Məhkəmə qərarları › İş №e-2(009)-2680/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2680/2024

12.12.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2680/2024 12.12.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlu İddiaçı X1 Cavabdeh qarşı aliment və əmlak tələblərinə dair iddia ərizəsinin icraata qəbul edilməsi mümkünlüyü məsələsinə baxaraq … MÜƏYYƏN ETDİ: İddiaçı X1 Cavabdeh qarşı aliment və əmlak tələblərinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, iddaçı tərəfindən irəli sürülmüş tələblərdən görünür ki, tələblərdən biri cavabdehdən azyaşlı uşağın saxlanılması ilə bağlı aliment tələbi ilə əlaqədardır. Digər tələb isə şəxsi əşylarının qaytarılması, yəni əmlak tələbi ilə bağlıdır. Hakim hesab edir ki, tələblərdən biri üzrə iddiaçı dövlət rüsumunun ödənilməsindən azad olsa da, əmlak tələbi ilə bağlı iddia üzrə isə məhkəməyə müraciət edilərkən tələb edilən əmlakın ümumi dəyərinə mütənasib olaraq dövlət rüsumu ödənilməlidir. İddiaçı tərəfindən isə tələb olunan əmlakların dəyəri barədə məlumatlar iddia ərizəsində qeyd edilməmiş və həmin dəyərə uyğun dövlət rüsumunun ödənilməsi barədə qəbz iddia ərizəsinə əlavə edilməmişdir. Ümumiyyətlə hakim qeyd edir ki, həmin tələblər bir-biri ilə əlaqədar olmadığından bir icraatda baxıla bilməz. Belə ki, AR MPM-nin 149.3-cü maddəsinə əsasən iddiaçı bir-biri ilə bağlı olan bir neçə tələbi bir iddia ərizəsində birləşdirməyə haqlıdır. Hakim eyni zamanda qeyd edir ki, iddiaçının qeyd edilən hüququnun həyata keçirilməsi üçün zəruri şərt ondan ibarətdir ki, həmin iddia tələbləri arasında bağlılıq olsun. İddia ərizəsində göstərilən iddia tələbləri arasında əlaqə olmadıqda iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, AR MPM-nin 152.1.7-ci maddəsinə əsasən bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən irəli sürülən müxtəlif tələblər arasında hər hansı bağlılıq yoxdur. Beləliklə hakim hesab edir ki, iddia ərizəsində bir-biri ilə əlaqədar olmayan tələblər birləşdirildiyindən, əmlak tələbinə dair dövlət rüsumunun ödənilməsini təsdiq edən sübut iddia ərizəsinə əlavə edilmədiyindən ərizənin məhkəmə icraatı mümkün deyil və bu səbəbdən iddia ərizəsi sənədlərlə birlikdə geri qaytarılmalıdır. AR MPM-nin 151.1-ci maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 149-152-ci maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı X1 Cavabdeh qarşı aliment və əmlak tələblərinə dair iddia ərizəsi sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar