Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2905/2025 30.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X5 Rüstəmlinin sədrliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası üzrə mülki işə Səbail Rayon Məhkəməsi binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanması üçün alimentin miqdarının minimal əmək haqqının 0,125 misli miqdarında müəyyən edilməsi, 145 manat hüquqi yardım üçün ödənilmiş vəsaitin cavabdehdən tutulması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Səbail rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli, 2(009)-1866/2024 nömrəli qətnaməsi ilə Cavabdeh ilə aramızda xx.xx.2024cü il tarixli barışıq sazişinin aşağıdakışərtləriməcburi icrası üçün təsdiq edilmişdir: “2.1. Tərəflər razılaşır ki, birgə nikahdan anadan olan, yetkinlik yaşına çatmayan övladları xx.xx.2010-cu il təvəllüdlü X2 və xx.xx.2013-cü il təvəllüdlü X3 bu sülh sazişi imzalandığı andan etibarən uşaqların birinci tərəf Cavabdeh himayəsində (yaşayışında) qalır. 2.2. Cavabdeh təsdiq edir ki, uşağın atası ilə maneəsiz ünsiyyətdə olmalarına (telefonla əlaqə saxlamaqlarına və görüşmələrinə) razıdır və buna şərait yaradacağına dair öhdəlik götürür. 2.3. İbrahimov İddiaçı Aynur Rüfət qızı ilə birgə nikahdan olan övladları X2 və X3 üçün boşanma ilə bağlı Cavabdeh uşaqlarına qoyduğu qayğıya görə və onların saxlanılması üçün hər ay aliment ödəməsinə razıdır. Alimentin miqdarı birinci övlad üçün 250 (iki yüzəlli) manat, ikinci övlad üçün 235 (iki yüz otuz beş) manat, cəmi 485 (dörd yüz səksən beş) manat aliment bank kartına hər ay ödəniləcək. Alimentin digər hissə məbləği qəti olaraq təsdiq edilir. 3.1. Bu sülh sazişi tərəflər üçün bağlayıcıdır. Bakı şəhəri, Nizami rayonu, E.Süleymanov küçəsi, 2383-2387-ci məhəllə 2, ev 57, mənzil 78, yeni yaşayış kompleksində yerləşən ümumi sahəsi 111,7 kv/m olan mənzil, çıxarış №5228-5015-0229 nömrəli sənədlə təsdiq edilmiş, qeydə alınmış xüsusi mülkiyyət hüququ Cavabdeh adına keçir. İkinci tərəf – İddiaçı Nizami rayonu, kadastr №77L4167 qeydə alınmış daşınmaz əmlak olmaq üzrə gələcəkdə iddia və tələb irəlisürməyəcəyini öhdəlik götürür. 3.2. Tərəflər təsdiq edir ki, E.Süleymanov küçəsi, 2383-2387-ci məhəllə üzrə yerləşən göstərilən mənzil birinci tərəf — Cavabdeh mülkiyyətinə keçir və ikinci tərəf — İddiaçı bu mülkiyyət üzərində gələcəkdə heç bir tələb irəlisürməyəcək. Cavabdeh ünvan 1 ünvanında yerləşən mənzil üzrə çıxış (çıxma) hüququ verilir. Cavabdeh 11 noyabr 2017-ci il tarixli qeydiyyat şərh məktubu ilə təsdiq olunan mənzilə daxil olmaq və çıxmaq hüququndan məhrum edilmir. 3.3. Tərəflər razılaşır ki, birinci tərəf Cavabdeh nikahın pozulması ilə əlaqədar olaraq daşınmaz əmlaka dair hüquqlarının tanınmasını və qeydiyyatını təsdiq edir. İkinci tərəf İddiaçı birinci tərəfin qeyd olunan daşınmaz əmlak üzərində mülkiyyət hüququnu qəbul edir və gələcəkdə iddia və tələb irəlisürməyəcəyinə dair öhdəlik götürür. Qeyd olunan əmlak barədə çıxarışın verilməsi 77L4167 qeydiyyat tarixli xx.xx.2023 tarixlişəhadətnamə əsasında təmin edilir. Göstərilən dövlət rüsumu Cavabdeh tərəfindən ümumilikdə 100 (bir yüz) manat məbləğində ödənilir. Aliment tutulmasına dair hissədə ödənilmə dərhal icra edilsin”. BakıApellyasiya Məhkəməsinin 2(103)-732/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə Səbail rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(009)-1866/2024 nömrəli qətnaməsi qismən, barışıq sazişinin 3-cü bölməsinin 3.2 və 3.3cü bəndlərinin təsdiq edilməsinə dair hissədə ləğv edilməsi, həmin hissədə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. xx.xx.2024-cü il tarixli barışıq sazişini imzalamaqla mən birgə nikah müddətində qazandığımız mənzilləri cavabdehin mülkiyyətinə vermişəm, yəni ki, özüm evsiz qalmışam, həmçinin sağlamlığmda ciddi problemlər yaranmışdır. Ailə münasaibətlərinin bu həddə çatması ilə bağlı keçirdiyim stresdən urəyimdə problemlər yaranmışdır. Şəkər xəstəsiyəm, həəmçinin ürəyimə stend qoyulmuşdur. Eyni zamanda bildirirəm ki, həmin zamanda eyni zamanda işsizəm. Sağlamlığımla bağlı olaraq hal-hazırda işləyə də bilmirəm. Uşaqların biri üçün 250, digəri üçün 235 azn aliment ödəməyə imkanım çatmır. Bununla belə aliment ödəməkdən də yayınmıram. Hal-hazırki vəziyyətdə uşaqların hər biri üçün 50 manat olmaqla, ümumilikdə 100 azn aliment ödəyə bilərəm. Hətta verdiyim əmlakları nəzərə alarsaq mən üzərimə düşən öhdəliyi artıqlaması ilə etmişəm. Bununla belə hal-hazırda alimenti ödəyə bilmirəm. Bacardığım qədər ödəməyə çalışşam da borc yığılıb qalmışdır. Yuxarıda qeyd etdiyim halları nəzərə alaraq, eləcə də qanunvericiliyin tələblərinə uyğun olaraq, hesab edirəm ki, aliment azadılmalıdır. Başqa sözlə, alimentin azaldılması tam qanunauyğundur. Məhkəmə iclasında iştirak etmiş iddiaçı iddianı müdafiə edib, iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinə əsaslanaraq mülki işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdirir. Məhkəmə tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarından görünür ki, Səbail Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(009)-1866/2024 saylı qətnaməsi ilə İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi təsdiq edilmiş, həmin qətnamə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-732/2025 saylı xx.xx.2025-ci il tarixli qətnaməsi ilə barışıq sazişinin tərəflər arasında aliment məsələsini razılaşdırmış 2.3-cü bəndinin (İbrahimov İddiaçı Aynur Rüfət qızı ilə birgə nikahdan olan övladları X2 və X3 üçün boşanma ilə bağlı Cavabdeh uşaqlarına qoyduğu qayğıya görə və onların saxlanılması üçün hər ay aliment ödəməsinə razıdır. Alimentin miqdarı birinci övlad üçün 250 (iki yüz əlli) manat, ikinci övlad üçün 235 (iki yüz otuz beş) manat, cəmi 485 (dörd yüz səksən beş) manat aliment bank kartına hər ay ödəniləcək. Alimentin digər hissə məbləği qəti olaraq təsdiq edilir) təsdiq edilməsi hissəsində ləğv edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları haqqında» Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1 və 75.4-cü maddələrinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması bərabər vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılması əsas tutularaq müəyyən edilir. 112.1-ci maddəsinə əsasən aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra, tərəflərdən birinin ailə və maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. Qanunun yuxarıda göstərilən tələblərinə əsasən tərəflərin maddi vəziyyətlərinin dəyişməsi dedikdə, onların maddi vəziyyətlərinin yaxşılaşması və ya pisləşməsi nəzərdə tutulur. Qanunun mənasına görə bu hal aliment ödəyən, yaxud aliment alan şəxsin gəlirlərinin çoxalması və ya azalması ilə əlaqədar olur. Aliment ödəyən şəxsin gəlirləri azaldıqda o, aliment miqdarının azaldılmasını, əksinə, onun gəlirləri çoxaldıqda, aliment alan şəxs aliment miqdarının artırılmasını tələb edir. «Uşaq hüquqları haqqında» Qanunun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikası qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Məhkəmə işin faktiki hallarına qiymət verib, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanılmasını əsas tutaraq hesab edir ki, iddiaçıdan alimentin tutulması vaxtdan hazırkı dövrədək zaman ərzində iddiaçının maddi vəziyyətində mənfi dəyişikliklər baş verməyərək, onun aylıq gəlirlərinin azalması halı yaranmadığından, iddia tələbi tam əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh qarşı «aliment məbləğinin azaldılması» tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş mediasiya xərci iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim edildiyi (alındığı) gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №e-2(009)-2905/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2905/2025
30.12.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver