Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2782/2025 29.01.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "əmək haqqı" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqının, vurulmuş mənəvi zərərə görə kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə ödəncin hesablanaraq onun xeyrinə tutulması, eləcə də mediasiya sessiyasında iştiraka görə ödənilmiş 50 manat məbləğində pulun və vəkilə ödənilmiş 325 manat məbləğində xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddianın dəlilləri: xx.xx.2019-cu il tarixdə Cavabdeh ilə əmək müqaviləsi bağlayaraq həmin cəmiyyətdə işə başlamışam. 12 may 2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Lakin, əmək müqaviləsinə xitam verilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələbləri pozulmuş, mənə son haqq-hesab ödənilməsi ilə bağlı qaydalara riayət edilməmişdir. Belə ki, mənə 2025-ci ilin aprelayı üçün olan tam əmək haqqı, 12 may 2025-ci il tarixə qədər olan əmək haqqı ödənişləri verilməmişdir. Əmək müqaviləsinə əsasən, mənim aylıq əmək haqqım 1699 manat təşkil edir. Beləliklə, 12 may tarixində cavabdehin mənə olan son haqq-hesab üzrə yaranmış borcu bu günədək ala bilməmişəm. Əmək hüquqlarımın pozulması ilə bağlı xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 142 Çağrı Mərkəzinə də müraciət etdim. Müraciətim əsasında araşdırma aparıldı və X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən xx.xx.2025-ci il tarxli 3- 17-5/2-K-77149/2025 saylı məktubla mənə cavab verildi. Məktubda həqiqətən də mənə son haqqhesab ödənişinin edilmədiyinin müəyyən olunduğu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin tələblərinin pozulduğunun müəyyən edildiyi bildirilərək, Cavabdeh MMC-nin vəzifəli şəxsi barədə inzibati xəta haqqında protokol tərtib edildiyi və inzibaticərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbuledildiyi barədə məlumat verilir. Beləliklə, məhkəməyə müraciət etmək məcburiyyətindəyəm. Cavabdeh tərəfindən 84-cü maddənin tələblərinə əməledilməmiş, son haqq-hesab ödənilməmişdir. Əmək haqqının verilməsinin işəgötürənin təqsiri üzündən gecikdirilmiş olduğu X4 Xidmətinin Bakı Şəhər İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarxli 3-17-5/2-K-77149/2025 saylı məktubla təsdiqini tapır. Məktubun məzmunundan Cavabdeh MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixli MN2340514 nömrəli inzibati xəta haqqında protokol tərtib edildiyi və xx.xx.2025-ci il tarixdə MN0030309 nömrəli qərar qəbul edilmiş olması müəyyən edilir. Məhkəmənin diqqətinə çatdırmaq istəyirəm ki, “fərdi əmək mübahisələrinin yaranması” halı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 172-ci maddəsinin 5-ci hissəsinin şərh edilməsinə dair” 11 aprel 2023-cü il tarixli Qərarı ilə şərh edilmiş və ödəncin verilməsinə dair müddəanın fərdiəmək mübahisəsinin yarandığı hala da şamiledilməsi qərara alınmışdır. Məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyə uyğun olaraq mediasiya qurumuna müraciət etmişəm. Bakı 9 saylı Mediasiya Təşkilatı tərəfindən xx.xx.2025-ci il tarixli X1 (İMS) sonra prosesin davam etdirilə bilməməsi barədə MŞB/9/2025-01218 nömrəli Arayış verilmişdir. Hesab edirəm ki, iddia tələbləri üzrə cavabdeh təşkilat tərəfindən mənə həm ödənilməmiş əmək haqqı – son haqq-hesab, həm əmək haqqının verilməsinin gecikdirilməsi üçün hər gecikdirilən gün üçün əmək haqqının 1 faizi məbləğində ödənc, həm də vurulmuş mənəvi zərərə görə kompensasiya ödənilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdehndən əmək müqaviləsi üzrə ödənilməmiş əmək haqqının, istifadə olunmamış məzuniyyətə görə ödənişlərin (2025-ci lin aprel ayı üçün əmək haqqı 1500 manat, 2025-ci ilin may ayının 12 günü üçün əmək haqqı 600 manat), vurulmuş mənəvi zərərə görə 3000 manat məbləğində kompensasiyanın və əmək haqqının gecikdirilməsinə görə son haqq-hesab kimi ödənilməli olan 2100 manat məbləğində pulun cavabdeh tərəfindən ödəniləcək gününə kimi hər gün 1% həcmində ödəncin iddiaçının xeyrinə tutulması, eləcə də mediasiya sessiyasında iştiraka görə ödənilmiş 50 manat məbləğində pulun və vəkilə ödənilmiş 325 manat məbləğində xidmət haqqının əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh "xxxx" MMC-nin nümayəndəsi ərizə ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə elektron ərizə ilə müraciət edərək Bakı Kommersiya Məhkəməsində qaldırılan iddia tələbində "xxxx" MMCdəki işçilərə ödənilməli olan 800000,0 (səkkiz yüz min) manat həcmində pul vəsaitinin əsassız olaraq silinərək "xxxx" QSC-nin hesabına tutulması səbəbindən həmin pul vəsaitinin Cavabdeh MMC-nin işçilərlə bağlı ödənişlərinə yönəldilməsi öhdəliyinin "xxxx" ASC-nin Mərkəz Filialının üzərinə qoyulması öz əksini tapdığından qeyd edilən iş üzrə yekun qərar qəbul edilənədək icraatınızda olan mülki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən icraatın dayandırılması barədə vəsatət təmin edilməmiş və MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutlar: İş materiallarına əlavə olunmuş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdə "xxxx" MMC-də əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə menecer peşəsinə qəbul edilmiş, əmək haqqı 1699 manat müəyyən edilmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər idarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, sizin Cavabdehndə (bundan sonra - Müəssısə) əmək hüquqlarınızın pozulması barədə Azərbaycan Respublikası Əmək və X3 Nazirliyinin "142" Çağrı mərkəzinə ünvanladığınız müraciətinizə Nazirlik yanında X4 Xidmətinin Bakı şəhər İdarəsində baxılmışdır. Müraciətiniz ilə əlaqədar ətraflı izahat verməyiniz və əmək haqqı bank hesabından çıxarış təqdim etməyiniz məqsədi ilə ünvanınıza (ünvan 1 xx.xx.2025-ci il tarixli 3-17-5/2-K-57257/2025 nömrəli məktub göndərilmiş və Siz araşdırmaya təqdim etdiyiniz izahatınızda müraciətinizlə əlaqədar heç bir əlavənizin olmadığını bildirmiş və əmək haqqı bank hesabından çıxarışınızı. təqdim etmisiniz. Bildiririk ki, əmək hüquqlarınızın pozulması ilə əlaqədar müəssisənin ünvanına (Bakı şəhən, Səbail rayonu, Nizami küçəsi, ev 90A (Landmark Hotel)) xx.xx.2025-ci il tarixli 3-17-5/2- 57256/2025 nömrəli məktubla müraciət olunaraq Sizə aid olan sənədlərin "Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 7.9-cu maddəsinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuş və müəssisə tərəfindən sənədlər araşdırmaya təqdim olunmuşdur. Müəssisə tərəfindən təqdim edilmiş məktubda Libra MMC-ə məxsus Landmark 3 binası xx.xx.2025-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin mülkiyyətinə keçməklə Müəssisənin 50% səhmlərinin həmin Çəmiyyətə aid olduğu qeyd olunmuşdur. Əlavə olaraq ol məktubda Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Bakı şəhəri Səbail rayon icra şöbəsinin xx.xx.2025-ci tarixli 349198/2024/16-13/96 saylı məktubu ilə Müəssisəyə aid bütün bank hesablarına inkasso sərəncamı qoyulduğu, eyni zamanda Müəssisənin xx.xx.2025-ci il tarixində cari ay üzrə işçilərin əmək haqlarının ödənilməsi ilə bağlı ödəniş tapşırığının Azərbaycan Beynəlxalq Bankı tərəfindən inkasso sərəncamının vaxtının bitməməsinə baxmayaraq icra edilmədiyi qeyd olunmuşdur. Həmçinin məktubda işçilərə ödənilməli olan məbləğlə bağlı Müəssisə tərəfindən Bakı Kommersiya Məhkəməsinə müraciət edilmis və halhazırda işin məhkəmədə olduğu bildirilmişdir. Tərəfimizdən Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əmək və Məşğulluq" altsisteminə və müəssisə tərəfindən təqdim olunmuş sənədlərə baxış keçirilərkən Sizinlə "xxxx" MMC-nin işəgötürəni arasənda xx.xx.2019-ci il tarixde bağlanmış əmək müqaviləsinə xx.xx.2025-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin "a" bəndinə (tərəflərdən birinin təşəbbüsü) əsasən xitam verildiyi məlum olmuşdur. Eyni zamanda təqdim etdiyiniz əmək haqqı bank hesabı çıxarışınızdan Sizə son haqq hesab ödənişinin ödənilmədiyi müəyyən edilmişdir. Nəticədə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 83-cü maddəsinin 4-cü hissəsinin (Əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqqhesab (istifadə edilməmiş əmək məzuniyyətinə görəpul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir) tələbinin pozulduğu məlum olmuşdur. Bildiririk ki, qeyd olunan pozuntu ilə əlaqədar "xxxx" MMC-nin vəzifəli şəxsi barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinin (işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin əmək qanunvericiliyinə uyğun olaraq ödənilməməsinə və ya tam ödənilməməsinə görə) tələblərinə uyğun olaraq xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmiş və həmin Məcəllənin eyni maddəsi ilə xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir Eyni zamanda nəzərinizə çatdırırıq ki, son haqq-hesabınızın qanunvericiliyin tələblərinə uyğun hesablanaraq tam ödənilməsini təmin edib nəticəsi barədə X4 Xidmətinin Bakı şəhər İdarəsinə məlumat verilməsi ilə əlaqədar "xxxx" MMC-nin vəzifəlı şəxsina tərəfimizdən müvafiq məktub ünvanlanmışdır. Müraciətinizdə qeyd etdiyiniz məsələlərin həlli ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnuz vardır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsinə əsasən Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 11-ci maddəsinin «a» və «b» bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda, müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edilir. - 12-ci maddəsinin 1-ci hissəsinin «b» bəndinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə aid digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək işəgötürənin əsas vəzifələrindən biridir. - 69-cu maddəsinin 2-ci bəndinə əsasən ərizə verildiyi gündən bir təqvim ayı bitdikdən sonra işçi işə çıxmamaq və son haqq-hesabının aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə borcludur. - 83-cü maddəsinin 4-cü bəndinə əsasən əmək müqaviləsinə xitam verilmiş işçiyə son haqq-hesab (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əməkhaqqı və digər ödəmələr) sonuncu iş günü ödənilməlidir. - 154-cü maddəsinin 1-ci hissəsinə əsasən, əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. - 157-ci maddəsinə əsasən işçilərin əməyi vaxtamuzd, işəmuzd və əməyin ödənilməsinin digər sistemləri ilə ödənilir. Əməyin ödənilməsi işin fərdi və kollektiv nəticələrinə görə aparıla bilər. Əmək müqaviləsi üzrə öhdəliklərin yerinə yetirilməsində, istehsalın səmərəliliyinin və işin keyfiyyətinin artırılmasında işçilərin maddi marağını gücləndirmək məqsədi ilə mükafatlandırma, o cümlədən il ərzində işin yekunlarına görə mükafat və maddi həvəsləndirmənin digər formaları tətbiq edilə bilər. Əmək haqqının tərkibinə aylıq tarif (vəzifə) maaşı, əlavələr və mükafatlar daxildir. Tarif (vəzifə) maaşı — işin mürəkkəbliyi, əməyin gərginliyi və işçinin ixtisas səviyyəsinə görə müəyyən edilən əmək haqqının əsas hissəsidir. Əmək haqqına əlavə — əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına, əmək haqqına müəyyən edilən əlavə ödəncdir. Mükafat — əməyin kəmiyyət və keyfiyyətinin yüksəldilməsinə işçinin maddi marağının artırılması məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada verilən həvəsləndirici pul vəsaitidir. 172-ci maddəsinə əsasən əməkhaqqı işçilərə ayda bir dəfədən az olmayaraq verilməlidir. Tərəflərin qarşılıqlı razılığı ilə aylıq əməkhaqqı iki hissəyə bölünərək (avans olaraq və qalan hissəsi məbləğində) on altı gündən çox olmayan vaxt fasiləsi ilə ayda iki dəfə verilə bilər. Kollektiv müqavilədə, yaxud əmək müqaviləsində əmək haqqının verilməsinin başqa müddətləri də müəyyən edilə bilər. Əmək haqqının verilməsi günü istirahət, səsvermə, ümumxalq hüzn günü və ya iş günü hesab edilməyən bayram günlərinə təsadüf etdikdə, o bilavasitə həmin günlərdən əvvəlki gündə verilir. İşçi işdən çıxarkən ona düşən bütün ödənclər tam məbləğdə işdən çıxdığı gün verilir. Əmək haqqının verilməsi işəgötürənin təqsiri üzündən gecikdirildikdə və bu hal fərdi əmək mübahisəsi yaratmayıbsa, hər gecikdirilmiş gün üçün işçiyə əmək haqqının azı bir faizi məbləğində ödənc verilməlidir. Bu hal əmək mübahisəsi yaratdıqda həmin mübahisə bu Məcəllənin “Əmək mübahisələri” bölməsində nəzərdə tutulan qaydada həll edilir. İşçinin əmək kitabçasının bu Məcəllənin 83-cü maddəsinin 3-cü hissəsinin ikinci cümləsində müəyyən edilmiş vaxtda verilməsi işəgötürənin təqsiri üzündən ləngidildikdə, işçiyə işə düzələ bilmədiyi bütün müddət üçün orta əmək haqqı ödənilməlidir. Azərbaycan Respublikası MPM: - 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmənin mövqeyi: Məhkəmə iddia tələblərinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək aşağıda göstərilənlərə əsasən hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işin materiallarından görünür ki, tərəflər arasında 01 aprel 2019-cu il tarixində əmək müqaviləsi bağlanmış və iddiaçı əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə menecer peşəsinə qəbul edilmiş, əmək haqqı 1699 manat müəyyən edilmişdir. İddiaçı ilə bağlanmış əmək müqaviləsinə 12 may 2025-ci il tarixindən Əmək Məcəlləsinin 68-ci maddəsinin «a» bəndinə əsasən xitam verilmişdir. Hazırda iddiaçı ona işlədiyi müddət ərzində 2025-ci lin aprel ayı üçün əmək haqqı 1500 manat, 2025-ci ilin may ayının 12 günü üçün əmək haqqı 600 manat əmək haqqı ödənilmədiyini iddia edərək cavabdehdən onun xeyrinə tutulmasını tələb edir. Cavabdeh tərəf isə iddianı təkzib edəcək hər hansı bir sübut növü məhkəməyə təqdim etməmiş, ödənişləri vaxtında aparılmamasını digər məhkəmə mübahisəsinin mövcudluğu ilə əlaqələndirmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya işlədiyi müddət ərzində 2025-ci ilin aprel və may ayları üçün əmək haqqı ödənilmədiyindən iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Belə ki, əmək haqqı hesabından çıxarışdan görünür ki, sonuncu dəfə əmək haqqı ödənişi 717.06 manat 2025-ci ilin mart ayında hesaba daxil olmuşdur. Məhkəmə qeyd edir ki, iddiaçı aylıq məbləğ olaraq 1500 manat əldə etdiyini bildirərək həmin məbləğdə əmək haqqı hesablanmaqla ödənilməsini, eyni zamanda may ayının 12 günü üçün 600 manat hesablanmaqla ödənilməsini tələb etsə də, əmək müqaviləsindən görünür ki, onun əmək haqqı məbləği 1699 manat müəyyən edilmiş və hər ay əmək haqqı qanunvericiliyə əsasən müvafiq tutulmalar həyata keçirildikdən sonra ödənilmişdir. Məhkəmə hesab edir ki, iddiaya hüquqi qiymət verilən zaman bu hal nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, ödənilməyən son-haqq hesabın (əmək haqqı məbləğinin) 1 (bir) faizi məbləğində ödənc hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməlidir. Məhkəmə mənəvi zərərin ödənilməsi ilə bağlı qeyd etməyi zəruri hesab edir ki, mənəvi zərər bir tərəfdən hüquqa zidd əməl nəticəsində şəxsin əmlak və qeyri-əmlak nemətlərində obyektiv olaraq əmələ gələn azalmadırsa, digər tərəfdən onun meydana gəlməsi üçün şəxsin bu azalmanı hiss etməsi, psixoloji sarsıntı və iztirab keçirməsidir. Azərbaycan Respublikası qanunvericiliyi, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Məhkəmə vurğulayır ki, mənəvi zərər məhz bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda da kompensasiya edilir. Hazırki işdə iddiaçı məhz cavabdehin hərəkətlərinin onun şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmasını təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilməməlidir. Məhkəmə iddianın “istifadə olunmamış məzuniyyətə görə ödənişlərin” ödənilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçı bununla bağlı məhkəməyə sübut təqdim etməmişdir. Odur ki, iddia bu hissədə təmin edilə bilməz. Beləliklə, məhkəmə iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 2025-ci lin aprel ayı üçün 1500 manat əmək haqqı və 2025-ci ilin may ayının 12 günü üçün (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) əmək haqqı hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilməli, ödənilməyən son-haqq hesabın (əmək haqqı məbləğinin) 1 (bir) faizi məbləğində ödənc hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, 50 (əlli) manat mediasiya xərci və 325 (üç yüz iyirmi beş) manat vəkil xidməti xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 2025-ci lin aprel ayı üçün 1500 manat əmək haqqı və 2025-ci ilin may ayının 12 günü üçün (əmək müqaviləsinin şərtləri və müvafiq tutulmalar nəzərə alınmaqla) əmək haqqı hesablanmaqla Cavabdeh MMC-dən tutularaq İddiaçı ödənilsin. Ödənilməyən son-haqq hesabın (əmək haqqı məbləğinin) 1 (bir) faizi məbləğində ödənc hər gecikdirilmiş gün üçün ödəniləcək günədək hesablanmaqla cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. 50 (əlli) manat mediasiya xərci və 325 (üç yüz iyirmi beş) manat vəkil xidməti xərci cavabdeh "xxxx" MMC-dən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2782/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2782/2025
29.01.2026 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver