Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2451/2021 10.09.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi X1, Bakı şəhəri, Nəsimi rayonu, Azadlıq prospekti 120 ünvanında yerləşən Kreditor ünvan 2 ünvanında yaşayan Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: Kreditor məhkəməyə ərizə ilə müraciət edərək Borclu müqavilə üzrə 1323.69 manat qalıq borcu və 548.80 manat cərimə borcu olmaqla, cəmi 1872.49 manat borcun, həmçinin ərizənin verilməsi üçün ödənilmiş 20 manat dövlət rüsumunun alınaraq Kreditornə ödənilməsi barədə məhkəmə əmrinin çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, məhkəmə əmrinin çıxarılması barədə ərizənin qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 276.1-ci maddəsinə əsasən kreditorun tələbi aşkardırsa və ya həmin tələb borclunun barəsində mübahisə edilməyən vəzifəsinə əsaslanırsa, bu hallarda məhkəmə əmri verilə bilər. Həmin Məcəllənin 279.2.3-cü maddəsinə əsasən ərizənin əsaslandığı tələb etmə hüququ barədə mübahisə vardırsa ərizənin qəbul edilməsindən imtina üçün əsasdır. Məhkəməyə daxil olmuş ərizəni nəzərdən keçirərkən müəyyən edilmişdir ki, Kreditor Borclu müqavilə üzrə 1323.69 manat qalıq borcu ilə yanaşı 548.80 manat cərimə borcunun ödənilməsini də tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, tələb etmə hüququ barədə mübahisə vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 279-cu maddəsinə görə, ərizə məhkəməyə daxil olduğu gündən 3 gün müddətində məhkəmə ərizənin qəbul edilməsindən imtina haqqında qərardad çıxarır. Bu qərardaddan şikayət verilə bilməz. Həmin Məcəllənin 279.4-cü maddəsinə əsasən məhkəmə əmrinin verilməsi haqqında ərizənin qəbul edilməsindən imtina olunması kreditorun həmin tələb üzrə iddia icraatı qaydasında iddia verməsinə mane olmur. Bu halda kreditor tərəfindən ödənilmiş dövlət rüsumu ödənilməli olan dövlət rüsumuna hesablanır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 13.4, 152, 279, 263 və 264-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Kreditor Borclu qarşı borcun və ödənilmiş dövlət rüsumunun tutulması tələbi barədə ərizəsinin qəbul edilməsindən imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər kreditora qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2451/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2451/2021
10.09.2021 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver