Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2233/2025 24.10.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi (azaldılması) tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı alimentin miqdarının dəyişdirilməsi (azaldılması) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, Cavabdeh ilə isə nikahları xx.xx.2011-ci il tarixdə Bakı Nikah Evi vasitəsi ilə rəsmiləşdirilərək, el adəti ilə toy şənliyi edərək ailə həyatı qurmuşdur. Həmin nikahdan xx.xx.2012-ci il tarixdə X2 adında bir oğlan uşağı anadan olmuşdur. Bir müddət birlikdə yaşadıqdan sonra Cavabdeh onunla ər-arvad münasibətinə birdəfəlik son verərək məhkəməyə müraciət etmiş və aralarında olan nikah pozulmuşdur. Belə ki, Cavabdeh Bakı şəhəri Nəsimi rayon Məhkəməsinə “alimentin miqdarının artırılması tələbi”nə dair iddia ərizəsi ilə müraciət etmiş və həmin iddia ərizəsinə baxılaraq məhkəmənin xx.xx.2018-ci il tarixli, 2(006)- 2278/2018 saylı qətnaməsinə əsasən aliment 154 manat təyin edilmişdir. Sonuncu dəfə Cavabdeh tərəfindən verilmiş Bakı şəhəri Nəsimi rayon Məhkəməsində “alimentin indeksasiyasına” dair ərizəsi təmin olunmuş və məhkəmənin xx.xx.2025-ci il tarixli, 8(006)-365/2025 saylı qərardadı ilə indeksasiya 1.18 kimi müəyyən olunmuşdur. Məhkəmənin sözügedən qərardadından belə məlum olur ki, hər ay 472 manat aliment müəyyən olunmuşdur. O, hal-hazırda işləmir, yeni iş yeri yoxdur, məşğulluqda uçotdadır, özü isə artrit xəstəsidir. Anasının pensiyası ilə dolanır, yeni iş yeri isə tapa bilmir. Digər tərəfdən hal-hazırda cavabdehə 7000 manatdan çox aliment borcu var. Keçən müddət ərzində hər ay cavabdehə 200 manat aliment ödəmişdir. Həmin vəsaitdən 154 manatı müəyyən olunmuş aylıq alimentə görə, yerdə qalan 46 manat isə yığılıb qalmış borclara çıxılmışdır. Belə olan halda o, heç cürə cavabdehə 472 manat ödəməsi mümkün deyil. Cavabdeh isə maddi imkansızlığından istifadə edərək aliment ilə ona qarşı haqsızlıq edir. Cavabdehin ərizəsinə əsasən ölkədən çıxışına qadağa qoyulmuş və dəfələrlə haqqında icraçının vəsatətinə əsasən inzibati icraat aparılmışdır. Ona görə də hesab edir ki, bu uşağa görə ödənilən alimentin miqdarı dəyişdirilməli və aylıq ən çoxundan 200 manat civarında müəyyən olunmalıdır. Əlavə olaraq onu da deyə bilər ki, qanunvericiliyin tələbinə əsasən mediasiya sessiyasında iştirak etmişdir və MŞB/3/2025-00417 nömrəli, xx.xx.2025-ci il tarixli arayış almışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimentin miqdarının müəyyən olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək izahatında göstərmişdir ki, alimentin 2 manat aşağı düşməsinə razı ola bilər. Məhkəmədən iddianın təmin edilməməsini xahiş edir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü X2 adlı uşağı var. İş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-11946/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinin surətindən görünür ki, cavabdeh İddiaçı apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2114/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2114/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə iddia tələbinin təmin edilməsi, tərəflərin birgə nikahlarından anadan olmuş xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh İddiaçı hər ay 160 manat sabit pul məbləğində aliment alınaraq Cavabdeh verilməsi, İddiaçı 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə keçirilməsi, miqdarı dəyişdirilmiş alimentin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir. İş üzrə Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)- 2278/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilmişdir. İş üzrə Bakı 3 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı “alimentin azaldılması” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 10.30-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi Mərkəzləşdirilmiş elektron informasiya sistemindən iş yeri haqqında arayışın surətindən görünür ki, İddiaçı Mərkəzləşdirilmiş elektron informasiya sistemində qüvvədə olan əmək müqaviləsi ilə bağlı məlumat mövcud deyil. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflərin birgə nikahdan xx.xx.2012-ci il təvəllüdlü Cavad adlı uşağı anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər arasında olan nikah məhkəmə qaydasında ləğv edilmiş, birgə nikahdan olan uşağın ananın yanında saxlanılmışdır. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2114/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə İddiaçı uşağın saxlanılması hər ay 160 manat sabit pul məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2114/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı Cavabdeh İddiaçı qarşı alimentin artırılması tələbinə dair iddiası təmin edilməmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Cavabdeh ərizəsi təmin edilmiş, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2278/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsində “alimentin indeksasiyasına” dair ərizəsi təmin olunmuş və məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə indeksasiya 1.18 kimi müəyyən olunmuşdur. Məhkəmənin sözügedən qərardadından belə məlum olur ki, o, hər ay 472 manat aliment müəyyən olunmuşdur. O, hal-hazırda işləmir, yeni iş yeri yoxdur, məşğulluqda uçotdadır, özü isə artrit xəstəsidir. Anasının pensiyası ilə dolanır, yeni iş yeri isə tapa bilmir. Digər tərəfdən hal-hazırda cavabdehə 7000 manatdan çox aliment borcu var. Keçən müddət ərzində hər ay cavabdehə 200 manat aliment ödəmişdir. Həmin vəsaitdən 154 manatı müəyyən olunmuş aylıq alimentə görə, yerdə qalan 46 manat isə yığılıb qalmış borclara çıxılmışdır. Belə olan halda o, heç cürə cavabdehə 472 manat ödəməsi mümkün deyil. Cavabdeh isə maddi imkansızlığından istifadə edərək aliment ilə ona qarşı haqsızlıq edir. Bu səbəbdən iddiaçı Cavabdeh ilə birgə nikahdan olan xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ay 200 manat sabit pul məbləğində alimentin miqdarının müəyyən olunmasını xahiş etmişdir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadından görünür ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2278/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləği ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. X3 8.4-3-cu bəndinə əsasən alimentin indeksasiyasından fərqli olaraq Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş halların mövcudluğu məhkəmənin müəyyən etdiyi alimentin miqdarının (minimum əmək haqqına münasibətdə müəyyən edilmiş mislinin) dəyişdirilməsi barədə müstəqil iddianın qaldırılması üçün əsasdır. Məhkəmə qeyd edir ki, Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-2278/2018 nömrəli, xx.xx.2018-ci il tarixli qətnaməsi ilə İddiaçı tutulan alimentin məbləğinin ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 1,18 misli həddində indeksasiya olunması faktiki tutulmalı olan alimentin 472 manat həddində olmasını şərtləndirir ki, həmin məbləğ ölkə üzrə uşaqlar üçün müəyyən edilmiş yaşayış minimumu həddində (246 manat) kifayət qədər çoxdur. Bu səbəbdən, həmçinin iddiaçının hazırda işləməməsini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının aliment məbləğinin azaldılması ilə bağlı irəli sürdüyü tələb əsaslı hesab edilməlidir. Lakin məhkəmə eyni zamanda hesab edir ki, alimentin azaldılması iddiaçının tələbində göstərdiyi 200 manat həddində deyil, ölkə üzrə 2025-ci il üçün uşaqlara görə müəyyən edilmiş yaşayış minimumu həddində, yəni 246 manat həddində azaldılaraq həmin həddə müəyyən edilməlidir. Məhkəmə alimentin dəyişdirilərək (azaldılaraq) 246 manat həddində müəyyən edilməsi qənaətinə gəlinməsini, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd edilən Qərarında göstərilənləri və 2025-ci il üçün minimum əmək haqqının 400 manat müəyyən edilməsini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdeh xeyrinə yetkinlik yaşına çatmamış uşağın saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində (246:400=0,615) sabit pul məbləğində aliment tutulmalıdır. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən tutulmalı olan aliment onun məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin dəyişdirilməsi ilə bağlı tələbə aid edilə bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia qismən təmin edilsin. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 8(006)-365/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin (azaldılsın). İddiaçı xx.xx.2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,615 misli həddində sabit pul məbləğində aliment tutularaq Cavabdeh ödənilsin. Alimentin dəyişdirilməsi (azaldılması) ilə bağlı İddiaçı tutulmalı olan aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev