Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2079/2024 18.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X9 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı - Cavabdeh qarşı «əsassız ödənilmiş alimentin geri tələb edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsində 18 oktyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «əsassız ödənilmiş alimentin geri tələb edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 7911,50 manat pul vəsaitinin və 106 manat dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsinibelə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə mənimləCavabdeh arasında bağlanmış nikahın pozulması, birgə nikahdan olan uşaqlar X5 və X6 anasının yaninda qalmaları və uşaqların saxlanılması üçün hər ay qazancımın 1/3 hissəsimiqdarında alimentin tutularaq Nərmin Süleymanovaya ödənilməsi qət edilmişdir. İşdən azad olunmağımla əlaqədar olaraq aliment ödənişinin sabit pul məbləğində tutulması zərurəti ilə əlaqədar olaraq Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nəzərdə tutulmuş alimentin miqdarı dəyişdirilərək, hər uşaq üçün hər ay 170 manat olmaqla, cəmi 340 manat sabit pul məbləğində alimentin tutularaq Nərmin Süleymanovaya ödənilməsi qət edilmişdir. Cavabdeh ilə rəsmi nikahda olduğumuz vaxtda 27 iyul 2014-cü il təvəllüdlü X7 doğulmuşdur. Qeyd edirəm ki, X3 Nərminə Telman qızı birgə nikahda olduğumuz vaxtda doğulsada, uşağın atası olmamağımla bağlı ciddi əsaslarım olduğundan, X6 atası olmamağımla bağlı iddia tələbi ilə məhkəməyə müraciət etdim və Səbail rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddia tələbim təmin olunaraq, mənim 27 iyul 2014-cü il təvəllüdlü X6 atası olmamağım müəyyən edilmişdir. Bildirirəm ki, xx.xx.2019-cu il tarixindən sonrakı dövr ərzində X5 və X1 üçün cavabdehə ümumilikdə 15823 manat məbləğində ailment ödənişiedilmişdir. Bakı şəhəri, Səbail rayon Məhkəməsinin qanuni qüvvəsini almış xx.xx.2022-ci il tarixli qətnaməsi ilə mənim X6 atası olmamağım müəyyən edildiyindən, ödənilmiş 15823 manat məbləğində ailmentin 50% hissəsi, yəni 7911,50 manat məbləği atası olmadığım uşağın saxlanılmasına sərf edilmişdir. Bu səbəbdən də 7911,50 manat məbləğində əsassız olaraq ödənilmiş alimentin geri qaytarılmasını Cavabdeh təklif etsəmdə,cavabdeh bundan imtina etmişdir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddianı müdafiə edərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilmiş, lakin üzrlü səbəb olmadan o, məhkəmə iclasında iştirak etməmiş və məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılması mümkün saymışdır. İş materiallarında olan: Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4784/2022 saylı qətnaməsinə əsasən 03 noyabr 2010-cu il təvəllüdlü X8 və 27 iyul 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Səbail rayon Məhkəməsinin 2(009)-1831/2022 saylı qətnaməsinə əsasən İddiaçı 27 iyul 2014-cü il təvəllüdlü X6 atası olmadığı müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin nikahı dövründə 03 noyabr 2010cu il təvəllüdlü X8 və 27 iyul 2014-cü il təvəllüdlü X7 anadan olmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4784/2022 saylı qətnaməsinə əsasən 03 noyabr 2010-cu il təvəllüdlü X8 və 27 iyul 2014-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün İddiaçı Cavabdeh xeyrinə tutulan alimentin miqdarı hər uşaq üçün 170 manat müəyyən edilmişdir. Sonradan Səbail rayon Məhkəməsinin 2(009)-1831/2022 saylı qətnaməsinə əsasən İddiaçı 27 iyul 2014-cü il təvəllüdlü X6 atası olmadığı müəyyən edilmişdir. Hazırda iddiaçı məhkəməyə müraciət edərək, 27 iyul 2014-cü il təvəllüdlü X2 üçün ödəmiş olduğu alimentin cavabdehdən onun xeyrinə geri qaytarılmasını xahiş edir. AR Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.1-ci maddəsinə görə valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, habelə alimentin valideynin qazancından, (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən edilə bilər. 109.1-ci maddəsinə əsasən aliment başqa qarşılıqlı tələblərlə hesablaşmaya cəlb edilə bilməz. 109.2-ci maddəsinə əsasən aşağıdakı hallar istisna olmaqla, alimentin ödənilmiş məbləği geri tələb oluna bilməz: 109.2.1. aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədəqorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edildikdə; 109.2.2. məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktı məhkəmə hökmü ilə təsdiq olunduqda; 109.2.3. aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunduqda. Məhkəmə işin hallarını yuxarıda göstərilən maddi hüquq normalarına istinadən qiymətləndirərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız olduğundan təmin edilməməlidir. Belə ki, aliment məbləği xeyirlərinə aliment kəsilmiş şəxslərin dolanışıq ehtiyaclarına sərf edildiyi üçün qanunvericilik alimentin ödənilmiş məbləğinin geri tələb olunmasını, bir qayda olaraq, qadağan edir. Lakin yuxarıda qeyd olunduğu kimi qanunvericilik 3 istisna hal müəyyən etmişdir. Belə ki, ilkin istisna hal kimi aliment ödənilməsi barədə saziş aliment ödəyən tərəfi aldatma, ona hədə-qorxu gəlmə və ya zor tətbiq etmə nəticəsində bağlandığına görə etibarsız hesab edilməsi nəticəsində ödənilmiş alimentin geri tələb edilməsi halıdır. Belə olan halda ödənilmiş aliment məbləği təqsirkardan geri tələb edilə bilər. Digər istisna hal kimi məhkəmənin qətnaməsinin, aliment ödənilməsi barədə saziş və ya icra vərəqəsinin saxtalaşdırılması faktının məhkəmə hökmü ilə təsdiq edilməsi halıdır. Saxtalaşdırma ödənilmiş alimentin geri tələb olunması üçün o zaman əsas yaradır ki, həmin hal qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə təsdiq olunsun. Sonuncu istisna hal isə odur ki, aliment alan tərəfindən yalan məlumatların verilməsi və ya saxta sənədlərin təqdim edilməsi ilə əlaqədar aliment tutulması haqqında məhkəmə qətnaməsi ləğv olunsun. Bu halda isə qətnamənin ləğvi ödənilmiş aliment məbləğinin geri alınması üçün əsas deyil. Bunun üçün yekun akt qəbul edilməlidir. Hazırki işdə qeyd olunan istisna halların heç biri mövcud deyildir. Bundan başqa, iddiaçı alimenti ödədiyi zaman uşağın qanuni atası hesab edilirdi və aliment də ondan bu əsasla qanunvericiliyin tələbinə uyğun olaraq tutulmuşdur. Sözügedən qətnamələr isə iddiaçının yeni öyrənmiş olduğu və istinad etdiyi hal üzrə yuxarı instansiya məhkəmələri tərəfindən ləğv edilməmişdir və bu barədə qanuni qüvvəsini almamışdır. İddiaçının isə uşağın qanuni atası olduğunu öyrəndikdən sonra uşağın saxlanması üçün aliment ödəməkdə davam etdiyini təsdiq edən sübut isə iş materiallarında mövcud deyildir. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığı halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumuiddiaçının özünə aid edilməlidir. AR MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 220.5-ci maddəsinə əsasən qətnamənin nəticə hissəsində iddianın tam və ya qismən təmin edilməsi və ya rədd edilməsi haqqında məhkəmənin hansı nəticəyə gəldiyi, məhkəmə xərclərinin bölüşdürülməsi, qətnamədən şikayət vermə müddəti və qaydası göstərilməlidir Şərh olunanlara əsasən və AR MPM-nın 216-220, 227, 235.1.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya alındığı gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-2079/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2079/2024
18.10.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver