Məhkəmə qərarları › İş №e-2(009)-2248/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2248/2021

12.08.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2248/2021 12.08.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, ünvan 1 ünvanında yerləşən kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvan 2 ünvanında yaşayan Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti məhkəməyə ərizə ilə müraciət edərək Borclu 423 (dörd yüz iyirmi üç) manat məbləğində əsas borcun, 40 (qırx) manat məbləğində cərimə borcunun və 20 (iyirmi) manat məbləğində ödənilmiş dövlət rüsumunun, cəmi 483 (dörd yüz səksən üç) manat məbləğində pul vəsaitinin alınaraq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4-cü maddəsinə müvafiq olaraq, barəsində mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Mülki Prosessual Məcəllənin 151.1-ci maddəsinə görə, iddia ərizəsinin həmin Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Mülki Prosessual Məcəlləsinin 152.1.6-cı maddəsinə əsasən müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə ərizə və ona əlavə olunmuş sənədlər geri qaytarılır. Məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirib hesab edir ki, kreditor müqavilədə nəzərdə tutulmasına baxmayaraq, borclu ilə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınması tələbinə riayət etməmiş, riayət edildiyi halda isə buna dair sənəd ərizəyə əlavə etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279-cu maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152, 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər kreditora qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar