Məhkəmə qərarları › İş №e-2(009)-213/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-213/2023

19.01.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-213/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əzizova Nurlanə Əziz qızının katibliyi, iddiaçı X6, onun nümayəndəsi və vəkili Vəkil1, cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə İddiaçı X6 Cavabdeh qarşı “alimentin ödənilməsindən azad olunması və aliment tutulması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X11 Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 10 avqust 2005-ci il təvəllüdlü X1 üçün 2022-ci ilin mart ayırım 08-dən etibarən uşağın yetkinlik yaşma çatanadək alimentin ödənilməsindən azad olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, Səbail rayon Məhkəməsinin 07 avqust 2013cü il tarixli qətnaməsi ilə onların birgə övladı olan X12 cavabdehin yanında saxlanılması və hər ay uşağın saxlanılması üçün qazancının dörddə bir hissəsində alimentin tutulması qət edilmişdir. Həmin qətnamə üzrə aliment ödənişi onun tərəfindən 2022-ci ilin mart ayınadək vaxtı-vaxtında ödənilirdi. Lakin 08 mart 2022-ci il tarixdən onunla cavabdeh arasında olan razılığa əsasən və uşaqlarının istəyi ilə oğlu Hüseyn onunla birlikdə yaşayır və oğlunun təminatı da onun tərəfindən tam şəkildə aparılır. Uşağın onunla qaldığını nəzərə alaraq, onlar razılığa gəldilər ki, o, aliment ödənişini saxlasın, çünki aliment məbləği elə oğluna hər halda xərclənirdi. Lakin bu yaxınlarda ona icra məmurundan iş yerinə məktub gəlib ki, onun maaşından aliment məbləği tutulmalıdır. Hesab edir ki, bu qanunsuzdur, övladı onun yanında yaşayır, 17 yaşlı övladı bunu məhkəmədə təsdiq etməyə hazırdır, eyni ilə binalarının idarəedici təşkilatı öz arayışı ilə və qonşularının imzaladıqları aktı ilə oğlunun onunla 2022-ci ilin mart ayından yaşadığını təsdiq edirlər. Hesab edir ki, o, aliment ödənişindən 2022-ci ilin mart ayından azad olunmalıdır. xx.xx.2022-ci il tarixdə iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, 10 avqust 2005-ci il təvəllüdlü X1 üçün 2022-ci ilin mart ayının 08-dən etibarən uşağın yetkinlik yaşına çatanədək alimentdən azad olunması və Cavabdeh 10 avqust 2005-ci il təvəllüdlü X1 üçün hər ay qazancının və digər gəlirlərin 1\4 hissəsi nisbətində alimentin tutularaq X9 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, 08 mart 2022-ci il tarixdən uşağın istəyi ilə Hüseyn Şıxəliyev iddiaçı ilə birlikdə yaşayır və oğlunun təminatı da iddiaçı tərəfindən tam şəkildə aparılır. Uşağın saxlanılması üçün iddiaçı tərəfindən tam şəkildə təmin edilsə də, cavabdeh uşağın saxlanılmasına köməklik etmir. Uşağın saxlanılması üçün hər iki valideynin borcu olduğunu nəzərə alaraq, onun saxlanılması üçün cavabdehdən alimentin tutulması zəruriyyəti var. Məhkəmə iddiaçının iddia tələbinin həcminin artırılması barədə ərizəsini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessul Məcəlləsinin 53-cü maddəsinə əsasən iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə baxışı zamanı iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya iddiaçı bu hərəkətlərin işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Məhkəmə iclasında iddiaçı X11 iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmiş və iddia tələbinə uyğun izahat verərək eləcə də bildirmişdir ki, 2022-ci ilin mart ayının 8-dən oğlu Hüseyn yaşamaq üçün onun yanına gəldikdən sonra uşağın bütün maddi təminatı onun tərəfindən edildiyi üçün o, cavabdehin atası ilə belə razılığa gəlmişlər ki, uşaq onunla qaldığı və bütün təminatı onun tərəfindən ödənildiyi üçün o, 08 mart 2022-ci ildən cavabdehə heç bir aliment ödəməyəcək və bu vəziyyət 2022-ci ilin noyabr ayınadək davam etmiş və cavabdeh ondan uşaq üçün aliment istəməmişdir. Lakin 2022-ci ilin noyabr ayında ona məlum olmayan səbəbdən cavabdeh birdən-birə icraya müraciət etmiş və icra məmurundan onun iş yerinə məktub gəlmişdir ki, onun maaşından aliment məbləği tutulmalıdır, baxmayaraq ki, uşaq hal-hazıradək onun yanında yaşayır. Bu səbəbdən də, o hazırki iddia ilə məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddianı qəbul etməyərək bildirmişdir ki, Səbail rayon Məhkəməsinin 07 avqust 2013-cü il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulması, uşağın ananın yanında saxlanılması və iddiaçıdan uşağın saxlanılması üçün cavabdehin xeyrinə aliment tutulması müəyyən olunmuşdur. X2 2013-cü ildən başlayaraq alimenti müntəzəm olaraq ödəmir və ya az miqdarda ödəyir və bununla bağlı cavabdeh tərəfindən icra şöbəsinə müraciət olunmuş, icra şöbəsi tərəfindən bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq tədbirlərin görülməsi üçün iddiaçının iş yerinə məktub göndərilmişdir. Bunu gördükdə, iddiaçı dərhal süni şəkildə ortalığa sübutlar çıxarır və qanunla müəyyən edilmiş aliment məbləğinin ödənilməsindən boyun qaçırmaq üçün məhkəmədə tamamilə əsassız və qanunsuz iddia qaldırır. Hal-hazırda tərəflərin övladı Hüseyn Şıxəliyevin bütün xərcləri (təhsil, geyim, nəqliyyat, qida və s.) cavabdeh tərəfindən çəkilir və iddiaçının aliment ödəməkdən boyun qaçırması uşağın təminatlarından geri qalmasına şərait yaradır. Uşaq anasının yanında qalır və atasının yanına da gedib gəlir. Məhkəmə iclasında valideynin iştirakı ilə dindirilən xx.xx.2005-ci il təvəllüdlü X12 göstərmişdir ki, o, hal-hazırda İqtisad Universitetində birinci kursda oxuyur. 2013-cü ildə valideynləri arasında olan nikah pozulduqdan sonra o, anası və ana babası ilə birlikdə yaşamışdır. Onun anası ilə aralarında əvvəllər də söz-söhbət olmuş, o, evdən gedərək bir həftə ata nənəsigildə qalmışdır. Sonra yenə də, həmin səbəbdən 1 il gedib ana nənəsigildə yaşamışdır. Lakin 2022-ci ilin mart ayının 8-də gecədən başlayaraq anası ilə aralarında olan mübahisə zəminində anası onunla yaşamaq istəmədiyini və onun evdən çıxıb getməsini tələb etdiyi üçün o, səhər saat 7-də atası Zaura zəng vuraraq, anası ilə mübahisə etdiyini, artıq anası ilə deyil, onunla yaşamaq istədiyini bildirmiş, atası gəlib onu öz yaşadığı evə aparmışdır. Həmin evdə 8 mart 2022-ci il tarixdən o atası və onun yeni ailəsi ilə bir mənzildə yaşayır və bundan sonra daim atası ilə yaşamaq istəyir. Onun bütün təminatı atası Zaur tərəfindən ödənilir. O, atasının yanında yaşamağa başlayandan sonra yalnız bir neçə aydır ki, anası ilə görüşür, bununla yanaşı, anasının yanında yaşamaq istəmir, fikri qətidir. Anası onun hər hansı təminatını ödəmir, anası ilə görüşdükdə, anası yalnız ona 10 manat xərclik verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 07 avqust 2013-cü il tarixli, 2(009)-770/2013 saylı qətnaməsindən görünür ki, iddia təmin edilmiş, X10 ilə X11 arasında xx.xx.2003-cü il tarixdə Bakı Nikah evində 3096 nömrə ilə rəsmiləşdirilmiş nikahın pozulması, tərəflərin birgə nikahdan anadan olmuş xx.xx.2005-ci il təvəllüdlü X8 anası X3 yanında saxlanılması, xx.xx.2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2013-cü il tarixdən başlayaraq X4 hər ay qazancından (başqa gəlirlərinin) dörddə bir hissəsində aliment tutularaq X5 verilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, X12 2022ci ilin mart ayından ünvan 1 nömrəli evin 82 saylı mənzilində qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli aktdan görünür ki, X12 xx.xx.2022-ci il tarixdən bu günə qədər həqiqətən ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. İş materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 2 ünvanında qeydiyyatdadır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Uşaq hüquqlarının təmin edilməsinin əsas istiqamətlərindən biri də valideynlərin onların saxlanmasında iştirakının təmin edilməsidir. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Alimentin tutulması tələbi uşaqların qayğısına qalmaq və onları tərbiyə etmənin valideynlərin borcu olması konstitusion müddəasından irəli gəldiyi üçün qanunvericilikdə alimentlə bağlı məsələlər dəqiq şəkildə müəyyən edilmiş, eləcə də alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsasları öz əksini tapmışdır. Bu baxımdan, alimentin məbləği və tutulması qaydası ilə bağlı məsələlər həll edilərkən uşaqların mənafeyi nəzərə alınmaqla yanaşı, uşaq(lar)ın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olması meyarı da əsas götürülməlidir. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün mühüm əhəmiyyət kəsb edir. Məhz göstərilən aspektdən çıxış edərək qanunverici uşaqların saxlanması üçün alimentin valideynlərdən birinin aylıq qazancına nisbətdə və ya sabit pul məbləğində tutulması əsaslarını müəyyən etməklə yanaşı, Ailə Məcəlləsinin 112-ci maddəsində müəyyən edilmiş aliment miqdarının dəyişdirilməsi və aliment ödəməkdən azad etməni təsbit etmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideyinlərdən hansının yanında qalması və uşaqlar üçün valideyinlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarının 8.14-cü bəndində izah etmişdir ki, məhkəmənin müəyyən etdiyi aliment miqdarı dəyişdirilərkən (artırılarkən və azaldılarkən) və ya şəxs aliment ödəməkdən azad edilərkən bu barədə məhkəmə qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən miqdarı dəyişdirilmiş alimentin tutulması hesablanır və ya şəxs aliment ödəməkdən azad edilir. Məhkəmə iclasında sübutların tədqiqi ilə kifayət qədər müəyyən olundu ki, tərəflərin birgə nikahdan olan uşaqları xx.xx.2005-ci il təvəllüdlü X12 xx.xx.2022-ci il tarixdən ünvan 1 nömrəli 82 saylı mənzilində atası X6 himayəsindədir və onunla birlikdə yaşayır və uşağın bütün maddi təminatı iddiaçı, atası X11 tərəfindən həyata keçirilir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, iddia qismən təmin olunmalı, iddiaçı X11 10 avqust 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsindən azad olunmalı, qalan hissədə iddia təmin edilməməlidır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. İddiaçı X11 10 avqust 2005-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün aliment ödənilməsindən azad olunsun. Qalan hissədə iddia tələbi təmin edilməsin. Qətnamədən təqdim olunan (alınan) gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar