Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2384/2024 29.11.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X11 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi İddiaçının nümayəndəsi-vəkili Vəkil Etibar oğlu və cavabdehin nümayəndəsi Qanuni nümayəndə iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı “aliment tələbi” barədə iddiası üzrə mülki işə Bakı şəhərində 29 noyabr 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il təvəllüdlü X1 üçün cavabdehdən hər ay 235 manat alimentin tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)-1721/2023 saylı qətnaməsi ilə İddiaçı ilə cavabdeh X7 arasında bağlanmış xx.xx.2007-ci il tarixli, 449 №-li akt qeydi ilə rasmiləşdirilmiş nikahın pozulması, yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X6 atası – İddiaçı yanında, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 anası – X3 yanında saxlanılmaları, xx.xx.2009-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2023-cü il tarixdən hesablanaraq hər ay 220 manat sabit pul məbləğində alimentin İddiaçı tutularaq X4 ödənilməsi qət edilmişdir. Göründüyü kimi Məhkəmə tərəfindən İddiaçı ilə X3 birgə nkahdan dünyaya gəlmiş övladları - yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X6 atası – İddiaçı yanında, yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X5 anası – X3 yanında saxlanılmışdır. Bir valideyn olaraq İddiaçı oğlu 2008-ci il təvəllüdlü Elmir Məmmədovun bütün qayğıları ilə də məşqul olmaqla yanaşı, digər övladı və anasının yanında saxlanılan qızı 2009-cu il təvəllüdlü Gülay Məmmədovanın saxlanılması üçün də, hər ay 220 manat olmaqla sabit pul məbləğində aliment ödəməkdədir. Lakin, İddiaçı hazırda müəllim kimi çalışmaqla yalnız aylıq 550 manat məbləğində məvacib alır, bu isə həm özünün, eləcə də yanında saxlanılan oğlu Elmir Məmmədovun qayğılarını ödəməyə və maddi təlabatlarına kifayət etməməkdədir. Hətta buna baxmayaraq, İddiaçı digər övladı Gülay Məmmədovanın saxlanılması üçün aliment ödənişini də təmin etmiş və öz valideynlik borcunu yerinə yetirməkdədir. Bu hallar İddiaçı özünün həmçinin onunla birlikdə yaşayan yetkinlik yaşına çatmayan oğlu Elmir Məmmədovun maddi durumuna, yaşayış şəraitinə də mənfi təsir göstərməkdədir. Buna görə də, hesab edirik ki, İddiaçı Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(009)- 1721/2023 saylı qətnaməsi ilə onun yanında saxlanılmış yetkinlik yaşına çatmayan xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 235 (iki yüz otuz beş) manat sabit pul məbləğində aliment Cavabdeh tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi-vəkili iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin olunmalıdır. İş materiallarında olan Səbail rayon xx.xx.2023-cü il tarixli qətnaməsindən görünür ki, tərəflər arasında bağlanmış 30 noyabr 2007-ci il tarixli nikah pozulmuş və xx.xx.2008-ci il təvəllüdlü X2 Elnur Abil oğlunun yanında saxlanılmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 75.5-ci maddəsinə əsasən aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» xx.xx.2023-cü il tarixli Qanuna əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən aliment məhkəməyə müraciət edildiyi vaxtdan tutulur. Alimentin miqdarını müəyyən edərkən, məhkəmə uşağın mənafeyini, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması zərurətini, eyni zamanda cavabdehin maddi vəziyyətini, respublikada 2024-cü il üçün müəyyən olunmuş yaşayış minimumunu nəzərə alaraq hesab edir ki, iddia təmin edilərək, mübahisə tərəflərinin azyaşlı uşaqları xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq hər ay 235 manat sabit pul məbləğində aliment cavabdehdən tutulub iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqında iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. “Dövlət rüsumu” haqqında Qanunun 8.1.2-ci madəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1000 manatdan çox olduqda 30 + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. xx.xx.2008-ci il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx.xx.2024-cü il tarixdən başlayaraq Cavabdeh hər ay 235 manat sabit pul məbləğində aliment tutulub İddiaçı ödənilsin. 48,20 manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən dövlət büdcəsinə xeyrinə tutulsun. Ödənilmiş 50 manat mediasiya xərcinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulsun. Qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2384/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2384/2024
29.11.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver