Məhkəmə qərarları › İş №e-2(009)-2545/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2545/2024

28.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2545/2024 28.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat X2rşı “mənəvi zərər” dair mülki işə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y YƏ N E T D İ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat X2rşı “mənəvi zərər” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 200,000,000 (iki yüz milyon) manat mənəvi zərərin və 320 manat hüquqi yardım üçün ödənilmiş pulun tutulmasını xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, mən İddiaçı, hələ kiçik yaşımdan bir övladın başına gələ biləcək ən ağır faciəni yaşamış, 20 illik həyatımın 12 ilinə atasızlığı sığdırmışam. Atamı itirəndə həyatı yeni dərk etməyə başlayırdım. 8 yaşlı bir uşaq düşünün ki, atdığı hər addımda atasını örnək alır, səhər qalxdıqda bir süfrə kənarında atası ilə birgə səhər yeməyini yeyir, hər axşam atasının evə gəlməsini, gün içində başına gələnləri ona danışmağı həvəslə gözləyir. Ancaq həyat elə gətirir ki, bir səhər oyandıqda artıq o masada atanı görə bilmirsən. İlk vaxtlar “atanın ölümü” ifadəsinin mənası mənə çatmırdı, elə təsəvvür edirdim ki, atam hansısa uzaq rayona, ya da ölkəyə gedib. Ancaq yaşıdlarım məktəbə ataları ilə gəldikdə, ya da tənəffüslərdə göstərdikləri müxtəlif əşyaları“atam alıb” dediklərində “ölüm” sözünün nə qədər dəhşətli bir məna ifadə edəcəyinianlayırdım. Əksərən oğlan uşaqlarının özlərinə nümunə götürdükləri insan ataları olur, hələ kiçik yaşlarından “böyüyəndə atam kimi güclü olacam” deyir. Məndə də belə idi, mənə görə dünyadakı ən qüvvətli insan atam idi, həmin vaxtlar düşünürdüm, bu qədər güclü olan atam ölümü nə üçün məğlub edə bilmədi? Bir də əlavə etməliyəm ki, qısa olmasına baxmayaraq ömrümün ilk 8 ili daha gözəl və mənalı imiş, bunu ilk zamanlar anlamırdım,ancaq nə vaxt ki, problemlə üzləşdikdə atamı köməyə çağıra bilmirdim, onda atamla keçirdiyim 8 il yadıma düşürdü, hər nə qədər ağalamaq oğlana yaraşmaz deyilsə də, bu yaşımda da atamı xatırladığım hər an gözlərimin dolmasına səbəb olur. Atam X3 duz gölündə fəhlə işləyirdi və ailəmizi dolandırırdı. 23 sentyabr 2013-cü il tarixində atam toya getmək məqsədilə evdən ayrılmışdı, həmin günün səhəri oyandığımda evdə yoxdu, ilk işdə olacağını düşünüb əhəmiyyət verməsəm də, 24 sentyabr gününün axşamı da atam “işdən” evə qayıtmamışdı. Bir gün olardı ki, atamın harda olması ilə bağlı heç bir xəbər ala bilmədik və onu axtarmağa başladıq. 25 sentyabr 2012-ci il tarixində məlum oldu ki, 23 sentyabr 2012-ci il tarixdə saat 00:30 radələrində X22 məxsus “X27” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində atamı vurmuş və nəticədə o,aldığıağır xəsarətlər nəticəsində hadisə yerində dünyasını dəyişmişdir. Bəlkə qəribə səslənəcək, təbii ki, bir insan sevdiyinə ölüm arzu etməz, amma ən azından sevdiyinin ağrısız şəkildə ölməsiniarzulayar. Atamın cavan, cəmi 34 yaşında ölməsi bəs deyilmiş kimi, ölümü ağlasığmaz dərəcədə ağrılı şəkildə baş vermişdir. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi Ekspertiza və X13 Abşeron Rayon Şöbəsi tərəfindən verilmiş xx.xx.2012-ci il tarixli, 111 nömrəli meyitin ekspertiza rəyində göstərilmişdir ki, 1978-ci ildə anadan olmuş X10 meyitində həyatla bir araya sığmayan xəsarətlər: daxili qanaxma, hər iki ağciyərin, dalağın, qara ciyərin, sol böyrəyin, nazik və yoğun bağırsaqların cırılmaları, solda 1-2-3-4-5-6-7-8-9-cu, sağda 2-3-4-5-6-7-8-ci qabırğaların qapalı yerdəyişən sınıqları, sağ alın gicgah-təpə nahiyyəsinin və qarının ön divarının əzilmiş-cırılmış yaraları, kəllə tağı və əsası sümüklərinin sınığı, beyin qişaları altına, toxumasına, mədəciklərə qansızma, sol bud və baldır sümüklərinin yerini dəyişmiş sınıqları, sağ baldır sümüklərinin yerini dəyişmiş sınıqları, bədənin çoxsaylı sıyrıqları xəsarətləri aşkar edilmişlər ki, onlar həyati olub, ölümündən bir qədər əvvəl bərk küt əşya (əşyaların) təsiri nəticəsində əmələ gəlmişlər, ola bilsin ki xx.xx.2012-ci il tarixdə yol nəqliyyat hadisəsi zamanı piyadanın vurulması və üzərindən təkərlərin keçməsi nəticəsində törənsin, dərəcəsinə görə həyat üçün sağlamlığa ağır zərərvurma əlamətlərinə malikdirlər. X5 ölümünə səbəb – həyatla bir araya sığmayan xəsarətlər: daxilə qanaxma, hər ikiağciyərin, qara ciyərin, dalağın, sol böyrəyin cırılmaları, qabırğaların ikitərəfli qapalı sınıqları, kəllə tağı və əsas sümüklərinin, aşağı ətraf sümüklərinin sınıqları nəticəsində əmələ gəlmiş travmatik-hemorragik şok olmuşdur. Hələ də atamın ölümü ilə barışmaqda çətinlik çəkirəm. Qəlbimdə ata itkisi ilə bağlı daşıdığım bu yük ömrümün sonuna qədər məni müşayət edəcək. Bunu anlamaq çətindir, yalnız mənim yaşadıqlarımı yaşayan bir kimsə bu iztirabın, ağrı-acının nə olduğunu hiss edə bilər. Atamın itkisi ilə bağlı dərin mənəvi zərər almışam. Atam, mənim üçün böyük bir dəstək və həyatımda əvəzolunmaz bir şəxs idi. Atamın yoxluğu ilə bağlı uşaqlıqdan bu günə yaşadığım tramvalar həyatımın hər anında məni izləyir. Hansının daha ağır olduğunu demək də çətindir, dostların sənin yanında ataları haqqında danışanda onlara içdən-içə həsəd aparıb, onların yerində olmağı hər şeydən çox arzulamaq, ya əlində olsa ömrünü belə fəda etməyə hazır olduğun insanın faciəvi şəkildə ölməsi faktı ilə mənasız ömrünə davam etmək. Bu barədə olan iş üzrə məhkəmə istintaqı yekunlaşmış və xx.xx.2013 tarixli, 1(012)-103/2013 saylı Abşeron Rayon Məhkəməsi tərəfindən qəbul edilmiş hökmdə göstərilmişdir ki, X19, 23 sentyabr 2012-ci il tarixdə, saat 00:30 radələrində idarə etdiyi, X22 məxsus “X27” markalı, **-JJ-*** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə Bakı-Quba-Dağıstan sərhədi yolunun Abşeron rayonu ərazisindən keçən 20-ci kilometrində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin və 64-cü maddəsinin 1-ci maddəsinin tələblərini pozaraq, yəni yolun maksimum sürət həddi 110 km/saat olan hissəsində sürət həddini aşmamalı, diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarəetməsindən yayındırmamalı, qarşıda hərəkət hissəsinin ortasında piyadanın dayanmış vəziyyətdə olmasını nəzərə alaraq vaxtında tədbir görməklə sürətini azaltmalı, piyadanın yanından təhlükəsiz yan məsafəsi saxlamaqla keçib getməli, lazım gələrsə piyadaya çatmadan avtomobili dayandırmalı və hərəkətin təhlükəsizliyini təmin etməyən hərəkətlərə yol verməməli, bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunu etməyib, Bakı istiqamətinə avtomobili 120 km/saat sürətlə idarə edərək, yolun ortasında dayanmış piyada X15 avtomobilin qabaq sağ hissəsi ilə yolun hərəkət hissəsində vurmuş, nəticədə ehtiyatsızlıqdan sonuncuya həyatla bir araya sığmayan xəsarətlər-daxilə qanaxma, hər iki ağciyərin, qara ciyərin, dalağın, sol böyrəyin cırılmaları və qabırğaların ikitərəfli qapalı sınıqları, kəllə tağı və əsası sümüklərinin sınıqları, aşağı ətraf sümüklərinin sınıqları nəticəsində əmələ gəlmiş travmatik-hemorragik şok kimi, dərəcəsinə görə sağlamlığa AĞİR zərərvurmaya aid xəsarətlər yetirilməsi nəticəsində zərərçəkmiş şəxsin ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törətməklə, yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur Bu işlə bağlı Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(012)-103/2013 saylı hökmünə əsasən X19 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinib, ona 02 (iki) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 04 (dörd) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını məntəqə tiplicəzaçəkmə müəssisəsində çəkməklə, cəza çəkmə müddətinin əvvəlli onun həmin müəssisədə cəzasınıçəkməyə başladığı gündən hesablanması hökm edilmişdir. Abşeron Rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli, 1(012)-103/2013 saylı hökmü qanuni qüvvəyə minməklə icraya yönəldilmişdir. Təqsirləndirilən şəxs X11 təqsiriyəni cinayət əməlini törətməsi iş materialları ilə kifayət qədər sübuta yetirildiyinə görə onun barəsində hökm çıxarılaq o, məhkum edilmişdir. Hökmdən də görünür ki, məhkum olunmuş X19 hadisəni törədərkən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı X8 Təsərrüfat və Xidmətə Nəzarət Şöbəsinin Dəstək Xidmətləri Bölməsində sürücü işləmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, “X27” markalı, 90-JJ646 dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin X9 mülkiyyətində olmuşdur. Göründüyü kimi mənim atamın ölümü Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı X9 əməkdaşının təqsiri ucbatından baş vermişdir. Cavabdeh orqanın əməkdaşının qanunsuz və hüquqazidd cinayət xarakterli hərəkətləri və baş verən hadisə nəticəsində mənə bir övlad kimi mənəvi zərər dəymiş, atamın faciəvi vəfatı məni çox üzmüşdür. Atamın faciəvi şəkildə həlak olmasından sonra mənim psixi durumum pisləşdi. Bu günədək atamın ölümünün iztirabınıçəkirəm. Atamla keçirdiyim qısa müddət elə həmin illərdə oxuduğum və eşitdiyim sehirli nağıllar kimi yadımda qalmış, atamsız keçən günlərim isə faciədən fərqlənməmişdir. Heç bir məbləğ atamı əvəz etməz bəlkə, ancaq atasız keçirdiyim illərdə maddi və mənəvi olaraq çox sıxıntılar çəkmişəm, düşünürəm ki, məhz buna görə yaralarıma təsəlli ola biləcək təzminat tələb etməyim normaldır. İddiaçının nümayəndəsi-vəkili ərizə göndərərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iş üzrə cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: AZ-İİİ № 012546 doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı atası X16r. AZ-İ № 587112 saylı Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X18 23 sentyabr 2012-ci il tarixdə vəfat etmişdir. Abşeron rayon Məhkəməsinin 03 may 2013-cü il tarixli, 1(012)-103/2013 saylı hökmü ilə X19 onun təqsiri nəticəsində X10 ölümündə təqsirli bilinərək Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hökmdə qeyd edilir ki, X19 özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, X14 sürücü işləyir. 22 sentyabr 2012-ci il tarixdə saat 21 radələrində çağırış əsasında xəstəxananın təcili yardım həkimi Qurban Eyvazov və tibb bacısı Səbinə Quliyeva ilə birlikdə idarə etdiyi X27 markalı, ** JJ *** dövlət qeydiyyat nişanlı təcili tibbi yardım avtomobili ilə xəstəni Quba rayon Mərkəzi Xəstəxanasından götürüb Bakı şəhərinə yola düşmüşdür. 22 sentyabr tarixindən 23 sentyabr 2012-ci il tarixə keçən gecə saat 00:30 radələrində avtomobli 110-120 km/saat sürətlə idarə etməklə, Bakı-Quba yolu ilə yaxın vuran işıqlarla yolun orta hissəsi ilə Bakı istiqamətinə idarə edərkən, X28 Xidməti postundan təxminən 5-6 km keçdikdən sonra qəflətən yolun ortasında qaraltı olduğunu görmüş və əyləci basmağa imkan tapmadan yolun ortasında dayanmış piyadanı maşının qabaq hissəsi ilə vurmuşdur. Həmin yerə çatanda piyadanın yəni sonradan adının X18 olduğunu bildiyi şəxsin yolun sağ kənarında metal çəpərin altında uzanıqlı vəziyyətdə başından və bədənin müxtəlif yerindən xəsarət alaraq öldüyünü görmüşlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 82.4-cü maddəsinə görə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X4 Klinik Xəstəxanasında sürücü vəzifəsini yerinə yetirərkən yol-nəqliyyat hadisəsi tördərək X1 ağır dərəcəli zərər vurmaqla ölümünə səbəb olmuşdur. X19 təqsirli bilinərək 263.2-ci maddəsi ilə təqsirli bilinərək 4 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarilxli qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099 və 1108-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 18 aprel 2022-ci il tarixli Qərarı”nda qeyd edilir ki, əmək və ya mülki hüquq müqaviləsi üzrə əmək (xidməti) vəzifələrinin icra edilməsi ilə əlaqədar olaraq nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən vurulmuş zərərə görə işəgötürən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1099-cu maddəsinə əsasən mülki hüquq məsuliyyəti daşıyır. Zərərin vurulmasında işçinin təqsiri olduğu halda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1114-cü maddəsinə uyğun olaraq zərərin əvəzini ödəmiş işəgötürən ona qarşı reqres tələb hüququna malikdir. Mülki Məcəllənin 14-cü maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Başqa şəxsə zərər vurulması həmin maddə ilə hüquq və vəzifə doğuran əsas kimi nəzərdə tutulmuşdur (Mülki Məcəllənin 14.2.6-cı maddəsi). Bu hüquq normasındakı “qanunvericilikdə nəzərdə tutulmasa da” ifadəsi isə bilavasitə Məcəllə ilə nəzərdə tutulmayan hallarda belə mənəvi zərərin ödənilməsi ilə bağlı tələbin irəli sürülməsi üçün əsas yaradır. Həmin Məcəllənin 1099.1-ci maddəsinə əsasən hüquqi və ya fiziki şəxs öz işçisinin törətdiyi mülki hüquq pozuntusu (delikt) üçün məsuliyyət daşıyır və əmək (qulluq, mənsəb) vəzifələrinin icrası zamanı işçisinin vurduğu zərərin əvəzini ödəməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair” 2002-ci il 31 may tarixli Qərarında göstərilmişdir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər fərdin hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə, həm də əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Şəxsin yaxınlarının, o cümlədən ailə üzvlərinin ölməsi və ya sağlamlığına zərər vurulması halında mənəvi zərərə görə ödənilən təzminat şəxsin keçirdiyi sarsıntı və iztirabın müəyyən dərəcədə yumşaldılmasına, pozulan mənəvi tarazlığın bərpa edilməsinə yönəlmiş olur. Belə halda zərərçəkmiş şəxsi müəyyən miqdarda təzminat ilə təmin etməklə yaxınının itirilməsi nəticəsində keçirdiyi sarsıntı və iztirabın unutdurulması, yaşama sevincindəki azalma və mənəvi hüzursuzluğun aradan qaldırılması məqsədi ilə ona mənəvi cəhətdən dəstək olunmasına xidmət edilmiş olur. Bundan başqa, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 2-ci bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X17 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə, onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Mənəvi zərər anlayışına şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalma kimi yanaşma ona dəlalət edir ki, bəzi hallarda baş vermiş faktın özü mənəvi zərərin vurulmasının dəlili kimi qəbul edilir və bu faktın başqa dəlillərlə sübuta ehtiyacı olmur. Məhkəmə mənəvi zərərin məbləği ilə isə bağlı bildirir ki, Ali Məhkəmənin Plenumunun 03 noyabr 2008-ci il tarixli “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi haqqında” qərarının 10-cu bəndində qeyd edilmişdir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Bu baxımdan məhkəmə iddiaçının keçirdiyi mənəvi iztirab və sarsıntıları nəzərə alaraq hesab edir ki, cavabdehdən iddiaçının xeyrinə mənəvi zərərin əvəzi kimi 30.000 manat məbləğində pul tutulmalıdır. Məhkəmə cavabdehin iddia müddətinin tətbiqi ilə bağlı ərizəsinə münasibətdə qeyd edir ki, ərizə əsassızdır. Belə ki, AR Mülki Məcəlləsinin: 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. 384.0.3-cü maddəsinə əsasən fiziki şəxsin həyatına və ya sağlamlığına vurulmuş zərərin əvəzinin ödənilməsi haqqında tələblərə iddia müddəti tətbiq edilmir. Məhkəmə yuxarıda göstərilən maddi hüquq normalarına istinadən qeyd edir ki, hazırki tələb iddia müddətinin şamil edilmədiyi tələblərdəndir. Belə ki, iddiaçı mərhum atasının həyatına və sağlamlığına vurulmuş zərərlə bağlı məhkəməyə müraciət etmişdir. Bu səbəbdən bu tələb iddia müddətinin tətbiqi əsası ilə əsassız hesab edilə bilməz. Məhkəmə 320 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə qeyd edir ki, tələb bu hissədə təmin edilməlidir. AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş 9651 saylı qəbzin surətindən görünür ki, hüquqi yardıma görə iddiaçı tərəfindən Zaqatala rayon Vəkil Bürosuna 320 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin sadalanan maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Təsərrüfat Hesablı X8n mənəvi zərərə görə 30.000 manat məbləğində mənəvi zərərin əvəzi və hüquqi yardıma görə ödənilmiş 320 manat məbləğində pul tutularaq İddiaçı xeyrinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar