Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-2942/2025 17.12.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Cavabdeh2 MMC-yə qarşı mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin tutulması tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı MMC cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Cavabdeh2 MMC-yə qarşı mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin tutulması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi iddianın yolverilməzliyinə görə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, məhkəmə müdafiəsi hüququ öz təbiəti etibarı ilə mütləq hüquq olmayıb, müəyyən şərtlərinə mövcudluğunda konkret məhdudiyyətlə məruz qala bilər və yalnız qanunla qorunan pozulmuş və ya mübahisə edilən hüquq və azadlıqları məhkəmə vasitəsi ilə həyata keçirilməsini nəzərdə tutur. Bu mənada hər kəs özünün subyekti hüququnu həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə alınmalıdır ki, iddia etmək hüququ özündən iddianı təmin etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərini məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. İddiaçı tərəfindən irəli sürülmüş tələbdən belə məlum olur ki, cavabdehlər tərəfindən ipoteka predmeti olmuş daşınar əmlakın (avtomaşının) əvvəllər iddiaçı tərəfindən qiymətləndirilmiş, bazar dəyərindən fərqli yeni bazar və likvid dəyəri müəyyən edilmiş və həmin qiymətə əsaslanan Bakı Apellyasiya Məhkəməsi maddi ziyan kimi hazırkı iddiaçıdan daşınar əmlakın mülkiyyətçisi olmuş şəxsin xeyrinə 10.700 manat məbləğində pul tutmuşdur. İddiaçı hazırkı tələbini cavabdehlər tərəfindən aparılan qiymətləndirmələrin əsassız olması, avtomaşına baxış keçirilmədən qoyulması ilə əsaslandırmışdır. İddiaçının iddia ərizəsinə əlavə edilmiş Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (2(103)-5854/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən cavabdeh İddiaçı MMC-dən iddiaçı X1 xeyrinə 10.700 manat pulun tutulması qət edilmişdir. Qətnamə qanuni qüvvəsini almış və icraya yönəlmişdir. Həmin qətnamənin əsaslandırıcı hissəsində mübahisə predmeti olan avtomobilin cavabdeh tərəfindən 2800 manat qiymətləndirilərək, həmin qiymətə hərraca çıxarılmasına baxmayaraq AR Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7147 saylı ekspert rəyi ilə mübahisəli avtomobilin likvid dəyərinin 13.500 manat müəyyən edilməsi nəzərə alınaraq iddiaçıya 10.700 manat zərər dəyməsi müəyyən edilmişdir. AR MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Həmin Məcəllənin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli Qərarında qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin mənasına görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Yuxarıda qeyd edildiyi kimi Bakı Apellyasiya Məhkəməsinin qanuni qüvvəyə minmiş qətnaməsində iddiaçının hazırda maddi ziyanın tutulmasına dair tələbinin əsaslığına dair istinad etdiyi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş rəy mötəbər sübut kimi qiymətləndirilmişdir. Digər cavabdeh tərəfindən verilən rəy isə sübut növü kimi dəyərləndirilməmişdir. Ona görə də hakim həmin rəylərdə müəyyən edilmiş qiymətlərin təkrarən yoxlanılmasını hüquqi müəyyənlik prinsipinə zidd hesab edir. Bu səbəbdən hakim hesab edir ki, hazırkı tələbə baxılması yolverilməz hesab edilməklə icraata qəbulundan imtina edilməlidir. AR MPM-nin 153.2.1-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Həmin Məcəllənin 153.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. Bununla bağlı hakim qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının iddia tələbinə nə məhkəmədə, nə də ondan kənar qaydada da baxıla bilməz. Şərh olunanlara əsasən və AR MPM-nin 82.3, 153, 263-264-cü maddələrini rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı MMC-nin cavabdehlər Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinə və Cavabdeh2 MMC-yə qarşı mülki hüquq pozuntusu nəticəsində vurulmuş zərərin tutulması tələbinə dair verdiyi iddia ərizəsinin məhkəmə icraatına qəbulu, qərardadın əsaslandırıcı hissəsində göstərilənlər nəzərə alınmaqla yolverilməz hesab olunsun və ərizə iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Qeyd: Şikayət elektron sistem vasitəsi ilə verilmədikdə AR MPM-nin 363.1.5-ci maddəsinə əsasən geri qaytarılacaqdır. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-2942/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-2942/2025
17.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver