Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № e-2(009)-538/2022 23.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Deputat Süleyman oğlu Tomayevin katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı X4 - Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbi barədə iddiası üzrə mülki işə Bakı şəhərində 23 fevral 2022-ci il tarixdə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı X7 - Cavabdeh qarşı «nikahın pozulması və s.» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 02.07.2018-ci il tarixli nikahın pozulması, 31.12.2020-ci il təvəllüdlü X2 onun yanında saxlanılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdehlə nikaha daxil olmuşdur. Birgə nikahdan 31.12.2020-ci il təvəllüdlü X3 adlı uşaqları olmuşdur. Hazırda aralarında olan nikah münasibətləri formal xarakter daşıyır. Cavabdehdən heç bir aliment tələbi yoxdur. Göstərilənlərə əsaslanaraq iddianın təmin olunması xahiş olunur. İddiaçının nümayəndəsi-vəkili ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi iddianın təmin olunmasına etiraz etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş AZ-İİ № 281211 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 02 iyul 2018-ci il tarixdə rəsmi nikaha daxil olmuşlar və həmin nikah 1763 №-li akt qeydi ilə rəsmiləşdirilmişdir. İş materiallarına əlavə olunmuş AZ-İV № 538656 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, tərəflərin birgə nikahlarından 31.12.2020-ci il təvəllüdlü X3 adlı uşaqları anadan olmuşdur. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, tərəflər nikahlarının pozulmasına qarşılıqlı şəkildə razı olduqlarından, onların nikahları pozulma səbəbləri araşdırılmadan pozulmalıdır. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 20.1-ci maddəsinə əsasən ərarvadın birgə yaşamasının və ailənin saxlanmasının qeyri-mümkünlüyü məhkəmə tərəfindən müəyyən edildikdə, nikah məhkəmə qaydasında pozulur. Həmin Məcəllənin 19.2-ci maddəsində göstərilən hallarda (ər-arvadın qarşılıqlı razılığı olduqda) nikah onun pozulma səbəbləri məhkəmə qaydasında araşdırılmadan pozulur. Azərbaycan Respublikası MPM-nın 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə iddianın nikahın pozulması hissəsini təmin edərkən, həmçinin tərəflərin yetkinlik yaşına çatmayan uşaqlarının valideynlərindən kimin yanında qalması və uşaqların saxlanması üçün alimentin tutulması məsələlərinin də həll edilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 22.1 və 22.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında pozularkən, ər-arvad məhkəməyə yetkinlik yaşına çatmayan uşaqlarının kiminlə qaldıqlarını, uşaqların və (və ya) ehtiyacı olan və əmək qabiliyyəti olmayan ərin (arvadın) saxlanması üçün vəsaitini ödənilmə qaydasını, bu vəsaitin miqdarını və ər-arvadın ümumi birgə mülkiyyətinin bölünməsini müəyyən edən saziş təqdim edə bilərlər. Ər-arvad arasında saziş olmadıqda, eləcə də bu saziş uşaqların və ya tərəflərdən birinin maraqlarını pozduqda, məhkəmə boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərindən hansının yanında qaldığını, uşaqlar üçün alimentin hansı valideyndən və hansı miqdarda tutulduğunu müəyyən etməlidir. Həmin Məcəllənin 60.4-cü maddəsinə əsasən valideynlər ayrı yaşadıqda uşaqların yaşayış yeri onların razılığı ilə həll edilir. Valideynlər arasında razılıq olmadıqda məhkəmə mübahisəni uşaqların hüquq və mənafelərini, onların rəyini və sair halları (uşaqların qardaş və bacılarına, valideynlərdən hər birinə olan bağlılığı, valideynlərin əxlaqi və digər şəxsi keyfiyyətləri, uşağın yaşı, onun inkişafı və tərbiyəsi üçün şərait yaradılması) nəzərə almaqla həll edir. Məhkəmə hesab edir ki, tərəflərin nikahı məhkəmə qaydasında pozulduğu halda, onların yetkinlik yaşına çatmayan uşağı 31.12.2020-ci il təvəllüdlü X2 anasının himayəsində qalması uşağın mənafeyi baxımından daha məqsədəuyğundur. Məhkəmə iddiaçının aliment tələbinin olmadığını nəzərə alaraq, aliment tutulması məsələsini araşdırmır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ilə X7 arasında 02 iyul 2018-ci il tarixdə bağlanmış və 1763 №-li akt qeydi ilə rəsmiləşdirilmiş nikah pozulsun. 31.12.2020-ci il təvəllüdlü X2 X4 yanında saxlanılması müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi və ya təqdim edildiyi gündən 1 (bir) ay müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №e-2(009)-538/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qətnamə — İş №e-2(009)-538/2022
23.02.2022 · Ailə münasibətləri üzrə mübahisələr - Ailə münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver