasən aylıq soyuq su ödənişlərini ödəmişdir. Konstitusiyanın 60-cı maddəsinin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 125-ci maddəsinin Vİİ hissəsinə əsasən, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Konstitusiyanın 127-ci maddəsinin İİ və Vİİ hissələrində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq, məhkəmələrin birbaşa təyinatını ədalət mühakiməsini həyata keçirməklə pozulmuş hüquq və azadlıqları bərpa etmək təşkil edir. Ədalət mühakiməsi qanunla müəyyən edilmiş qaydada işə baxılması əsasında qanuni və əsaslı məhkəmə qərarının çıxarılması, hər bir fiziki və hüquqi şəxsin Konstitusiyadan, qanunlardan və digər normativ hüquqi aktlardan irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiqi ilə nəticələnməlidir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər xx.xx.1995-ci il tarixdə rəsmi nikaha daxil olmuş, Səbail rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuşdur. Birgə nikah dövrü ərzində tərəflərin adlarına müxtəlif daşınar və daşınmaz əmlaklar qeydiyyata alınmışdır. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, xx.xx.2023-cü il tarixdə qanuni qüvvəyə minmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin (hakim Rəna Qafarova) 2(009)-33/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə ilkin və qarşılıqlı iddiaları təmin edilərək, ünvan 4, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə və ünvan 1 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə payları müəyyən edilmişdir. Məhkəmə iclasında digər tərəfdən müəyyən edilmişdir ki, ünvan 4, 103 saylı mənzildə yalnız İddiaçı tərəflər arasında nikah rəsmi qaydada pozulduqdan sonra övladları ilə birlikdə yaşayır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən qeyriyaşayış sahəsi tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüquqları yarananadək cavabdehin atası tərəfindən icarəyə verilmiş, icarə müqaviləsində icarədar qismində Qəhrəmanov Nadir Fərrux oğlu çıxış etmiş, icarəyə götürən ”Medikal Klinikası” MMC icarəyə götürdüyü qeyri-yaşayış sahəsinə görə 1500 manat, sahibkar fiziki şəxs Gülnarə Zeynalova isə 300 manat icarə haqqı ödəmişdir, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququ yarandığı vaxtdan sonra icarə müqaviləsi bağlanılmamışdır. İlkin iddia üzrə İddiaçı tərəfindən qaldırılan iddiadan görünür ki, Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-33/2022 saylı qətnaməsi ilə ünvan 4, 103 saylı mənzilə və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinə onun və Cavabdeh hər birinin ½ hissədə paylar və ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə İddiaçı və Cavabdeh hər birinin ½ hissədə paylar müəyyən edilmişdir. Ali Məhkəmənin xx.xx.2023-cü il tarixli 2(102)-962/2023 saylı qətnaməsi ilə Səbail rayon Məhkəməsinin qətnaməsi qüvvədə saxlanılmışdır. Onun əmlak üzərində mülkiyyət hüququ Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxs tərəfindən verilmiş ********** qeydiyyat nömrəsi xx.xx.2023-cü il tarixli çıxarışla rəsmiləşdirilmişdir. Məhkəmə qətnaməsi ilə sübuta yetirilmişdir ki, həmin əmlaklar birgə nikah dövründə alınıb və onlardan istifadə etmək hər birinin hüququdur. Buna baxmayaraq cavabdeh 2018-ci ildən bu günədək ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə iddiaçıya ayrılmış hissənin ona təhvil verilməsinə maneələr yaradır. Ondan əlavə olaraq cavabdeh 343,20 kv.m.sahəni bütövlükdə icarəyə verərək oradan gəlir əldə edir. Cavabdeh qeyriyaşayış obyektinin bir hissəsini “Oliva” gözəllik salonuna, bir hissəsini də “Mediplanet” klinikasına icarəyə verib. Qeyri-yaşayış sahəsi şəhərin mərkəzində yerləşir və cavabdeh hər obyekt üçün aylıq 10000 manat kimi icarə haqqı alır. Hesab edir ki, cavabdeh qərəzli mövqe sərgiləməklə qəsdən olaraq 6 ildir ki, onun həmin obyektə sahib çıxmasına maneələr yaradır və belə olan halda onun əldən çıxan faydanı və gəlirin 50% ona ödəməlidir. 5 ildir ki, 2019-2024-cü il dövrü üçün cavabdeh həmin obyekti icarəyə verməklə orta hesabla illik 120.000 manat gəlir əldə edir. 5 ildə həmin məbləğ 600.000 manat edir. Hesab edir ki, cavabdeh əldə etdiyi gəliri aralarında bölüşdürməlidir. Ondan əlavə olaraq Səbail rayon Məhkəməsinin 2(009)-2722/2018 saylı, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə aralarında bəzi əşyalar bölüşdürülmüş, həmin əşyaların arasında qiyməti 80.000 ABŞ dolları olan “Candella” lazer aparatı da mövcuddur. Cavabdeh həmin aparatı ayrıca icarəyə verərək ordan da gəlir əldə edir. Həmin aparatın aylıq icarə haqqı 2000 manat civarındadır. Bundan başqa, ünvan 4, 103 saylı mənzildə İddiaçı birgə nikahdan olan 3 övladı ilə yaşayır, eyni zamanda 2018-ci il tarixdən o, həmin ünvanda yerləşən mənzilə və qaraja görə hər ay 500 manat üzvlük haqqı ödəyir. Həmin məbləğ 42.000 manat pul edir. Həmin məbləğin 50% Cavabdeh aid olsa da, Cavabdeh gu günədək heç bir vəsait ödəməmişdir. Qarajla bağlı bildirmək istəyir ki, Cavabdeh həmin obyektdən istifadəsini heç kim məhdudlaşdırmayıb, ancaq Cavabdeh yenə də heç bir üzvlük haqqını ödəməmişdir. Ona məxsus əmlakları isə icarəyə verərək oradan gəlir əldə etmişdir. Beləliklə Cavabdeh ona faktiki olaraq 21.000 manat vəsait ödəməlidir. Ondan əlavə olaraq Bakı şəhəri, Səbail rayonu, 129-cu məhəllə, Əhməd Cavad küç.3 ünvanda yerləşən qeyri-yaşayış sahəsinə ona ayrılmış hissəni qanunsuz olaraq icarəyə verərək onun ondan istifadəsinə maneələr yaradır. Bu səbəbdən iddiaçı Cavabdeh paylı mülkiyyət olan ünvan 6 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə etdiyi 600.000 manat gəlirin bölüşdürülərək gəlirin 50%-i 300.000 manat, “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat, 30.000 manat əldən çıxan faydanın, cəmi 360.000 manat məbləğin alınaraq ona ödənilməsi, ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin onun tərəfindən istifadəsi üçün maneələrin qaldırılmasının ilkin iddia üzrə Cavabdeh üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına görə ilkin iddia üzrə Cavabdeh qadağa edilməsi, ünvan 4, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin 34 ay üzrə ilkin iddia ərizəsi üzrə İddiaçı tərəfindən ödədiyi pul məbləğinin yarı hissəsinin İddiaçı ödənilməsi öhdəliyinin ilkin iddia üzrə Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh tərəfindən qaldırılan iddiadan görünür ki, İddiaçı tərəflərin paylı mülkiyyətində olan ünvan 4, 103 saylı mənzili vaxtaşırı icarəyə verir, mənzilin qıfılını dəyişmiş, ona məxsus olan bütün əşyalarını həmin mənzildən çıxartmış, taksi sürücüsünün vasitəsi ilə onun əşyalarını onun atasının evinə göndərmiş, mülkiyyətçi olan Cavabdeh ümumiyyətlə həmin mənzilə buraxmamış, eyniliklə mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerini də vaxtaşırı icarəyə vermiş, onu paylı mülkiyyətdə olan mənzilin və dayanacağın istifadəsindən maneələr törədərək məhrum etmiş, bununla da onun mülkiyyət hüququnu pozmuşdur. Bu səbəbdən iddiaçı paylı mülkiyyətdə olan ünvan 4, 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin onun tərəfindən istifadəsi üçün maneələrin aradan qaldırılmasının cavabdeh İddiaçı üzərinə vəzifə qoyulması və gələcəkdə maneələrin yaradılmasına görə cavabdeh İddiaçı qadağa edilməsini xahiş etmişdir. Məhkəmə ilk növbədə həm ilkin iddia tələbinə tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən istifadəsi üçün maneənin aradan qaldırılması hissəsinə və qarşılıqlı iddiaya hüquqi qiymət verilməsini zəruri hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələrinə müvafiq olaraq, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Konstitusiya hər kəsin mülkiyyət hüququnu, mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və sərəncam vermək hüquqlarını nəzərdə tutur, habelə mülkiyyətin, o cümlədən xüsusi mülkiyyətin qanunla müdafiəsinə təminat verir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülkiyyət hüququ hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit olunmuşdur. Mülki Məcəlləyə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur (Mülki Məcəllə, 152.1-ci maddə). İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir (Mülki Məcəllə, 213.1-213.3-cü maddələr). Qüvvədə olan qanunvericiliyə əsasən ümumi mülkiyyətdə olan əşyanın ideal və real bölgüləri mümkündür. İdeal bölgü əşyanın fiziki cəhətdən bölünmədən əşya üzərində mülkiyyət hüququnda payların müəyyən edilməsini, real bölgü isə əşyanın fiziki cəhətdən mülkiyyətçilər arasında ideal paylarına müvafiq olaraq faktiki bölünməsini nəzərdə tutur. İdeal bölgüdən fərqli olaraq, real bölgüdə hər bir mülkiyyətçi (və ya ayrılan mülkiyyətçi) öz hissəsi üzərində tam mülkiyyət hüququna malik olmaqla, fərdi mülkiyyətçi halına gəlir. Qanunverici paylı mülkiyyətdə olan əşyanın real bölgüsündən əvvəl bütün mülkiyyətçilərin mənafelərini nəzərə almaqla paylı mülkiyyətdə olan əşyaya sahiblik, ondan istifadə və ona (və ya konkret paya) sərəncam verilməsinə dair aralarındakı ixtilafların həll edilməsi ilə bağlı bir sıra fərqli hüquqi mexanizmlər müəyyən etmişdir ki, bu da mülkiyyət hüququnun toxunulmazlığı prinsipi çərçivəsində bütün payçıların mülkiyyət hüquqlarının əlverişli şəkildə müdafiəsinə xidmət edir. Ümumi paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydasının müəyyən edilməsi – paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər, razılaşma əldə edilmədikdə isə əşyaya sahiblik və ondan istifadə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Yuxarıda qeyd edildiyi kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsindən istifadə edilməsi ilə əlaqədar, Cavabdeh paylı mülkiyyət hüququ üzrə tərəflərə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilindən istifadə edilməsi ilə əlaqədar maneələr mövcuddur. Qanunvericiliyin mülkiyyətlə bağlı qeyd edilən normaların tələbləri baxımından məhkəmə hesab edir ki, paylı ümumi mülkiyyətin mülkiyyətçiləri olan tərəflər (iddiaçı və cavabdeh) ümumi mülkiyyətdə olan daşınmaz əmlaklardan istifadə qaydası haqqında razılığa gələ bilmədikləri üçün onların həmin tələblə bağlı məhkəməyə müraciət etmələri əsaslı hesab edilməli, həmçinin tərəflərin paylı mülkiyyətdə olan əmlakdan istifadə edilməsinə qarşı tərəfin maneçilik törədilməsi əsassız hesab edilməli, əmlakdan istifadəyə maneə yaradılması paylı mülkiyyətçinin əmlak üzərində olan mülkiyyət hüquqlarının məhdudlaşdırılması kimi qiymətləndirilməlidir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab ki, ilkin iddia tələbi tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin iddiaçı tərəfindən istifadəsi üçün maneənin aradan qaldırılması hissəsində və qarşılıqlı iddia əsaslı olduğu üçün təmin edilməlidir. Məhkəmə ilkin iddianın tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən əldə edilən 600.000 manat gəlirin 50%-ni təşkil edən 300.000 manatın cavabdehdən tutulması hissəsi üzrə aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 216-cı maddəsinə əsasən mülkiyyətçilər arasında razılaşma ilə ayrı qayda nəzərdə tutulmayıbsa, paylı mülkiyyətdə olan əşyanın istifadəsindən götürülən bəhər, məhsul və gəlir ümumi əmlakın tərkibinə daxil olur və paylı mülkiyyətin mülkiyyətçilərinin paylarına uyğun surətdə onlar arasında bölüşdürülür. Yuxarıda qeyd edildiyi kimi məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ məhkəmə qətnaməsi ilə müəyyən edilənədək və daşınmaz əmlakın dövlət reyestrində tərəflərin paylı mülkiyyət hüququ qeydiyyata alınanadək həmin qeyri-yaşayış sahəsi Cavabdeh atası Nadir Qəhrəmanov tərəfindən icarəyə verilmiş, icarəyə verilmiş əmlaklara görə aylıq cəmi 1800 manat icarə haqqı alınmışdır. Məhkəmə Cavabdeh nümayəndəsi və vəkili Vəkil2 göstərilən qeyri-yaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququ yaranandan sonra həmin sahənin əvvəlki icarəyə götürənlər tərəfindən təmənnasız, yəni icarə haqqı vermədən istifadə etdikləri səbəbindən ilkin iddia tələbinin cavabdehdən icarə haqqının yarısının tutulması hissəsində iddianı əsassız hesab edilməsinə dair qeyd edilən dəlillərini məntiqli hesab etmir. Belə ki, tərəflərin həmin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüququ yarananadək icarə haqqı ödəyən icarəçinin sonradan əvəzsiz icarəyə götürdüyü əmlakdan istifadə etməsi inandırıcı və ağlabatan mühakimə kimi qəbul edilə bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, İddiaçı icarəyə verilmiş əmlakın icarə haqqının yarı hissəsinin cavabdehdən tutulması barədə tələb irəli sürməsi əsaslı hesab edilməlidir. Lakin məhkəmə hesab edir ki, məhkəmə iclasında iddiaçının icarəyə verilmiş əmlakın icarəsindən əldə edilən vəsaitin 600.000 manat təşkil etməsi barədə dəlilləri əsassızdır. Belə ki, məhkəmənin sorğusu əsasında əldə edilmiş məlumata əsasən mübahisəli qeyri-yaşayış sahəsi 1800 manata icarəyə verilmişdir. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsi və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmiş qaydada inzibati orqan olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Daşınmaz əmlaka mülkiyyət hüququ və onunla bağlı digər hüquqların dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydaları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla müəyyən edilmişdir. Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş əmlak hüquqlarının, o cümlədən mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatı əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də əmlak hüququ sahiblərinin mənafelərinin qorunması baxımından vacibdir. Bu qeydiyyat nəticəsində şəxsin qanunla müəyyən edilmiş qaydada və əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka dair hüquqlarının tanınması bu hüquqların pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair hüquqları (mülkiyyət və s.) təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 11-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Qeyd edildiyi kimi tərəflərin qeyri-yaşayış sahəsi üzərində paylı mülkiyyət hüquqları qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmişdir. Təqdim olunan çıxarışda qeyriyaşayış sahəsi üzərində paylı mülkiyyət hüququnun xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması müəyyən edilsə də, məhkəmə hesab edir ki, payların müəyyən edilməsinə dair qətnamə xx.xx.2023-cü il tarixdə qüvvəyə mindiyi üçün tərəflərin həmin əmlak üzərində paylı mülkiyyət hüququnun yaranması da həmin tarixdən qəbul edilməlidir. Məhkəmə mübahisəli qeyri-yaşayış sahəsinin 1800 manata icarəyə verilməsini, həmin qeyriyaşayış sahəsi üzərində tərəflərin paylı mülkiyyət hüququnun yaranmasından qətnamə qəbul edilən tarixədək olan müddətin 21 ay 21 gün təşkil etməsini nəzərə alaraq hesab edir ki, həmin müddət ərzində əldə edilən icarə haqqı – 50.000 manatın ½ hissəsini təşkil edən 25.000 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə ilkin iddia tələbinin cavabdehdən “Candella” lazer aparatının icarəyə verilməsinə görə 30.000 manat məbləğində pulun tutulması hissəsi üzrə hesab edir ki, həmin hissədə tələb təmin edilməməlidir. Belə ki, həmin lazer aparatının aylıq 2000 manata icarəyə verilməsini təsdiq edən sübutlar iddiaçı tərəfindən məhkəməyə təqdim edilmədiyindən, məhkəmə hesab edir ki, həmin hissədə iddia tələbi əsaslı hesab edilə bilməz. Məhkəmə iddia tələbinin 30.000 manat əldən çıxmış faydanın tutulması tələbləri üzrə qeyd edir ki, həmin hissədə də tələb təmin edilməməlidir. Belə ki, iddiaçı həmçinin bu tələbin təmin edilməsinə dair sübutları da məhkəməyə təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüquqi pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüquqi pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Məhkəmə iddia tələbinin tərəflərə paylı mülkiyyət hüququ üzrə məxsus olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilin və zirzəmidəki 61 No-li dayanacaq yerinin saxlama xərci kimi ödədiyi pul vəsaitinin 50%-ni təşkil edən 8500 manatın cavabdehdən tutulması hissəsində qeyd edir ki, həmin hissədə iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında tədqiq olunmuş sübutlarla ("xxxx" MMMC-nin arayışı), həmçinin iddiaçının nümayəndəsinin izahatı və məhkəməyə təqdim etdiyi ərizə ilə 34 ay üzrə qeyd edilən mənzilin ümumi istifadə sahələrinin saxlanılmasına görə İddiaçı tərəfindən aylıq 412,55 manat olmaqla cəmi 14.026 manat ödənişin edilməsi müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı tərəfindən 14.026 manat ödənişin edilməsi nəzərə alınaraq həmin məbləğin 50% təşkil edən 7.013 manat məbləğində pul cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Beləliklə məhkəmə yuxarıda göstərilənlərə məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, ilkin iddia tələbləri qismən təmin edilməli, qarşılıqlı iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. Cavabdeh İddiaçı xeyrinə paylı mülkiyyətdə olan ünvan 6 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin icarəyə verilməsindən həmin əmlak üzərində tərəflərin paylı mülkiyyət hüququ yarandığı andan məhkəmə qətnaməsi qəbul edilən tarixədək keçən müddət ərzində əldə edilən 50.000 manat gəlir bölüşdürülərək gəlirin 50%-ni təşkil edən 25.000 (iyirmi beş min) manat məbləğində pul tutulsun. ünvan 1 ünvanda yerləşən sahəsi 343,20 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı tərəfindən istifadəsi üçün yaradılan maneə aradan qaldırılsın, gələcəkdə maneələrin yaradılması Cavabdeh qadağa edilsin. Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilinə və həmin binanın ümumi istifadə sahələrinin saxlanılmasına görə 34 ay üzrə İddiaçı tərəfindən ödənilmiş 14.026 manat xərcin 50%-ni təşkil edən 7.013 (yeddi min on üç) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia tələbi qalan hissədə təmin edilməsin. Qarşılıqlı iddia tələbi təmin edilsin. Paylı mülkiyyətdə olan Bakı şəhəri, Nəsimi rayonu, Bakıxanov küçəsində yerləşən 26A saylı evin 103 saylı mənzilin və həmin mənzilə aid olan "xxxx" MTK tərəfindən inşa edilmiş binanın zirzəmisindəki 61 No-li dayanacaq yerinin Cavabdeh tərəfindən istifadəsi üçün yaradılan maneə aradan qaldırılsın, gələcəkdə maneələrin yaradılması İddiaçı qadağa edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar