Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-459/2025 03.03.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Mədinə Ağacavad qızının sədrliyi, Əlizadə Hüseyn Oktay oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı "alimentin tutulması" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı məhkəmədə iddia qaldıraraq, cavabdehdən uşaqlarının xx.xx.2009cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəlllüdlü X1 məqsədilə qazancın (başqa gəlirlərin) üçdə bir hissəsi məbləğində alimentin tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, onunla Cavabdeh arasında Bakı Nikah evində xx.xx.2008-ci il tarixli 3234 nömrəli aktla qeydiyyata alınmış nikah bağlanmışdır. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X6 və xx.xx.2016-cı il təvəllüdlü X8 uşaqları var. Bakı şəhəri Səbail rayon məhkəməsinin 2(009)-673/2024 nömrəli xx.xx.2024-cü il tarixli qətnaməsi ilə aralarında bağlanmış nikah pozulmuşdur və uşaqların yaşayış yeri onun yanında müəyyən edilmişdir. Nikahın pozulması üçün məhkəməyə müraciət edərkən aliment tələbini qoysa da, sonradan cavabdehin xahişi ilə iddia ərizəsində dəqiqləşdirmə apararaq aliment tələb etmədi. Səbəbi də o olmuşdur ki, cavabdeh ona söz verdi ki, o, uşaqlara baxacaq və istəmir ki, aliment tələbi onun iş yerinə getsin. Bildirmək istəyir ki, onun keçmiş əri Cavabdeh Fövqaladə Hallar Nazirliyində işləyir. Onun daimi gəliri var, ancaq boşandıqdan sonra o, ümumiyyətlə uşaqları ilə maraqlanmır və onların ünsiyyəti kəsilmişdir. Böyük qızının artıq 17 yaşı var, o, ali məktəbə hazırlaşır, xərcləri artıb. Cavabdeh ümumiyyətlə uşaqları ilə maraqlanmır. Belə olduğu təqdirdə, o, uşaqların saxlanılması üçün aliment tələb etmək məcburiyyətində qalır. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, lakin məhkəməyə iddiaçının vəkili Vəkil1 ərizə ünvanlayaraq, işə onların iştirakı olmadan baxılmasını və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə MPM-nin 185.4-ci maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməyin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarına əlavə edilmiş AZ-İİİ seriyalı, 738118 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2016-cı il tarixdə Bakı şəhərində anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş AZ-İ seriyalı, 364103 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur, ata qrafasında Cavabdeh, ana qrafasında İddiaçı qeyd edilmişdir. İş materiallarında olan Bakı şəhəroi Səbail rayon Məhkəməsinin e-2(009)-673/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qətnaməsindən görünür ki, Cavabdeh ilə İddiaçı arasında Bakı Nikah evi tərəfindən qeydə alınmış 21 oktyabr 2008-ci il tarixli, 3234 saylı nikahın bağlanması haqqında akt qeydinə əsasən bağlanılmış nikah pozulmuş. xx.xx.2009-cu il təvəllüdlü X3 və xx.xx.2016-cı il təvəllüdlü Məm mədov Emin Rac oğlunun anaları - İddiaçı yanında qalmaları müəyyən edilməsi qət edilmişdir. İş materiallarında olan AZ-İ seriyalı, 490220 nömrəli, xx.xx.2024-cü il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh və İddiaçı nikahı Səbail rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuşdur. Nikaha xx.xx.2024cü il tarixində xitam verilmişidr. Bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında 2024cü ilin 08 ayının 08 günündə 163 No ilə qeyd edilmişdir. Beləliklə məhkəmə iclasında araşdırılmış sübutlardan müəyyən olunmuşdur ki, tərəflərin birgə nikahından iki övladları vardır: xx.xx.2009-cu il təvəllüdlü X4 və xx.xx.2016-cı il təvəlllüdlü X8. Cavabdeh uşaqların saxlanılması üçün heç bir maddi yardım göstərmir. Tərəflərin yetkinlik yaşına çatmayan uşaqları İddiaçı himayəsində olmaqla onunla birlikdə yaşayır. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinə əsasən uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. «Uşaq hüquqları» haqqında Qanunun 19-cu maddəsinə əsasən valideynlər uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanılması üçün vəsait (ailment) məhkəmə qaydasında tutulmalıdır. Həmin Məcəlləsinin 76.1.2-ci maddəsinə əsasən aliment ödənilməsi barədə razılıq olmadıqda, uşaqlar üçün onların valideynlərindən məhkəmə tərəfindən hər ay iki uşağa görə qazancın və başqa gəlirlərin üçdə bir hissəsi miqdarda aliment tutulur. Qeyd olunanlara əsasən uşağın saxlanılması üçün zəruri olan maddi təminatın yarısının da iddiaçının vəzifəsi olduğunu, tərəflərin ailə və maddi vəziyyəti, diqqətəlayiq olan digər maraqları, habelə uşağın təminat səviyyəsinin mümkün qədər maksimal saxlanması və yuxarıda göstərilən digər halları nəzərə alaraq, məhkəmə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2016-cı il təvəlllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün cavabdehin xeyrinə iddiaçıdan alimentin hər ay üçün qazancının və başqa gəlirlərinin üçdə bir hissəsi miqdarında müəyyən olunmasını ədalətli hesab edir. Bu qənaətə gələrkən məhkəmə, habelə uşaq hüquqlarının həyata keçirilməsi, uşaqların yüksək mənəviyyatlı, hərtərəfli şəxsiyyət kimi formalaşmasına şərait yaradılmasının Azərbaycan Respublikasının dövlət siyasətinin üstün istiqamətlərindən biri olmasını nəzərə almışdır. Uşaq hüquqlarını müdafiə edən orqanlar, birliklər və təşkilatların dairəsini müəyyən edən «Uşaq hüquqları» haqqında Qanunun 4-cü maddəsinə əsasən Azərbaycan Respublikasında uşaq hüquqlarının müdafiəsini müvafiq icra hakimiyyəti, məhkəmə və prokurorluq orqanları, bələdiyyələr, habelə ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları təmin etməlidirlər. Bu orqanlar, birliklər və təşkilatlar fəaliyyətlərində uşaq hüquqlarının üstün mühafizəsi prinsipini əsas tutmalıdırlar. Məhkəmə iddiaçının cavabdehdən uşaqların saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin tutulması iddiasına hüquqi qiymət verərək hesab edir ki, uşaqların saxlanılmaları üçün hər ay qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilməsi məqsədə uyğundur. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanması üçün alimentlə bağlı hazırkı nəticəyə tərəflərin maddi və sosial statusları, uşağın yaşı və digər hallar nəzərə alınmaqla gəlinmişdir. Odur ki, tərəflərin hər hansı birinin ailə vəziyyətinin, iş və məişət şəraitinin dəyişməsindən asılı olaraq, eləcə də, uşağın yaşının artması və digər əsaslar yarandığı hallarda gələcəkdə tərəflər müəyyən olunmuş aliment məbləğinin dəyişdirilməsinə dair iddia qaldırmaqda haqlıdırlar. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsaslanmaqla məhkəmə həmçinin hesab edir ki, tutulacaq alimentin məbləği iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən etibarən tutulmalıdır. Bundan əlavə, məhkəmə hesab edir ki, uşağın saxlanılmasını tam olaraq valideynlərdən birinin üzərinə qoymaq uyğun olmazdı. Həmin normaların mənasından görünür ki, uşaqların saxlanılması valideynlərdən birinin deyil, onların hər ikisinin bərabər vəzifəsidir və məhkəmə tərəflərin əmlak vəziyyətini nəzərə alaraq, bərabərlik qaydasına mümkün qədər riayət olunmasını təmin etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Məhkəmə, həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət Rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən aliment alınması barədə iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Məhkəmə hesab edir ki, aliment tələbi ilə bağlı iddiaçı dövlət rüsumu ödəməkdən azad edildiyindən, həmin hissədə dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 216-220, 234.2.1 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh, xx.xx.2025-ci il tarixdən başlayaraq, 10 oktyabr 2009-ci il təvəllüdlü X3 və 18 mart 2016-cı il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay qazancının (digər gəlirlərin) 1/3 hissəsi miqdarında aliment tutularaq İddiaçı ödənilsin. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutulsun. Aliment tutulması hissəsində qətnamə dərhal icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsi ilə (elektron məhkəmə sistemi vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Mədinə Bağırova
Məhkəmə qərarları › İş №e-2(009)-459/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-459/2025
03.03.2025 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver