Məhkəmə qərarları › İş №e-2(009)-452/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-452/2024

26.01.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-452/2024 26.01.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ X11 Rüstəmlinin sədrliyi, Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Nümayəndə və Cavabdeh iştirakları ilə, İddiaçı - Cavabdeh qarşı «atalığın ləğv edilməsi» tələbinə dair iddiası üzrə mülki işə 26 yanvar 2024-cü il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı - cavabeh Cavabdeh qarşı «atalığın ləğv edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 atası olması barədə qeydin ləğv olunması, uşaqların doğum akt qeydində ata haqda qeydin əsaslarının və ata haqqında məlumatların silinməsi, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X6 ata adı və soyadının ananın göstərişi ilə yeni doğum haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı ərizəsini belə əsaslandırmışdır ki, cavabdeh xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 anasıdır. Cavabdeh ilə iddiaçı arasında heç bir zaman yaxın yaxud ailə münasibətləri olmamışdır, uzaq tanış hesab edilirlər. Cavabdeh ona müraciət etmiş və uşaqlarının nikahdankənar doğulması səbəbindən onun soyadını götürəcəyini, bunu istəmədiyini, uşaqları üçün məhz azərbaycan soyadını almaq istədiyini bildirmişdir. Bu məqsəd ilə cavabdeh ondan onun uşaqlarına atalıq verməyini xahiş etmişdir. Cavabdehə kömək etmək məqsədi ilə o, 2014-cü və 2017-ci illərdə VVAQ orqanlarına yaxınlaşaraq, atalığın müəyyən edilməsi barədə ərizələr vermişdir. Atalıq barədə ərizə verərkən o, verdiyi ərizələrin əhəmiyyətini və nəticəsini anlamırdı, bunun yalnız bürokratik bir prosedur olduğunu və onun üçün heç bir hüquqi nəticə doğurmayacağını düşünmüşdür. Məhkəmə iclasında izahatı alınmış iddiaçının nümayəndəsi-vəkili iddia tələbini müdafiə edərək, onun təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında izahatı alınmış cavabdeh X7 iddianı etiraf edərək göstərmişdir ki, həqiqətən də xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X8 adlı uşaqların bioloji atası iddiaçı deyil. Cavabdeh iddiaçıdan xahiş etmişdir ki, uşaqların azərbaycan soyadı ala bilməsi üçün uşağın atası qrafasında onun adı yazılsın. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilməməlidir. İş materiallarında olan: 30 sentyabr 2014-cü il və 28 sentyabr 2018-ci il tarixli atalığın müəyyən edilməsi haqqında şəhadətnamələrin surətindən görünür ki, İddiaçı X1 və X2 atası hesab edilmişdir. AZ-İV № 114662 və AZ-İİİ № 377171 saylı doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X4 ata qrafasında İddiaçı qeyd edilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, cavabdeh xx.xx.2014-cü il təvəllüdlü Raul və xx.xx.2017-ci il təvəllüdlü Ruad adlı uşaqlara atalığın verilməsi üçün iddiaçıya müraciət etmiş, iddiaçı isə onun uşaqların həqiqi valideyni olmadığını bildiyi halda buna razı olmuş və uşaqların atası kimi yazılmasına könüllü olaraq razılıq vermişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının tələbi təmin oluna bilməz. Belə ki, AR Ailə Məcəlləsinin: 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana onlardan birinin ərizəsi əsasında doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2-ci maddəsinə əsasən bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. Məhkəmə cavabdehin iddianı etiraf etməsi ilə bağlı qeyd edir ki, hazırki işdə etiraf qanuna zidd olduğundan məhkəmə tərəfindən qəbul edilməməlidir. Belə ki, AR MPM-nin 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ-hüquqi aktlar göstərilməlidir. Həmin Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. xx.xx.1998-ci il tarixli «Uşaq hüquqları haqqında» Qanunun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqların təmin olunmasına şərait yaratmalıdırlar. Eyni zamanda hazırkı iş üzrə çəkilmiş məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsi ilə müəyyən edilmiş qaydada ödənilmiş iddia tələbinin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilməli olduğundan, iddia tələbi təmin olunmadığı halda isə, hazırkı iddianın qaldırılması ilə əlaqədar iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş dövlət rüsumu və mediasiya xərci iddiaçının özünə aid edilməlidir. Göstərilənlərə əsasən və AR MPM-nin 216-220-ci maddələrini rəhbər tutub məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Ödənilmiş mediasiya xərci və dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Səbail rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar