Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2463/2025 21.11.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi, Ağayeva Narqələm Bayram qızının katibliyi, İddiaçı E.G.Yaqudaevanın, Cavabdeh iştirakları ilə İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Səbail rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq… MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı aliment miqdarının dəyişdirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, onun cavabdehlə olan nikahı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(009)- 1430/2012 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə cavabdehlə birgə nikahdan olan 14 iyun 2011-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmış, onun saxlanması üçün cavabdehdən hər ay hər ay qazancın (başqa gəlirlərin) ¼ hissəsi miqdarında aliment tutulmuşdur. Daha sonra, cavabdehlə münasibətləri düzəldiyi üçün o alimentə xitam verilməsi ilə bağlı icra şöbəsinə ərizə təqdim etmişdir. Lakin, sonradan münasibətləri yenidən pozulmuşdur. Hal-hazırda övladının maddi tələbatlarını tək ana olaraq ödəyə bilmir. Övladı məktəbə gedir, onun məktəb xərcləri, hazırlıq xərcləri artmışdır.Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlə birgə nikahlarından olan 14 iyun 2011-ci il təvəllüdlü X1 üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı həmçinin izahatında göstərmişdir ki, məhkəmə qətnaməsi ilə 2012-ci ildə sabit pul məbləğində 87 manat aliment tutulması qət edilmişdir. O, alimentdən imtina etməmişdir. 2016-cı ildə oğlu ölkədən kənara çıxarkən atası razılıq verməmiş, demişdir ki, alimentdən imtina etsə razılıq verər. O, da notariat kontorunda alimentdən imtina etdiyinə dair ərizə vermişdir. Hazırda həmin ərizəni ləğv etdirmişdir. Oğlu 9-cu sinifdə oxuyur, maddi ehtiyacı yaranmışdır, maddi təlabatının qarşılanması üçün qətnamə ilə müəyyən edilmiş alimentin dəyişdirilərək cavabdehin qazancının ¼ hissəsində aliment tutulmasına dair qətnamə qəbul edilməsini xahiş edir. İddiaçı eyni zamanda göstərmişdir ki, cavabdeh ona 16.000 manat məbləğində heç vaxt pul verməmişdir. Məhkəmə iclasında izahatı alınmış Cavabdeh iddianı qəbul etməyərək göstərmişdir ki, 2016cı ildə iddiaçı alimentdən imtina etmişdir. O, iddiaçıya 16.000 manat pul vermişdir. Hazırda 500 manat əmək haqqı alır, yeni ailəsi var, 2 uşağı var, iddiaçıya aliment ödəməyə maddi imkanı yoxdur. Məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dindəyib, iş üzrə təqdim edilmiş sübutları məcmu halında tam, hərtərəfli, obyektiv araşdıraraq və hüquqi qiymət verib hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş üzrə doğum haqqında şəhadətnamələrinin surətlərindən görünür ki, tərəflərin birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü X6 adlı uşağı var. İş üzrə Səbail rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli nikahın pozulması haqqında şəhadətnaməsinin surətindən görünür ki,Cavabdeh və X3 arasında olan nikahı Səbail rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur. İş üzrə Səbail rayon Məhkəməsinin 2(009)-1430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2021-ci il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində bağlanılmış nikah pozulmuş, Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanmaları üçün xx.xx.2012-ci il tarixdən hesablanmaqla hər ay sabit pul məbləğində 87 manat alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. İş üzrə Bakı 6 saylı Mediasiya təşkilatı tərəfindən tərtib edilmiş ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2025-ci il tarixli arayışından görünür ki, İddiaçı “alimentin sabit pul məbləğinə keçirilməsi” tələbinə dair mübahisəsi üzrə xx.xx.2025-ci il tarixdə, saat 13.30da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında Cavabdeh iştirak etməmişdir. İş üzrə X3 tərəfindən notarial qaydada təsdiq edilmiş və Ordubad İcra Qrupuna ünvanlanmış xx.xx.2016-cı il tarixli ərizənin surətindən görünür ki, ərizəçi övladı X5 təyin olunmuş alimentdən imtina edir və icra vərəqəsinin icrasına xitam verilməsini xahiş edir. İş üzrə Bakı şəhəri 1 saylı notariat ofisinin notariusu F.Sabitov tərəfindən İddiaçı ünvanlanmış məktubun surətindən belə məlum olur ki, həmin notariat ofisində xx.xx.2016-cı il tarixdə rəsmiləşdirilmiş ərizə müraciəti əsasında ləğv edilmişdir. Məhkəmə verilmiş iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2011-ci ildə nikah bağlanılmış və onların birgə nikahdan xx.xx.2011-ci il təvəllüdlü Nahid adlı uşağı anadan olmuşdur. Məhkəmə iclasında həmçinin müəyyən edilmişdir ki, Səbail rayon Məhkəməsinin 2(009)- 1430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tərəflər arasında olan nikah ləğv edilmiş, birgə nikahdan olan uşağın ananın yanında saxlanılmış, Cavabdeh uşağın saxlanılması üçün hər ay xx.xx.2012-ci il tarixdən hesablanmaqla sabit pul məbləğində 87 manat alınaraq iddiaçı X2 verilməsi qət edilmişdir. Məhkəmə iclasında eyni zamanda müəyyən edilmişdir ki, 2016-cı ildə iddiaçı aliment almaqdan imtina edərək icra vərəqəsinin icraatına xitam verilməsi barədə notarial qaydada təsdiq olunmuş ərizəni icra qurumuna göndərmiş, hazırda həmin ərizəsi notariat ofisinə etdiyi müraciəti əsasında ləğv edilmişdir. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən görünür ki, onun cavabdehlə olan nikahı Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 30 oktyabr 2012-ci il tarixli, 2(009)- 1430/2012 nömrəli qətnaməsi ilə pozulmuşdur. Həmin qətnamə ilə cavabdehlə birgə nikahdan olan 14 iyun 2011-ci il təvəllüdlü X6 onun himayəsində saxlanılmış, onun saxlanması üçün cavabdehdən sabit aliment tutulmuşdur. Daha sonra, cavabdehlə münasibətləri düzəldiyi üçün o alimentə xitam verilməsi ilə bağlı icra şöbəsinə ərizə təqdim etmişdir. Lakin, sonradan münasibətləri yenidən pozulmuşdur. Hal-hazırda övladının maddi tələbatlarını tək ana olaraq ödəyə bilmir. Övladı məktəbə gedir, onun məktəb xərcləri, hazırlıq xərcləri artmışdır. Göstərilənləri nəzərə alaraq iddiaçı cavabdehlə birgə nikahlarından olan 14 iyun 2011-ci il təvəllüdlü X1 üçün cavabdehin hər ay qazancının (başqa gəlirlərinin) 1/4 (dörddə bir) hissəsi miqdarında alimentin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisənin məhkəmədənkənar qaydada mediator vasitəsi ilə həll edilməsini istəsə də, cavabdeh mediasiya sessiyasına gəlmədiyindən, iddiaçı mübahisənin həll edilməsi ilə bağlı məhkəməyə müraciət etməkdə tam haqlıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən irəli sürülmüş tələb aşağıdakı əsaslara görə əsaslı hesab təmin edilməlidir. «Uşaq Hüquqları haqqında» Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən 2025-ci il üçün yaşayış minimumu ölkə üzrə adambaşına uşaqlar üçün 246 manat məbləğində təsdiq edilmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Göstərilən Məcəllənin 76.1.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən bir uşağa görə aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə, valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76 maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Göstərilən Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair xx.xx.2016-cı il tarixli qərarına əsasən:
1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu Qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir.
2. Bu Qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli Qərarının 8.13-cü bəndinə əsasən alimentin miqdarının dəyişdirilməsi barədə qətnamə qəbul edilərkən bu Qərarın 8.4-1-ci bəndində göstərilən qaydaya əməl edilməli olduğu nəzərə alınmalıdır. Alimentin miqdarının dəyişdirilməsi (artırılması və ya azaldılması) barədə tələbə baxarkən məhkəmə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində hansı dəyişikliyin olduğunu müəyyən etməli və alimentin miqdarının dəyişdiriləcəyi təqdirdə bunun uşağın maddi vəziyyətinə təsirini nəzərə almalıdır. Qanunvericiliyin tələblərindən göründüyü kimi uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Bakı şəhər Səbail Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli qətnaməsindən görünür ki, uşağın saxlanılması üçün Cavabdeh tutulan aliment 87 manat sabit pul məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 2016-cı il 28 mart tarixli 8-2/2016 nömrəli Qərarının 8.4-1.-ci bəndinə əsasən Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər. Məhkəmə iclasında iddiaçı məhkəmə qətnamə ilə tutulması müəyyən edilən alimentdən imtina etsə də, hazırda maddi təlabatın artmasını, məhkəmə qətnaməsi ilə tutulması müəyyən edilən aliment məbləğinin kifayət qədər aşağı olmasını, ona görə də alimentin dəyişdirilərək cavabdehin qazancının ¼ hissəsi həddində müəyyən edilməsini xahiş etmişdir. “Elektron məhkəmə” informasiya sistemində olan məlumata əsasən Cavabdeh Azərbaycan Dövlət Su Ehtiyyatları Agentliyi “ X7 Xidməti” X11 X8 Sistemlərinin İstismarı İdarəsində “qaz qaynaqçısı” vəzifəsində işləməsi, onun aylıq əmək haqqı 600 manat təşkil etməsi müəyyən edilmişdir. Məhkəmə alimentlə əlaqədar münasibətin davam edən xarakterli olmasını, icra prosesində olan alimentlə əlaqədar icra sənədi üzrə icraata xitam verilməsi barədə qəbul edilən qərar təkrar alimentlə bağlı tələbə baxılmasını istina edən hal kimi qəbul edilməməsini, qanunvericiliyin tələblərinə əsasən müntəzəm qazanca malik olan valideyndən alimentin tutulmasının əmək haqqının faiz nisbətində müəyyən edilməsi kimi nəzərə alınmalı olduğunu və iddiaçın tələbini də nəzərə alaraq hesab edir ki, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tutulması sabit pul məbləği şəklində müəyyən edilən aliment dəyişdirilməli və cavabdehdən tutulacaq aliment onun əmək haqqının ¼ hissəsi miqdarında müəyyən edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, alimentin dəyişdirilməsi ilə bağlı cavabdehdən tutulmalı olan aliment onun məhkəməyə müraciət etdiyi vaxtdan deyil, hazırki məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən sonra başlamalı və həmin vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8- 2/2016 saylı qərarının 8.11-1-ci bəndinə əsasən alimentin məhkəməyə müraciət edildiyi vaxtdan tutulmasına dair Ailə Məcəlləsinin 100.2-ci maddəsində nəzərdə tutulmuş qayda həmin Məcəllənin 112-ci maddəsinə əsasən artırılmış aliment məbləğinin tutulmasına da şamil edilir. Lakin nəzərə alınmalıdır ki, alimentin artırılmasına dair qətnamələr MPM-in 234.2.1-ci maddəsində nəzərdə tutulmuş dərhal icra edilən qətnamələrin sırasına aid edilməmişdir. Məhkəmə qeyd edir ki, AR MPM-nin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələrin dərhal icra olunması nəzərdə tutulsa da, hazırki tələb alimentin dəyişdirilməsi ilə bağlıdır. Bu səbəbdən göstərilən qanunun tələbləri alimentin dəyişdirilməsi ilə bağlı tələbə aid edilə bilməz. AR MPM-nin 112.1.3-cü maddəsinə əsasən aliment alınması haqqındakı iddialarda – bir il ərzində ödəmənin məcmusu ilə iddianın qiyməti müəyyən edilir. Məhkəmə hesab edir ki, iddiaçı dövlət rüsumundan azad edildiyindən, cavabdehdən bir il ərzində tutulacaq alimentin ümumi məcmusu – 1800 manat nəzərə alınaraq, dövlət rüsumunun əvəzi kimi 38 manat məbləğində dövlət nəfinə pul tutulmalıdır. Şərh olunanlara əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə…
QƏT ETDİ:
İddia təmin edilsin. Bakı şəhəri Səbail rayon Məhkəməsinin 2(009)-1430/2012 saylı, xx.xx.2012-ci il tarixli qətnaməsi ilə tutulması müəyyən edilmiş alimentin miqdarı dəyişdirilsin. Cavabdeh xx.xx.2011-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay aylıq qazancının (başqa gəlirlərin) 1/4 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Alimentin dəyişdirilməsi ilə bağlı Cavabdeh tutulmalı olan aliment məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyi gündən tutulmağa başlanılsın və tutma həmin vaxtdan hesablansın. Cavabdeh dövlət nəfinə dövlət rüsumunun əvəzi kimi 38 (otuz səkkiz) manat məbləğində pul tutulsun. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətinə Bakı Şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qeyd: apellyasiya şikayəti elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5ci maddəsinə əsasən geri qaytarılacaqdır.
Hakim: Şahin Abdullayev