Məhkəmə qərarları › İş №e-2(009)-2312/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2312/2022

10.10.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2312/2022 10.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və əmlak” tələblərinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi” və “evdə yerləşən ona məxsus geyim və digər daşınar əmlakların cavabdehdən alanaraq ona verilməsi” tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. İddiaçı tərəfindən irəli sürülmüş tələblərdən biri məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilən aliment məbləğinin 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayının 13nə kimi olan müddətə yaranmış borcun silinməsi, digər tələbi isə evdə yerləşən ona məxsus geyim və digər daşınar əmlakların cavabdehdən alanaraq ona verilməsi ilə bağlıdır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirilmişdir. Belə ki, tələblərdən biri ailə münasibətləri üzrə mübahisə ilə bağlı aliment borcunun silinməsi ilə əlaqədar olsa da, digər tələb qiymətli iddia olan əmlak tələbi ilə bağlıdır. Hakim həmçinin qeyd edir ki, hər iki tələb bir cavabdehə qarşı irəli sürülsə də, hər tələb müvafiq qaydada baxılmalı və araşdırılmalıdır. Tələblərin bir icraatda birləşdirilməsi, həmin tələblərin vaxtında baxılmasını çətinləşdirə və süründürməçiliyə gətirib çıxara bilər. Belə ki, bir tələb üzrə mübahisəyə dair ekspertiza təyin etmə zəruriliyi yarana bilər, digər tələb üzrə isə belə bir zərurət yaranmaya bilər. Bu isə ümumi baxılan işin aylarla uzanmasına səbəb ola bilər. Beləliklə hakim hesab edir ki, aliment borcunun silinməsi ilə geyim və digər daşınar əşyalarının tələb edilməsi barədə tələblər bir-biri ilə əlaqədar olmayan tələblər olduğuna görə iddia ərizəsinin məhkəmə icraatı mümkünsüzdür və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Qeyd edilən Məcəllənin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Şərh olunanlara əsasən və AR MPM-nin 152.1.1, 152.2-152.4-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı Cavabdeh qarşı “aliment borcunun silinməsi və əmlak” tələblərinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar