Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2336/2022 16.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı, Cavabdeh və onun vəkili T.C.Quliyevin iştirakları ilə İddiaçı Cavabdeh qarşı birgə yaşayış müddətində aliment məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı birgə yaşayış müddətində aliment məbləğinin silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, o, Cavabdeh ilə xx.xx.2012-ci il tarixdə Bakı nikah evinin qeydiyyat şöbəsində rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X12 dünyaya gəlmişdir. 2014-cü ildə münasibətləri korlandığından Cavabdeh (Muradəliyeva) nikahın pozulmasına dair iddia ərizəsi ilə Səbail rayon Məhkəməsinə müraciət etmiş, sonradan barışdıqları üçün Cavabdeh iddiadan imtina etmiş, Səbail rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərardadı ilə icraata xitam verilmişdir. 2015-ci ildə münasibətləri yenidən korlandığından o, nikahın pozulması barədə iddia ilə məhkəməyə müraciət etmişdir. Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə nikahları pozulmuş, uşağın saxlanılması üçün 108 manat alimentin tutulması qət edilmişdir. 2016-cı ildə cavabdehlə barışmışlar və xx.xx.2016-cı il tarixdə Səbail rayon Qeydiyyat şöbəsində təkrar nikaha daxil olmuşlar. İkinci nikahlarından xx.xx.2017-ci il təvəllüdlü X13 dünyaya gəlmişdir. 2019-cu ildə münasibətləri korlandığından Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə nikahları təkrarən pozulmuş, birgə nikah dövründə doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün hər uşağa 160 manat alimentin, xx.xx.2017-ci il təvəllüdlü X8 3 yaşına çatana kimi (yəni xx.xx.2020-ci il tarixədək) saxlanılması üçün hər ay 50 manat olmaqla, cəmi 370 manat alimentin tutularaq Cavabdeh verilməsi qət edilmişdir. Onun tərəfindən 2020-ci ilin aprel ayında daxil olmaqla cavabdehin “Amrahbank”da olan bank hesabına ödənilmək yolu ilə aliment miqdarı tam olaraq ödənilmişdir. 2020-ci ilin may ayında onlar təkrarən barışmışlar, 2016- 2017-ci illər ərzində bir yerdə tikdikləri Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 3-cü massiv, 1000-ci sahədə yerləşən evdə birgə yaşamağa başlamışlar, faktiki nikah münasibətlərini davam etdirmişlər. 2022-ci ilin avqust ayının 13-də yenidən münasibətləri korlandığından mübahisələri düşmüş, o, yaşadıqları evi tərk etmişdir. 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayına kimi onlar birgə yaşadıqları dövrdə ailənin bütün maddi ehtiyaclarını o, ödəmişdir. Həmin dövrdə,yəni 2022-ci ilin fevral ayına kimi o, «X17» MMC-də (Lays, Pinar və sair malların satışı üzrə) bölmə müdiri işləyirdi, aylıq gəliri 700 manat civarında olmuşdur. Ondan sonra da yəni hazırda "xxxx" MMC-də işləyir və 500 manat əmək haqqı alır. Qazancını son qəpiyinə kimi ailəsinə vermişdir. 2019-cu ildə aliment məsələsinin icrası Səbail rayon İcra şöbəsinin icra məmuru Tural Aşurovun icraatına verilmiş, 2020-ci ilin aprel ayından sonra icra məmuru vasitəsi ilə aliment ödəməmişdir. Belə ki, icra məmuruna cavabdeh bildirmişdir ki, onlar danışmışlar, Natiq ailənin ehtiyaclarını ödəyir, alimentin tutulması barədə qətnamə icra olunur. Bu səbəbdən 2 il icra məmuru alimentlə bağlı heç bir hərəkət etməmişdir. Hazırda cavabdeh icra şöbəsinə müraciət edərək birgə yaşadıqları dövrə görə alimentin ondan tutulmasını istəyir. İcra şöbəsində də bildirmişdir ki, guya onlar birgə yaşamamışlar, o, evə gəlib getmişdir. O, qeyd etdiyi dövrdə rəsmi nikaha daxil olmasalar da faktiki nikah münasibətlərində olmuşlar, bir evdə yaşamışlar, həmin dövrdə ailənin və uşaqların bütün ehtiyaclarını ödəmişdir, evə lazım olan əşyaları, uşaqların geyim və əşyalarını o, almışdır. 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayına kimi onların faktiki nikah münasibətlərində olmaları şahidlər, birgə olduqları cavabdehin onun və qohumlarının toy, nişan, ad günü məclislərində, istirahətə getdikləri rayonlarda, yerlərdə çəkdikləri şəkillər, evdə uşaqların və onların çəkdikləri video və şəkillər, aralarında olan vatsap, sms, telefon danışıqları, anten dairələri və sair hallar ilə sübut edə bilər. 2022-ci il avqust ayında birgə yaşadıqları evdən, yəni Badamdar qəsəbəsi, 3-cü massiv, 1000-ci sahədə yerləşən evdən çıxdıqlan sonra şəxsi əşyaları evdə qalmışdır. Belə ki, avqustun 13-də münaqişə zamanı o, evdən çıxmışdır ki, hirsi soyusun və bir neçə saatdan sonra evə qayıdanda cavabdeh evin açarlarını dəyişmiş, onu evə buraxmamışdır. Bundan sonra o, hər dəfə evə yaxınlaşanda cavabdeh ondan polisə şikayət etmişdir. Bu səbəbdən o, özünə məxsus olan əşyaları evdən götürə bilməmişdir. Ona məxsus əşyaları cavabdeh hələ də səbəbsiz yerə qaytarmır. Qaytarmadığı əşyalar:
1. 9 ədəd qısaqol köynək, hər birinin dəyəri 20 manat və toplam 180 manat
2. 3 ədəd şalvar, birinin dəyəri 55 manat, digər ikisi 40 manat və toplam 135 manat
3. 3 dəst kostyum, ikisinin dəyəri 150 manat, birinin dəyəri 280 manat, toplam 580 manat
4. 5 cüt ayaqqabı, hər biri 60 manat, toplam 300 manat
5. 1 ədəd samovar, qiyməti 230 manat
6. 1 ədəd LG 55 diaqonal televizor qiyməti 1450 manat
7. 1 dəst LG səs ev kinoteatrı qiyməti 380 manat
8. 2 ədəd üzük toplam qiyməti 1000 manat
9. 2 ədəd qol saatı, hər biri 150 manat
10. 1 ədəd eynək
11. 3 ədəd kişi duxusu, ikisi 100, biri 120 manat
12. 1 ədəd Xiaomi markalı telefon 200 manat
13. Poverbank 30 manat
14. TV stend 300 manat Digər xırda şəxsi geyim əşyaları (alt paltarları və sair). O, qeyd olunmuş qızıl zinət əşyalarını qaytarılmasını istəmir. Digər əşyaların ona qaytarılmasını istəyir. Göstərilənləri nəzərə alaraq iddiaçı ondan Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(009)-663/2019 saylı qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulmuş 320 manat aliment borcunun 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayının 13-nə kimi olan müddətə hesablanmış aliment borcunun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış İddiaçı iddia tələbini tam müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddia tələbini qəbul etməyərək öz izahatında göstərmişdir ki, boşandıqdan sonra 2020-ci ildə iddiaçı uşaqları görmək üçün evə gəlib gedib, lakin onunla bir ailə kimi yaşamamışdır, sadəcə münasibətləri yumuşalmışdır. İddiaçı tərəfindən heç bir təminat olmayıb. Uşaqların bütün təminatını o qarşılamışdır, valideynləri ona kömək etmişlər. İddiaçı ilə münasibətləri yumuşaldığı üçün alimentlə bağlı icra məmuruna müraciət etməmişdir. İddaiaçı uşaqları gəzməyə aparıb, birgə toyda da iştirak etmişlər, hərə öz yerinə pul yazılmışdır. Təhqiqat orqanındakı izahatında Natiqlə barışıb bir evdə yaşamasını göstərməmiş, o ifadə ona məxsus deyil. Göstərilənləri nəzərə alaraq cavabdeh iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını və şahidlərin ifadələrini dinləyib, videogörüntülərə baxış keçirib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 öz ifadəsində göstərmişdir ki, tərəfləri tanıyır, onlarla qonşuluqda yaşayır, həmin ərazidə 2015-ci ildə ev tikib yaşamağa başlamışdır, Natiqi bir neçə ay bundan əvvələ qədər həmin evdə yaşayan görmüşdür. Onların ər-arvad olmasını bilir, xanımı hər səhər işə maşınla getməsini görür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 öz ifadəsində göstərmişdir ki, o, qonşudur, 2014-cü ildən orada yaşayır, Natiqi ondan 4-5 il sonra orada yaşayan görmüşdür. Son gördüyü tarix yay aylarınının axırları olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X18 öz ifadəsində göstərmişdir ki, o, qonşudur, Natiqi tanıyır, Səidəni görmüşdür. Onun yaşadığı ev Natiqgilin evinin solunda yerləşir. Natiqi daim orada görmüşdür, yaydan sonra görməmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1775/2014 saylı, xx.xx.2014-cü il tarixli qərardadın surətindən görünür ki, iddiaçı X2 cavabdeh İddiaçı qarşı nikahın pozulması, aliment tələbi və əmlak tələbinə dair iddia ərizəsi üzrə iddiaçının iddiadan imtinası qəbul edilmiş və mülki işin icraata xitam verilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-3371/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinin surətindən görünür ki, İddiaçı ilə Rüstəmova (Muradəliyeva) Səidə Hüseyn qızı arasında xx.xx.2012-ci il tarixdə Bakı Nikah evində bağlanmış və həmin tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 279 No ilə qeydə alınmış nikahın pozulması, xx.xx.2013-cü il təvəllüdlü X9 anası Rüstəmova (Muradəliyeva) Səidə Hüseyn qızının yanında saxlanılması, xx.xx.2015-ci il tarixdə başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 yetkinlik yaşına çatana qədər saxlanılması üçün İddiaçı hər ay 108 manat sabit pul məbləğində aliment tutularaq Rüstəmova (Muradəliyeva) Səidə Hüseyn qızına verilməsi, tərəflərin ödəmiş olduğu dövlət rüsumunun tərəflərə aid edilməsi, İddiaçı 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-663/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən X4 ilə İddiaçı arasında 37 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikahın pozulması, xx.xx.2013cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 anası X3 yanında saxlanılması, xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay, hər biri üçün 160 manat, habelə X14 3 yaşına çatana kimi, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 manat olmaqla, ümumilikdə 370 manat sabit pul məbləğində aliment X7 tutularaq X3 xeyrinə ödənilməsi, qətnamənin alimentin alınmasına dair hissədə dərhal icra edilməsi, məhkəmə xərclərinin İddiaçı aid edilməsi, iddia tələbi üzrə ödənilməli olan əlavə 10 manat məbləğində dövlət rüsumu ondan alınaraq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İş üzrə Səbail RPİ-nin 41-ci PB-nə ezam olunmuş baş təhqiqatçı polis kapitanı X11 tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən Cavabdeh müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin qərarı ilə müəyyən edilmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Cavabdeh ilə həyat yoldaşı İddiaçı arasında sözü gedən məsələ üstünlə sözlü mübahisə baş verdikdən sonra sonuncu arvadının ona demiş olduğu sözlərdən əsəbləşərək evin mətbəxindən götürmüş olduğu bıçaqla evin qarşısında dayanmış Cavabdeh məxsus “Nissan Tide” markalı, ** LP *** dövlət qeydiyyat nişanlı avtomobilin 4 təkərini qəsdən deşərək yararsız hala salmaqla, ona ümumilikdə 500 manat məbləğində maddi ziyan vursa da, sonradan İddiaçı göstərilən maddi ziyanı tam olaraq ödədiyindən, bununla bağlı olaraq Cavabdeh təkrarən yazmış olduğu ərizəsində ona dəyən maddi ziyanın ödənildiyini qeyd edərək hazırda şikayət və tələbi olmadığından, aparılan araşdırmanın dayandırılmasını xahiş etmişdir. Belə olan halda isə Cavabdeh dəyən maddi ziyanın ödənildiyini və onun qarşı tərəfə qarşı şikayəti olmadığını nəzərə alaraq, hazırki şəraitdə İddiaçı əməlində cinayət tərkibi olmadığından, toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Həmin material üzrə izahatı alınmış Cavabdeh öz izahatında göstərmişdir ki, 2019-cu ilin iyun ayında Səbail rayon Məhkəməsinin qərarı ilə İddiaçıla rəsmi ayrılsa da, 2020-ci il tarixdə ailələrinin xahişi ilə barışaraq bir yerdə ona məxsus mənzildə yaşamış, xx.xx.2022-ci il tarixdə aralarında mübahisə yaranmış, Natiq onun avtomaşının təkərlərini bilərəkdən deşib yararsız vəziyyətə saldığı üçün 102 xidmətinə məlumat vermişdir. İş üzrə Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2022-ci il tarixli arayışın surətindən görünür ki, İddiaçı tərəfindən təsvir edildiyi kimi birgə yaşanılan dövrdə (xx.xx.2020-ci ildən xx.xx.2022-ci ilədək) yazılmış aliment borcunun silinməsi, 1 uşağın himayəsi, sabit aliment məbləğinin təyin edilməsi, şəxsi əşyaların qaytarılması tələbi ilə bağlı mübahisə üzrə xx.xx.2022-ci il tarixdə 15.00 saatında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə Səbail rayon Məhkəməsinin 3(009)-1692/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarına əsasən İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işin icraatına xitam verilmişdir. Həmin qərarı ilə müəyyən olunmuşdur ki, borclu məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimenti vaxtlı-vaxtında ödəmiş, sonradan tələbkar ilə barışdığı üçün icra məmuruna xəbər edərək aliment ödəməmiş, borc isə tələbkar ilə birlikdə yaşadıqları dövrdə yaranan borc olmuş və bu borcun silinməsi ilə bağlı borclu məhkəməyə müraciət etmişdir. İcra sənədinin icra edilməməsi, borclunun icradan boyun qaçırması, icra vərəqəsinin üzrsüz səbəbdən icra edilməməsi halları öz təsdiqini tapmadığından İddiaçı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş üzrə Bakı şəhəri Səbail rayon icra şöbəsinin icra məmuru Tural Aşurovun məhkəməyə ünvanlandığı xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2019-cu il tarixli 2(009)-663/2019 saylı icra sənədinə əsasən xx.xx.2019-cu il tarixdən başlayaraq xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2017-ci il təvəllüdlü X8 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər biri üçün 160 manat, habelə Elnur Rüstəmlinin 3 yaşa çatanadək hər ay 50 manat olmaqla, cəmi 370 manat məbləğində aliment tutularaq Cavabdeh verilməlidir. Borclu İddiaçı 2020-ci ilin may ayından 2022ci ilin sentyabr ayınadək olan aliment borcu 8960 manat, bu günə olan aliment borcu isə 9950 manat təşkil edir. İddiaçı tərəfindən təqdim olunmuş fotoşəkillərdən görünür ki, boşanmadan sonra tərəflər birgə yaşamağa davam etdirmişlər. Məhkəmə verilmiş iddia tələbinə hüquqi qiymət verərək aşağıdakıları qeyd edir. Məhkəmə qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Ona görə əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, tərəflər arasında xx.xx.2012-ci il tarixdə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü X12 adlı uşağı anadan olmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qətnaməsi ilə tərəflər arasında nikah pozulmuş, xx.xx.2013-cü il tarixli Aynur adlı uşağın ananın yanında saxlanılması və İddiaçı uşağın saxlanılması üçün hər ay sabit pul məbləğində 108 manat aliment tutulmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, tərəflər barışaraq ikinci dəfə nikaha daxil olmuş və həmin nikahdan xx.xx.2017-ci il təvəllüdlü X13 adlı uşağı anadan olmuşdur. Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah pozulmuş, uşaqların ananın yanında qalması müəyyən edilmiş və cavabdehdən uşaqların saxlanılması üçün hər uşaq üçün sabit pul məbləğində 160 manat, X8 3 yaşına çatana kimi, yəni xx.xx.2020-ci il tarixədək hər ay 50 manat, cəmi 370 manat məbləğində aliment tutulmuşdur. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, İddiaçı 2020-ci ilin may ayından 2022-ci ilin sentyabr ayınadək olan aliment borcu 8960 manat, bu günə olan aliment borcu isə 9950 manat təşkil edir. İddiaçının irəli sürdüyü tələbdən görünür ki, onun tərəfindən 2020-ci ilin aprel ayı da daxil olmaqla cavabdehin bank hesabına ödənilmək yolu ilə aliment miqdarı tam olaraq ödənilmişdir. 2020-ci ildə onlar təkrarən barışmışlar,faktiki nikah münasibətlərini davam etdirərək xx.xx.2022-ci il tarixədək birgə yaşamışlar. 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayına kimi rəsmi nikaha daxil olmasalar da faktiki nikah münasibətlərində olmuşlar, bir evdə yaşamışlar, həmin dövrdə ailənin və uşaqların bütün ehtiyaclarını ödəmişdir, evə lazım olan əşyaları, uşaqların geyim və əşyalarını o, almışdır. Bu səbəbdən iddiaçı Səbail rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə uşaqların saxlanılması üçün cavabdehin xeyrinə tutulmuş 320 manat aliment borcunun 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayının 13-nə kimi olan müddətə hesablanmış aliment borcunun silinməsini xahiş etmişdir. Məhkəmə iclasında tədqiq olunmuş sübutlarla və şahid ifadələri ilə müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında olan nikah rəsmi qaydada məhkəmə qətnaməsi ilə pozulduqdan bir müddət sonra, yəni 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayınadək olan müddət ərzində iddiaçı ilə cavabdeh birgə yaşayaraq ər-arvad münasibətində olmuş, iddiaçı həmin müddət ərzində ailənin maddi təminatını ödəmiş, həmin müddət ərzində cavabdeh tərəfindən məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin borclu tərəfindən ödənilməməsi ilə bağlı icra qurumuna hər hansı müraciət edilməmişdir. Cavabdehlə iddiaçının 2020-ci ildən 2022-ci ilin avqust ayınadək bir yerdə yaşamaları Cavabdeh şikayəti əsasında aparılmış araşdırma zamanı təhqiqat orqanına yazdığı izahatı ilə də təsdiq olunur. Yəni cavabdeh həmin müddətdə bir yerdə yaşamaları verdiyi izahatda etiraf etmişdir. Ona görə də məhkəmə cavabdehin məhkəmə iclasında bu halı inkar edən ifadəsini inandırıcı hesab etmir. Həmin izahatdakı ifadənin ona məxsus olmaması barədə Cavabdeh məhkəmə iclasındakı izahatını, eyni zamanda 2 ildən artıq müddət ərzində alimentlə bağlı icra qurumuna müraciət etməməsini, ailə münasibətlərinin yumuşalması ilə əlaqələndirməsini məhkəmə inandırıcı hesab etmir. Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ-ci bəndinə əsasən hakimlər işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Kraska İsveçreyə qarşı iş üzrə 19 aprel 1993-cü il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyə görə, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin təsir dairəsi digər məsələlərlə yanaşı (məhkəmə) üçün öz qərarına aid olub-olmamasına qabaqcadan qiymət vermədən tərəflərin təqdim etdiyi bütün müraciətləri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq öhdəliyi yaradır (§ 30). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü iltarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx.xx.2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki–prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onun hüquqi cəhətdən əsaslandırmalıdır». Avropa Məhkəməsinin qərarlarında qeyd edilmişdir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırılması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir; ərizəçinin dəlillərinin apellyasiya instansiyası məhkəməsi tərəfindən rədd edildiyi və ya sadəcə nəzərə alınmadığı aydın olmadığından, məhkəmə tərəfindən belə dəlillərin rədd edilməsinə dair nəticənin əsaslandırılmamasına dəlalət edir (Kuznetsov və digərlərinin işi üzrə 21 yanvar 2007-ci il tarixli qərar; Hiro Bilaninin işi üzrə 9 dekabr 1994-cü il tarixeli qərar). Həmin Məhkəmənin Van de Huk Niderlanda qarşı işi üzrə 19 aprel 1994-cü il tarixli qərarında göstərilmişdir ki, sübutların qiymətləndirilməsi və onların aidiyyəti və mümkünlüyü məsələsinin həllində milli məhkəmələrin səlahiyyətini nəzərə alaraq Məhkəmə xatırladır ki, Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ədalət mühakiməsi orqanının üzərinə tərəflərin təqdim etdiyi mülahizələri, dəlilləri və sübutları hərtərəfli araşdırmaq vəzifəsini qoyur. Avropa Məhkəməsinin Qavazov Bolqarıstana qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). AR MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68). Beləliklə məhkəmə toplanmış sübutlara məcmu şəkildə hüquqi qiymət verərək hesab edir ki, irəli sürülmüş iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. İddiaçı Səbail rayon Məhkəməsinin 2(009)-663/2019 saylı, xx.xx.2019-cu il tarixli qətnaməsi ilə xx.xx.2013-cü il təvəllüdlü X12 və xx.xx.2017-ci il təvəllüdlü X1 üçün Cavabdeh xeyrinə tutulması müəyyən edilmiş alimentin (hər uşaq üçün 160 manat, cəmi 320 manat) 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayının 13-nə kimi olan müddətə ödənilməmiş və yaranmış (hesablanmış) aliment borcu silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev