Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № e-2(009)-3000/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi ilə İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişin tələb edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə baxaraq…… MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC Cavabdeh qarşı ödənilmiş sığorta ödənişin tələb edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir . Hakim iş materiallarını araşdırıb hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Hakim ilk növbədə qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia forma və məzmununa uyğun olmayaraq tərtib edilmişdir. AR MPM-nin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb göstərilməlidir. Həmin Məcəllənin 149.2.2-ci maddəsinə əsasən iddia ərizəsində iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Göstərilən Məcəllənin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Hakim qeyd edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi AR MPM-nin 149.2.2-ci maddəsinin tələblərinə uyğun tərtib edilməmişdir(cavabdeh eyniləşdirmə məlumatları, telefon nömrələri və sair). Hakim həmçinin qeyd edir ki, iddiaçı tərəfindən eyni zamanda AR MPM-nin 149.2.5-ci maddəsinin tələbləri də pozulmuşdur. Yəni iddia ərizəsində əlavə olunan sənədlərin siyahısı göstərilməmişdir. AR MPM-nin 149.2.5-ci maddəsinə əsasən ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilir. Hakim digər tərəfdən qeyd edir ki, iddiaçı tərəfindən iddia ərizəsinə əlavə olanan iddianı təmini tədbiri barədə ərizə də AR MPM-nin tələblərinə uyğun deyil. Belə ki, 01.10.2021-ci il tarixdən qüvvəyə minmiş AR MPM-nin 157-ci maddəsinin yeni redaksiyasına görə iddianı təmini tədbiri müvəqqəti təminat tədbiri kimi ayrıca icraat şəklində baxılır. AR MPM-nin 157.3-cü maddəsinə əsasən müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə məhkəmələ iddia ərizəsi verilənədək, idida ilə eyni vaxtda və ya məhkəmə icraatının gedişində verilə bilər. Həmin Məcəllənin 159.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri haqqında əsaslandırılmış ərizə mübahisəni həll edən hakim tərəfindən daxil olduğu gündən təxirə salınmadan ayrıca icraatda baxılır. Göründüyü kimi qanunun tələblərinə əsasən müvəqqəti təminat tədbirinə dair verilən ərizə, iddia ərizəsi ilə birlikdə bir icraatda baxıla bilməz. Həmin ərizə ayrıca icraatda baxılmalı və həll edilməlidir. İddiaçı tərəfindən müvəqqəti təminat tədbiri barədə ərizə əvəzinə iddianı təmini tədbiri barədə ərizə verilmiş, eyni zamanda həmin ərizə iddia ərizəsi ilə bir icraatda baxılması qaydasında verilmişdir. Həmçinin müvəqqəti təminat tədbiri barədə ərizəyə dövlət rüsumunun ödənilməsi barədə sənəd də əlavə edilməmişdir. (“Dövlət rüsumu haqqında” AR Qanununa əsasən müvəqqəti təminat tədbri barədə ərizələr üzrə dövlət rüsumu tələbə müvafiq ödənilmiş dövlət rüsumunun 10% miqdarında (hər bir halda 10 manatdan az olmamaqla) müəyyən edilmişdir. Hazırki tələb üzrə 10 manat dövlət rüsumu ödənilməli idi). AR MPM-nin 159.4.1-ci maddəsinə əsasən müvəqqəti təminat tədbiri barədə ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Beləliklə hakim hesab edir ki, iddiaçı tərəfindən verilmiş iddia ərizəsi və iddianı təmini tədbiri kimi verilmiş ərizə AR MPM-nin tələblərinə cavab vermədiyindən geri qaytarılmalıdır. AR MPM-nin 151.1 maddəsinə əsasən iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə onun məhkəmə icraatı mümkündür. Şərh olunanlara əsasən və AR MPM-nin 152-ci maddəsinin rəhbər tutaraq hakim… QƏRARA ALDİ: İddiaçı "xxxx" ASC-nin Cavabdeh qarşı ödənilmiş sığorta ödənişin tələb edilməsi tələbinə dair iddia ərizəsi və iddianı tmini tədbiri barədə ərizə sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Səbail rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev
Məhkəmə qərarları › İş №e-2(009)-3000/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №e-2(009)-3000/2021
24.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr - Sığorta ödənişinin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver