Məhkəmə qərarları › İş №e-2(009)-2296/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2296/2023

19.12.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2296/2023 19.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, Cavabdehin nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehnə qarşı mənəvi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, bu hadisə nəticəsində qardaşı, arxası, dayağı olan X2 itirmişdir. Yaşadığı acını sözlərlə ifadə etməkdə çətinlik çəkir. Onun üçün əziz olan qardaşını itirmək ona unudulması mümkün olmayan əzab və iztirab vermişdir. Qardaşı iş yerində su anbarına düşərək boğulmuş və hadisə yerində ölmüşdür. Onun meyiti bir neçə saat sonra axşam saatlarında aparılan axtarışların nəticəsində su quyusundan çıxarılmışdır. Qardaşını elə faciəvi şəkildə itirmək onu çox sarsıdır. İnsanın öz qardaşını itirməsi nəticəsində yaşadığı mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Qardaşı ona dayaq olmaqla həm də dostu idi. Qardaşı onunla birgə yaşayırdı. İşin halları ondan ibarətdir ki, Novruz Hacıyev Cavabdeh N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin kompressor sexinin rəisi vəzifəsində işləməklə nasos qurğuları sahəsindəki su anbarına suyun səviyyəsinə sexin işçiləri (maşinist tərəfindən) nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatını (yaxud digər bir sənəd) tərtib etmədiyinə, həmin su anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və.s) bağlanmasını təmin etmədiyinə, eləcə də, hadisə zamanı maşinist X3 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, sonuncunun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə “Neftqazçıxarmasənayesində təhlükəsizlik qaydaları”nın 1.3.12, 1.5.2, 1.5.31 bəndlərinin, “İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri”, 12.2.061.-81 DÜST-nin (dövlət standartının) 3-cü bəndinin tələblərini pozmuş, nəticədə ehtiyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15:30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X1 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarında düşərək tənəffüs yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1 (002)-116/2014 saylı hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X12 məhkum edilməsinə səbəb onun əmək mühafizəsi qaydalarını pozma, yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-116/2014 saylı hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhlum edilmişdir. X12 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə məhkum edilməsinə dair Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(002)-116/2014 nömrəli hökmü qanuni qüvvəyə minmişdir. Qaradağ rayon Məhkəməsinin hökmü ilə baş vermiş hadisədə cavabdeh hüquqi şəxsin əməkdaşının təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Qardaşının faciəvi surətdə vəfat etməsinə səbəb olan cavabdeh mənəvi hüzurunu pozmuşdur. Cavabdehin bir qardaşa, bir dosta yaşatdığı bu iztirablara son qoyması və onları geri qaytarması mümkündürmü? Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərara əsasən şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi nəzərə alınmalıdır. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fıziki mənəvi əzab çəkməsi şübhəsizdir. Mənəvi ziyanın ölçüsü şəxsi məsələ olduğundan ziyanın vurulma məbləğini bu iztirabı ancaq yaşayan şəxs təyin edə bilər. Yuxarıda qeyd etdiklərini, ömrünün sonuna qədər tək qaldığını nəzərə alaraq ona vurulmuş mənəvi zərərin əvəzi olaraq 35.000 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi iztirabların yumşaldılmasına bəlkə səbəb olar. Göstərilənlərə əsasən iddiaçı Cavabdehndən mənəvi zərərə görə 35.000 manat və ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil1 məhkəmə iclasına gəlməmişlər. Lakin iddiaçının nümayəndəsi Vəkil1 ərizə ilə məhkəməyə müraciət edərək işə onların iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçı və onun nümayəndəsinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdehin nümayəndəsi və vəkili Vəkil2 Məmmədhüseyn oğlu iddia tələbini qəbul etməyərək və iddiaya dair yazılı etiraz məhkəməyə təqdim edərək izahatında göstərmişdir ki, “Azneft” İB ilə “Paşa Həyat” sığorta arasında “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilmsi hallarına” dair 0094/11 saylı sığorta müqaviləsi bağlanmışdır. Həmin sığorta müqaviləsi üzrə sığorta olunan X6 39.536,9 manat sığorta məbləği müəyyən edilmişdir. xx.xx.2014-cü il tarixli sığorta aktından görünür ki, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarına” dair 0094/11 saylı sığorta müqaviləsi üzrə X1i vəfatı ilə əlaqədar 5.936,65 manat mərhumun həyat yoldaşı X10 ödənilmişdir. xx.xx.2014-cü il tarixdə X12 öz xidməti vəzifəsinin lazımi qaydada yerinə yetirilməməsi nəticəsində X1 ölümünə səbəb olmuşdur. X16 barəsində Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə cinayət işi başlanılmış və o, törətdiyi cinayət əməlinə görə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-116/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmü ilə təqsirli bilinərək, 4 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Cavabdehin neft-qaz yataqların işlənməsi, qaz anbarının istismarı, neft-qaz çıxarmanın texniki-iqtisadi cəhətdən səmərəliliyinin təmin edilməsi istiqamətində fəaliyyət göstərir. Respublikanın büdcə gəlirlərinin yüksək hissəsi neft-qaz satışından əldə edilir. Hazırda işgaldan azad edilmiş ərizələrdə genişmiqyaslı yenidənqurma və təmir işlərini həyata keçirir. Qeyd olunan işlərin uğurla həyata keçirilməsi böyük maliyyə vəsaiti tələb edilir. İddiaçının mənəvi ziyan tələbi ilə əlaqədar olaraq bildirir ki, zərərin əvəzi zərər vurmuş şəxs ödəməlidir. Qanunvericilikdə bir neçə şəxsin bir hüquqpozmada hüquqi məsuliyyətini müəyyənləşdirən üç məsuliyyət növü vardır. Bunlar paylı məsuliyyət, solidar (birgə) məsuliyyət və subsidiar (əlavə) məsuliyyətdən ibarətdir. Paylı məsuliyyətdə hər kəs öz payı daxilində məsuliyyət daşıyır ki, vurulmuş zərərin əvəzinin ödənilməsində öz payı həcmində iştirak edir. Solidar (birgə) məsuliyyəti bir neçə şəxs birlikdə zərər vurduqda daşıyır. Məsuliyyətin bu növünün xüsusiyyəti ondadır ki, məhkəmə zərərçəkənin mənafeyi üçün zərəri birlikdə vurmuş şəxslərin üzərinə məsuliyyəti hissələr şəklində qoya bilər. Subsidiar məsuliyyət qanunda və ya müqavilədə nəzərdə tutuldutu halda borclu ilə birlikdə lazımınca icra edilməməsinə görə əlavə məsuliyyətdir. İş materiallarından Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 1(002)-116/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmündən də görünür ki, X16 öz xidməti vəzifəsinə lazımi qaydada yerinə yetirməməsi, səhlənkarlığa yol verməsi nəticəsində fiziki şəxs vəfat etmişdlir. “Azneft” İB tərəfindən nə cinayət, nə də mülki hüquq pozuntusu olmadığından, hazırki iddia tələbi cavabdehdən deyil, X11 tələb edilə bilər. Bundan əlavə, iş materiallarından da görünür ki, Həbib Hüseynovun vəfat etməsindən 10 ilə yaxın müddət keçməsi, mənəvi zərərin təsirinin artıq olmamasıdır. Göstərilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş və iş üzrə məhkəmə tərəfindən müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində işə cəlb edilmiş X16 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, cavabdehin nümayəndəsinin izahatını dinləyib, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş üzrə doğum haqqında şəhahətnaməsinin surətindən görünür ki, X4 xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası Gülzar Məmmədhəsən qızı göstərilmişdir. İş üzrə doğum haqqında şəhahətnaməsinin surətindən görünür ki, X6 xx.xx.1953-cü il tarixdə Bakı şəhərində anadan olmuş, atası X5, anası Gülzar Məmmədhəsən qızı göstərilmişdir. İş üzrə Bakı şəhəri Qaradağ rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2014-cü il tarixli ölüm haqqınja şəhahətnaməsinin surətindən görünür ki, X6 xx.xx.2014-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2014-cü il tarixdə 105 No ilə qeyd edilmişdir. Ölümü səbəbi kimi “asfiksiya, subatma” göstərilmişdir. İş üzrə Qaradağ rayon Məhkəməsinin 1(002)-116/2014 saylı, xx.xx.2014-cü il tarixli hökmün surətindən görünür ki, X16 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə təqsirli bilinməsi və müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi, Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinə əsasən X15 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilməsi, 3 il sınaq müddətinin təyin edilməsi, davranışı üzərində nəzarət yaşayış yeri üzrə icra şöbəsinə həvalə edilməsi, icra şöbəsinin razılığı olmadan yaşayış və iş yerini dəyişməməli, təiyn edilmiş müddətlərdə və vaxtlarda qeydiyyatdan keçmək üçün həmin şöbəyə gəlməsi, təyin edilmiş sınaq müddəti ərzində yeni cinayət törədərsə, barəsində Azərbaycan Respublikasının CM-nin 71-ci maddəsində nəzərdə tutulmuş qaydada cəza təyin ediləcəyi təqsirləndirilən şəxs X15 izah edilməsi, X12 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilməməli, sınaq müddətinin əvvəlinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanması, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təqsirləndirilən şəxxs X11 alınması və Azərbaycan Respublikasının Dövlət Büdcəsinin hesabına keçirilməsi hökm edilmişdir. Hökm ilə müəyyən olunmuşdur ki, X16 N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Qaz Kompressor sexinin rəisi vəzifəsində işləməklə nasos qurğuları sahəsindəki su anbarında suyun səviyyəsinə sexin işçiləri (maşinist) tərəfindən nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatı (yaxud digər bir sənəd) tərtib edilmədiyinə, həmin su anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və s.) bağlanması təmin olunmadığına, eləcə də hadisə zamanı maşinist X3 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, onun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə “Neftqazçıxarmasənayesində təhlükəsiz qaydaları”nın 1.3.12,1.5.2,1.5.31 bəndlərinin, “İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri”, 12.2.061.-81 DÜST-nin (dövlət standartının) 3-cü bəndinin tələbləri pozmuş, nəticədə ehtiyyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15.30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X1 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarına düşərək tənəffüz yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Мəhkəmə iclasında müəyyən olunmuşdur ki, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh N.Nərimanov adına Neft və Qazçıxarma İdarəsinin Qaz Kompressor sexinin rəisi X16 nasos qurğuları sahəsindəki su anbarında suyun səviyyəsinə sexin işçiləri (maşinist) tərəfindən nəzarətin keçirilməsi qaydasını göstərən istismar təlimatı (yaxud digər bir sənəd) tərtib edilmədiyinə, həmin su anbarının boşluqları olan hissələrinin üzərinə qoyulmuş metal torlu qoruyucu örtükləri hər hansı bir tərtibatla (boltla, qaynaqla və s.) bağlanması təmin olunmadığına, eləcə də hadisə zamanı maşinist X3 anbardakı suyun səviyyəsinin ölçülməsi tapşırığı verildiyi halda, onun işinin təhlükəsiz yerinə yetirilməsinə nəzarət aparılmadığına görə “Neftqazçıxarmasənayesində təhlükəsiz qaydaları”nın 1.3.12,1.5.2,1.5.31 bəndlərinin, “İstehsal avadanlığı, iş yerlərinə ümumi təhlükəsizlik tələbləri”, 12.2.061.-81 DÜST-nin (dövlət standartının) 3-cü bəndinin tələbləri pozmuş, nəticədə ehtiyyatsızlıqdan xx.xx.2014-cü il tarixdə saat 15.30 radələrində həmin sexdə maşinist vəzifəsində işləyən X1 qeyd olunan sexə məxsus 2 nömrəli nasos qurğu borusunun yanındakı su anbarına düşərək tənəffüz yollarının maye (su) ilə tutulması nəticəsində boğularaq hadisə yerində ölməsinə səbəb olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Qaradağ rayon Məhkəməsinin hökmü ilə X16 Azərbaycan Respublikası CM-nin 162.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinmiş, müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə, 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasında məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 70-ci maddəsinə əsasən X15 təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının şərti hesab edilmiş, 3 il sünaq müddəti təyin edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, baş vermiş hadisə nəticəsində iddiaçıya qardaşı kimi mənəvi zərər dəymişdir. Qardaşı iş yerində su anbarına düşərək boğulmuş və hadisə yerində ölmüşdür. Onun meyiti bir neçə saat sonra axşam saatlarında aparılan axtarışların nəticəsində su quyusundan çıxarılmışdır. Qardaşını elə faciəvi şəkildə itirmək onu çox sarsıtmışdır.İnsanın öz qardaşını itirməsi nəticəsində yaşadığı mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Qardaşı ona dayaq olmaqla həm də dostu idi. Qardaşı onunla birgə yaşayırdı. Bakı şəhəri, Qaradağ rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən X16 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 162.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. X12 məhkum edilməsinə səbəb onun əmək mühafizəsi qaydalarını pozma, yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmuşdur. Qaradağ rayon Məhkəməsinin hökmü ilə baş vermiş hadisədə cavabdeh hüquqi şəxsin əməkdaşının təqsiri təsdiq olunur və hazırki mülki işdə preyudisial əhəmiyyət daşıyır. Hadisə nəticəsində keçirdiyi mənəvi iztirab və sarsıntıların ağırlıq dərəcəsi ölçüyə gəlməz. Qardaşının faciəvi surətdə vəfat etməsinə səbəb olan cavabdeh mənəvi hüzurunu pozmuşdur. Cavabdehin işçisinin təqsiri ilə baş vermiş cinayət hadisəsi nəticəsində onun fıziki mənəvi əzab çəkməsi şübhəsizdir. Bu səbəbdən iddiaçı cavabdehdən mənəvi zərərə görə 35.000 manat və ödənilmiş 195 manat məbləğində dövlət rüsumunun tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hüquqi dövlət üçün insan hüquq və azadlıqlarının layiqincə təmin edilməsi əsas göstərici amildir. Konstitusiyanın 12-ci maddəsi ilə insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədi elan edilərək, hər kəsin həyat və sağlamlığının, şərəf və ləyaqətinin müdafiəsinə təminat verilir. Konstitusiyanın 24-cü maddəsinə əsasən, insan ləyaqəti qorunur və ona hörmət edilir. Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Hüquqlardan sui-istifadəyə yol verilmir. Konstitusiyanın 26-cı maddəsinə görə, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Konstitusiyanın 68-ci maddəsinin İİ hissəsi cinayət, habelə hakimiyyətdən sui-istifadə nəticəsində zərər çəkmiş şəxsin hüquqlarının qanunla qorunmasını bəyan edir və zərər çəkmiş şəxsin ədalət mühakiməsinin həyata keçirilməsində iştirak etmək və ona vurulmuş zərərin ödənilməsini tələb etmək hüququnu müəyyən edir. Həmin maddənin İV hissəsində qeyd edilir ki, dövlət, dövlət qulluqçuları ilə birlikdə, dövlət qulluqçularının qanuna zidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır. Konstitusiyanın bu norması insan hüquq və azadlıqlarının pozulduğu təqdirdə zərərçəkmiş şəxsə dəymiş ziyana görə kompensasiyanın ödənilməsini ədalətli sayaraq bu öhdəliyin yerinə yetirilməsində dövlətin də məsuliyyətini müəyyən edir. Mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli Plenum Qərarında göstərilmişdir ki, mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. X18 qeyd edilmişdir ki, şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Mənəvi təzminatı tələb etmək hüququ olan şəxslərin dairəsinə gəlincə isə qeyd edilməlidir ki, bu hüquqa ölən və ya sağlamlığına zərər vurulan şəxsin yaxınları malik ola bilər. Şəxsin “yaxını” dedikdə onun məhz ailə hüququ çərçivəsində qohumu deyil, ölmüş və ya sağlamlığına zərər vurulmuş şəxslə xüsusi bağlılığı ilə səciyyələnən, səmimi münasibətinin və mənəvi yaxınlığının olduğu, həyatında mühüm yer tutan, uzun müddət birgə yaşadığı və birgə təsərüfat apardığı, ölümündən və ya sağlamlığına vurulan zərər nəticəsində həyat şəraiti dəyişmiş, həqiqətən mənəvi sarsıntı, əzab və iztirab keçirmiş insan nəzərdə tutulur. Məhkəmələr mənəvi zərərə görə təzminat müəyyən edərkən hər baxılan iş üzrə sosial, psixoloji və iqtisadi qiymətləndirməni mütənasiblik və ədalətlilik prinsipləri əsasında aparmalıdırlar. Mənəvi təzminatın həcmi (miqdarı, məbləği) müəyyən edilərkən iddia irəli sürən insanla ölən və ya sağlamlığına zərər vurulmuş şəxs arasındakı şəfqət və mənəvi bağlılığının möhkəmliyi, keçirilmiş iztirabın və sarsıntının dərəcəsi, onların birlikdə və ya ayrı yaşamaları, ərarvad olduqları təqdirdə, həmçinin evlilik həyatının müddəti və s. amillər nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096-cı maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərər vuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Qanunla zərərvuranın təqsiri olmadıqda da (obyektiv surətdə hüquqa zidd əməl üçün) zərərin əvəzinin ödənilməsi nəzərdə tutula bilər (maddə 1097.3). Qeyd olunan Məcəllənin 1099-cu maddəsinin 1-ci bəndinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Göstərilən Məcəllənin 1115-ci maddəsinə görə zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyriəmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Konstitusiya Məhkəməsinin göstərilən Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Mənəvi zərərin ödənilməsi, habelə qanunvericilikdə nəzərdə tutulmuş başqa məhdudiyyətlərin tətbiq edilməsi Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan digər əsas hüquq və azadlıqlarla mütənasib olmaqla hər bir konkret halda məhkəmənin mülahizəsindən asılıdır. Həmin Qərara əsasən mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi, eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Məhkəmə iclasında mübahisəsiz qaydada müəyyən olunmuşdur ki, cavabdeh təşkilatın işçisinin əmək mühafizəsi qaydalarını pozması, yəni, texniki təhlükəsizlik və ya əmək mühafizəsinin başqa qaydalarına riayət edilməsi vəzifəsi həvalə edilmiş şəxs tərəfindən bu qaydaların pozulması nəticəsində ehtiyatsızlıqdan iddiaçının qardaşı ölmüş, iddiaçı həmin cinayət işi üzrə vəfat edən qardaşının hüquqi varisi qismində tanınmış, vəfat edənə qədər onunla birlikdə yaşayaraq səmimi münasibətləri və mənəvi yaxınlığı olmuş, qardaşının ölümü nəticəsində mənəvi sarsıntı, əzab və iztirab keçirmiş, başqa sözlə baş vermiş hadisəsi nəticəsində qardaşının faciəvi şəkildə həlak olması iddiaçıda mənəvi sarsıntı və iztiraba səbəb olmuşdur. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında göstərilmişdir ki, məhkəmələr mənəvi zərərin ödənilməsi barədə iddialara baxarkən Azərbaycan Respublikasının Konstitusiyasını, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nı, bu Konvensiyaya dair Protokolları, mənəvi zərərin ödənilməsini nəzərdə tutan milli qanunvericilik aktlarını, habelə Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərini rəhbər tutmalıdırlar. “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri-əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər. Konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir. Plenum izah etmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X14 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir. Plenum qərarında həmçinin izah edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə qeyd edir ki, qardaşının faciəvi şəkildə vəfat etməsi nəticəsində iddiaçının çəkdiyi mənəvi ağrının hər hansı pul vəsaiti ilə azaldılması mümkün olmasa da, mövcud şəraitdə pul kompensasiyası vasitəsi ilə o, təsəlli ala bilər. Hətta həmin hadisədən 10 ilə yaxın müddət keçməsi mənəvi zərərin təsirinin artıq tükənməsi və olmaması anlamına da gələ bilməz. Bu səbəbdən məhkəmə hesab edir ki, vurulmuş mənəvi zərərin 10.000 (on min) manat məbləğində pul vəsaiti ilə kompensasiya edilməsi ədalətli və ağlabatandır. Azərbaycan Respublikasının MPM-nın 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi qismən təmin olunduğu üçün, məhkəmə xərcləri - ödənilmiş dövlət rüsumu təmin olunmuş tələbə mütənasib olaraq (120 manat) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Şərh olunanları nəzərə alaraq və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏT ETDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Cavabdehndən İddiaçı xeyrinə mənəvi ziyanın əvəzi kimi 10.000 (on min) manat, həmçinin ödənilmiş dövlət rüsumunun əvəzi kimi 120 (yüz iyirmi) manat, cəmi 10.120 (on min yüz iyirmi) manat məbləğində pul tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar