Məhkəmə qərarları › İş №e-2(009)-2583/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2583/2024

03.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin azaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2583/2024 03.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə Cavabdeh alimentin azaldılması tələbinə dair iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: Cavabdeh alimentin azaldılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materillarını araşdırıb hesab edir ki, ərizə aşağıdakı əsaslara görə geri qaytarılmalıdır. Hakim qeyd edir ki, iddia ərizəsinin tərəflər bölməsində iddiaçı barədə məlumat daxil edilməmiş Cavabdeh yalnız cavabdeh qismində özünü qeyd etmiş, iddia ərizəsinə alimentin artırılması barədə edilmiş müraciət əsasında Mediasiya təşkilatı tərəfindən verilmiş bildirişi əlavə edilmişdir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı alimentin azaldılması ilə bağlı 100 manat məbləğində ödəniş etməli olduğu təqdirdə, iddia ərizəsinə 15 manat məbləğində dövlət rüsumunun ödənilməsi barədə qəbz əlavə edilmişdir. AR MPM-nin 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Mülki Prosessual Məcəllənin 149.2.4-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməzdən əvvəl medasiya prosesində iştirakı tələb olunduğu halda, həmin tələbə riayət edilməsinə dair məlumatlar iddia ərizəsində göstərilməlidir. Azərbaycan Respublikası “Mediasiya haqqında” AR Qanununun 3.1.2-ci maddəsinə əsasən ailə münasibətlərindən irəli gələn mübahisələrə dair işlər üzrə mediasiya tədbiq edilir. Həmin Qanununun 26.1.5-ci maddəsinə əsasən Ailə münasibətlərindən irəli gələn mübahisələr bu qanuna uyğun olaraq Mediasiya vasitəsilə həll oluna bilər. Hakim qeyd edir ki, ailə münasibətlərindən irəli gələn mübahisələrə dair işlərə məhkəmə qaydasında baxılmamışdan əvvəl tərəfin həmin mübahisənin məhkəmədənkənar mediasiya prosesində həll edilmə qaydasında riayət edilmədən, yəni mediasiya prosesində iştirakı tələb olduğu halda həmin tələbə riayət edilmədən məhkəməyə müraciət edildiyi üçün hazırki iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. AR MPM-nin 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir. Hakim qeyd edir ki, verilən tələblərə görə dövlət rüsumunun məbləği qiymətləndirilən və qiymətləndirilməyən iddia ərizələrinə görə müəyyən edilir. Belə ki, “Dövlət rüsumu haqqında” AR Qanunun tələblərinə əsasən qiymətləndirilməyən iddia ərizələrinə görə dövlət rüsumun məbləği 100 manat həddində, qiymətləndirilən iddia ərizələrinə görə isə qaldırılan tələbin məbləğinə uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, iddia ərizəsi geri qaytarılır. Beləliklə hakim hesab edir ki, iddia ərizəsi AR MPM-nin tələblərinə uyğun olmadığından, yəni iddia ərizəsində iddiaçı və cavabdehə dair qanunda nəzərdə tutulan məlumatlar qeyd edilmədiyindən, iddia mediasiya təşkilatına müraciət edilmədən məhkəməyə təqdim edildiyindən, qanunda nəzərdə tutulmuş həddə dövlət rüsumunun ödənilməsinə təsdiq edən qəbz ərizəyə əlavə edilmədiyindən, onun məhkəmə icraatı mümkün deyil, bu səbəbdən iddia ərizəsi geri qaytarılmalıdır. Hakim həmçinin qeyd edir ki, Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsi əsasında tutulan aliment məbləği artırılmış, Cavabdeh həmin qətnamədən verdiyi şikayət qanunvericiliyin tələblərinə uyğun tərtib edilmədiyindən geri qaytarılmış, nöqsanların aradan qaldırılmasından sonra şikayətin məhkəməyə təqdim edilə bilməsi izah olunmuşdur. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 150.1.2, 151.1 və 152.1.5-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: Cavabdeh alimentin azaldılması tələbinə dair iddia ərizəsi qərardadın əsaslandırıcı hissəsində göstərilənlərə əsasən Cavabdeh geri qaytarılsın. Ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar