Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(009)-2535/2020 13.11.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Bağırova Mədinə Ağacavad qızı, Bakı şəhəri, Dilarə Əliyeva,194 ünvanda yerləşən kreditor Tələbkar MMC-nin Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, ev 4, mənzil 16 ünvanda qeydiyyatda olan Borclu qarşı kredit borcunun ödənilməsi barədə məhkəmə əmrinin verilməsinə dair ərizəsinə və ona əlavə olunmuş sənədlərə baxaraq MÜƏYYƏN ETDİ: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizədən və ona əlavə edilmiş sənədlərdən görünür ki, kreditor Tələbkar MMC-nin ilə Borclu arasında xx xxxxxx 2016-cı il tarixdə hissə-hissə şərti ilə 01-AGT000009162 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən alıcı olan Borclu Tələbkar mağazasından ümumi nisyə dəyəri 1512 manat olan İphone 6S 16 Gray (İMEİ **********16729) markalı mobil telefon almışdır. Müavilənin 4-cü bəndinə uyğun olaraq alıcı Borclu xx.xx.2016-cı il tarixdən başlayaraq hər ayın 22-dən gec olmayaraq ödəniş cədvəlinə uyğun olaraq aylıq 107 manat ödəniş etməli olduğu halda aylıq ödənişlər etməmiş, aldığı malın qalıq pulunu ümumi dəyəri 1000 manat mağazaya ödəməmişdir. Dəfələrlə Borclu borcunun ödənilməsi barədə edilən müraciətlər nəticəsiz qalmış, götürdüyü malın dəyərini ödəməkdən yayınmışdır. Göstərilənlərə əsasən Borclu 1000 manat borc məbləği və 20 manat məbləğində dövlət rüsumunun, cəmi 1020 manatın tutularaq kreditora ödənilməsinə dair məhkəmə əmrinin qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Qeyd olunanlara görə və Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, həm yaranmış borc məbləği, həmçinin kreditor Tələbkar MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 20 manat məbləğində pul vəsaiti borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərdən görünür ki, Tələbkar MMC-nin tələbi aşkardır. Həmin tələb Borclu mübahisə edilməyən vəzifəsinə və sadə yazılı formada bağlanmış əqdə əsaslanır. Bu halda, Azərbaycan Respublikası MPM-in 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 275, 276, 280- 282 və 284-cü maddələrini rəhbər tutaraq, məhkəmə ƏMR EDİR: xx xxxxxx 1993-cü il tarixdə Salyan rayonu Şikarlı kəndində anadan olmuş, Bakı şəhəri, Səbail rayonu, Ş.Allahverdiyev küçəsi, ev 4, mənzil 16 ünvanda qeydiyyatda olan Borclu 1000 (bir min) manat əsas borc və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 20 (iyirmi) manat məbləğində pul tutularaq Tələbkar MMC-nin hesabına ödənilsin. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətində verilmiş tələbə və ya onun hissəsinə qarşı Səbail Rayon Məhkəməsinə yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Məhkəmə əmri icra sənədi hesab olunur. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-2535/2020
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(009)-2535/2020
13.11.2020 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver