Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2679/2025 19.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X1 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhərində, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı - Cavabdeh MMC-yə qarşı “əmək haqqı və kompensasiya” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 17,800 manat məbləğində ödənilməmiş əmək haqqının, gecikdirilmiş əmək haqqına görə, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində 30,870 AZN məbləğində pul vəsaitinin, 5000 AZN məbləğində ödənilməmiş son haqq-hesabın, ödənilmiş 60 manat mediasiya xərcinin və 1500 manat vəkil xidmət haqqının cavabdeh “TEZ LOGİSTİCS" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini belə əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixdə cavabdeh MMC-də əmək müqaviləsi bağlayaraq işə başlamışdır. xx.xx.2025-ci il tarixdə işdən azad olunmasına baxmayaraq son haqq-hesab və 2024-cü ilin dekabr ayından bəri ona çatacaq əmək haqqı hələ də ödənilməmişdir. İddiaçı sonradan iddia tələbinə dəqiqləşmə ərizəsi verərək, 17800 manat məbləğində ödənilməmiş əmək haqqının, gecikdirilmiş əmək haqqına görə, hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində 34,252 AZN məbləğində pul vəsaitinin, ödənilmiş 60 manat mediasiya xərcinin və 1500 manat vəkil xidmət haqqının cavabdeh “TEZ LOGİSTİCS" Məhdud Məsuliyyətli Cəmiyyətindən tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişinin surətindən görünür ki, İddiaçı xx.xx.2022-ci il tarixdə Cavabdeh MMC-də işə başlamış və xx.xx.2025ci il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçının əmək haqqı barəsində bank hesabının çıxarışın surətindən görünür ki, onun hesabına 1800 manat məbləğində əmək haqqı sonuncu dəfə xx.xx.2025-ci il tarixdə köçürülmüşdür. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC-də yük daşımaları üzrə mütəxəssis vəzifəsində çalışmışdır. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixdə xitam verilmişdir. AR Əmək Məcəlləsinin: 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqqhesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir 172.4-cü maddəsinə əsasən işçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. 172.5-ci maddəsinə əsasən əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin «Əmək mübahisələri» bölməsində nəzərdə tutulan qaydada həll edilir. İddia tələbinin “17,800 manat məbləğində ödənilməmiş əmək haqqının cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə qismən əsaslıdır. Belə ki, işdən görünür ki, iddiaçının aylıq əmək haqqısı 1800 manat təşkil etmiş və ona sonuncu dəfə 2024-cü ilin dekabr ayının əmək haqqısı 2025-ci ilin yanvar ayında ödənilmişdir. 2025-ci ilin yanvar ayından işdən azad olunana kimi ödənilməmiş əmək haqqı cavabdehdən tutulmalıdır. Yekun olaraq, cavabdeh tərəfindən ödənilməyən əmək haqqından iddiaçıya ödənilmiş 200 manat pul vəsaiti çıxılmaqla qalan 16,000 manat məbləğində pul vəsaiti (aylıq əmək haqqı kimi 1800 manat x 9 ay) cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “hər gecikdirilmiş gün üçün əmək haqqının bir faizi məbləğində 34,252 AZN məbləğində pul vəsaitinin cavabdehdən tutulması” hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, tələb bu hissədə əsaslıdır. Məhkəmə qeyd edir ki, işçi 09 oktyabr 2025-ci il tarixdə işdən azad olunmasına baxmayaraq, ona sonuncu dəfə 2024-cü ilin dekabr ayının əmək haqqısı 2025-ci ilin yanvar ayında ödənilmişdir. Belə olan halda qanunvericiliyin tələbinə uyğun olaraq hər gecikdirilmiş gün üçün işəgötürəndən işçinin əmək haqqısının bir faizi məbləğində ödənc işəgötürəndən işçininin xeyrinə tutulmalıdır. İddiaçının bank hesabından çıxarışın surətindən görünür ki, iddiaçıya ödənilməli olan son əmək haqqı məbləği 2025-ci ilin yanvar ayından oktyabr ayına kimi ümumilikdə 17,800 manat civarında olmuşdur və həmin məbləğ hazırki vaxta kimi ödənilməmişdir. Beləliklə, həmin məbləğin hər gecikdirilmiş gün üçün bir faizi məbləğində ödənc hesablanmaqla 34,252 manat cərimə cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə 1500 manat hüquqi xidmətə görə ödənilmiş pulun cavabdehdən tutulması hissəsinə münasibətdə aşağıdakıları qeyd edir: AR MPM-nin: 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115.0.6-cı maddəsinə əasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli Hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, iddiaçı tərəfindən hüquqi yardım göstərilməsi üçün Kredo Vəkil Bürosunun hesabına 1500 manat məbləğində ödəniş edilmişdir. İddia tələbi qismən təmin edildiyindən həmin məbləğin 750 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun: 8.1.3-cü bəndinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1-ci bəndinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 50,252 manat məbləğində pul vəsaiti Cavabdeh MMC-dən İddiaçı xeyrinə tutulsun. Ödənilmiş 60 manat mediasiya xərcinin 30 manat hissəsi və hüquqi yardıma görə ödənilmiş vəsaitin 750 manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulsun. 240,75 manat dövlət rüsumu cavabdehdən dövlət büdcəsinin xeyrinə tutulsun. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi (alındığı) gündən bir ay müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2679/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2679/2025
19.12.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver