Məhkəmə qərarları › İş №e-2(009)-509/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Məhkəmə əmri — İş №e-2(009)-509/2022

25.01.2022 · Əmr icraatı - Müqavilə tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından MƏHKƏMƏ ƏMRİ Bakı şəhəri İş № e-2(009)-509/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Səbail Rayon Məhkəməsinin hakimi İlkin Şahin oğlu Rüstəmli ünvan 1 ünvanda yerləşən Kreditor MMC-nin ünvan 2 ünvanında qeydiyyatda olan Borclu qarşı 383 manat məbləğində borcun və 100 manat dövlət rüsumunun əvəzinin borcludan tutulması barədə məhkəmə əmrinin verilməsinə dair ərizəni və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Kreditorun məhkəməyə təqdim etdiyi məhkəmə əmrinin verilməsinə dair ərizəsindən və ərizəyə əlavə edilən sənədlərdən görünür ki, Borclu ilə Kreditor MMC arasında 10.06.2021-ci il tarixdə bağlanmış nisyə alqı-satqı müqaviləsinə əsasən kreditor tərəfindən borcluya əşya satılmış, borclu tərəfindən borcun hissə-hissə qaytarılması barədə razılıq əldə edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinın 275.1 və 276.1-ci maddələrinə əsasən, müəyyən pul məbləğinin ödənilməsi tələbləri və ya əmlakın tələb edilməsi üzrə işlərə əmr icraatı qaydasında baxıla bilər. Kreditorun tələbi aşkardırsa və ya həmin tələb boclunun mübahisə edilməyən vəsifəsinə əsaslanırsa bu halda məhkəmə əmri verilə bilər. Beləliklə, məhkəməyə təqdim edilmiş məhkəmə əmrinin verilməsinə dair ərizədən və əlavə edilən sənədlərdən görünür ki, borclu müqavilənin şərtlərini pozaraq ödəniş planı üzrə yuxarıda göstərilən borcun ödənilməsini təmin etməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, Azərbaycan Respublikası MPM-nın 276-cı maddəsinə əsasən məhkəmə əmri verilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə kreditorun borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır və həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Eyni zamanda qeyd olunan məcəllənin 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin məcəllənin 445.1-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qaqşısında məsuliyyət daşıyır. Həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Buna görə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, Kreditor MMC-nin məhkəməyə ərizə verərkən dövlət rüsumu kimi ödədiyi 100 manat məbləğində pul vəsaiti də borcludan kreditorun xeyrinə tutulmalıdır. Ərizəyə əlavə olunmuş sənədlərlə Kreditor MMC-nin tələbinin aşkar olduğu və həmin tələbin borclunun mübahisə edilməyən vəzifəsinə əsaslandığı təsdiq olunur. Tələb sadə yazılı formada bağlanmış əqdə əsaslandığından həmin tələb üzrə məhkəmə əmri verilməsini mümkün hesab edirəm. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 275, 276, 280 və 281-ci maddələrini rəhbər tutaraq, Ə M R E T D İ M: ünvan 2 ünvanında qeydiyyatda olan Borclu Kreditor MMC-nin xeyrinə 383 manat məbləğində borc və ödənilmiş dövlət rüsumunun dəyərinin əvəzi olan 100 manat pul vəsaiti tutulsun. Borclu məhkəmə əmrini aldığı gündən 10 gün müddətinə verilmiş tələbə və ya onun hissəsinə qarşı əmri vermiş məhkəməni yazılı xəbərdar etməklə etiraz edə bilər. Məhkəmə əmri qətnamə qüvvəsinə malikdir. Məhkəmə əmrindən şikayət verilə bilməz. Hakim: İlkin Rüstəmli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar