Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2415/2022 25.10.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızı, Kreditor Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmri haqqında ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor Borclu qarşı “pul” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək borcludan 400 (dörd yüz) manat məbləğində əsas borcun, 120 (yüz iyirmi) manat məbləğində dəbbə pulunun, ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, ümumilikdə 550.40 (beş yüz əlli manat, qırx qəpik) manat məbləğində borcun tutulub ona ödənilməsini xahiş etmişdir. Hakim, məhkəmə əmri haqqında ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 278.3-cü maddəsinə əsasən ərizə kreditor və ya onun nümayəndəsi tərəfindən imzalanır. Nümayəndə tərəfindən verilən ərizəyə onun səlahiyyətlərini təsdiq edən sənəd və kreditorun əsaslandığı sənədlər əlavə edilməlidir. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən Ərizənin bu Məcəllənin 278.1-ci və 278.2-ci maddələri ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, yaxud bu Məcəllənin 152.1.2-152.1.9-cu maddələrində müəyyən edilmiş əsaslar olduqda hakim ərizəni və ona əlavə olunmuş sənədləri geri qaytarır. Ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsaəsn iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Normanın məzmunundan göründüyü kimi, ərizə səlahiyyəti olmayan şəxs tərəfindən imzalanmışdır. Belə ki, ərizəyə nümayəndənin səlahiyyətini təsdiq edən sənəd əlavə edilməmişdir. Bu səbəbdən ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Eyni zamanda «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 5.1.2-ci maddəsinin tələbinə əsasən ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, ödənilmiş dövlət rüsumu dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır. Həmin Məcəllənin 278.4-cü maddəsinə əsasən ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra əmr icraatı qaydasında yenidən məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsasən və MPM-nin 152-ci, 278, 263-264-cü maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Kreditor Borclu qarşı “pul” tələbinə dair məhkəmə əmri haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Kreditor tərəfindən ödənilmiş 30 manat (otuz) dövlət rüsumu geri qaytarılsın. Kreditora izah olunsun ki, qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüquqları vardır. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №e-2(009)-2415/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2415/2022
25.10.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver