Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2255/2022 22.11.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil1, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, azyaşlı övladları xx.xx.2022-ci il təvəllüdlü X2 üçün aylıq 200 (iki yüz) manat aliment məbləği, habelə xəstəliyi üçün çəkilməli əlavə xərclərin qarşılanması üçün 150 manat, ümumilikdə 350 (üç yüz əlli) manat pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onunla Cavabdeh arasında "19" mart 2021-ci il tarixdə 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsində 480 N-li nikah qeydə alınmışdır. Birgə nikahlarında övladları xx.xx.2022-ci il təvəllüdlü X8 anadan olmuşdur. Onların nikahı formal xarakter daşımaqdadır. Belə ki, cavabdehlə artıq bir neçə aydır ailə münasibətləri tamamilə pozulmuşdur və cavabdeh birgə övladlarının saxlanmasında bir neçə aydır ki heç bir köməklik göstərmir. Övladlarını təkbaşına böyüdür. Azyaşlı körpənin səhhətində problemlər olduğu üçün Mərkəzi Klinikada əməliyyat olunmuş və xəstəxana xərcləri üçün 2399 manat pul vəsaiti onun tərəfindən ödənilmişdir. Səhhətində mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə ehtiyac vardır. Bu isə müəyyən maliyyə vəsaiti hesabına başa gəlir. Odur ki, X3 uzunmüddətli problemlər olduğu üçün onun saxlanılması üçün sabit aliment məbləği kifayət etməyəcəkdir. Bundan başqa cavabdeh Nərimanov Rayon Polis İdarəsinin Post Patrul xidmətində çalışır və yüksək məbləğdə məvacib alır. Lakin buna baxmayaraq övladlarının saxlanılması üçün heç bir maddi və mənəvi köməklik göstərmir. Sonradan İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, xx.xx.2022-ci il təvəllüdlü X2 üçün Cavabdeh əmək haqqı və digər əlavə gəlirlərinin ¼ hissəsi məbləğində aliment, habelə X5 xəstəliyi üçün çəkilməli əlavə xərclərin qarşılanması üçün 150 manat məbləğində pulun cavabdehdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə belə əsaslandırılmışdır ki, İddiaçı ərizə ilə müraciət edərək azyaşlı övladı xx.xx.2022-ci il təvəllüdlü X2 üçün aylıq 200 (iki yüz) manat aliment məbləği, habelə xəstəliyi üçün çəkilməli əlavə xərclərin qarşılanması üçün 150 manat, ümumilikdə 350 (üç yüz əlli) manat pulun Cavabdeh tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. AR Daxili İşlər Nazirliyi Bakı Şəhər Baş Polis İdarəsinə ünvanlanmış vəkil sorğusuna xx.xx.2022-ci il tarixli 048-602-1222 saylı cavab məktubunda bildirilmişdir ki, Cavabdeh Bakı ŞBPİ Nərimanov RPİ PPXB-nün polis nəfəri vəzifəsində işləyir və 1 aylıq əmək haqqı 821 manat təşkil edir. Bundan əlavə onun məzuniyyət pulu, maddi yardım və əmək haqqısına digər əlavələr də nəzərdə tutulmuşdur. Odur ki, iddia ərizəsinin artırılması zərurəti yaranmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, uşağın əməliyyat xərclərin iddiaçı bankdan kredit götürərək qarşılamışdır. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbini qismən qəbul edərək, iddia tələbinin – tərəflərin birgə nikahından doğulmuş xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehin aylıq gəlirinin ¼ hissəsi miqdarında alimentin tutulması hissəsinə etiraz etmədiklərini bildirmiş, uşağın əməliyyatı üçün cavabdehin 4000 manat xərc çəkdiyini, hazırda isə uşağın müalicəsinə hansı əlavə xərclərin tələb olunması barədə sübut təqdim edilmədiyini, gələcəkdə zərurət yaranarsa özünün könüllü olaraq yardım göstərəcəyini bildirərək iddianın əlavə xərclərin qarşılanması üçün 150 manat tutulması hissəsində təmin edilməməsini xahiş etmişdir. Məhkəmə tərəflərin nümayəndə və vəkillərinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İİ seriyalı, 433136 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə X6 arasında xx.xx.2021-ci il tarixdə nikah bağlanmış və həmin nikah 480 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada “Məmmədova” soyadı verilmişdir. İş materiallarında olan 3 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş Mərkəzi Klinikanın 41959 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, X7 göstərilən tibbi xidmətlərin məbləği 2398.57 (iki min üç yüz doxsan səkkiz manat, əlli yeddi qəpik) manat təşkil edir və göstərilən tibbi xidmətlərin qarşılığı olaraq kassaya 2399 ( iki min üç yüz doxsan doqquz) manat məbləğində vəsait ödənilmişdir. İş materiallarına əlavə edilmiş X4 görünür ki, xx.xx.2022 tarixində xəstə stasionara yatızdırıldı. Parenteral qidalanma başlandı. xx.xx.2022 tarixində xəstəyə “Piloromiotomiya “ əməliyyatı icra edildi. Əməliyyatdan sonrakı dövr fəsadsız keçdi. Xəstə kafi vəziyyətdə ambulator müşahidəyə göndərildi. İş materiallarına əlavə edilmiş Xırdalan şəhər Vəkili Bürosunun vəkili Vəkil1 sorğusuna əsasən Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, ********** nömrəli cavab məktubundan görünür ki, Bakı şəhəri, BPİ Nərimanov RPİ PPXB-nin polis nəfəri, polis serjantı Cavabdeh bir aylıq əmək haqqı 821 (səkkiz yüz iyirmi bir) manat təşkil edir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 956 Saylı Arayışdan görünür ki, Diaqnoz: Pilorostenoz. Əməliyyatdan sonrakı vəziyyət. Müayinə və müalicə məqsədilə daim həkim nəzarətindədir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən, uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay aşağıdakı miqdarda aliment tutulur: 1 uşağa görə—qazancın və (və ya) valideynlərin başqa gəlirlərinin dörddə bir hissəsi; 2 uşağa görə—qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi; və daha çox uşağa görə—qazancın (başqa gəlirlərin) yarısı. Bu payların miqdarı məhkəmə tərəfindən tərəflərin ailə və maddi vəziyyəti, eləcə də diqqətəlayiq olan başqa hallar nəzərə alınmaqla azaldıla və artırıla bilər. (AM 76.2) Həmin Məcəllənin 81.1-ci maddəsinə əsasən, alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, şikəst olan uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi vəziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur. (AM 81.2) Alimentin miqdarını müəyyən edərkən məhkəmə uşağın mənafeyini, onun əvvəlki təminat səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını, tərəflərin maddi və sosial vəziyyətini, eləcə də cavabdehin iddianın alimentin cavabdehin aylıq qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında tutulmasına etiraz etməməsini nəzərə alaraq hesab edir ki, tərəflərin azyaşlı uşağı xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün cavabdehdən hər ay onun qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında alimentin tutulması uşağın mənafeyi baxımından məqsədəuyğundur. Məhkəmə iddianın əlavə xərclərin tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı azyaşlı uşağının səhhətində problemlər olduğu üçün Mərkəzi Klinikada əməliyyat olunmasına və səhhətində mövcud olan problemlərlə bağlı daimi olaraq müalicə və müayinələrə ehtiyac olmasına istinad edərək cavabdehdən müalicə xərcləri üçün əlavə olaraq 150 manat tutulmasını xahiş etmiş, cavabdeh isə uşağın səhhətində problemlər olmasını və bununla bağlı əməliyyat olunduğunu təkzib etməyərək hazırda uşağın müalicəsinə hansı əlavə xərclərin tələb olunması barədə sübut təqdim edilmədiyini, gələcəkdə zərurət yaranarsa özünün könüllü olaraq yardım göstərəcəyini bildirərək iddianın əlavə xərclərin qarşılanması üçün 150 manat tutulması hissəsində təmin edilməməsini xahiş etmişdir. İş materialları ilə müəyyən edilir ki, tərəflərin uşağı əməliyyat keçirmiş və hazırda mövcud diaqnoz: Pilorostenoz. Əməliyyatdan sonrakı vəziyyət. Müayinə və müalicə məqsədilə daim həkim nəzarətindədir. (arayış xx.xx.2022-ci il) Məhkəmə, xx.xx.2022-ci il təvəllüdlü X5 hazırki sağlamlıq vəziyyəti ilə bağlı müayinə və müalicə məqsədilə daim həkim nəzarətində olduğunu nəzərə alaraq hesab edir ki, bununla əlaqədar yaranan xərclərə uşağın atası Cavabdeh da cəlb edilməlidir. Məhkəmə uşağın sağlamlıq vəziyyətini, tərəflərin maddi vəziyyətini, həmçinin cavabdehin uşağın saxlanılması üçün aliment ödəməli olmasını nəzərə alaraq hesab edir ki, əlavə xərclərin tutulması hissəsində qismən təmin edilməklə, cavabdehdən iddiaçının xeyrinə xx.xx.2022-ci il təvəllüdlü X5 (xəstəliyin mövcud olduğu müddətdə) müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 60 (altmış) manat tutulmalıdır. Məhkəmə, alimentin hansı vaxtdan tutulması ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Lakin, iş materiallarından görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2255/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə 03 oktyabr 2022-ci il tarixdən hesablanaraq iş üzrə yekun qətnamə qəbul olunanadək xx.xx.2022-ci il təvəllüdlü X1 üçün Cavabdeh hər ay sabit pul məbləğində 193 (bir yüz doxsan üç) manat müvəqqəti aliment tutularaq İddiaçı verilməsi qərara alınmışdır. Belə olan halda, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(009)-2255/2022 saylı qərardadı ilə xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində alimentin müvəqqəti tutulması və iş üzrə qətnamə çıxarılanadək alimentin tutulması barədə qərardadın qüvvədə saxlanılması faktı nəzərə alınmalı və alimentin tutulması məhkəməyə müraciət edildiyi vaxtdan deyil, qətnamənin çıxarıldığı vaxtdan, yəni xx.xx.2022-ci il tarixdən başlayaraq müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. (119.2.) Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 1000 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə iddianın təmin olunduğunu, iddiaçının qanunla müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edildiyini, 50 manat mediasiya xərci çəkildiyini nəzərə alaraq və sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, cavabdehdən (821 əmək haqqı : 4=1/4 hissə + 150 = 355,25 x12ay = 4263 – 50=4213 manat) 62,13 (altmış iki manat on üç qəpik) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir. Beləliklə, məhkəmə mülki iş üzrə araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməli, xx.xx.2022ci il tarixdən hesablanaraq xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment və qətnamə qanuni qüvvəyə mindiyi vaxtdan xx.xx.2022-ci il təvəllüdlü X5 xəstəliyin mövcud olduğu müddətdə müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə rədd edilməlidir. 62,13 (altmış iki manat on üç qəpik) manat dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. xx.xx.2022-ci il tarixdən hesablanaraq xx.xx.2022-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatana qədər saxlanılması üçün Cavabdeh hər ay qazancının və başqa gəlirlərinin ¼ hissəsi miqdarında aliment Cavabdeh tutularaq İddiaçı ödənilsin. xx.xx.2022-ci il təvəllüdlü X5 (xəstəliyin mövcud olduğu müddətdə) müalicəsinə çəkilən əlavə xərcə görə hər ay 60 (altmış) manat məbləğində pul Cavabdeh tutularaq İddiaçı ödənilsin. 62,13 (altmış iki manat on üç qəpik) manat dövlət rüsumu Cavabdeh tutularaq dövlət büdcəsinə köçürülsün. İddia qalan hissədə təmin edilməsin. Qətnamənin aliment tutulması hissəsi dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi (elektron məhkəmə sistemi vasitəsilə) vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2255/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2255/2022
22.11.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver