Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-2929/2025 23.02.2026 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rəna Nazim qızı Qafarovanın sədrliyi, Məhkəmə iclas katibi Pərvin Kamandar oğlu Paşazadənin katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı Cavabdeh qarşı “uşağın yaşayış yerinin müəyyən edilməsi və alimentin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yaşayış yerinin atası İddiaçı yanında müəyyən edilməsi, uşağın saxlanılması üçün anası Cavabdeh 2025-ci il 20 iyul tarixindən hesablanmaqla, hər ay minimum əmək haqqının 0,75 misli məbləğində alimentin tutulması, alimentin tutulması ilə bağlı xx.xx.2025-ci il tarixli qətnamənin Nərminə aid hissəsinin icrasının dayandırılması, məhkəmə xərclərinin cavabdehdən tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddianın dəlilləri: o, Cavabdeh ilə 21 yanvar 2006-cı il tarixdə Bakı şəhəri Səbail rayon Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşdur. Nikahları Bakı şəhəri Səbail Rayon Məhkəməsində xx.xx.2025-ci il tarixli, 2(009)-185/2025 saylı qətnaməsi ilə pozulmuş, birgə nikahdan doğulan X4 (xx.xx.2009) və X3 (xx.xx.2017) il təvəllüdlü anaları Cavabdeh yanında saxlanılmışdır. Sonradan cavabdeh məhkəməyə aliment tələbi ilə müraciət etmiş və Səbail Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(009)-1458/2025 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, azyaşlı Seyfulla üçün hər ay minimum əmək haqqının 0,75 misli məbləğində alimentin onun gəlirindən tutulması müəyyən edilmiş, lakin Nərminə münasibətdə tələbin təmin olunmamasına qərar verilmişdir, çünki o vaxtdan Nərmin faktiki olaraq onunla yaşayırdı. Həmin vaxtdan-2025-ci il 20 iyul tarixindən etibarən qızı X4 daimi olaraq onunla yaşayır. O, onun himayəsindədir, qidalanması, geyim, təhsil, sağlamlıq və digər bütün xərcləri onun gəlirləri hesabına qarşılanır. Cavabdeh anası ilə faktiki birlikdə yaşamır. Belə ki, qətnamə ilə müəyyən edilib ki, «Məhkəmə iclasında fikri dinlənilən xx.xx.2009-cu il təvəllüdlü X4 9-cu sinifdə oxuduğunu, valideynləri ilə münasibətinin yaxşı olduğunu, nikah pozulduqdan sonra anası ilə qaldığını. Atasının yanında tez-tez gedib gəldiklərini, bir neçə gün əvvəl axşam 23.30-da evə bir dəfə gec gəldiyinə görə (anasında icazə almışdır) anasının ona gedib atası ilə qalsın deməsini və onun da buna görə atasının yanına getdiyini, hazırda da atası ilə qaldığını və anasının yanına getmək istəmədiyini bildirmişdir. Həmçinin müəyyən edilmişdir ki, xx.xx.2009-cu il təvəllüdlü X4 hazırda faktiki olaraq atasının yanındadır." Beləliklə, uşağın faktiki yaşayış yeri onun yanındadır, lakin bu hal məhkəmə qərarı ilə rəsmiləşdirilmədiyindən hüquqi qeyri-müəyyənlik yaranmışdır. Buna görə də Nərminin yaşayış yerinin onun yanında müəyyən olunması və 2025-ci il 20 iyul tarixindən etibarən anası Cavabdeh alimentin tutulması zəruridir. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, cavabdeh hazırda uşaqlarla birlikdə onun özünün yaşadığı evin yuxarı mərtəbəsində yaşayır. Əvvək cavabdeh kirayədə qalırdı, atası dedi ki, gəlib onlarda yaşasınlar, əlavə kirayə haqqı ödənilməsin. Uşaqların biri ondadır, digəri cavabdehdədir. O, aşağı mərtəbədə yaşayır. İddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş Cavabdeh iddia tələbinə etiraz edərək bildirdi ki, uşaqlara o, baxır. Hazırda hər iki uşaq onun yanında yaşayır. Qızı atası ilə qalırdı, amma 4 aydır ki, onun yanındadır. Yeməyini, içməyini, hər təlabatları o, ödəyir. Uşağın ondan alınmasına etiraz edir. İddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında fikri dinlənilən yetkinlik yaşına çatmayan X4 bildirmişdir ki, onun hər iki valideyni ilə münasibəti yaxşıdır, o, anası və qardaşı ilə babasının evində qalırlar. Anası onlara xərc çəkir, ərzaq alır, ayda 500-600 manat pul xərcləyir, qardaşı hazırlıqlara gedir, xərci isə anası ödəyir, 80-100 manat bir hazırlıqdır. O, məktəbə gedir, hazırlığa getmir. Atası ilə əvvəl qalırdı, lakin atasının kredit borcları olduğu üçün onun tələbatlarını ödəyə bilmir. Kommunal xərcləri anası ödəyir, kirayə verilən otaqla yaşadıqları evin kommunal hesabı eyni olduğu üçün bəzən atası da ödəyir. Onsuz da anası ilə bir evdə qalır, atası da ayrı otaqda qalır. Anası ilə qalmaq istəyir. 10-cu sinifdə oxuyur, dərslərindən geri qalır, saç ustalığını öyrənmək istədiyindən dərslərindən geri qalmışdır. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 05 fevral 2025-ci il tarixli, 2(009)-185/2025 saylı qətnaməsindən görünür ki, İddiaçı və Cavabdeh arasında 21 yanvar 2006-cı il tarixdə Bakı şəhəri Səbail rayon VVADQ şöbəsində bağlanmış və 24 saylı akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulması, tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anaları Cavabdeh yanında qalmaları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 23 iyul 2025-ci il tarixli, 2(009)-1458/2025 saylı qətnaməsindən görünür ki, 22 dekabr 2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana qədər saxlanılması üçün 03 iyun 2025-ci il tarixdən hesablanaraq hər ay sonrakı artımlar nəzərə alınmaqla minimum əmək haqqının 0.75 misli həddində sabit pul məbləğində aliment cavabdeh İddiaçı tutularaq iddiaçı Cavabdeh ödənilməsi qət edilmişdir. Əsaslandırıcı hissə: Məhkəmə tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, İddiaçı ilə Cavabdeh 21 yanvar 2006-cı il tarixdə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 anadan olmuşdur. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 185/2025 saylı, 05 fevral 2025-ci il tarixli qətnaməsi ilə nikah pozulmuş, xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X1 anası Cavabdeh yanında saxlanılması müəyyən edilmişdir. Hazırda xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2017-ci il təvəllüdlü X3 cavabdeh-anası Cavabdeh yanında yaşayırlar. Məhkəmə iclasında dindirilmiş yetkinlik yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü X4 anasının yanında yaşamaq istədiyini bildirmişdir. Məhkəmə ilk növbədə qeyd edir ki, valideynlərin qanunvericiliklə uşaq barəsində olan hüquq və vəzifələri bərabər olduğundan, uşaqların maraqlarına toxunan hər bir məsələ məhkəmə tərəfindən həll olunarkən ilk növbədə valideynlərdən hər hansı birinin yox, məhz uşaqların mənafeyi rəhbər tutulmalıdır. Azərbaycan Respublikası Konstitusiyanın 17-ci maddəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 52-ci maddəsinə əsasən, uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, 10 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız 10 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər. - 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. - 58.1. Valideynlər uşaqlarını tərbiyə etmək hüququna malikdirlər və uşaqlarını tərbiyə etməyə borcludurlar. Valideynlər uşaqlarının tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsulyyət daşıyırlar (maddə 58.2). - 73.1-ci maddəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. - 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli, şəxsiyyət kimi formalaşmasına şərait yaradılması Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biridir. Eyni zamanda uşağın öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququ vardır. Uşağın ailədə yaşamaq və tərbiyyə almaq hüququnun həyata keçirilməsi müxtəlif vasitələrlə, o cümlədən onun yaşayış yerinin müəyyən edilməsi ilə də təmin edilir. Uşağın yaşayış yerinin müəyyən edilməsi zamanı ailə qanunvericiliyinin əsas prinsiplərindən biri olan yetkinlik yaşına çatmayan uşaqların hüquqlarının və manəfelərinin müdafiə edilməsi prinsipi rəhbər tutulur. “Uşaq Hüquqları haqqında” Azərbaycan Respublikası Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 25-ci maddəsinə əsasən hər bir uşağın istirahət və asudə vaxtdan istifadə etmək hüququ vardır. Göstərilən Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında müvafiq icra hakimiyyəti orqanları uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. “Elşolts Almaniyaya qarşı” işi üzrə Avropa Məhkəməsinin qərarında deyilir ki, Konvensiyanın 8-ci maddəsi tələb edir ki, dövlət hakimiyyəti orqanları uşağın maraqları ilə valideynlər arasında ədalətli tarazlığa riayət etsinlər və tarazlaşdırma prosesində uşağın yüksək maraqlarına xüsusi əhəmiyyət verilməlidir, həmin maraqlar onların xarakterindən və ciddiliyindən asılı olaraq valideynlərin maraqlarından üstün tutula bilər. Xüsusən 8-ci maddəyə əsasən valideyn uşağın sağlamlığına və inkişafına ziyan yetirə bilən tədbirlər görmək hüququna malik ola bilməz. BMT-nin Uşaq Hüquqlarına dair Konvensiyasının 3-cü maddəsinə əsasən, sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirməlidir. Qanunvericiliyin yuxarıda göstərilən tələblərindən göründüyü kimi bütün dövlət orqanları öz fəaliyyətlərində uşaqlarla bağlı məsələlərdə onların mənafelərini üstün tutmalı, uşaqların yüksək maraqlarına xüsusi əhəmiyyət verməli və onların hüquqlarının təmin olunması üçün şərait yaratmalıdır. Məhkəmə qeyd edir ki, BMT Baş Məclisinin 1386 (XİV) nömrəli xx.xx.1959-cu il tarixli qətnaməsi ilə qəbul olunmuş Uşaq hüquqları Bəyannaməsinin 6-cı prinsipinə əsasən, azyaşlı uşaq müstəsna hallardan başqa anasından alına bilməz. Müstəsna hallar dedikdə, ananın uşağın tərbiyəsi və inkişafı ilə məşğul olmaq imkanından məhrum olmasına dəlalət edən (ananın psixi xəstəliyi, narkomaniya, alkoqolizm və ya digər ağır xəstəlikdən əziyyət çəkməsi, uşaqla qəddar rəftara yol vermə, uşağa qarşı psixi və fiziki zor tətbiq etmə, valideynlik hüquqlarından sui-istifadə etmə və s. bu kimi) hallar başa düşülür. Məhkəmə, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sübutlara, o cümlədən tərəflərin izahatlarına, iş materiallarında olan digər sübutlara hüquqi qiymət verərək, xx.xx.2009-cu il təvəllüdlü X2 yaşını və fikrini nəzərə alaraq uşağın cavabdehin himayəsindən alınmasına dəlalət edən hər hansı bir müstəsna halın müəyyən edilmədiyi və iddiaçı tərəfin bununla bağlı irəli sürdüyü dəlillərin kifayət qədər əsaslı olmaması qənaətinə gəlir və hazırda iddia tələbinin təmin edilərək uşağın cavabdehdən alınaraq iddiaçının himayəsinə verilməsini məqsədə müvafiq hesab etmir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası MPM-nın 14.2, 77.1, 88 və 217.4-cü maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron kabinet vasitəsilə MPM-nin 2 saylı əlavəsinə uyğun) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Rəna Qafarova
Məhkəmə qərarları › İş №e-2(009)-2929/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-2929/2025
23.02.2026 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver