Məhkəmə qərarları › İş №e-2(009)-28/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-28/2024

15.07.2024 · Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-28/2024 15.07.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil1, Cavabdeh Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iştirakları ilə, İddiaçı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) Cavabdeh Şirkətinə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təsviri hissə: İddiaçı (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidməti müstəqil tələb irəli sürməyən 3-cü şəxs qismində cəlb edilməklə) Cavabdeh Şirkətinə qarşı “əmək haqqının və dəymiş ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, karantində olduğu müddət üçün ödənilməmiş 17000 manat, istirahət günü işə cəlb edildiyi üçün 20953 manat, həmçinin əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat, ümumilikdə 65.528,30 manat maddi ziyan, həmçinin 15000 manat mənəvi ziyan, ümumilikdə 80.528,30 manatın və iddianın qaldırılması ilə bağlı mediasiya təşkilatına ödənilmiş 50 manat rüsum, dövlət büdcəsinə ödənilmiş 332 manat dövlət rüsumu, hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 500 manat müqavilə məbləğinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: İddiaçı "xxxx" Şirkətində xx.xx.2011-ci il tarixdən əmək müqaviləsinə əsasən əvvəlcə matros, daha sonra kapitanın 2-ci köməkçisi, 2012-ci ildən hal-hazıradək kapitan baş köməkçisi vəzifəsinə çalışır. İddiaçı "xxxx" Şirkətində işlədiyi müddətədə əmək hüquqları pozulmuş, həmçinin şirkət tərəfindən ona ödənilməli olan əmək haqları tam ödənilməmişdir. Belə ki, qanunun tələbinə uyğun olaraq İddiaçı aylıq əmək haqqı hesablanarkən dəniz əmsalı, gecə pulu və sair ödənişlər də nəzərə alınmaqla 7395 manat təşkil edir. Yəni, işçinin işdə olduğu günlük əmək haqqı və istirahətdə olduğu günlük əmək haqqı fərqli olmaqla iş günlərinə görə günlük 399 manat, istirahət günlərinə görə günlük 94 manat əmək haqqı hesablanır. Pandemiya dövründə karantin qaydalarına müvafiq olaraq istirahətdə olan, yəni gəmidən çıxmış işçinin yenidən gəmiyə qayıda bilməsi üçün onları müxtəlif müddətlərə karantində saxlamış və bundan sonra işə buraxılmışlar. Beləliklə, İddiaçı yenidən işə çıxa bilməsi üçün onun karantinə salınması müddəti istirahət hüququ pozulmaqla iş günlərinin sayında deyil, istirahət günlərinin müddətində həyata keçirilmiş, buna baxmayaraq həmin günlərə görə əmək haqqı ödənilərkən istirahət gününün əmək haqqı kimi hesablanmışdır. Halbuki, işçinin əvvəla istirahət hüququ pozulmuş, yəni o saxlanıldığı oteldə istirahətdə deyil, işəgötürənin tələbi ilə dörd divar arasında karantində olmuş, həmçinin onun işə çıxa bilməməsi özündən asılı olmayan səbəblərdən olmuşdur. Yəni, karantin qaydalarına əməl edilməsi işəgötürənin tələbi ilə həyata keçirilib, bu səbəbdən işçi nə istirahətdə olmamış, nə də işdə olmamasına baxmayaraq, ona əmək haqqı istirahət günləri kimi ödənilmişdir. İddiaçı istirahət günlərində karantində olması və ona həmin günlərə görə əmək haqqının istirahət tariflərinə uyğun hesablanması, karantində saxlandığı otellərin məktubları, Şirkətin əmək haqqı cədvəli (iş və istirahət günləri göstərilməklə), habelə bank çıxarışı ilə təsdiq olunur. X14in arayışından göründüyü kimi İddiaçı xx.xx.2020-xx.xx.2020, 29.10.21-10.11.21, 27.01.22-05.02.22-ci il tarixlərdə həmin Hoteldə Covid-19 əlaqədar karantində olmuş, bütün ödənişlər Şirkən tərəfindən həyata keçirilmişdir. X16 Hotelinin arayışından göründüyü kimi İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə həmin Hoteldə Covid-19 əlaqədar karantində olmuş, bütün ödənişlər Şirkən tərəfindən həyata keçirilmişdir. Həmçinin SAPPHİRE Bayıl Hotelin arayışından göründüyü kimi İddiaçı xx.xx.2021-xxxx.2021-ci il tarixlərdə həmin Hoteldə Covid-19 əlaqədar karantində olmuş, bütün ödənişlər Şirkət tərəfindən həyata keçirilmişdir. Qeyd etdiyi kimi, İddiaçı istrahətdə olmamış, karantin müddətində də özündən asılı olmayan səbəblərdən işəgötürənin daxili qaydalarına görə karantində saxlanmaqla boşdayanmada olmuşdur. Ona görə də hesab edir ki, İddiaçı yuxarıda qeyd olunan müddətlərdə karantində olduğu günlərin əmək haqları Qanunun tələbinə uyğun boşdayanma günləri kimi hesablanmaqla ona verilməlidir. Beləliklə, İddiaçı ümumilikdə 75 gün karantində olmuş, həmin müddətində 7 günü bayram günlərinə təsadüf etmiş, Qanunun tələbinə uyğun olaraq bu halda həmin günlər işçinin özündən asılı olmayan səbəblərədn işləməyib boşdayanma olduğundan əmək haqqı 2/3 hesablanmaqla buna görə İddiaçı 24000 manat ödənilməli olmasına baxmayaraq Şirkət tərəfdən ona 7000 manat ödənilmiş, yəni istirahət gününün əmək haqqı əmsalları əsas götürülmüşdür. Ona görə də qeyd olunan karantində olma müddətinə görə İddiaçı 24000 manat ödənilməli olmasına baxmayaraq 7000 manat ödənildiyindən, ödənilməmiş qalan 17000 manat da İddiaçı ödənməlidir. Bundan başqa, İddiaçı əmək müqaviləsinə əsasən 42 gün işdə, yəni gəmidə, növbəti 42 gün istirahətdə, yəni evdə və yenidən 42 gün işdə olur. Lakin, İddiaçı 28 apreldən 01 sentyabr 2022-ci il tarixlərdə istirahət verilmədən işləmiş, belə ki, 28 apreldən 09 iyun 2022-ci il tarixlərdə 42 gün öz iş vaxtını işləyib, növbəti 42 günü istirahətə getmək əvəzinə işdə olmayan kapitanın baş köməkçisini əvəz etməklə 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixədək işdə olmaqla istirahət hüququ pozulmuş, istirahət vaxtı işdə olmayan işçinin əvəz etməklə işə cəlb edilməsinə baxmayaraq, bununla bağlı əmək haqqı hesablanarkən yenə də qanunvericiliyin tələbləri pozulmuşdur. İddiaçı istirahət vaxtı işlədilməsi ona həmin aylara görə ödənilmiş əmək haqları cədvəli ilə tam təsdiq olunur. Belə ki, həmin cədvəldən göründüyü kimi İddiaçı may ayının tam əmək haqqını 03 iyun 2022-ci il tarixdə 10015 AZN, iyun ayının tam əmək haqqını 05 iyul 2022-ci il tarixdə 10911 AZN, iyul ayının tam əmək haqqını 03 avqust 2022-ci il tarixdə 9397 AZN almış, avqust ayını əmək haqqını 02 sentyabr 2022-ci il tarixdə tam olaraq 10700 AZN almış, beləliklə İddiaçı ardıcıl olaraq hər ay işləməsi ona ödənilən əmək haqqlarının siyahısı və məbləği ilə təsdiq olunur. Bundan başqa, İddiaçı istirahət vaxtında işdə olmayan işçini əvəz etməklə işə cəlb edilməsi gəmi jurnalı ilə də təsdiq olnur. Belə ki, həmin jurnalda İddiaçı növbə vaxtını təhvil təslim verməsini və gündəlik gəmidə yerinə yetirilən əməliyyatları qeyd edərək həmin qeydi ad, soyad və vəzifəsini qeyd etməklə öz imzası və təsdiq etmişdir. Lakin, qeyd olunan gəmi jurnalının onlar tərəfindən əldə edilməsi mümkün olmadığından qeyd olunan sübutun tədqiq olunması üçün Gəmi jurnalının məhkəmə iclasında araşdırılması zərurəti olduğundan cavabdehdən qeyd olunan jurnalın məhkəmənin iclasına gətirilməsinin təmin edilməsini xahiş edir. Bundan başqa, İddiaçı qeyd olunan müddətdə gəmidə olması həmin vaxt (15-17 iyun 2022-ci il) gəminin göyərtəsində çəkdirdiyi fotoşəkillərlə də təsdiq olunur. Beləliklə, İddiaçı istirahətə getmək əvəzinə işdə olmayan kapitanın baş köməkçisini əvəz etməklə 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixədək işdə olmasına baxmayaraq ona əmək haqqı Qanunun tələbinə uyğun olaraq ikiqat ödəmək əvəzinə 42 günün əvəzinə ümumilikdə 12563 manat ödənmişdir. Bu hal da özü-özlüyündə İddiaçı yuxarıda qeyd edildiyi kimi 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixlərdə istirahətdə deyil, məhz işdə olmasını təsdiq edir. Əks halda ona əmək haqqı istirahət gününü əmək haqqı kimi günü 94 manat olmaqla, 42 gün üçün 3977 manat hesablanmalı olardı. Beləliklə, İddiaçı istirahət günlərində işə cəlb edilməsinə görə 42 gün üçün 33516 manat ödənilməli olmasına baxmayaraq, həmin günlərin əvəzinə ona 12563 manat ödənildiyindən, ödənilməmiş qalan 20953 manat da işəgötürən tərəfindən İddiaçı ödənilməlidir. Bundan başqa, İddiaçı hesablanmış əmək haqlarından müxtəlif vaxtlarda heç bir Qanuni əsas olmadan müəyyən məbləğlər çıxılmışdır. Belə ki, 2019-cü ilin may ayı üçün hesablanmış 6846 manat əmək haqqından 1690 manat, 2019-cu il iyun ayı üçün hesablanmış 3997,18 manat əmək haqqından 1430 manat, 2019-cu il iyul ayı üçün hesablanmış 5131,47 manat əmək haqqından 1691 manat, 2019-cu il avqust ayı 5114 manat əmək haqqından 1890,50 manat, 2019-cu il sentyabr ayı üçün 8035,5 manat əmək haqqından 895,50 manat, 2021ci il mart ayı üçün 17171 manat əmək haqqından 1449 manat, 2021-ci il aprel ayı üçün hesablanmış 3350 manat əmək haqqından 577,20 manat, 2021-ci il iyun ayı üçün 12384 manat əmək haqqından 3463,20 manat, 2021-ci il iyul ayı üçün 5903,50 əmək haqqından 3030,30 manat, 2021-ci ilin avqust ayı üçün 5608,50 manat əmək haqqından 2741,70 manat, 2021-ci ilin sentyabr ayı üçün 9941,50 manat əmək haqqından 6926,40 manat, 2022-ci ilin iyul ayı üçün 16081 manat əmək haqqından 2686 manat, ümumilikdə 27575,30 manat əmək haqqımdan heç bir qanuni əsas olmadan çıxmışlar. Beləliklə, İddiaçı ödənilməmiş karatində olduğu müddət üçün 17000 manat, istirahət günü işə cəlb edildiyi üçün 20953 manat, həmçinin əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat, ümumilikdə 65.528,30 manat maddi ziyan cavabdeh tərəfindən ödənilməlidir. Həmçinin, cavabdehin əmək haqqını düzgün hesablayıb ödəməməsi, həmçinin hesablanmış əmək haqlarımdan əsassız tutmalar etməsi İddiaçı mənəvi ziyan vurulması ilə də nəticələnmişdir. Belə ki, İddiaçı aylıq əmək haqqına uyğun olaraq bankdan və digər kredit təşkilatlarından şəxsi ehtiyacları ilə bağlı kreditlər götürmüş, cavabdehin yuxarıda qeyd etdiyi kimi əmək haqqını düzgün ödəməməsinə görə İddiaçı həmin təşkilatlara kredit borcları yaranmış, həmin təşkilatlar tərəfindən dəfələrlə İddiaçı zənglər edilməklə nahatlıq verilmiş, hətta onunla kobud rəftar da etmişlər, o də məcbur olub dost tanışlardan borc alıb borcunu qismən ödəsə də, bu günədək də borcunu tam ödəyə bilməmişdir. Qeyd etdiyi bu hallar İddiaçı mənəvi izdirab çəkməsi ilə nəticələnmiş, ona görə də ona vurulmuş mənəvi ziyanın 15000 manat qiymətləndirilib həmin məbləğ də cavabdehdən tutularaq ona ödənilməsini xahiş edir. Həmçinin iddianın qaldırılması ilə bağlı mediasiya təşkilatına ödənilmiş 50 manat rüsum, dövlət büdcəsinə ödənilmiş 332 manat dövlət rüsumu, həmçinin hüquqi yardım göstərilməsi ilə bağlı vəkilə ödənilmiş 500 manat müqavilə məbləği də cavabdehdən tutularaq İddiaçı ödənilməlidir. İddiaçı hüquqlarının pozulması ilə bağlı işəgötürənə, həmçinin AR ƏƏSMN yanında X9 Xidmətinin Bakı şəhər idarəsinə xx.xx.2022-ci il tarixdə müraciət etmiş, onun müraciəti ilə bağlı verilmiş xx.xx.2022-ci il tarixli **********3 saylı məktubda işəgötürənin müraciətdə qeyd olunan halları qəbul etməməsini, bununla belə ilin sonunda iş norması vaxtından artıq saatlarda işləməsi halının mövcudluğu müəyyən olunarsa həmin saatlara görə ikiqat əmək haqqının ödəniləcəyi bildirmələri göstərilərək, bununla belə müəssisə rəhbərliyi tərəfindən müvafiq sənədlər təqdim edilmədiyindən müraciətinin araşdırılmasının mümkün olmaması qeyd edilmişdir. Əvvəla, işəgötürən tərəfindən iş norması vaxtından artıq saatlarda işləməsi halının mövcudluğu müəyyən olunarsa ilin sonunda əmək haqqında olan kəsirlərin ödənilməsi bildirilsə də bu gündək heç bir ödəniş edilməmiş, digər tərəfdən də İddiaçı müdddətsiz əmək müqaviləsi ilə saat hesabı deyil, işlədiyi günlər hesablanmaqla aylıq əmək haqqı alır. Yəni, işəgötürənin X9 Xidmətinin Bakı şəhər İdarəsinin sorğusu ilə bağlı ünvanladığı cavabda belə İddiaçı ilin sonunda artıq iş saatında işlədilməsi müəyyən olunarsa həmin saatların pulunun ödəniləcəyini qeyd etmələri əsassız olmuşdur. Beləliklə, İddiaçı hüquqlarının pozulması ilə bağlı işəgötürənə və müvafiq dövlət orqanına müraciətləri nəticəsiz qaldığından, yuxarıda qeyd olunan məktubla işəgötürən tərəfindən hüquqlarının pozulmasının qəbul edilməməsi aydın olduğundan və hal-hazırda da cavabdehlə əmək münasibətlərində olduğundan onun pozulmuş hüquqlarının bərpası ilə bağlı məhkəməyə iddia vermək müddəti ötməmişdir. Daha sonra İddiaçı Adıgözəl oğlu 15 may 2024-cü il tarixdə məhkəməyə iddia ərizəsinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək məhkəmədən Cavabdeh şirkətinə qarşı iddia tələbinin təmin edilməsini, Cavabdeh şirkətindən karantində olduğu müddətdə ödənilməyən 17000 manat, istirahət günü işə cəlb edildiyi üçün 20953 manat pulun, əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat, ümumilikdə 65528,30 manat maddi ziyanın, 15000 manat mənəvi ziyanın, ümumilikdə 80.528, 30 manat pulun və məhkəmə xərcləri üçün ödənilmiş pul vəsaitlərinin cavabdehdən tutulub iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etirazın dəlilləri: Cavabdeh Şirkətinin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz təqdim edərək göstərmişdir ki, İddiaçı iddia tələbi əsassız və qanunsuz olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı E. Sultanovun iddia tələbinin karantində olduğu dövr üçün 17000 manat pul tələb etməsinə dair mövqeyi ondan ibarətdir ki, qanunun tələbinə uyğun olaraq E. Soltanova aylıq əmək haqqı hesablanarkən dəniz əmsalı, gecə pulu və sair ödənişlər də nəzərə alınmaqla 7395 manat təşkil edir. İşçinin işdə olduğu günlük əmək haqqı və istirahətdə olduğu günlük əmək haqqı fərqli olmaqla iş günlərinə görə günlük 399 manat, istirahət günlərinə görə günlük 94 manat əmək haqqı hesablanır. Pandemiya dövründə karantin qaydalarına müvafiq olaraq istirahətdə olan, yəni gəmidən çıxmış işçinin yenidən gəmiyə qayıda bilməsi üçün onları müxtəlif müddətlərə karantində saxlamış və bundan sonra işə buraxılmışlar. Karantin qaydalarına əməl edilməsi işəgötürənin tələbi ilə həyata keçirilib, bu səbəbdən işçi nə istirahətdə olmamış nə də işdə olmamasına baxmayaraq, ona əmək haqqı istirahət günləri kimi ödənilmişdir. İddiaçı yenidən işə çıxa bilməsi üçün onun karantinə salınması müddəti istirahət hüququ pozulmaqla iş günlərinin sayında deyil, istirahət günlərinin müddətində həyata keçirilmiş, həmin günlərə görə əmək haqqı ödənilərkən istirahət gününün əmək haqqı kimi gündəlik ev gününün əmsalına uyğun hesablanmışdır. İddiaçı X6 Cavabdeh şirkəti arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmışdır. E. Sultanov əmək müqaviləsi ilə gəmi idarəçiliyi təminatını yerinə yetirmək üçün matros vəzifəsinə işə götürülmüşdür. Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış 06.12. 2011-ci il tarixli əmək müqaviləsinə sonradan bir neçə dəfə əlavələr və dəyişikliklər edilmişdir. İddiaçı X6 Cavabdeh şirkəti arasında xx.xx.2011-ci il tarixdən qüvvəyə minmiş əmək müqaviləsinin 3-cü maddəsinə əsasən işçinin iş yeri şirkətin gəmilərində və sahil obyektində olması müəyyən edilmişdir. Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış 1335R nömrəli, xx.xx.2013-cü il tarixli müqavilənin 3-cü maddəsi ilə işçinin iş yerinin şirkətin gəmilərində və sahil obyektində olması müəyyən edilmişdir. Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış əmək müqaviləsinə sonradan edilmiş əlavələr və dəyişikliklərlə müqavilənin 3cü maddəsinə əlavələr və dəyişiklik edilməmişdir. Əmək müqaviləsi ilə işçinin iş yeri şirkətin gəmilərində və sahil obyektində olması müəyyən edilmişdir. İşçinin iş yerinə gəlməsi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməsi üçün Covid-19 pandemiyası ilə əlaqədar olaraq Bakı, Sumqayıt, Gəncə, Lən kəran, Yevlax,Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli № 208-li qərarı ilə fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmişdir. Həmin qərarın 3-cü bəndi ilə nəqliyyat və logistika sahəsi üzrə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımalarına, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətlərinin, logistika xidmətlərinin fəaliyyətinə icazə verilmişdir.Covid-19 epidemiyası ilə əlaqədar olaraq şirkət daxili və sifarişçi şirkətin tələblərinə əsasən gəmi heyəti vaxtaya getməmişdən əvvəl 2 həftə və digər müddətə təyin edilmiş otellərdə karantində olmuşlar. Bu müddət ərzində karantində olan bütün gəmi heyəti üzvlərinə vaxtadan kənar müddət üçün təyin edilmiş gündəlik tarif maaşları hesablanaraq ödənilmişdir. Karantində olma müddəti onun və digər dənizçilərin əmək vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar olmadığından, “vaxtada” olma sayılmadığından ona ev günləri üçün təyin edilmiş tarif maaşı hesablanmamış və ödənilməmişdir. E. Sultanova tarif maaşı gündəlik 94 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin iş yeri şirkətin gəmiləri və sahil obyektinin olması müəyyən edildiyindən, Elçin Sultanovun karantində olduğu yerin onun iş yeri deyil müxtəlif otellərdə karantində olması olduğundan həmin yer iş yerləri hesab edilə bilməz və həmin otellerdə karantində olduğu müddət işçinin boş dayanma müddəti kimi hesablana bilməz. X2 Təlimatlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli qərarı və bununla bağlı digər qərarlarının icrası ilə əlaqədar Xəzər hövzəsində yerləşən gəmilərin iş qaydası müəyyən edilmişdir. Cavabdeh "xxxx" Şirkəti sifarişçilərin müəyyən etdiyi şərtlər əsasında gəmi heyəti üzvlərinin işə çıxmaları üçün tələb edilən müddətlərdə karantin rejimi qaydalarına əməl etmişdir. İşçilərin işə çıxmaları üçün tələb edilən müddətdə karantində saxlanma müddətləri tətbiq edilmişdir. “X3 B. V.” Azərbaycan şöbəsinin Koronavirus xəstəliyi (COVİD -19 yayılması zamanı) CR-SCONA-HLT-002- E nömrəli izolyasiya təlimatlarına əsasən karantin rejimi qaydası müəyyən edilmişdir. Sifarişçinin tələbinə əsasən gəmi heyətinin yerli işçiləri üçün oteldə 14 günlük mobilizasiya, otelə çatanda Svab testi, izolyasiya bitməmişdən əvvə 1 Svab testi və oteldə təcrid olunarkən açıq havada 1 saatlıq fəaliyyətə icazə verilmişdir. X2 (ÜST), Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasına dair qərarlarına, tələmatlarına, göstərişlərinə,“Azərbaycan Respublikasında Dəniz Nəqliyyatı gəmilərində xidmət” Nizamnaməsinə əsasən işçilərin xəstəlikdən təcrid olunmasına dair "xxxx" Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli şirkət daxili memorandum imzalanmışdır. Həmin Memoranduma əsasən gəmiyə işə çıxan işçilərin karantində olma müddətləri və qaydaları müəyyən edilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar olaraq karantin qaydalarına müvafiq olaraq E. Sultanovun gəmiyə işə çıxıb əmək funksiyalarını yerinə yetirməsi üçün 63 gün karantində olmuşdur. 2020-ci ilin noyabr ayında 17 gün, dekabr ayında 14 gün, 2021-ci ilin yanvar ayında 4 gün, may ayında 8 gün, oktyabr ayında 3 gün, noyabr ayında 9 gün, 2022-ci ilin yanvar ayında 5 gün, fevral ayında 3 gün müddətində karantində olmuşdur. Tərəflər arasında bağlanmış əmək müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli, 5 nömrəli əlavənin 1.3-cü maddəsi ilə müəyyən edilmişdir ki, “ İşçiyə gəmidə işlədiyi hər günə görə 372 manat və növbədənkənar olduğu hər günə görə isə 88 manat məbləğində maaş ödənilir”. E. Sultanovun karantində olduğu günlər növbədənkənar olduğu hər günün əmsalı ilə əmək haqqı ödənilmişdir. 2020- ci ilin noyabr ayı üçün növbədənkənar olduğu hər günün əmsalı 88 manat olmaqla 17 gün üçün 1496 manat, 2020-ci ilin dekabr ayı üçün ev gününün əmsalı 88 manat olmaqla 14 gün üçün 1232 manat, 2021-ci ilin ev gününün əmsalı 92 manat olmaqla yanvar ayı 4 gün üçün 368 manat, oktyabr ayı 3 gün üçün 276 manat, noyabr ayı 9 gün üçün 828 manat, 2022-ci ilin ev gününün əmsalı 92 manat olmaqla yanvar ayı 5 gün üçün 460 manat, fevral ayı 3 gün üçün 276 manat pul hesablanıb ödənilmişdir. Bundan başqa, E. Sultanovun karantində qaldığı 2022-ci ilin yanvar ayında ona əlavə olaraq 1.327, 50 manat pul hesablanmışdır. İddiaçı gəmidə olduğu və sahildə olduğu günlər hesablanarkən müəyyən olunur ki, onun iddia ərizəsində göstərdiyi ümumilikdə 75 gün karantində olması həqiqət deyil, E. Sultanovun karantində olduğu müddət cəmi 63 gün müddətində olmuşdur. İddia ərizəsində E. Soltanovun karantində olma müddətinin özündən asılı olmayan səbəblərdən işəgötürənin daxili qaydalarına görə karantində saxlanmaqla boşdayanmada olma hesab edilməsi, karantində olduğu günlərin əmək haqqının boşdayanma günləri kimi hesablanmaqla ona verilməsi əsassız və qanunsuzdur. İddiaçı E. Soltanov iddia ərizəsində göstərmişdir ki, əmək müqaviləsinə əsasən 42 gün işdə, yəni gəmidə, növbəti 42 gün istirahətdə, yəni evdə və yenidən 42 gün işdə olmalıdır. O, 28 aprel 2022-ci il tarixdən 01 sentyabr 2022-ci il tarixləri arasında olan dövr ərzində istirahət verilmədən işləmişdir. 28 aprel 2022-ci il tarixdən 09 iyun 2022-ci il tarixinədək olan müddət ərzində 42 gün öz iş vaxtına görə işləmiş, 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixinədək 42 günü işdə olmayan kapitanın baş köməkçisini əvəz etməklə işə cəlb edilmişdir. Ona əmək haqqı hesablanarkən Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci bəndinin tələbləri pozulmuşdur. Məcəllənin 164-cü maddəsinin 1-ci bəndinə əsasən istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günləri və ümumxalq hüzn günü görülən işə görə aylıq maaş alan işçilərə iş aylıq iş vaxtı norması çərçivəsində görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşı məbləğindən aşağı olmamaqla, əgər iş aylıq iş vaxtı normasından artıq vaxtda görülmüşsə, maaşdan əlavə gündəlik vəzifə maaşının ikiqat məbləğindən aşağı olmamaqla əmək haqqı ödənilir. İddiaçı E.Sultanov istirahət günü işə cəlb edildiyi üçün 20953 manat məbləğində pulun cavabdehdən tələb edilib ona ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı ilə Cavabdeh şirkəti arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin 4-cü və xx.xx.2013-cü il tarixli 1335R nömrəli əmək müqavilələrinin 4-cü maddəsi ilə müəyyən edilmişdir ki, “İşçi iş vaxtı metodu ilə işləyir. Növbə vaxtları adətən 6 (aktı) həftə təşkil edir. Ancaq işin xarakteri və ya istehalat zərurəti tələb edərsə, növbə vaxtı Şirkətin nümayəndəsi tərəfindən uzadıla və ya qısaldıla bilər. İşçi üçün (üzən heyət) iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilir. Bu zaman gündəlik iş vaxtının müddəti 12 saatdan çox, iş günləri arasında istirahət müddəti isə 12 saatdan az ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı qeydiyyat dövrü 1 ildən artıq dövr üçün tətbiq edilə bilməz. Həmçinin, yuxarıda qeyd etdiyi tərəflər arasında bağlanmış əmək müqavilələrinin 4-cü maddəsi ilə müəyyən olunmuşdur ki, “İş vaxtı metodu ilə işləyən zaman iş günləri ancaq bayram və ümumxalq hüzün gününə düşərsə bu günlər üçün əmək haqqı işçinin razılığı ilə ya 2 qat ölçüdə ödənilir ya da ona başqa istirahət günü-əvəzgün verilir. İşçiyə vaxtada işlədiyi hər bir gün üçün vaxtadan sonra haqqı ödənilən istirahət günü verilir. Haqqı ödənilən istirahət günü işçiyə aşağıdakı hallarda verilir:- İşçi gəmiyə daxil olur saat 12:00-a qədər; -İşçi işi qurtararaq gəmini tərk edir saat 12:00-dan sonra. Digər hallarda işçiyə ancaq işlədiyi günlərə görə əmək haqqı ödənilir. İstirahət günləri ödənişsiz olur”. Bundan başqa tərəflər arasında bağlanmış xx.xx.2011-ci il tarixli müqavilənin 2-ci və 29. 10. 2013-cü il tarixli 1335R nömrəli əmək müqavilələrinin 2-ci maddəsi ilə işçinin vəzifələrinə aid edilmişdir ki, “müəyyən hallarda istehsalat zərurəti olduqda, şirkət və onun nümayəndəsinin göstərişi əsasında, işçi öz vəzifəsinə və ixtisasına uyğun əlavə işləri və xidmətləri yerinə yetirməlidir. İşçi ilə razılaşdırıldıqda qanunvericiliyə uyğun olaraq ona başqa vəzifələrin yerinə yetrilməsi də tapşırıla bilər”. İddiaçı X1 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixinədək 42 günü işdə olmayan kapitanın baş köməkçisini əvəz etməklə işə cəlb edilməsinə görə əmək haqqının istirahət gününün əmək haqqı ilə iki qat hesablanması barədə tələbi tərəflər arasında bağlanmış müqaviləyə uyğun deyil. Belə ki, tərəflər arasında bağlanmış müqavilə ilə iş vaxtı, iş günləri, iş saatları və istirahət günləri (istirahət günləri üçün əmək haqqının hesablanması) Əmək Məcəlləsinə uyğun razılaşdırılmışdır. Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış əmək müqaviləsinə xx.xx.2022-ci tarixdə edilmiş dəyişikliyə əsasən E. Sultanov Cavabdeh şirkətinin Azərbaycan Respublikası Nümayəndəliyində kapitanın baş köməkçisi. SDPO vəzifəsində işləmiş, aylıq əmək haqqının məbləği 7395 manat məbləğində müəyyən edilmişdir. X1 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixinədək 42 günü işdə olmayan gəmi kapitammn baş köməkçisi vəzifəsində DPO işləyən X8 əvəz etməklə onun vəzifəsini icra etmişdir. Xəzər dənizi hövzəsində olan gəmilərdə əmək vəzifələrinin icrası “Azərbaycan Respublikasında Dəniz Nəqliyyatı gəmilərində xidmət” Nizamnaməsinə əsasən yerinə yetirilir. Nizamnamənin İ Fəslinin 7-ci bəndində göstərilir ki, iş vaxtı və istirahət vaxtı gəmi kapitanı tərəfindən müəyyən edilir. Həmin Nizamnamənin XV Fəslində gəmi heyətinin iş vaxtı və istirahət vaxtı müəyyən olunmuşdur. Azərbaycan Respublikası Nazirlər kabinetinin 8 may 2000-ci il tarixli, 83 saylı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Dəniz Nəqliyyatı Gəmilərində Xidmət” Nizamnaməsinin 5-ci bəndi ilə müəyyən edilmişdir ki, “Gəmi heyət üzvünün işə qəbulu, vəzifəyə təyin edilməsi, xidmət yerlərinin dəyişdirilməsi qaydaları, onların hüququ və vəzifələri, gəmidə xidmət şəraiti, həmçinin işdən azad edilmənin əsaslandırılması və qaydası aşağıdakı kimi müəyyən olunur: Azərbaycan Respublikasının Əmək haqqında qanunları; Azərbaycan Respublikası ticarət gəmiçilik məcəlləsi; Bu Nizamnamə və Azərbaycan Respublikası dəniz nəqliyyatı işçilərinin intizamı haqqında Nizamnamə; Dəniz nəqliyyatının texniki istismarı haqqında Əsasnamə və Gəmi texniki vasitələrinin texniki istismarı qaydaları; Dəniz Nəqliyyatı gəmilərində təhlükəsizlik texnikası Qaydaları və Dəniz gəmiləri üçün Sanitar qaydaları; Gəmi sahiblərinin əmrləri, dərc olunan təlimatları və Əsasnamələri; Vəzifə təlimatları; Kollektiv müqaviləsi; SOLAS-74-ün, İX yeni fəslin (TİBK) tələbləri”. Həmin Nizamnamənin 7-ci bəndinə əsasən heyətin əməyi əmək qanunçuluğuna və Dəniz nəqliyyatı gəmiləri üzücü heyətinin iş vaxtı və istirahət günləri haqqında qüvvədə olan Əsasnaməyə müvafiq surətdə kapitan tərəfindən təşkil olunur. “Azərbaycan Respublikası Dəniz Nəqliyyatı Gəmilərində Xidmət” Nizamnaməsinin 379-cu bəndinə görə gəmidə aşağıdakı nümunəvi gündəlik qaydalar müəyyən edilir: Gündəlik qaydalar gəmi vaxtı, saat, dəqiqə hərəkətdə dayananda Əmələnin qalxması 7.00, Səhər yeməyi 7.30 - 8.30; 7.30 - 8.30; Gəmi işləri 8.00 -12.00; 8.00 -12.00; Nahar 11.30 -12.30; 12.00 -13.00 Gəmi işləri 12.30 -15.30; 13.00 -17.00; Axşam çayı 15.30 -16.30; 20.00 -20.30; Gəmi işləri 16.00 -17.00 - Axşam yeməyi 19.30 -20.30; 17.00.-18.00; Mədəni-kütləvi tədbirlər və istirahət 17.00 -20.00; 18.00 -22.00; Yatmaq 23.00- 23.00; Növbə çəkməyə və texniki qulluq xidməti göstərən şəxslər üçün hərəkətdə yemək qəbulu üçün vaxtlar: səhər yeməyi 7.30-dan 8.00-dək, nahar 12.00-dan 12.30-dək, axşam çayı 15.30-dan 16.00-dək, axşam yeməyi 19.00-dan 19.30-dək ayrılır. Lazımi hallarda gəminin konkret iş şəraitinə uyğun olaraq kapitana ixtiyar verilir ki, gəmi həmkarlar ittifaqı komitəsinin razılığı ilə göstərilən gündəlik qaydanı dəyişsin. Aşpazın, bufetçinin və növbətçinin iş cədvəli kapitan tərəfindən təsdiq olunur. Cavabdeh şirkətində gəmi kapitanının baş köməkçisi vəzifəsində işləyən X10 xəstəliyi ilə əlaqədar olaraq 09 mart 2022-ci il tarixdən işə çıxmamışdır. Xəstə olması və 09. 03. 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək işdən azad edilməsinə dair əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmişdir. Gəmi kapitanının baş köməkçisi vəzifəsində işləyən X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. Gəmi kapitanının baş köməkçisi vəzifəsində DPO işləyən X10 öldüyündən X6 gəmi kapitanından ailə vəziyyəti ilə əlaqədar pul lazım olduğunu bildirib iş yerində olmayan, ölmüş gəmi kapitanının baş köməkçisi vəzifəsini icra etməsini xahiş etmişdir. X1 xahişi gəmi kapitanı Yaşar Fətullayev tərəfindən Gəmi Heyyət Departamenti ilə razılaşdırıldıqdan sonra onun xahişi nəzərə alınaraq gəmi kapitanının baş köməkçisi DPO üzrə vəzifəsini icra etməyə razılıq verilmişdir. Faktiki olaraq isə E. Sultanov 1-6 iyun 2022-ci il tarixlərində öz vəzifəsini gəmi kapitanın baş köməkçisi SDPO vəzifəsində, xx.xx.2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixinədək isə kapitanın baş köməkçisi DPO boş vəzifəsini icra etmişdir. İyun ayında 30 iş günü üçün 11.970 manat (30 x 399= 11.970), 30 iş gününə əsasən qazanılmış 30 ev günü üzrə 2.820 manat (30 X 94 = 2.820), 15 iyun və 26 iyun bayram günləri qeyri iş günləri olduğundan həmin günlər işlədiyi üçün 2 qat əmək haqqı hesablanmaqla 798 (2 X 399 = 798) manat, iyun ayı üçün 15.588 manat əmək haqqı hesablanmışdır. E. Sultanova 2022-ci ilin iyun ayı üçün hesablanmış əmək haqqından 3.622 manat gəlir vergisi, 467.64 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 77.94 manat (0,5%) işsizlik sığorta haqqı, 197,94 manat (0.5%- 2%) icbari tibbi sığorta üzrə tutma, 311.76 manat həmkərlar ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 10.910,72 manat ödənilmişdir. E. Sultanov 1-6 iyun 2022-ci il tarixlərində öz vəzifəsini gəmi kapitanın baş köməkçisi SDPO vəzifəsində işlədiyi üçün həmin günlər üçün iş günü üçün 399 manat, 07. 06. 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixinədək isə kapitanın baş köməkçisi DPO vəzifəsinə uyğun olaraq dəniz günləri üçün hər günə görə 226 manat, ev günləri üçün 54 manat əmək haqqı hesablanmalıdır. Gəmi kapitanının baş köməkçisi DPO vəzifəsinə uyğun olaraq əmək haqqı hesablandığı halda 10.689 manat əmək haqqı hesablanmalıdır. Əmək haqqından tutmalar aşağıdakı hesablamalar aparılmaqla tutulmalıdır. 2.397,25 manat gəlir vergisi, 320,67 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 53.45 manat (0,5%) işsizlik sığorta haqqı, 173,45 manat (0.5%- 2%) icbari tibbi sığorta üzrə tutma, 213,78 manat həmkərlar ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 7.530,41 manat əmək haqqı ödənilməlidir. 2022-ci ilin iyun ayında Elçin Sultanova 3.380,31 manat artıq əmək haqqı hesablanmış və ödənilmişdir. E. Sultanov 2022-ci ilin iyul ayının 1-20 tarixlərinə çalışdığı 19 iş günü üçün gəmi kapitanının baş köməkçisi SDPO vəzifənin dəniz günləri üçün 399 manat, ev günləri üçün 94 manat əmsalına və 9-10 iyul tarixlərindəki qeyri işgünlərinə uyğun olaraq 10.035 manat hesablanmışdır. E. Sultanov iyul ayında BUE kaspian LLC Şirkətinin Əməliyyat departamentinin tələbinə uyğun olaraq 20-31 iyul tarixlərində kapitanın baş köməkçisi DPO vəzifəsini icra etmişdir. İcra etdiyi 12 iş günü üzrə işçinin icra etdiyi vəzifənin (kapitanın baş köməkçisi DPO) dəniz günləri üçün 226 manat, ev günləri üçün 54 manat hesablanmaqla 3.360 manat hesablanmışdır. İyul ayı üzrə 13.395 manat əmək haqqı hesablanmışdır.3.073,75 manat gəlir vergisi, 401.85 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 66.98 manat (0,5%) işsizlik sığorta haqqı, 186,98 manat (0.5%- 2%) icbari tibbi sığorta üzrə tutma, 267,90 manat həmkərlar ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 9397,55 manat əmək haqqı ödənilmişdir. 2022-ci ilin iyun ayında Elçin Sultanova 3.380,31 manat artıq əmək haqqı hesablanmış və ödənilmişdir. E. Sultanov 2022-ci ilin iylu ayımn 1-19 tarixlərində kapitanın baş köməkçisi DPO boş vəzifəsini, 20-31 iyul tarixlərində isə öz vəzifəsini kapitanın baş köməkçisi SDPO vəzifəsini icra etmişdir. E. Sultanova əmək haqqı icra etdiyi işə görə hesablanmalı idi. Qeyd olunanları nəzərə alaraq 2022-ci ilin iyul ayında ona 11.608 manat əmək haqqı hesablanmalı idi. 2.627 manat gəlir vergisi, 348.24 manat (3%) məcburi dövlət sosial sığorta haqqı, 58.04 manat (0,5%) işsizlik sığorta haqqı, 178.04 manat (0.5%- 2%) icbari tibbi sığorta üzrə tutma, 232.16 manat həmkərlar ittifaqı üzrə (2%) köçürmə çıxıldıqdan sonra 8.164,52 manat əmək haqqı ödənilməli idi. 2022-ci ilin iyul ayında Elçin Sultanova 1.233,03 manat artıq əmək haqqı hesablanmış və ödənilmişdir. Yekun olaraq 2022-ci ilin iyun-iyul aylarında Elçin Sultanova 6.686 manat artıq əmək haqı hesablanmış və ona 4.613,34 manat artıq ödəmə olmuşdur. İddia ərizəsindən və işin faktiki halları ilə tam sübut olunur ki, Elçin Sultanov 07 iyun 2022-ci il tarixdən 31 iyul 2022-ci il tarixinə və 01 iyul 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixinədək olan müddətdə kapitanın baş köməkçisi DPO vəzifəsində işləmiş X7 əmək funksiyalarını icra etmişdir. Əmək Məcəlləsinin 61-ci maddəsinə görə işçi müəyyən səbəblərdən işdə olmayan işçini əvəz etməsi ancaq tərəflərin razılığı əsasında ola bilər. Elçin Sultanov kapitanın baş köməkçisi DPO vəzifəsində işləmiş X7 əmək funksiyalarını icra etməsini özü xahiş etmişdir və işdə olmayan işçinin əmək funksiyasını icra etmişdir. Əmək Məcəlləsinin 61-ci maddəsinə əsasən əvəz edilən işçinin taarif maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işə götürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Əmək Məcəlləsinin 61-ci maddəsinin 1-ci hissəsinə görə müəyyən səbəbdən iş yerində olmayan işçinin əmək funksiyasının icrasına tərəflərin razılığı ilə yol verilir. Bu zaman əmək haqqı bu Məcəllənin 162-ci maddəsində nəzərdə tutulan qaydada ödənilir. Əmək Məcəlləsinin 162-ci maddəsinin 1-ci hissəsinə gör özünün əmək funksiyasım yerinə yetirməklə yanaşı müəyyən səbəbdən müvəqqəti işə çıxmayan işçini əvəz edən işçiyə, əvəz edilən işçinin tarif (vəzifə) maaşı ilə onun maaşı arasındakı fərq ödənilir. Əmək Məcəlləsinin 162-ci maddəsinin 2-ci hissəsinə gör əvəz edilən işçinin tarif (vəzifə) maaşı əvəz edən işçinin maaşı ilə eyni və ya ondan az olduqda isə əmək haqqına əlavə müəyyən edilib verilir. Bu əlavə işçinin və işgötürənin qarşılıqlı razılığı ilə müəyyən edilir. Həmçinin, iddiaçı E. Sultanovun işdə olmayan işçini əvəz etməsinə görə 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci il tarixinədək istirahət etməli olduğu müddət üçün iki qat əmək haqqı ödənilməsini tələb etməsi Əmək Məcəlləsinin tələblərinə ziddir. Əmək Məcəlləsi ilə istirahət günləri (ƏM-nin 104-cü maddəsi), Bayram günləri ( ƏM-nin 105-ci maddəsi), Ümumxalq hüzün günü ( ƏM-nin 108-ci maddəsi) müəyyən edilmişdir. İddiaçı ilə cavabdeh arasında bağlanmış əmək müqavilələrinin 4-cü maddəsinə əsasən işçi iş vaxtı metodu ilə işləyir. Növbə vaxtları adətən 6 (altı) həftə təşkil edir. Əmək Məcəlləsinin 96-cı maddəsinə görə bu halda iş vaxtının cəmlənmiş uçotu aparılmalıdır. Əmək Məcəlləsinin 96-cı maddəsinə görə qeydiyyat (uçot) dövründə iş vaxtının müddəti qanunvericiliklə müəyyən olunmuş iş saatlarının sayından çox olmamaq şərti ilə iş vaxtının cəmlənmiş uçotu tətbiq edilə bilər. Bu halda qeydiyyat (uçot) dövrü bir ildən artıq, gündəlik işin (növbənin) müddəti isə 12 saatdan çox ola bilməz. İddiaçı hesablanmış əmək haqqında müxtəlif vaxtlarda heç bir qanuni əsas olmadan müəyyən məbləğdə çıxılmasını bildirərək cavabdehdən 27575,30 manat məbləğində qanunsuz tutulmuş pulun ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı 2019-cu ilin may ayı üçün hesablanmış 6846 manat əmək haqqında 1690 manat, 2019-cu ilin iuyn ayı üçün hesablanmış 3997,18 manat əmək haqqından 1430 manat, 2019-cu ilin iuyl ayı üçün hesablanmış 5131,47 manat əmək haqqından 1691 manat, 2019-cu ilin avqust ayı üçün hesablanmış 5114 manat əmək haqqından 1890,50 manat, 2019-cu ilin sentyabr ayı üçün hesablanmış 8035,5 manat əmək haqqından 895,50 manat, 2021-ci ilin mart ayı üçün 17171 manat əmək haqqından 1449 manat, 2021-ci ilin aprel ayı üçün hesablanmış 3350 manat əmək haqqından 577,20 manat, 2021-ci ilin iyun ayı üçün hesablanmış 12384 manat əmək haqqından 3463,20 manat, 2021-ci ilin iyul ayı üçün hesablanmış 5903,50 manat əmək haqqından 3030,30 manat, 2021-ci ilin avqust ayı üçün hesablanmış 5608,50 manat əmək haqqından 2741,70 manat, 2021-ci ilin sentyabr ayı üçün hesablanmış 9941,50 manat əmək haqqından 6926,40 manat, 2022-ci ilin iyul ayı üçün hesablanmış 16181 manat əmək haqqından 2686 manat pulun qanunsuz olaraq tutulduğunu iddia etmişdir. İddiaçı ilə Cavabdeh şirkəti arasında bağlanmış 1335R saylı xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə edilmiş 6 №-li əlavənin 1.2-ci bəndi ilə razılığa gəlinmişdir ki, işçi qeyri-müəyyən müddətə icarədən çıxarılmış gəmidə işsiz qalarsa işçiyə onun sosial maddi vəziyyətini müdafiə məqsədi ilə AR ƏM-nin 169-cu maddəsini rəhbər tutaraq “İşçinin təqsiri olmadan boşdayanma” hesab edilərək tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilir. İşçinin təqsiri olmadan aşağıda qeyd olunan boşdayanma hallarında tarif (vəzifə) maaşının üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilmişdir: - İşçinin qeyri-müəyyən müddətə icarədən çıxarılmış gəmidə işsiz qalması; -Hər hansı gəmi texniki nasazlığı, insident, əməliyyat uğursuzluğu və ya başqa planlaşdırılmamış səbəbə görə (tərsanə təmiri müddəti istisna təşkil edir) 24 saatdan artıq müvəqqəti icarədən çıxarıldığı hal; -Hər hansı gəmi icarədən çıxmadan işə hazır vəziyyətdə gözləmə rejiminə keçrildiyi hal; -Gəmilərin qeyrimüəyyən müddətə gözləmə rejiminə keçrildiyi hal; -Gəmilərin heç bir layihədə təyinatı olmadığı hal; -Gəmilərin (təyinatından asılı olmayaraq DP (dinamik pozisiya) və ya qeyri DP) illik tərsanə təmiri hallarıdır. Cavabdeh şirkəti ilə İddiaçı arasında bağlanmış 1335R saylı xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə edilmiş 28. 03. 2019-cu il tarixli 5 №-li əlavənin 1.2-ci bəndi ilə E. Sultanov gəmi kapitanının baş köməkçisi DP üzrə baş operator vəzifəsində işləmişdir. Müqavilənin 1.3-cü bəndinə əsasən işçiyə gəmidə işlədiyi hər günə görə 372 manat, növbədənkənar olduğu hər günə görə isə 88 manat məbləğində əmək haqqı ödənilməsi razılaşdırılmışdır. Əmək müqaviləsinin həmin bəndi ilə müəyyən edilmişdir ki, işçinin işlədiyi DP (dinamik mövqe tutma) gəmisi müştəri tərəfindən qeyri müəyyən müddətə icarədən çıxarılıb işsiz dayanarsa onda gəminin təhlükəsizliyinin təmin edilməsi üçün gəmidə saxlanılan gəmi heyətinin əmək haqqları DP sistemi olmayan gəmi heyətinin əmək haqlarına ekvivalent olaraq ödənilir. İddiaçı 2019-cu ilin may-avqust aylarında işlədiyi “Topaz Arrow” gəmisi 08 may 2019-cu il tarixdən etibarən heç bir layihədə təyinatı olmamış, iyun-avqust aylarında gəminin heç bir layihə təyinatı olmamışdır. İddiaçı 2020-ci ilin sentyabr ayında və 2021-ci ilin mart-aprel aylarında işlədiyi “Caspian Supporter” gəmisində 2020-ci ilin sentyabr ayında gəmi mexanizmində texniki nasazlıq baş vermişdir. İddiaçı işlədiyi “Caspian Supporter” gəmisi 25 mart 2021-ci il tarixdən 5 aprel 2021-ci il tarixinədək olan dövr ərzində heç bir layihə təyinatında olmamışdır. İddiaçı 2021-ci ilin aprel ayında işlədiyi “Caspian Supporter” gəmisi 13 apreldən etibarən dövr ərzində heç bir layihə təyinatında olmamışdır. İddiaçı 2021-ci ilin iyun-sentyabr aylarında “Topaz Arrow” gəmisində işləmişdir. Onun işlədiyi “Topaz Arrow” gəmisi 19 iyun tarixindən iştirak etdiyi layihə yekunlaşmışdır. 2021-ci ilin iyul, avqust ayları ərzində və 01 sentyabr tarixindən 25 sentyabr tarixinədək olan dövr ərzində gəminin heç bir layihə təyinatı olmamışdır. İddiaçı 2022-ci ilin iyul ayında işlədiyi “Topaz Arrow” gəmisi 01 iyul tarixindən 29 iyul 2022-ci il tarixinədək olan dövr ərzində heç bir layihə təyinatı olmamışdır. İddiaçı 2019-cu ilin may ayı üçün hesablanmış 6846 manat əmək haqqından 1690 manat, 2019-cu ilin iuyn ayı üçün hesablanmış 3997,18 manat əmək haqqından 1430 manat, 2019-cu ilin iuyl ayı üçün hesablanmış 5131,47 manat əmək haqqından 1691 manat, 2019-cu ilin avqust ayı üçün hesablanmış 5114 manat əmək haqqından 1890,50 manat - gəminin heç bir layihə təyinatı olmaması əsasına görə, 2019-cu ilin sentyabr ayı üçün hesablanmış 8035,5 manat əmək haqqından 895,50 manat, 2021-ci ilin mart ayı üçün 17171 manat əmək haqqından 1449 manat, 2021-ci ilin aprel ayı üçün hesablanmış 3350 manat əmək haqqından 577,20 manat həmin dövrdə gəminin iştirak etdiyi layihənin yekunlaşması və heç bir layihə təyinatında olmaması əsasına görə, 2021-ci ilin iyun ayı üçün hesablanmış 12384 manat əmək haqqından 3463,20 manat, 2021-ci ilin iyul ayı üçün hesablanmış 5903,50 manat əmək haqqından 3030,30 manat, 2021-ci ilin avqust ayı üçün hesablanmış 5608,50 manat əmək haqqından 2741,70 manat, 2021-ci ilin sentyabr ayı üçün hesablanmış 9941,50 manat əmək haqqından 6926,40 manat gəminin heç bir layihə təyinatı olmaması əsasına görə, 2022-ci ilin iyul ayı üçün hesablanmış 16181 manat əmək haqqından 2686 manat pulun tutulması həmin dövrdə gəminin heç bir layihə təyinatı olmaması əsasına görə tutulmuşdur. Belə ki, şirkətin daxili siyasətinə əsasən gəmilərin məşğulluq vəziyyətindən asılı olaraq gəmi heyyətinə ödənilən əmək haqqı hesablanarkən yuxarıda qeyd etdiyim müvafiq düzəlişlər edilməklə əmək haqqı hesablanmışdır. İddiaçı ona hesablanmış əmək haqqından heç bir qanuni əsaslar olmadan pulunun tutulması barədə tələbi, tərəflər arasından bağlanmış müqaviləyə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən qanunsuzdur. Bundan başqa Əmək Məcəlləsinin 296-cı maddəsi ilə fərdi əmək mübahisələrinin həllində iddia müddətləri müəyyənləşdirilmişdir. Əmək Məcəlləsinin 296-cı maddəsinin 1-ci hissəsinə görə bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. İddia ərizəsindən göründüyü kimi İddiaçı əmək haqqından tutulmasına dair tələbi 2019-cu ilin may ayından başlayarq 2022-ci ilin iyul ayınadək olan dövrü əhatə etmişdir. X13 05 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin 2019-cu ilin may ayından başlayarq əmək haqqından tutulmasının 2021-ci ilin sentyabr ayınadək olan müddət üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri) 1 illik iddia müddəti buraxılmışdır. İddiaçı X1 Cavabdeh şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda, Cavabdeh Şirkətinin nümayəndəsi Vəkil2 məhkəməyə iddia müddətinin tətbiq edilməsi barədə ərizə ünvanlayaraq göstərmişdir ki, iddiaçı E.Sultanovun iddia ərizəsindən göründüyü kimi xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixinə, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixinə, xx.xx.2020-ci il tarixdən-xx.xx.2021-ci il tarixinə, xx.xx.2021-ci il tarixdənxx.xx.2021-ci il tarixinə xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixinədək olan dövrdə karantində olduğu üçün 17000 manat pulun, əmək haqqından heç bir qanuni əsas olmadan 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyul ayınadək olan dövr üçün 27575,30 manat məbləğinin pulun ödənilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Belə ki, İddiaçı 2019-cu ilin may ayı üçün hesablanmış 6846 manat əmək haqqında 1690 manat, 2019-cu ilin iuyn ayı üçün hesablanmış 3997,18 manat əmək haqqından 1430 manat, 2019-cu ilin iuyl ayı üçün hesablanmış 5131,47 manat əmək haqqından 1691 manat, 2019-cu ilin avqust ayı üçün hesablanmış 5114 manat əmək haqqından 1890,50 manat, 2019-cu ilin sentyabr ayı üçün hesablanmış 8035,5 manat əmək haqqından 895,50 manat, 2021-ci ilin mart ayı üçün 17171 manat əmək haqqından 1449 manat, 2021-ci ilin aprel ayı üçün hesablanmış 3350 manat əmək haqqından 577,20 manat, 2021ci ilin iyun ayı üçün hesablanmış 12384 manat əmək haqqından 3463,20 manat, 2021-ci ilin iyul ayı üçün hesablanmış 5903,50 manat əmək haqqından 3030,30 manat, 2021-ci ilin avqust ayı üçün hesablanmış 5608,50 manat əmək haqqından 2741,70 manat, 2021-ci ilin sentyabr ayı üçün hesablanmış 9941,50 manat əmək haqqından 6926,40 manat, 2022-ci ilin iyul ayı üçün hesablanmış 16181 manat əmək haqqından 2686 manat pulun qanunsuz olaraq tutulduğunu iddia etmişdir. İddia ərizəsindən göründüyü kimi İddiaçı əmək haqqından tutulmasına dair tələbi 2019-cu ilin may ayından başlayarq 2022-ci ilin iyul ayınadək olan dövrü əhatə etmişdir. E. Sultanovun karantində olduğu müddət xx.xx.2020-ci il tarixdən-xx.xx.2020-ci il tarixinə, xx.xx.2020-ci il tarixdən -xx.xx.2020-ci il tarixinə, 18.12. 2020-ci il tarixdən- xx.xx.2021-ci il tarixinə, xx.xx.2021-ci il tarixdən- 30.05. 2021-ci il tarixinə xx.xx.2022-ci il tarixdən, -xx.xx.2022-ci il tarixinədək olan dövrləri əhatə etmişdir. E. Sultanovun əmək haqqından tutulmalar və karantində olduğu müddət üçün əmək haqqının hesablanması bağlı müddətlə üçün iddia müddəti aylarla ölçülən iddia müddətləri tətbiq edilməlidir. Yəni əmək haqqının hesblandığ hər bir ay üzrə fərdi qaydada iddia müddəti hesablanmalıdır. İşçinin (iddiaçının) hüququnun pozulması əmək haqqının verildiyi aydan hesablanmalıdır. İddiaçı Elçin Sultanov 05 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbinin 2019-cu ilin may ayından başlayarq əmək haqqından tutulmasının 2021-ci ilin 05 dekabr tarixinədək olan müddət üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri) 1 illik iddia müddəti buraxılmışdır. İddiaçı X1 Cavabdeh şirkətinə qarşı pul tələbinə dair iddia ərizəsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsi və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla iddia müddətini tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 iddia ərizəsini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh Şirkətinin nümayəndəsi və vəkili Vəkil2 iddia tələbinə etiraz edərək iddiaın rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə müstəqil tələb irəli sürməyən üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Sübutlar: Belə ki, işə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş: - əmək müqaviləsi bildirişindən görünür ki, xx.xx.2011-ci il tarixdə əmək haqqı 7395 manat olmaqla kapitanın baş köməkçisi vəzifəsinə işə qəbul edilmişdir. - X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı Adıgözəl oğlu xx.xx.2021-xx.xx.2021 tarixində Covid 19-la əlaqədar olaraq, "X12 karantində olmuşdur. Bu müddət üçün bütün xərclər Saipem şirkəti tərəfindən ödənmişdir. - X14 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı Adıgözəl oğlu həqiqətən də 26.10.20-12.11.20, 27.01.22-05.02.22 tarixlərində, həmçinin 29.10.21-10.11.21 və tarixlərində X5-19-la əlaqədar qonaqlamışdır (karantin protokolu). Bu müddətlər üçün bütün gecələmə ödənişləri şirkət tərəfindən icra olunub. - X16 Hoteli tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məlumatdan görünür ki, İddiaçı xx.xx.2020-xx.xx.2021 tarixlərində Covid-19-la ələqədar olaraq X16 otelində karantində olmuşdur. Bu müddət üçün bütün xərclər Saipem şirkəti tərəfindən ödənilmişdir. - "Bue Caspıan Limited“ Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, ofis işçiləri və gəmi heyətinin Əmək haqqı hesablaması xidmətlərinin Şirkət tərəfindən təsdiq olunmuş iş vaxtı uçotu tabelləri əsasında "xxxx" Şirkəti tərəfindən 11 iyun 2017-ci il tarixli Xidmət Müqaviləsi əsasında həyata keçirilir. - "Bue Caspıan Limited“ Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi ilə "xxxx" Şirkətinin Azərbaycan Respublikasındakı Filialı arasında xx.xx.2017-ci il tarixli “əmək haqqı hesablaması xidmətlərin göstərilməsinə dair müqavilə”dən görünür ki, "Bue Caspian Limited“ Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinin sorğusu əsasında vergi xidmətləri göstəriləcəkdir. - "Bue Caspıan Limited“ Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2011-ci il tarixli 822 saylı əmək müqaviləsindən görünür ki, İddiaçı 6 ay müddətinə matros vəzifəsinə işə qəbul edilmişdir. - "Bue Caspıan Limited“ Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2013-cü il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı 6 ay müddətinə 2-ci köməkçi vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2011-ci il tarixli müqavilənin 2-ci və xx.xx.2013-cü il tarixli 1335R nömrəli əmək müqavilələrinin 2-ci maddəsi ilə işçinin vəzifələrinə aid edilmişdir ki, “müəyyən hallarda istehsalat zərurəti olduqda, şirkət və onun nümayəndəsinin göstərişi əsasında, işçi öz vəzifəsinə və ixtisasına uyğun əlavə işləri və xidmətləri yerinə yetirməlidir. İşçi ilə razılaşdırıldıqda qanunvericiliyə uyğun olaraq ona başqa vəzifələrin yerinə yetirilməsi də tapşırıla bilər”. - Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli və xx.xx.2013-cü il tarixli 1335R nömrəli əmək müqavilələrinin 3-cü maddəsinə əsasən işçinin iş yerinin şirkətin gəmilərində və sahil obyektində olması müəyyən edilmişdir. - xx.xx.2011-ci il tarixli müqavilənin 4-cü və xx.xx.2013-cü il tarixli 1335R nömrəli əmək müqavilələrinin 4-cü maddəsi ilə müəyyən edilmişdir ki, “İşçi iş vaxtı metodu ilə işləyir. Növbə vaxtları adətən 6 (aktı) həftə təşkil edir. Ancaq işin xarakteri və ya istehsälat zərurəti tələb edərsə, növbə vaxtı Şirkətin nümayəndəsi tərəfindən uzadıla və ya qısaldıla bilər. İşçi üçün (üzən heyət) iş vaxtının cəmlənmiş uçotu qaydaları tətbiq edilir. Bu zaman gündəlik iş vaxtının müddəti 12 saatdan çox, iş günləri arasında istirahət müddəti isə 12 saatdan az ola bilməz. İş vaxtının cəmlənmiş uçotunun tətbiqi zamanı qeydiyyat dövrü 1 ildən artıq dövr üçün tətbiq edilə bilməz. - "Bue Caspian Limited“ Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı kapitanın 2-ci köməkçi, DP üzrə operator vəzifəsinə işə qəbul edilmişdir. - "Bue Caspıan Limited“ Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2019-cu il tarixli əmək müqaviləsindən görünür ki, İddiaçı kapitanın baş köməkçi, DP üzrə baş operator vəzifəsinə işə qəbul edilmişdir. - Cavabdeh şirkəti ilə İddiaçı arasında bağlanmış 1335R saylı xx.xx.2013-cü il tarixli əmək müqaviləsinə edilmiş xx.xx.2019-cu il tarixli 5 №-li əlavənin 1.2-ci bəndi ilə E.Sultanov gəmi kapitanının baş köməkçisi DP üzrə baş operator vəzifəsinə işə götürülmüşdür. Müqavilənin 1.3-cü bəndinə əsasən işçiyə gəmidə işlədiyi hər günə görə 372 manat, növbədənkənar olduğu hər günə görə isə 88 manat məbləğində əmək haqqı ödənilməsi razılaşdırılmışdır. İşçinin işlədiyi DP (dinamik mövqe tutma) gəmisi müştəri tərəfindən qeyri müəyyən müddətə icarədən çıxarılıb işsiz dayanarsa onda gəminin təhlükəsizliyinin təmin edilməsi üçün gəmidə saxlanılan gəmi heyətinin əmək haqqları DP sistemi olmayan gəmi heyətinin əmək haqlarına ekvivalent olaraq ödənilir. -"Bue Caspian Limited“ Şirkəti ilə İddiaçı arasında bağlanmış xx.xx.2020-ci il tarixli 1335R saylı 01.04.13-cü il tarixli Əmək Müqaviləsinə 6 saylı Əlavədən görünür ki, işçi qeyri-müəyyən müddətə icarədən çıxarılmış gəmidə işsiz qalarsa işçiyə onun sosial-maddi vəziyyətini müdafıyə məqsədilə AR ƏM-nin 169-cıı maddəsini rəhbər tutaraq “İşçinin təqsiri olmadan boşdayanma” hesab edilərək tarif (vəzifə) maaşınin üçdə iki hissəsindən az olmayaraq əmək haqqı ödənilir. - xx.xx.2020-ci il tarixli Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən aylıq əmək haqqı 6900 manat olmaqla müddətsiz əmək müqaviləsi ilə "Bue Caspian Limited“ Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində gəmi səfəri üzrə köməkçi, kapitanın baş köməkçi, SDPO vəzifəsinə işə qəbul edilmişdir. - xx.xx.2022-ci il tarixli Əmək Müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı Əmək Müqaviləsi bildirişindən görünür ki, İddiaçı xx.xx.2011-ci il tarixdən aylıq əmək haqqı 7395 manat olmaqla müddətsiz əmək müqaviləsi ilə "Bue Caspian Limited“ Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində gəmi səfəri üzrə köməkçi, kapitanın baş köməkçi, SDPO vəzifəsinə işə qəbul edilmişdir. - "Bue Caspian Limited“ Şirkəti tərəfindən təqdim olunmuş ödəniş barədə excel fayldan görünür ki, vergilər və 844.00 AZN təlimə görə ödəniş çıxıldıqdan sonra işçiyə 178,200.58 AZN ödənilmişdir. Bue Kaspian LLC şirkəti tərəfindən İddiaçı karantində qaldığı cəmi 63 günlərə əsasən 6,999.50 AZN hesablanmışdır. Gəmi sahiblərinin və işlərin sifarişçilərinin pandemiya şərtləri üzrə qəbul etdikləri rejimlə bağlı otellərdə qalma müddətləri dəyişdiyindən işçilərə əlavə ödənişlər edilmişdir. İddiaçı 2022-ci il üzrə cəmi 1,996.50 saat çalışmışdır və müvafiq il üzrə İstehsalat təqvimində 1921 saat iş vaxtı norması qeyd olunmuşdur. Beləliklə, işçi il üzrə 75.5 saat artıq çalışmışdır və Dekabr ayı üçün əmək haqqı hesablama cədvəlində artıq çalışdığı saatlara görə müvafiq hesablama olunmuşdur. - Əmək qabiliyyətinin olmaması vərəqəsindən görünür ki, Cavabdeh şirkətində gəmi kapitanının baş köməkçisi vəzifəsində işləyən X10 xəstəliyi ilə əlaqədar olaraq 09 mart 2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək xəstə olması ilə əlaqədar işə çıxmamışdır. - "Bue Caspıan Limited“ Şirkətinin 07 iyun 2022-ci il tarixli əmrindən görünür ki, gəmi kapitanının baş köməkçisi vəzifəsində işləyən X7 əmək müqaviləsinə (işçi vəfat etdikdə) xitam verilmişdir. - xx.xx.2022-ci il tarixli aktdan görünür ki, "Topaz Arrow" gəmisində, DP üzrə baş operatorkapitanın baş köməkçisi İddiaçı gəmidə vaxta dəyişməsindən öncə gəmi kapitanı Yaşar Fətullayevdən rəhmətə gedmiş Nadir Musayevi əvəz etmək üçün gəmidə qalıb işləməyi xahiş etmişdir. Onun bu xahişi heyət üzrə şöbə tərərfindən qəbul edilməmişdir. Sonra İddiaçı birbaşa heyət üzrə menecerə telefon açmış və pula ehtiyacı olduğundan (İpoteka) gəmidə qalıb kapitanın baş köməkçisi vəzifəsini icra etməyi xahiş etmişdir. Onun xahişi qəbul edilmiş və ona xx.xx.2022-ci il tarixdən Kapitanın baş köməkçisi - DP üzrə operator vəzifəsini bir növbə müddətinə yerinə yetirməsinə razılıq verilmişdir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli 9/6779 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin təqdim etdiyi məlumatları nəzərə alaraq, bir iş gününə görə əmək haqqı məbləği nəzərə alınmaqla günlük əmək haqqının 2/3 hissəsi (399/3*2 = 266) 266 manat müəyyən edilir. Digər işçinin əvəzinə işlədiyi günlər hesablanmaqla bir iş gününə görə əmək haqqı məbləği nəzərə alınmaqla ikiqat əmək haqqı (399*2=798) 798 manat hərgünə və 42 gün işləyi nəzərə alınmaqla (42*798=33 516) 33516 manat hesblanmalı olduğu müəyyən edilir. Ümumi vergilər tutulduqdan sonra ödənilməli məbləğ 23951,36 manat olduğu müəyyən edilir. İddiaçı 2019cu ilin may, iyun, iyul, avqust, sentyabr ayları, 2021- ci ilin mart, aprel, iyun, iyul ayları üçün hesablanmış əmək haqqından qanunla müəyyən edilmiş və ya dövlət hesabına tutulmalı olan məbləğlərdən başqa digər tutulmalar 13222.50 manat olduğu müəyyən edilir. - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2024-cü il tarixli 9/2175 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin təqdim etdiyi məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə qüvvədə olan Azərbaycan Respublikasında əmək haqqının hesablanması, əmək haqqından tutulmalar üzrə Qanuna əsasən İddiaçı 2019-cu ilin may, iyun, iyul, avqust ayları üzrə 6702,00 manat, 2020-ci ilin sentyabr ayı üzrə 895,50 manat, 2021 -ci ilin mart, aprel, iyun, iyul, avqust, sentyabr ayları üzrə 13455.00 manat, 2022-ci ilin iyul ayı üzrə 130,00 manat olmaqla, hesablanmış əmək haqqından dövlət hesabına tutulmalı olan məbləğlərdən başqa digər tutulmalar ümumilikdə 21182,50 manat təşkil etdiyi müəyyən edilmişdir. -“X3 B. V.” Azərbaycan şöbəsinin Koronavirus xəstəliyi (COVİD -19 yayılması zamanı) CR- SCONA-HLT-002- E nömrəli izolyasiya təlimatlarına əsasən karantin rejimi qaydası müəyyən edilmişdir. Sifarişçinin tələbinə əsasən gəmi heyətinin yerli işçiləri üçün oteldə 14 günlük mobilizasiya, otelə çatanda Svab testi, izolyasiya bitməmişdən əvvəl 1 Svab testi və oteldə təcrid olunarkən açıq havada 1 saatlıq fəaliyyətə icazə verilmişdir. - İddiaçı X1 nümayəndəsi və vəkili Vəkil1 yazılı təqdim etdiyi izahatından görünür ki, mülki iş üzrə məhkəmə mühsibatlıq ekspertizası təyin edilmir ekspertin 2-ci sual üzrə rəyinə əsasən İddiaçı digər işçinin əvəzinə işlədiyi 42 gün- görə ona edənilməli məbləğ 33.516 manat, vergilər çıxılarsa 23,951.36 manat müəyyən edilmişdir. İddinın qeyd olunan tələbə dair hissəsində 42 gün üçün 33516 manat ödənilməli olmasına baxmayaraq, həmin günlərin əvəzinə ona 12563 manat ödənildiyindən ödənilməmiş qalan 20953 manat da işəgötürən tərəfindən İddiaçı ödənilməli olmasın qeyd etmişlər. Bununla belə, ekspertin rəyində də qeyd olunduğu kimi İddiaçı istirahət günü işə cəlb edilməsinə görə 1 iş gününün əmək haqqı 39 manat, həmin məbləğin 2 qatı isə 798 manat müəyyən edilmişdir. İddiaçı isə 42 gün istirahət gününə görə ümumilikdə 399+94=493 manat gü ni u- hesablanmaqla, 42x493=20706 manat əmək haqqı hesablanmışdır. Həmin məbləğdən 2500 manatınadək ümumi dövlət hesabına cıxmalarlvergı , digər dövlət ödənişləri) 20,5 faiz, 2500 manatdan yuxarı məbləğə isə (vergi və digər dövu ödənişləri) 32,5 faiz çıxılmaqla 14.276,55 manat ödənilmişdir. 20706-2500=18.206; 2500%20,5=512.5; 18.206%32,5=5916,95; 512,5+5916,95=6429,45; 20706-6429,45=14276,55 manat Əsaslandırıcı hissə: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı X6 Cavabdeh şirkəti arasında xx.xx.2011-ci il tarixdə əmək müqaviləsi bağlanmış və o, əmək müqaviləsi ilə gəmi idarəçiliyi təminatını yerinə yetirmək üçün matros vəzifəsinə işə götürülmüşdür. Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış xx.xx.2011-ci il tarixli əmək müqaviləsinə sonradan bir neçə dəfə əlavələr və dəyişikliklər edilmişdir. Hazırda tərəflər arasında əmək münasibətləri davam edir. İşin materiallarından görünür ki, iddiaçı X6 dəqiqləşdirilmiş tələb üzrə Cavabdeh şirkətindən karantində olduğu müddətdə oteldə qaldığı günlərə görə ödənilməyən, istirahət günü işə cəlb edildiyi üçün pul və əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış məbləğləri, ümumilikdə 65528,30 manat maddi ziyanın, eləcə də 15000 manat mənəvi ziyanın, cəmi isə 80.528,30 manat pulun və məhkəmə xərcləri üçün ödənilmiş pul vəsaitlərinin cavabdehdən tutulmasını iddia edərək tələblərinin əsası kimi cavabdeh tərəfindən onun əmək qanunvericiliyi ilə müəyyən edilmiş hüquqlarının pozulmasına istinad edir. Bu pozulma onun ümumilikdə 75 gün karantində olması, həmin müddətin də 7 gününün bayram günlərinə təsadüf etməsi ilə əlaqədar 24000 manat ödənilməli olmasına baxmayaraq 7000 manat ödənilməsi, ödənilməmiş qalan 17000 manatın da ödənilməməsində, 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixədək işdə olmaqla istirahət hüququ pozulmaqla istirahət günlərində işə cəlb edilməsinə görə 42 gün üçün 33516 manat ödənilməli olmasına baxmayaraq, həmin günlərin əvəzinə ona 12563 manat ödənildiyindən, ödənilməmiş qalan 20953 manat da işəgötürən tərəfindən ona ödənilməməsində, hesablanmış əmək haqlarından müxtəlif vaxtlarda ümumilikdə 27575,30 manat məbləğini əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmasında, aylıq əmək haqqına uyğun olaraq bankdan və digər kredit təşkilatlarından şəxsi ehtiyacları ilə bağlı kreditlər götürdüyündən, cavabdehin yuxarıda qeyd etdiyi kimi əmək haqqını düzgün ödəməməsinə görə həmin təşkilatlara kredit borcları yaranması, həmin təşkilatlar tərəfindən dəfələrlə ona zənglər edilməklə nahatlıq verilməsi, hətta onunla kobud rəftar da etmələri, onun da məcbur olub dost tanışlardan borc alıb borcunu qismən ödəsə də, bu günədək də borcunu tam ödəyə bilməməsi kimi halların nəticəsində mənəvi iztirab çəkməsində ifadə olunur. Cavabdeh isə iddiaya etiraz edərək İddiaçı karantində olma müddətinin özündən asılı olmayan səbəblərdən işəgötürənin daxili qaydalarına görə karantində saxlanmaqla, karantində olduğu günlərin əmək haqqının boşdayanma günləri kimi hesablanmaqla ona verilməsinin əsassız və qanunsuz olmasına, onun 09 iyun 2022-ci il tarixdən 21 iyul 2022-ci tarixinədək 42 günü işdə olmayan kapitanın baş köməkçisini əvəz etməklə işə cəlb edilməsinə görə əmək haqqının istirahət gününün əmək haqqı ilə iki qat hesablanması barədə tələbinin tərəflər arasında bağlanmış müqaviləyə uyğun olmamasına, həmçinin iddiaçının öz xahişi ilə onun vəfat edən işçinin əvəzinə qalıb işləməsinə, əmək haqqından qanunsuz tutulmaların aparılmasına dair iddiasının əsassız olmasına və 2019-cu ilin may ayından başlayaraq 2022-ci ilin iyul ayınadək olan dövrü əhatə etdiyindən bu və karantin günləri üçün əmək haqqı tələbləri üzrə 1 illik iddia müddətinin buraxılmasına istinad etmişdir. İddia tələbləri və ona edilmiş etirazın əsası kimi irəli sürülən dəlillərlə bağlı məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin: - 2-ci maddəsi Məcəllənin əsasını təşkil edən prinsipləri, o cümlədən, əmək münasibəti tərəflərinin hüquq bərabərliyini, onların mənafelərinin haqq-ədalətlə və qanunun aliliyinin təmin olunması ilə qorunmasını əks etdirir. Qeyd olunan prinsiplərə əsasən əmək münasibətlərində tərəflər – işçi və işəgötürən bərabər hüquq və vəzifələrə malikdir. Əmək Məcəlləsi həm işçinin, həm də işəgötürənin hüquqlarını müdafiə edir və tərəflərdən hər hansı birinə üstünlük verilməsi yolverilməzdir. - 7-ci maddəsinin 4-cü hissəsinə əsasən bilavasitə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində işəgötürənlə işçinin qarşılıqlı razılığı ilə yeni peşəöyrətmə, ixtisasa yiyələnmə müqaviləsi bağlanıla bilər. - 7-ci maddəsinin 5-ci hissəsinə əsasən işçiyə yeni peşəöyrətmənin və ya ixtisasa yiyələnmənin şərtləri, qaydaları, müddəti və tərəflərin öhdəlikləri əldə edilən razılıq əsasında bağlanan müvafiq müqavilə ilə və yaxud əmək müqaviləsi ilə tənzimlənir. - 11-ci maddəsinin “b” bəndinə əsasən, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək, ğ) bəndinə əsasən, işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək əmək münasibətləri sahəsində işəgötürənin əsas hüquqlarından biri kimi qeyd olunmuşdur. - 173-cü maddəsinə əsasən, işəgötürən əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları əks etdirilən işçilərin haqq-hesab sənədlərini (kitabçalarını, vərəqələrini, çeklərini) tərtib edir. İşçilərin haqq-hesab sənədlərində (kitabçalarında, vərəqələrində, çeklərində) əmək haqqından tutulan məbləğlər — tutulmanın adı, növü, səbəbi və məbləği, tərəflərin birinin digərinə ödənilməmiş pul borcu və onun məbləği göstərilir. Haqq-hesab sənədləri (kitabçaları, vərəqələri, çekləri) onları tərtib edən mühasib tərəfindən imzalanır və hər dəfə əmək haqqı verilərkən işçiyə təqdim edilir. Bu maddə ilə müəyyən edilmiş əmək haqqının hesablanması, ödənilməsi və ondan tutulmaların aparılması barədə bütün mühasibat hesablamaları kompüter proqramları vasitəsilə də aparıla bilər. Hər dəfə əmək haqqı verilərkən işçinin tələbi ilə o, kompüter yaddaşında saxlanılan bu hesablamalarla tanış edilir. Bu məlumatlar işçinin xahişi ilə çap edilib ona verilə bilər. - 195-ci maddəsinin d bəndinə əsasən, işəgötürən əmək münasibətləri prosesində işçinin əmək haqqı və digər ödənişləri işəgötürən tərəfindən düzgün müəyyən edilmədikdə, habelə əsassız və qanunsuz olaraq verilmədikdə işçiyə vurulan ziyana görə tam maddi məsuliyyət daşıyır. Məhkəmə tələbin karantində olduğu dövr üçün 17000 manat pul tələb etməsinə dair hissəsi ilə bağlı qeyd edir ki, müəyyən edilmişdir ki, X2 Təlimatlarına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli qərarı və bununla bağlı digər qərarlarının icrası ilə əlaqədar Xəzər hövzəsində yerləşən gəmilərin iş qaydası müəyyən edilmişdir. Həmçinin, işçinin iş yerinə gəlməsi və əmək müqaviləsi ilə müəyyən edilmiş əmək funksiyalarını yerinə yetirməsi üçün Covid- 19 pandemiyası ilə əlaqədar olaraq Bakı, Sumqayıt, Gəncə, Lən kəran, Yevlax, Masallı, Cəlilabad şəhərlərinin və Abşeron rayonunun ərazisində xüsusi karantin rejiminin sərtləşdirilməsi ilə bağlı əlavə tədbirlər barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 iyun 2020-ci il tarixli № 208-li qərarı ilə fəaliyyətinə icazə verilən sahələr müəyyən edilmişdir. Həmin qərarın 3-cü bəndi ilə nəqliyyat və logistika sahəsi üzrə hava, dəniz, dəmir yolu və avtomobil nəqliyyatı ilə yük daşımalarına, dəmir yolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətlərinin, logistika xidmətlərinin fəaliyyətinə icazə verilmişdir. Daha sonra müəyyən edilmişdir ki, X2 (ÜST), Azərbaycan Respublikası Nazirlər Kabinetinin koronavirus pandemiyasının yayılmasının qarşısının alınmasına dair qərarlarına, tələmatlarına, göstərişlərinə,“Azərbaycan Respublikasında Dəniz Nəqliyyatı gəmilərində xidmət” Nizamnaməsinə əsasən işçilərin xəstəlikdən təcrid olunmasına dair "xxxx" Şirkəti tərəfindən xx.xx.2020-ci il tarixli şirkət daxili memorandum imzalanmışdır. Həmin Memoranduma əsasən gəmiyə işə çıxan işçilərin karantində olma müddətləri və qaydaları müəyyən edilmişdir. Covid-19 pandemiyası ilə əlaqədar olaraq karantin qaydalarına müvafiq olaraq E. Sultanovun gəmiyə işə çıxıb əmək funksiyalarını yerinə yetirməsi üçün 2020-ci ilin noyabr ayında, dekabr ayında, 2021-ci ilin yanvar ayında, may ayında, oktyabr ayında, noyabr ayında, 2022-ci ilin yanvar ayında, fevral ayında müəyyən günlər ərzində karantində olmuşdur. İşin materiallarından görünür ki, cavabdeh tərəfindən Covid-19 pandemiyası ilə əlaqədar olaraq şirkət daxili və sifarişçi şirkətin tələblərinə əsasən gəmi heyəti vaxtaya getməmişdən əvvəl 2 həftə və digər müddətə təyin edilmiş otellərdə karantində olmuşlar. Bu müddət ərzində karantində olan bütün gəmi heyəti üzvlərinə vaxtadan kənar müddət üçün təyin edilmiş gündəlik tarif maaşları hesablanaraq ödənilmişdir. Məhkəmə qeyd edir ki, Cavabdeh şirkəti ilə X6 arasında bağlanmış əmək müqaviləsinə əsasən işçinin iş yeri şirkətin gəmiləri və sahil obyektinin olması müəyyən edildiyindən, Elçin Sultanovun karantində olduğu yerin onun iş yeri deyil müxtəlif otellərdə karantində olması olduğundan həmin yer iş yerlərin hesab edilə bilməməsinə və həmin otellerdə karantində olduğu müddət işçinin boş dayanma müddəti kimi hesablana bilməməsinə dair cavabdehin iddiaya olan etirazın dəlilləri əsaslıdır. Həmçinin, məhkəmə iddia tələbinin qeyd edilən hissəsi üzrə qeyd etməyi zəruri sayır ki, 2020-ci ilin mart ayından başlayaraq koronavirus (Covid 19) pandemiyası ilə əlaqədar ölkədə xüsusi karantin rejimi tətbiq edilmişdir. Pandemiya dünya miqyasında olmaqla hazırki iş üzrə təkcə iddiaçıya deyil, cavabdehin bütün işçi heyətinə aid olmuşdur. Cavabdehin izahatında və etirazında da qeyd edildiyi kimi “X3 B. V.” Azərbaycan şöbəsinin Koronavirus xəstəliyi (COVİD -19 yayılması zamanı) CR-SCONA-HLT-002- E nömrəli izolyasiya təlimatlarına əsasən karantin rejimi qaydası müəyyən edilmişdir. Sifarişçinin tələbinə əsasən gəmi heyətinin yerli işçiləri üçün oteldə 14 günlük mobilizasiya, otelə çatanda Svab testi, izolyasiya bitməmişdən əvvə 1 Svab testi və oteldə təcrid olunarkən açıq havada 1 saatlıq fəaliyyətə icazə verilmişdir. "xxxx" Şirkəti sifarişçilərin müəyyən etdiyi şərtlər əsasında gəmi heyəti üzvlərinin işə çıxmaları üçün tələb edilən müddətlərdə tətbiq edilmişdir və iddiaçı da digər işçilər kimi tələb edilən müddətlərdə karantin rejimi qaydalarına əməl etmişdir. Məhkəmə daha sonra qeyd edir ki, iddiaçı cavabdehin işçisi olmaqla pandemiya şəraitində iş fəaliyyətini sağlam şəraitdə davam etdirmək üçün tətbiq edilmiş rejim qaydalarına könüllü olaraq riayət etmişdir. Başqa sözlə, iddiaçı bundan imtina da edə bilərdi. Görülmüş tədbirlər, yəni karantin rejimi eyni zamanda iddiaçının sağlamlığı ilə də bağlı olmuşdur və göstərilən müddətlərdə karantində olmaqla iş fəaliyyətinin dayandırılmasında cavabdeh işəgötürən təqsirli olmamışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı karantində olma müddətinin özündən asılı olmayan səbəblərdən işəgötürənin daxili qaydalarına görə karantində saxlanmaqla boşdayanmada olma hesab edilməklə, karantində olduğu günlərin əmək haqqının boşdayanma günləri kimi hesablanmaqla ona ödənilməsi tələbinin hüquqi əsası olmadığı üçün iddia bu hissədə əsassızdır. Məhkəmə iddianın qeyd edilən hissədə əsassız olduğu üçün rədd edilməli olmasını nəzərə alaraq cavabdeh tərəfin tələbin bu hissəsinə iddia müddətinin tətbiq edilməsinə dair ərizəsinə hüquqi qiymət verilməsinə zərurət görmür. Məhkəmə, iddianın işdə olmayan işçini əvəz etməklə işə cəlb edilməsinə görə 20953 manat pul tələb etməsi hissəsi ilə bağlı qeyd edir ki, işin materiallarından görünür ki, iddiaçı 07 iyun 2022ci il tarixdən 19 iyul 2022-ci tarixinədək 42 günü işdə olmayan kapitanın baş köməkçisini əvəz etməklə işə cəlb edildiyindən ona göstərilən müddət üçün əmək haqqı hesablanarkən cavabdeh tərəfindən Əmək Məcəlləsinin 164-cü maddəsinin 1-ci bəndinin tələblərinin pozulmasını iddia etmişdir. Araşdırma zamanı müəyyən edilmişdir ki, əmək müqaviləsinə əsasən iddiaçı 42 gün işdə, yəni gəmidə, növbəti 42 gün istirahətdə, yəni evdə və yenidən 42 gün işdə olmalıdır. O, 07 iyun 2022-ci il tarixinədək olan müddət ərzində 42 gün öz iş vaxtına görə işləmiş, 07 iyun 2022-ci il tarixdən 19 iyul 2022-ci tarixinədək 42 günü işdə olmayan kapitanın baş köməkçisi vəzifəsində DPO işləyən X8 əvəz etməklə onun vəzifəsini icra etmişdir. Belə ki, Cavabdeh şirkətində gəmi kapitanının baş köməkçisi vəzifəsində işləyən X10 xəstəliyi ilə əlaqədar olaraq 09 mart 2022-ci il tarixdən işə çıxmamışdır. Xəstə olması və xx.xx.2022-ci il tarixdən 25 may 2022-ci il tarixədək işdən azad edilməsinə dair əmək qabiliyyətinin olmaması vərəqəsini təqdim etmişdir. Gəmi kapitanının baş köməkçisi vəzifəsində işləyən X10 xx.xx.2022-ci il tarixdə vəfat etmişdir. İddiaçı istirahətə getmək əvəzinə 07 iyun 2022-ci il tarixdən 19 iyul 2022-ci tarixi də daxil olmaqla özünün istirahət günlərinə təsadüf edən 42 gün müddətində işdə olmayan kapitanın baş köməkçisinin vəzifəsini icra etmişdir. Cavabdeh tərəf bu halın digər işçini əvəzetmə olduğunu bildirsə də, məhkəmə bunu əvəzetmə kimi qiymətdəndirmir. Belə ki, işin materiallarından görünür ki, gəmi kapitanının baş köməkçisi vəzifəsində DPO işləyən X10 öldüyündən X6 gəmi kapitanından ailə vəziyyəti ilə əlaqədar pul lazım olduğunu bildirib iş yerində olmayan, ölmüş gəmi kapitanının baş köməkçisi vəzifəsini icra etməsini xahiş etmiş və onun xahişi gəmi kapitanı Yaşar Fətullayev tərəfindən Gəmi Heyyət Departamenti ilə razılaşdırıldıqdan sonra onun xahişi nəzərə alınaraq gəmi kapitanının baş köməkçisi DPO üzrə vəzifəsini icra etməyə razılıq verilməklə tərəflər arasında xx.xx.2022-ci il tarixli akt tərtib edilmişdir. Başqa sözlə, Elçin Sultanov kapitanın baş köməkçisi DPO vəzifəsində işləmiş X7 əmək funksiyalarını icra etməsini özü xahiş etmişdir və işdə olmayan işçinin əmək funksiyasını icra etmişdir. Lakin bu hal əmək qanunvericiliyində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməmişdir. Həmçinin həmin günlər üçün iddiaçıya nə qədər məbləğdə və hansı meyarla əmək haqqı ödəniləcəyinə dair razılıq əldə edilməsi iş materiallarından görünmür. Beləliklə də, müəyyən edilmişdir ki, E. Sultanov 1-7 iyun 2022-ci il tarixlərində öz vəzifəsini gəmi kapitanın baş köməkçisi SDPO vəzifəsində, xx.xx.2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixinədək isə kapitanın baş köməkçisi DPO boş vəzifəsini rəsmi əmr əsasında deyil, tərəfərin qarşılıqlı razılaşması əsasında tərtib edilmiş akt əsasında icra etmişdir. Məhkəmə hesab edir ki, E.Sultanovun işdə olmayan işçinin əmək vəzifələrini icra etməsinə görə 07 iyun 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixinədək istirahət etməli olduğu müddət üçün iki qat əmək haqqı ödənilməsini tələb etməsi heç də əsassız olmamışdır. Belə ki, müəyyən edilmişdir ki, cavabdeh-işəgötürən tərəfindən 2022-ci ilin iyun-iyul aylarında Elçin Sultanova əmək haqqı əmək qanunvericiliyinə və əmək müqaviləsinə müvafiq qaydada ödənilməmiş, bununla da əmək qanunvericiliyinin pozulmasına yol verilmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 12 fevral 2024-cü il tarixli 9/6779 nömrəli ekspert rəyində göstərilmişdir ki, Digər işçinin əvəzinə işlədiyi günlər hesablanmaqla bir iş gününə görə əmək haqqı məbləği nəzərə alınmaqla ikiqat əmək haqqı (399*2=798) 798 manat hər günə və 42 gün işlədiyi nəzərə alınmaqla (42*798=33.516) 33.516 manat hesalanmalı olduğu müəyyən edilir. Ümumi vergilər tutulduqdan sonra ödənilməli məbləğ 23.951,36 manat olduğu müəyyən edilir. Məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, 2022-ci ilin iyun ayında 30 gün üçün iddiaçıya ödənilməli olan məbləğ tutulmalarla birlikdə 15.588 manat, 2022-ci ilin iyul ayında 31 gün üçün tutulmalarla birlikdə 13.395 manat, iki ay - 61 gün üçün tutulmalarla birlikdə ümumilikdə 28.983 manat hesablanmışdır. İddiaçı iyun ayında 7 gün (7x399= 2793), iyul ayında 12 gün (12x399= 4788) öz əvəzinə işləmişdir. Başqa sözlə, iddiaçıya iyun və iyul aylarında öz əvəzinə işlədiyi günlər üçün hesablanan məbləğ (iyun 7 gün 2793+ iyul 12 gün 4788=7581) 7581 manat iki ay üçün ümumi hesablanan 28.983 manat məbləğdən çıxıldıqda istirahət günləri olan 42 gün üçün ona 21.402 manat hesablandığı müəyyən edilir ki, ekspert rəyinə əsasən 42 gün üçün ona hesablanan 33.516 (tutulmalar daxil olmaqla) manatdan cavabdehin həmin 42 gün üçün iddiaçıya hesabladığı 21.402 manat çıxıldıqda (33.516-21.402=12.114) qalan ödənilməyən (az hesablanan) məbləğin 12.114 manat (tutulmalar daxil olmaqla) olduğu müəyyən edilir. Məhkəmə, iddiaçıya 07 iyun 2022-ci il tarixdən 30 iyun 2022-ci il tarixinə (23 gün) və 01 iyul 2022-ci il tarixdən 19 iyul 2022-ci il tarixlərində (19 gün) olan müddətdə, yəni öz istirahət günlərində kapitanın baş köməkçisi DPO vəzifəsində işləmiş X7 42 gün ərzində əmək funksiyalarını icra etməsinə görə cavabdeh tərəfindən ona ümumilikdə hesablanmış məbləği və ekspertin rəyində göstərilənləri nəzərə alaraq hesab edir ki, Cavabdeh şirkəti tərəfindən istirahət günü işə cəlb edildiyi üçün hesablanmayan 12.114 manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla) iddiaçıya ödənilməlidir. Məhkəmə, iddianın Əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 27575,30 manat pul məbləğinin ödənilməsinə dair hissəsi üzrə qeyd edir ki, cavabdeh iddianın qeyd edilən hissəsinə etiraz edərək göstərmişdir ki, iddianın bu hissədə tərəflər arasından bağlanmış müqaviləyə və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 169-cu maddəsinin 1-ci hissəsinə əsasən qanunsuz olmasını göstərərək bunu həm də işçinin işlədiyi DP (dinamik mövqe tutma) gəmisi müştəri tərəfindən qeyri müəyyən müddətə icarədən çıxarılıb işsiz dayanarsa onda gəminin təhlükəsizliyinin təmin edilməsi üçün gəmidə saxlanılan gəmi heyətinin əmək haqqları DP sistemi olmayan (NON DP) gəmi heyətinin əmək haqlarına ekvivalent olaraq ödənilməsi kimi qiymətləndirmiş və hesab etmişdir ki, iddiaçının işlədiyi gəmilərin 2019-cu ilin may, iyun, iyul, avqust ayları, 2020-ci ilin sentyabr ayı, 2021-ci ilin mart, aprel, iyun, iyul, avqust, sentyabr ayları, 2022-ci ilin iyul ayı üzrə heç bir layihə təyinatı olmaması əsasına görə həmin dövrlər üçün əmək haqqından tutulmalar, yəni əmək haqqına düzəlişlər qanuni əsaslarla olmuşdur. Məhkəmə cavabdeh tərəfin bu dəliləri ilə razılaşmır və hesab edir ki, göstərilən hallar tərəflər arasında bağlanmış əmək müqaviləsində nəzərdə tutulmadığı üçün İddiaçı hesablanmış əmək haqqından iddiada qeyd edilən aylar üçün düzəliş məbləğlərinin çıxılması heç bir qanuni əsasa və ya müqavilə şərtlərinə söykənmir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 30 aprel 2024-cü il tarixli 9/2175 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan məlumatları və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin təqdim etdiyi məlumatları nəzərə alaraq, ekspertiza təyini haqqında qərarın ekspert qarşısında qoyulmuş suallar üzrə qüvvədə olan Azərbaycan Respublikasında əmək haqqının hesablanması, əmək haqqıdan tutulmalar üzrə Qanuna əsasən İddiaçı 2019-cu ilin may, iyun, iyul, avqust ayları üzrə 6702,00 manat, 2020-ci ilin sentyabr ayı üzrə 895,50 manat, 2021-ci ilin mart, aprel, iyun, iyul, avqust, sentyabr ayları üzrə 13455.00 manat, 2022-ci ilin iyul ayı üzrə 130,00 manat olmaqla, hesablanmış əmək haqqından dövlət hesabına tutulmalı olan məbləğlərdən başqa digər tutulmaların ümumilikdə 21182,50 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə, iddianın bu hissədə əsaslı olması qənaətinə gəlir, lakin buna baxmayaraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, işin materiallarından görünür ki, İddiaçı əmək haqqından qanunsuz tutulmalar 2019cu ilin may, iyun, iyul, avqust, 2020-ci ilin sentyabr, 2021-ci ilin mart, aprel, iyun, iyul, avqust, sentyabr və 2022-ci ilin iyul ayı üzrə olmuşdur. Başqa sözlə, iddiaçının hüququnun pozulması əmək haqqının verildiyi aydan hesablanmalıdır. Lakin, işin materiallarından görünür ki, İddiaçı 05 dekabr 2022-ci il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 372.1-ci maddəsinə əsasən, başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında ifadə olunmuş hüquqi mövqeyə görə, iddia müddəti pozulmuş hüququn müdafiəsinin müddəti kimi bu müddətin axımının başlanmasına səbəb olan subyektiv hüququn pozulması ilə ayrılmaz surətdə bağlıdır. Məhkəmə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırmadan iddia müddətinin keçməsinə görə iddianı rədd etməkdə haqlı deyil. İddia müddətinin keçməsinə görə iddianı rədd etmiş, lakin subyektiv mülki hüququn pozulması məsələsini həll etməyən məhkəmə aktı daxilən ziddiyyətli və əsassızdır, çünki iddia müddətinin keçməsinə görə məhkəmənin gəldiyi nəticə lazımi əsasa söykənmir. Birinci instansiya məhkəməsində iddia müddətinin tətbiqi ilə bağlı iddiaçı və ya cavabdeh tərəfinin ərizəsi yazılı ərizə formasında təqdim olunmalı və iddia müddətinin keçməsi ilə əlaqədar iddianı rədd edilməsi barədə məhkəməyə ünvanlanmış konkret və əsaslandırılmış xahişi ehtiva etməlidir (L.Binnətovanın şikayəti üzrə 08 may 2008-ci il tarixli və X.Xəlilovun şikayəti üzrə 16 yanvar 2009-cu il tarixli qərarlar). İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyindən göründüyü kimi iddia əsaslı olarsa məhkəmələr iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianın rədd edilməsi barədə qərar qəbul edə bilərlər. İddianın sübut olunmadığı halda iddia müddəti institutunun tətbiqi ehtiyacı ortadan qalxır. İddia müddətinin tətbiqinə dair yuxarıda qeyd edilən Konstitusiya Məhkəməsinin Plenumunun hüquqi mövqeyini rəhbər tutaraq məhkəmə hesab edir ki, iddia tələbinin 2019-cu ilin may ayından başlayarq əmək haqqından tutulmasının 2021-ci ilin sentyabr ayınadək olan müddət üçün Əmək Məcəlləsinin 296-cı maddəsinin 4-cü hissəsi ilə müəyyən edilmiş (Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələri) 1 illik iddia müddəti buraxıldığından məhkəmə tərəfindən iddia müddətini tətbiq edilməklə həmin müddətlərə münasibətdə iddia rədd edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, iddia 2022-ci ilin iyul ayı üzrə iddia müddəti daxilində verildiyindən iddia əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 130 manatın utulması hissəsində təmin edilməlidir. Məhkəmə, 15.000 manat mənəvi ziyanın tutulması hissəsi ilə bağlı aşağıdakıları qeyd edir: «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında ifadə olunmuş hüquqi mövqelərə görə mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərərçəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O həm vurulmuş əmlak zərəri ilə birlikdə, yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" 03 noyabr 2008-ci il tarixli 7 saylı Qərarında göstərilir ki, zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər... Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərər vuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Yuxarıda qeyd olunduğu kimi mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilir ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə mənəvi zərərin ödənilməsi tələbi cavabdeh tərəfindən iddiaçının əmək haqqının düzgün hesablanmaması, əmək haqqından qanunsuz tutulmalar faktının mövcud olması özü-özlüyündə iddiaçının psixoloji iztirab və sarsıntı keçirməsi, buna müvafiq onlara mənəvi zərər dəyməsi qənaətinə gəlmək üçün kifayət edir və bu cavabdehin qeyd edilən qanunsuz hərəkətləri nəticəsində iddiaçının keçirdiyi hisslər heç şübhəsiz ki, onun mənəvi sarsıntı keçirməsinə, onun şüurunda mənfi psixi reaksiyalara səbəb olmuş, bütün bu hadisələrin fonunda stress və həyəcan keçirmişdir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının mənəvi sarsıntı və iztirab keçirməsi, bunun nəticəsində isə fiziki əzab çəkməsi birmənalı olduğundan tələb olunan məbləğin də ona vurulmuş mənəvi zərəri aradan qaldıracağı inandırıcı və ağlabatan deyildir. Çünki, maddi vəsait məbləğindən asılı olmayaraq heç də həmişə vurulmuş mənəvi zərəri kompensasiya edə bilmir. Lakin tələb edilən məbləğin vurulmuş mənəvi zərərə uyğunluğu da əsaslandırılmalı idi. Yəni, iddiaçı tələb etdiyi məbləğlə ona vurulan mənəvi zərərin nəticələrinin aradan qaldırılacağını da göstərə bilməmişdir. Məhkəmə hesab edir ki, iş materiallarına əsasən cavabdehin qanunsuz hərəkətləri nəticəsində maddi ziyanın vurulması ilə mənəvi ziyanın vurulması arasında səbəli əlaqə mövcuddur. Belə olan halda iddianın qeyd edilən hissədə qismən təmin etməklə məhkəmə cavabdehdən iddiaçının xeyrinə 3000 manat mənəvi ziyanın tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə oxşar işlər üzrə belə bir ümumi prinsipi də nəzərə alır ki, tutulan mənəvi ziyanın məbləği bir tərəfi həddən artıq zənginləşdirməməli, digər tərəfi isə müflis etməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materialları ilə müəyyən edilir ki, məhkəmə xərcləri 500 manat vəkil xərcindən, 332 manat dövlət rüsumundan, 50 manat mediasiya xərcindən, (150+100) 250 manat ekspertiza xərcindən ibarətdir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh şirkətindən istirahət günü işə cəlb edildiyi üçün 12,114 manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla), əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 130 manat, mənəvi zərərin əvəzi olaraq 3000 manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir. Ödənilmiş 332 (üç yüz otuz iki) manat dövlət rüsumunun 135 (bir yüz otuz beş) manat hissəsi Cavabdeh şirkətindən tutularaq İddiaçı ödənilməli, ödənilmiş 500 (beş yüz) manat vəkil xərcinin 200 (iki yüz) manat hissəsi Cavabdeh şirkətindən tutularaq İddiaçı ödənilməli, mediasiya xərcinin 20 (iyirmi) manat hissəsi cavabdehdən iddiaçının xeyrinə tutulmalı, məhkəmə xərcləri qalan hissədə iddiaçıya aid edilməli, iddia qalan hissədə təmin edilməməlidir. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan cəmi 250 (iki yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh şirkətindən, 150 (bir yüz əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası MPM-in 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119, 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh şirkətindən istirahət günü işə cəlb edildiyi üçün 12.114 (on iki min bir yüz on dörd) manat (qanunvericiliyə əsasən tutulmalar nəzərə alınmaqla), əmək haqqından heç bir qanuni əsas olmadan çıxılmış 130 (bir yüz otuz) manat, mənəvi zərərin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. Ödənilmiş dövlət rüsumunun 135 (bir yüz otuz beş) manat hissəsi, mediasiya xərcinin 20 (iyirmi) manat hissəsi, vəkil xərcinin 200 (iki yüz) manat hissəsi Cavabdeh şirkətindən tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən aparılmış məhkəmə-mühasibatlıq ekspertizasının dəyəri olan cəmi 250 (iki yüz əlli) manatın 100 (bir yüz) manat hissəsi Cavabdeh şirkətindən, 150 (bir yüz əlli) manat hissəsi İddiaçı tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (hesab: Az.MEM VÖEN**********; AZ34CTRE********************, X4, KOD210005; VÖEN**********; Müxbir hesAz41NABZ013601**********03944; S.W.İ.F.T. Bik: CTREAZ 22) köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar